Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   43   44   45   46   47   48   49   50   ...   54

142 
 
Rusiyamın Prezidenti, 
Yaxın qonşum və qohumumVladimir Putinə  
 
Rusiyam  -mənim  üçün  bu  məmləkət  əzizdir,  yaxındır, 
qonşudur. Kredom odur ki, bir dövlət tək bir xalq üçün yox, 
bütün  insanlar  üçün  doğmadır.  Rusiya  Türkün  də  yaşadığı 
dövlətdir! 
Qonşum,  Qohumum  -içində  çoxlu  sayda  kiçik  xalqlarla 
yanaşı,  böyük  türk  dünyasının  da  qərarlaşdığı  və 
qonşuluğunda  məskun  olan  o  soyuq  diyarın  istiqanlı  xalqı-
Ruslar! 
 
Əziz qonşum və qohumum Vladimir Vladimiroviç! 
 
 
Əvvəlcə  qeyd  edim  ki,  mən  Azərbaycanda  yaşayan  və  bu 
dünyanın  sadə  bir  sakini  olaraq,  eyni  zamanda  Sizə  qarşı 
qəlbimdəki  məhəbbətin  dillə  ifadəsi  istəyindən  irəli  gələrək, 
ünvanınıza  məktub  yazmaq  qərarına  gəldim.  Həm  də  son 
zamanlarda Avrasiyada baş verən xoşagəlməz hallar əksər dünya 
sakinləri  kimi  məni  də  narahat  etdiyindən,  bu  baxımdan, 
düşüncələrimi qiyabi olaraq sizinlə bölüşmək fəxarətini özümdə 
hiss  etdiyindən  belə  bir  addım  atdım.  Onu  da  qeyd  edim  ki, 
Rusiyanın  Avrasiyanın  “siyasi  bel  qurşağı”nı  yandıran  qaynar 
proseslərdə  aktiv  iştirakı  və  sülhü  bərpa  etmək  istəkləri,  bu 
baxımdan Sizin bu məsələlərdə məqsədyönlü fəaliyyətiniz əksər 
dünya sakinləri ilə yanaşı, mənim də nəzər diqqətimi özünə cəlb 
etməkdədir.  
Cənab Prezident, Siz böyük bir mədəni, o cümlədən yaradıcı 
və  qurucu  xalqın,  -Avrasiyanın  ürəyinə  sahib  olan  Böyük  Rus 
xalqının,-  yetişdirdiyi  dahi  evladlardan  birisiniz.  Mən  Sizi 
Böyük Pyotrun davamçısı hesab edirəm. Hadisələr onu göstərir 
ki,  XXI  əsr  Rusiyası  məhz  Sizin  əsəriniz  kimi  tarixə  düşəcək. 
Bununla da Siz bütün dünyanın  qısqandığı bir nəhəng dövlətin 
və  zəngin  ruhlu  mədəni  xalqın  yeni  tarixi  lideri  kimi 
bəşəriyyətin  yaddaşında  əbədi  olaraq  qalacaqsınız.  Bu  da  bir 


143 
 
əyani  göstəricidir  ki,  əməlləriniz  tək  Rusiyada  yox,  bütün 
dünyada öz tarixi izini qoymaqdadır. Təsiredici nüfuzunuz bütün 
dünyanın diqqətini Sizə yönəltmişdir.  
Bir məsələni də vurğulayım; hadisələrin gedişatı məndə belə 
bir təəssürat yaradıb ki, Böyük Türk dünyası ilə Böyük Slavyan-
rus  dünyası  hal-hazırda  iki  müqəddəs  dinin  –islam  və  xristian 
dinlərinin-birləşdirici  mərkəzləri  rolunu  oynayırlar.  Coğrafi 
mövqe,  tarixin  yaratdığı  şərait  məhz  belə  bir  qisməti  bu  iki 
dünyaya bəxş etmişdir.  
Cənab  Prezident,  mən  əksər  dünya  sakinləri  kimi  Sizin 
fəaliyyətinizi  2000-ci  ildən  bu  yana  ardıcıl  olaraq  diqqətlə 
izləyirəm.  Müşahidələrim  onu  deyir  ki,  Siz  nəinki  Rusiyanın, 
eləcə  də  ümumdünya  tarixinin  şanlı  səhifələrindən  birini 
yazırsınız.  Mən  də  sadə  bir  elm  adamı  olaraq,  Sizin 
fəaliyyətinizi  izləyirəm  və  hadisələrin  analitik  təsvirini  öz 
yaradıcılığımda ana xətlərdən birinə çevirirəm. Sadə bir yaradıcı 
adam kimi, mən də dərk edirəm ki, Rusiyanın dünya siyasətində 
tarixi  zaman  və  müasir  dövr  üçün  aparıcı  rolu  danılmazdır. 
Dövlətin  gücü  onu  dünyada  nizamlayıcı  tərəflərdən  birinə 
çevirib.  
Rusiyamın  çox  hörmətli  rəhbəri,  böyük  rus  xalqının  dahi 
oğlu, Siz dövlət rəhbərisiniz, mən isə adi bir sakinəm. Sizlərə, öz 
sevimli  qonşuma,  dostuma  deyiləsi  iradlarım,  şikayətlərim 
çoxdur. Ruhum, qəlbim sözlərlə doludur. Yaşadığımız “məhəllə, 
qəsəbə” çoxlu sayda problemlərin əhatəsindədir. Lakin postunuz 
mənim açıq sözlərimə bir qədər imkan vermir. Buna görə icazə 
verin,  Sizi  özüm  kimi  sadə  bir  dünya  sakini  hesab  edim. 
Bununla  Sizi  daha  da  qəlbimdə  böyüdüm,  dahiləşdirim.  Arada 
olan  kürsü,  ali  vəzifə  pərdəsi  qiyabi  ünsiyyətimiz  üçün  sıxılma 
yaratmasın.  Mən  də  fikirlərimi  sərbəst  ifadə  edim.  Ürəyimi 
rahat,  geniş  açım.  Nəzərə  alın  ki,  mən  özümü  yuxarıya,  ali 
kürsüyə  qaldıra  bilmərəm,  haqqım  yoxdur.  Ancaq  Sizi  öz 
təsəvvürümdə, 
qəlbimdə, 
xəyalımda 
ali 
prezidentlik 
kürsüsündən aşağı endirməyi bacararam.  


144 
 
Eyni zamanda doğmalıqdan irəli gələrək, rəsmiyyətliliyi bir 
kənara qoyaraq, icazə verin, Sizə “Sən” deyə, müraciət edim! Bu 
dünyanın eyni bir insan məfhumu adıyla bərabərləşək! 
 
Əziz qonşum, qohumum Vladimir
 
Tarixin  qisməti  elə  gətirib  ki,  Avrasiyada,  Dünyanın  geniş 
məkanında Böyük Rus xalqı ilə Türk dünyası keşməkeşli, təzadlı 
yollar keçərək, çətin mübarizə sınaqlarına sinə gərərək qonşuluq 
və  qohumluq  münasibətlərində,  əlaqələrində  yaşamaq  taleyi  ilə 
barışmalı  olub.  İki  dünya  arasında  qırğınlar,  qan  tökülmələr, 
ərazi işğalları, zəbtlər və digər  bu kimi hərəkətlər nəhayət sülh 
şəraitində iki böyük dünyanı vəhdət halında birləşdirib. Tarixin 
sınaqları rus-türk dünyasını iki qonşu, qohum xalqa çevirib. Bu 
qonşuluqda başqa xalqlar da yer alıblar.  
Hal-hazırda isə ümumən mehriban şəraitdə yaşayırıq. Lakin 
indi  bu  vəhdətlik  daxilində  də  parçalanmalar,  mübarizələr  olur. 
Kobud  səhvlərə  yer  verilir.  Daxildən  və  xaricdən  istəməyən 
maraqlı qüvvələr bu qohumluğa, qonşuluğa ürəklə, sevinc hissi 
ilə baxmırlar. 
Əziz  qonşum  və  qohumum,  Vladimir.  Bu  qohumluq  və 
qonşuluq münasibətlərində sıravi qonşu kimi məni narahat edən 
çoxlu  sayda  problemlər  yaşanmaqdadır.  Təəssüf  hissi  ilə  qeyd 
edirəm ki, məhəllələrimizdə, qəsəbələrimizdə bir-birinə düşmən 
kəsilən, soyuq münasibətləri olan qonşular da var.  
Dəyərli qohumum, qonşum Vladimir. Səndən incikliyim də 
var. Əsas inciklik odur ki, əlində böyük imkanlar ola-ola Dağlıq 
Qarabağ  münaqişəsinin  birdəfəlik  həll  yolunu  müəyyən 
etmirsən.  Azərbaycan  və  Ermənistanı  barışdırmırsan.  Bu 
problem  də  qonşuluqda,  qohumluqda  düşmənçilik  hisslərinin 
oyaq qalmasına kömək edir. Digər bir incikliyim ondan ibarətdir 
ki,  son  zamanlarda  türk  dünyasına  qarşı  soyuq  münasibətin 
yaranıbdır.  Başa  düşürəm  ki,  bu  qəzəbdəndir,  hirsdəndir.  Türk 
qarşı  hörmətin  azalıbdır.  Məsələn,  türkün  Xəzərindən  raket 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə