58
-
Elə bildim doğrudan da getmək qərarına
gəlmisən.
- Bəs sən bundan məmnun olardın?
- Əlbəttə, - o, səmimi cavab verdi.
- Bunu eşitməyimə şadam, - Van Aidin bildirdi.
- Əslində, biz elə də uzun müddətə ayrılmırıq,
ata,
- Rut sözünə davam etdi, - axı sən bir aydan
sonra gələcəksən, deyilmi?
-Ah! Hərdən elə istəyirəm ki, Hartli-stritdən birinin yanına gedib
mənə təmiz havanın və günəşin vacib olduğunu söyləməyə onu vadar
edim və mən də təcili dincəlməyə yollanım.
-
Belə tənbəl olma! - Rut dedi. - Bir aydan sonra ora indikindən
də yaxşı olacaq. Bir də ki,
sənin Londonda xeyli təxirəsalınmaz işlərin var...
-
Hə, bilirəm, - Van Aidin köksünü ötürdü. - İndisə, yaxşı olar ki,
qatara minəsən, Rut.
Vaqonun hansıdır?
Rut Ketterinq dalğın halda qatarı gözdən keçirdi. Pulmanov
qatarlarından birinin qapısı önündə başdan-ayağacan qara geyinmiş
bir nəfər arıq qadın - Rutun qulluqçusu dayanmışdı. O, geri çəkilərək
sahibəsinə yol verdi.
- Sizin sakvoyajı15 oturacağın altına qoymuşam ki, madam, bəlkə sizə
paltar lazım gəldi. Şalı götürüm, yoxsa onlar sizə lazımdır?
-
Xeyr, xeyr, lazım deyil, onları götür və öz
yerinə get, Meyson.
Van Aidin qızı ilə birgə vaqona daxil oldu. O, öz yerini tapdı və Van
Aidin qəzet və jurnal yığınını kiçik masanın üstünə qoydu.
downloaded from KitabYurdu.org
59
Qarşı tərəfdəki oturacaqda sərnişin əyləşmişdi. Amerikalı həmin
sərnişinə diqqətlə nəzər saldı. Bu, səliqəli yol kostyumu geyinmiş
heyrətamiz alagözlü qadın idi. Van Aidin bir müddət də Rut ilə,
adətən, vağzalda öz yaxınını yola salan adamın danışdığı kimi söhbət
etdi.
Nəhayət, fit səsi eşidildi və Van Aidin saatına baxdı.
- Mən getməliyəm, əzizim. Hələlik. Narahat olma. Mən bütün işləri
öz yoluna qoyacam.
- Ah, ata!
Van Aidin birdən geri çevrildi. O, sanki Rutun səsində əsla ona xas
olmayan bir intonasiya duydu, bu, ümidsizlik harayına bənzədi. Və
bu, atanı təlaşa saldı. Qız özünü qeyri-iradi olaraq ona sarı atsa da,
lakin tez özünü ələ aldı.
- Bir aydan sonra görüşənədək, - Rut şən halda sağollaşdı.
İki dəqiqədən sonra qatar yerindən tərpəndi.
Rut tərpənmədən yerində əyləşmişdi. O, dodaqlarını çeynəyir, göz
yaşlarını güclə saxlayırdı. Qəflətən dəhşətli yalqızlıq hissi duydu.
Onun içini birdən-birə dəli bir arzu bürüdü: nə qədər ki, gec deyil,
vaqondan özünü yerə atmaq və geri qayıtmaq. Daima sakit və özündən
əmin olan Rut ömründə ilk dəfə özünü
bu cür - küləklə sovrulan yarpaq tək hiss etdi. Əgər atası bilsəydi...
Görəsən, ona nə deyərdi?
Bu, əsl ağılsızlıqdır! Həyatında ilk dəfə Rut hisslərinə bu cür əsir
düşüb, səfeh və ehtiyatsız hərəkət etdi. Van Aidinin əsl qızı kimi Rut
öz hərəkətlərinin nə qədər səhv olduğunu anlayır və özünü müqəssir
bilirdi. Lakin digər cəhətdən də o, atasına oxşamışdı - öz istədiyinə
nail olmaq kimi möhkəm bir iradəyə malik idi və qərar qəbul edərkən
heç bir əngəldən çəkinməzdi. Rut beşikdə ikən tərsliyi və öz bildiyini
downloaded from KitabYurdu.org
60
tutmaq cəhəti ilə fərqlənirdi, verilən tərbiyə isə bu cəhətlərini daha da
təkmilləşdirmişdi. Bəli, indi hər şey risk altına atılmışdı. İndi o,
sonacan getməli idi.
O, başını qaldırdı və onun baxışları əks tərəfdəki oturacaqda
əyləşmiş qadının baxışları ilə qarşılaşdı. Birdən ona elə gəldi ki, yol
yoldaşı onun fikirlərini oxuyur. O, qadının ala gözlərində özünə qarşı
anlayış və dərdinə şərik olmaq kimi bir duyğu hiss etdi.
Lakin bu, bir anlıq ötəri təəssürat idi. Hər iki qadının sifəti yenidən
nəzakətli sakit ifadə aldı. Missis Ketterinq əlinə jurnal aldı, Ketrin isə
üzünü pəncərəyə çevirib, geridə qalan darıxdırıcı küçələrə və
şəhərətrafı evlərə baxdı.
Fikrini jurnala yönəltmək Rut üçün çətin idi. O, özünü nə qədər böyük
təhlükələrə atdığını xəyalən ağlına gətirdi və öz-özünə peşman oldu.
O, necə də yelbeyin olub! Bütün soyuqqanlı
adamlar kimi, o, öz üzərində nəzarəti tamamilə itirmişdi. Gecdir...
Məgər artıq çoxmu gecdir? Kaş kimləsə danışıb ondan məsləhət ala
biləydi! Əvvəllər heç vaxt onun buna ehtiyacı olmamışdı, hər bir
məsələ üçün onun öz şəxsi rəyi var idi, amma indi...
Ona nə olub? Vahimə. Bəli, belədir, onu vahimə basır. Ömründə ilk
dəfədir ki, o - Rut Ketterinq tamamilə vahimə içərisindəydi, az qala
dəli olacaqdı.
Rut gözünün ucuyla qonşusuna nəzər saldı. Əgər onun tanışları
arasında belə sakit və ürəyəyatan birisi olsaydı, onunla məsləhətləşə
bilərdi. Ona indi məhz belə adam lazım idi. Ancaq öz problemlərini
yad bir yol yoldaşına bildirmək... Rut öz-özünə güldü. O, yenidən
jurnala baxmağa başladı. Özünü ələ almaq lazımdır. Nəhayətdə, bu
qərarı özü vermişdi. O, öz azad iradəsi ilə hərəkət edir. Bunda qəbahət
nə var ki? O, öz-özünə dedi: “Mən niyə xoşbəxt ola bilmərəm axı?”
downloaded from KitabYurdu.org
61
Duvra kimi olan məsafə bir göz qırpımında ötdü. Rut dəniz
yırğalanmasını yaxşı keçirirdi, lakin soyuğu sevmirdi, ona görə də
özünə ayrıca kayuta sifariş etdi...
Baxmayaraq ki, Rut heç vaxt bunu qəbul etmirdi, ancaq bəzən o,
mövhumatçıya çevrilirdi və təsadüflərə əhəmiyyət verən insanlar
kateqoriyasına aid idi. Kalaya çataraq Mavi qatarda qulluqçusu ilə
ikinəfərlik kupedə yerləşən Rut vaqon-restorana getdi.
Pulmanov vaqonunda qonşusu olan həmin qadınla birgə bir masa
arxasına düşməsi Rutu təəccübləndirdi. Hər iki qadın bir-birinə
mehriban gülümsədi.
- Təsadüfə bir bax! - missis Ketterinq dedi.
- Elədir, - Ketrin cavab verdi.
Ofisiant onların qarşısında beynəlxalq nəqliyyat şirkətlərinin yüksək
dəyərləndirdiyi cəldliklə peyda oldu və onların masasına iki qab şorba
qoydu. Şorbanı zərif omlet əvəz edənə qədər qadınlar artıq dostyana
söhbətə başlamışdılar.
- İlahi, günəşli bir yerdə olmağı elə istərdim, - Rut köksünü ötürdü.
- Əminəm ki, bu, qeyri-adi bir duyğudur.
- Siz Riverunu yaxşı tanıyırsınız?
-Xeyr, bu, mənim ilk səfərimdir. -Təəccüblüdür.
- Sizsə, yəqin ki, ora hər il gedirsiniz?
- Demək olar ki, hə. Yanvar və fevral aylarında
London dözülməzdir.
- Mənsə kənddə yaşamışam. Bu aylar orada da ürəkaçan keçmir. Hər
yer başdan-başa palçıq
olur.
- Bəs indi nəyə görə getməyə qərar verdiniz?
- Pul, - Ketrin cavab verdi. - On il ərzində mənim pulum ancaq rahat
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |