Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   40   41   42   43   44   45   46   47   ...   54

133 
 
formalaşdırır.  Dil  ümumən  baza  tanıtım  rolunu  oynayır.  Sonra 
bu  kompleksə  fizioloji  amillər  (xalqın  nümayəndələrinin  fiziki 
quruluşu) da əlavə olunur. 
Multikulturalizmdə  isə  çoxlu  sayda  mədəni  və  fiziki 
elementlər dünyanın rəngarəngləşməni təmin edir. Bu qarışıqlıq 
hesabına  isə  milli  mədəni  elementlərin  bir-birini  radikal 
məzmunda üstələməsinin qarşısı alınmış olur.  
Mədəniyyət  fərdə,  xalqa,  cəmiyyətə,  dövlətə  xas  olan 
dəyərdir.  Dəyərdir,  o  baxımdan  ki,  mədəniyyət  yaradıcılıq, 
quruculuq  nəticəsidir,  yaradıcılıq  və  quruculuq  formalarıdır. 
Mədəniyyət  nümunələr  (burada  dövlətin  özü,  cəmiyyətin  özü 
bir  mədəniyyətdir-dövlət  sistemi,  o  cümlədən  hüquq  və 
siyasət 
sistemi, 
subyektlərin 
təşkili 
bir  mədəniyyət 
nümunəsidir,  xalqın  yaradıcılıq  və  quruculuq  göstəricisidir. 
Xalqın siyasi məfkurəsidir. Xalqın formalaşaraq millət kimi 
təşkilatlanması  da  ali  siyasi  mədəniyyətin  tərkibini  təşkil 
edir.  Dövlətçilik  mədəniyyəti  özündə  iqtisadi,  mədəni, sosial 
və  siyasi  təşkilatçılıq  qabiliyyətini  əks  etdirir.  Mədəniyyət 
normaları-davranış  qaydalarından,  milli  xarakterdən,  milli 
və  beynəlxalq  davranışdan  meydana  gəlir)  fonunda  büruzə 
verən dəyərlərdən ibarətdir. Mədəniyyət də maddi və mənəvi ola 
bilir.  Mənəvi  dəyərlər,  o  cümlədən  əxlaq  qaydaları,  mədəni 
davranış  nümunələri  (burada  davranış  qaydaları),  xarakter  özü 
elə  mənəvi  mədəniyyətin  əsaslarını  meydana  gətirir.  İctimai 
tərbiyə,  siyasi  əxlaq,  milli  adət-ənənələr  özlüyündə  mənəvi 
mədəniyyətin  forma  və  məzmununu  sübuta  yetirir.  Maddi 
mədəniyyət  nümunələrindən  (burada  quruculuq  və  yaradıcılıq 
nümunələri)  istifadə  qaydaları  və  maddi  mədəni  abidələrə, 
əşyalara  olan  münasibət  məhz  özlüyündə  mənəvi  mədəniyyət 
normalarını  yaradır.  Xalqın  mədəniyyət  tarixi  və  tarixi  kimliyi 
maddi nümunələr əsasında sübuta yetirirlir. Bu baxımdan da bir 
xalq  əgər  öz  yaradıcılığına  hörmətlə  yanaşırsa,  onu  qoruyursa, 
dəyər  olaraq  irsən  ötürürsə,  onda  o  xalq  öz  mədəniyyətinə 
hörmət edən mənəvi dəyər xalqıdır. Bu kriteriyalar da özlüyündə 


134 
 
xalqın möhkəm iradəliliyini sübuta yetirir. Mədəni xalq tarixini, 
yaratdığı  mədəniyyət  nümunələrini,  qorumağı  bacarmaq 
keyfiyyətlərinə malikdir. 
Mədəniyyət  yaradıcılıq  və  quruculuq  nümunəsidir,  bu 
nümunələrə  nisbətdə  davranış,  əxlaq  normasıdır.  Buna  görə  də 
quruculuq  və  yaradıcılıqdan  ibarət  olan  davranışlardan  və 
nümunələrə qarşı olan hörmətdən ibarətdir.  
Mədəniyyət hər bir xalqın milli kimliyidir. Milli kimliyinin 
irsən  qoruyucusudur.  Mədəniyyət  xalqın  məkanda  tarixən 
yaratdığı dəyərlər məcmusundan ibarətdir. Mədəniyyət nizam və 
intizamdan ibarət davranış üsuludur. 
Mədəniyyət sosiallaşmanın, sosial strukturlaşmanın tərkibini 
təşkil  edir.  İnsanların  sosial  əlaqələr  və  münasibətlər  forması 
məhz  mədəniyyətin  yaranmasının  əsaslarını  təşkil  edir. 
Multikulturalizm isə beynəlxalq mədəniləşmə proseslərini təmin 
edir. Bu da özlüyündə beynəlxalq sosiallaşmanı meydana gətirir.  
Dövlətlərin çoxluq təşkil etdiyi müasir zamanda xalqlararası 
mədəniyyət  əlaqələri  də  inkişaf  etməkdədir.  Bu  gün  mövcud 
olan  əlaqələr  (elektron  əlaqələr)  xalqlara  məxsus  olan 
mədəniyyətin  qarşılıqlı  olaraq  mübadiləsini  sürətlə  şərtlən-
dirməkdədir.  Digər  tərəfdən,  bir  dövlət  daxilində  çoxlu  sayda 
mədəniyyət  nümunələrini  özündə  daşıyan  subyektlər  (xalqların 
nümayəndələri) 
mövcuddur. 
Mədəniyyət 
nümunələrinin 
obrazları həm birbaşa subyektlərarası (fərdlərarası) əlaqələr ilə, 
əyani  şəkildə,  həm  də  vasitəli  qaydada  vizual  şəkildə  transfer 
etməkdədir. Bu obrazlar keçidlər zamanı əks olunur.  
Multikulturalizmin  formaları  meydana  gəlməkdədir.  Bir 
forma  dövlətlər  daxilində  yaşayan  xalqların  yaratdığıdır.  Əyani 
mübadilə  formasıdır.  Burada  davranış  qaydaları,  adət-ənənələr 
keçidlər  edir.  Digər  bir  forma  isə  qiyabi  tanışlıqla  keçid 
formasıdır. Adət-ənənələr, musiqi, mədəniyyət vasitələr yolu ilə 
keçidlər edir.  
Multikulturalizm 
(çoxmədəniyyətlilik) 
bir 
məkanda 
(burada bir cəmiyyət, bir dövlət) yaşayan çoxlu sayda xalqlardan 


135 
 
ibarət  olan  mədəni  müstəvidir.  Çünki  mədəniyyətin  əsas 
daşıyıcıları  məhz  fərdlər  və  xalqlardır.  Multikulturalizm  digər 
tərəfdən  də  bir  vahid  dünya  çərçivəsində  yaşayan  çoxlu  sayda 
xalqlardan  ibarət  olan  mədəniyyət  müstəvisidir.  Mədəniyyət 
bütövlüyü  bir  dünyanı  əhatə  edir,  eləcə  də  dünyanın  tərkib 
hissələrindən  ibarət  olur.  Multikulturalizm  bir  dövlət  daxilində 
olur,  eləcə  də  dünya  xalqlarının  birləşmiş  mədəniyyətini  əks 
etdirir.  
Hər  iki  formanın  insanlar  üçün  əhəmiyyəti  olduqca  çoxdur: 
birincisi, ona görə ki, çoxlu sayda xalq- çoxlu sayda quruculuq və 
yaradıcılıq  subyekti  deməkdir.  Çoxlu  sayda  xalqın  mövcudluğu 
fərqli  yaradıcılıq və  quruculuq nümunələrinin inkişafından xəbər 
verir.  Quruculuq  və  yaradıcılıq  nümunələrinin  çoxluğu 
cəmiyyətlərdə  və  dövlətlərdə  dəyər  zənginliyini  meydana  gətirir. 
İkincisi, 
multikulturalizm 
insanların 
zəngin 
davranış 
numunələrini  formalaşdırır.  Üçüncüsü,  milli  eqoizmin  qarşısını 
alır  və  xalqların  assosiativ  inteqrasiyalarını  meydana  gətirir. 
Dörüdüncüsü, beynəlmiləlçiliyi və kosmopilitizmi yaradır, sosial 
holizmin yaranmasını zəruri edir.  
Multikulturalizm  məkanda  (burada  bir  dövlətdə,  bir 
cəmiyyətdə)  mövcud  olan  dəyərləri  çoxaldır.  Bu  dəyərlər 
yaradıcılıq  və  quruculuq  elementlərini  artırır.  Multikulturalizm 
məkana  xarici  mədəni  elementlərin  axınını  təmin  edir.  Bu  axın 
sayəsində regional mədəni inteqrasiya formalaşır və mədəniyyət 
regionu  meydana  gəlir.  Xaricdən  transfer  edən  nümunələr 
hesabına  məkanda  sosial  strukturlaşma  güclənir.  Sosial 
strukturlaşmanın güclənməsi hesabına isə elementlərin sayı artır 
və  dinamiklik  genişlənir.  Bu  proseslər  sayəsində  sistemdə 
mövcud olan mədəniyyət elementlərinin sayı çoxalır və dəyərlər 
artır.  Dəyərlər  sistemi  zənginləşir.  Multikulturalizm  sayəsində 
dünyanın  mədəniyyət  potensialı  bir  məkana  cəlb  olunur. 
Multikulturalizm xalqın və dövlətin dünyəviliyini təmin edir və 
xalqın,  millətin,  dövlətin  dünyada  sürətlə  tanıdılmasını  həyata 
keçirir. Multikulturalizm dünyanın əksər xalqlarından ibarət olan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə