Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   46   47   48   49   50   51   52   53   54

160 
 
təhdid qurumudur. Zənn edirəm ki, qurumun mövcudluğu dünya 
müharibələri üçün risqləri artırır. 
Güman edirəm ki, mənim Alyansa olan etirazım tərəfinizdən 
nəzərə alınacaq. 
Alyansın  fəaliyyətini  anti-humanist,  anti-bəşəri  və  qeyri-
ədalətli hesab edirəm! 
  
NATO-nun ləğv olunmasını gözləmək ümidi ilə! 
19 dekabr 2015-ci il  
 
Suriya  -  dünyanın  böyük  dövlətlərinin  rəqabət 
mübarizəsi məkanı kimi 
 
Obyekti  birbaşa  təhlil  etməzdən  və  siyasi  predmet 
yaratmazdan  öncə,  dünya  siyasəti  və  bu  siyasətdə  böyük 
dövlətlərin  maraqları  amilinə  toxunmaq  məqsədəuyğun  olar. 
Çünki 2010-ci ilin dekabr ayının 18-də Tunisdə başlanan “Ərəb 
baharı”nın genişlənən dalğası olaraq, 26 yanvar 2011-ci ildən 
başlamış  və  bu  günə  qədər  də  dünyanın  nəhəng  güclərinin 
qlobal  rəqabət  mübarizəsinin  məkanı  və  obyekti  olan  Suriya 
böhranı  dünya  siyasətində  böyük  dövlətlərin  maraqlarının 
nəticəsidir.  Təhlil  zamanı  Suriya  amilindən  istifadəni  zəruri 
edən səbəb və nəticə kriteriyalarıni əsas gətirmək lazım gələcək.  
Suriyanın  yerləşdiyi  coğrafi  məkan-türk  dünyası  ilə  ərəb 
dünyası  arasında  yerləşmə  mövqeyi,  bu  dövblətin  İranın  Ərəb 
dünyasına  və  Aralıq  dənizinə  çıxışını  təmin  edən  mövqelərdən 
biri  olması;  İran  və  Türkiyənin  Ərəb  dünyasında  ortaq  dini, 
siyasi  və  mədəni  maraqları  üçün  mühüm  mövqelərdən  birinə 
sahib  olması;  İran  üçün  Qərbin  regionda  siyasi  təzyiqlərini 
sığortalayan  məkanlardan  biri  rolunu  oynaya  bilmək  üçün 
mühüm 
coğrafi 
mövqeyə 
malik 
olması;Ərəb-İsrail 
böhranlarında  və  əlaqələrində  Ərəb  dünyasının  tərkibini  təşki 
etməsi  və  s.  kimi  kriteriyalar  dünyanın  böyük  dövlətlərinin 
regional 
maraqlarında 
oxşarlıqları, 
paralellikləri 
və 


161 
 
kəsişmələri,  bundan  yaranan  toqquşmaları  zəruri  etməkdədir. 
Hal-hazırda  Suriya  həm  də  dünyanın  yenidən  bloklaşmasının, 
çoxqütblülüyünün 
və 
bölünməsinin 
hardasa 
müəyyən 
mərhələlərini  təmin  edən  kəskin  coğrafi-siyasi  obyekt  və  vasitə 
rolunu  oynayır.  Eyni  zamanda  böyük  dövlətlərin  hərbi  sınaq 
poleqonuna  çevrilib.  Yaxın  Şərqin  regional  gərginliklərinin 
növbəti fazasını özündə təzahür etdirir, həm də belə qəbul etmək 
olar  ki,  “Ərəb  baharı”  dalğasının  pik  və  gələcəkdə  sönən  bir 
məkanıdır. Eyni zamanda inqilablar və onlardan nəticələr üçün 
ibrət dərsi götürülməli olan bir məkan və nümunədir, dövlətdir. 
Suriya  hadisələri  özündə  məcazi  mənada  ifadə  etsək,  “Ərəb 
baharı”  dağasının  “sahil  məkanı”nı  əks  etdirir.  Dalğaların 
dağıdıcı  gücü  son  nöqtə  olaraq  burada  cəmləşib.  Yenidən 
bipolyarlığa iddia edən Rusiya “Ərəb baharı”nın ideoloqlarının 
və  texnoloqlarının  (Qərb  dövlətlərinin)  son  strategiyalarının  və 
taktikalarının  tam  şəkildə  yerinə  yetirilməsinin  qarşısını  almaq 
və  öz  nüfuzunu  regionda  sübuta  yetirmək  məqsədilə  müvafiq 
tədbirlrə əl atıbdır. Bunu n nəticəsi olaraq gərginlik həm də yeni 
fazaya keçib. Ola bilər  ki, yaxın gələcəkdə bu gərginlik özünün 
tarazlı mərhələsinə qədəm qoysun.  
 
Böyük  dövlətlər  və  dünya  siyasəti.  Dünya  siyasətinin 
sistemlərini  (alt  və  üst  sistemlərini)  başlıca  olaraq  müxtəlif 
elementlər  təşkil  edirlər.  Bu  elementlər  də  resurslardan,  təsir 
olunan  obyektlərdən  (siyasət  maraqlarının  obyektləri)  və 
təsiredən  vasitələrdən  (burada  subyektlər),  alətlərdən  (siyasətdə 
istifadə 
olunan 
mexanizmlərdən) 
ibarətdir. 
Resursların 
ümumdünya  üzrə  hərəkət  mərkəzləri  elə  böyük  dövlətlərdir. 
Dünya  siyasətinin  ağırlığı  məhz  böyük  dövlətlərin  üzərlərinə 
düşür. Onlar resurslara istiqamətverici təsirlər edirlər, resursları 
yönləndirirlər.  Bu  kimi  resurslar,  vasitələr  dünya  siyasəti 
sisteminin,  strukturunun  və  əlaqələr  şəbəkəsinin  əsaslarını 
meydana gətirir.  


162 
 
Dünya  siyasəti  öz  kəmiyyətinə  görə,  tərkib  resursları 
baxımından  artan-azalan  proseslərlə  xarakterizə  olunur.  Burada 
artım  proseslərinin  əsas  subyektləri,  mərkəzi  hərəkətverici 
qüvvələri, əsas ağırlıq elementləri rolunda böyük dövlətlər çıxış 
edirlər. Onlar dünya proseslərinə sahib çıxmaqda israrlıdırlar və 
bu  yolla  şaxələnmə  iddialarını  təmin  etməkdə  maraqlıdırlar. 
Böyük  dövlətlərin  maraqlarının  böyüklüyü  bir  tərəfdən  dünya 
siyasətinin böyük axarını müəyyən edir, digər tərəfdən isə böyük 
axarlar arasında və daxilində olan kəskin və radikal toqquşmaları 
yaradır. Dünyanın resurslarını və onların axınlarını öz əllərində 
cəmləşdirən  böyük  dövlətlər  axının  tərkibini,  axının  qlobal  və 
regional istiqamətlərini müəyyən edirlər. Ümumən isə dünyanın, 
onun  tərkibi  olan  beynəlxalq  münasibətlərin  (Qeyd:  əgər  biz 
daxili  və  beynəlxalq  münasibətlərin  xəyali  müstəvisini  öz 
düşüncələrimizdə  xəyali  dairə  üzrə  əhatələndirsək,  dairənin 
kənar  xəyali  nazik  xətti  beynəlxalq  münasibətləri,  beynəlxalq 
münasibətlərin qalınlaşmış xətti isə dünya siyasətini əhatə edir. 
Buradan  da  dünya  siyasəti  tərkibində  daxili  siyasət  və 
beynəlxalq  siyasət  meydana  gəlir.  Dünya  siyasəti  həm  də  öz 
növbəsində  daxili  siyasəti  də  dairələrlə  əhatə  edən  beynəlxalq 
münasibətlərin  “qalınlaşmış  xəttini”  təşkil  edir)  strukturunun 
formaları böyük dövlətlərin tərəfindən birbaşa və ya da onların 
təsirləri  ilə  yəni,  orta  və  kiçik  dövlətlərə  qarşı  tətbiq  etdikləri 
təzyiqlər  yolu  ilə,  təsirlər  metodları  vasitəsilə  meydana  gəlir. 
Beynəlxalq  əlaqələrin  zəruri  forması  onun  məcburi  olaraq 
bölgüsünü, 
yəni,  struktur  baxımdan  maraq  dairələrinə 
ayrılmasını 
çalarlı 
xassələrini 
yaradır. 
Beynəlxalq 
münasibətlərin  özünün,-  mücərrəd  deyək  ki,  bir  anlayış  kimi 
əhatəsi  dövlətlər  arasında  strukturlu  əlaqələr  mexanizmisini 
meydana 
gətirir. 
Dövlətlər 
beynəlxalq 
əlaqələrdə 
strukturlaşanda,  burada  bağlılıq  formanın  mərkəzi  və  ətraf  güc 
komponentlərini yaradır.  
Dövlətlər  əlaqələr  strukturunda  beynəlxalq  güclərinə  görə 
təsnif  olunurlar.  Dövlətlər  bu  güc  amilindən  istifadə  edərək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə