Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə16/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   12   13   14   15   16   17   18   19   ...   64

62 

 

ayaqqabı  almağa  güclə  çatırdı,  indisə  mən  böyük  miras  almışam, 



amma ola bilsin, o pul, yəqin ki, sizə o qədər də böyük görünməz. 

- Bu cür deməyiniz maraqlıdır. Məgər belə çox hiss olunur? 

Ketrin güldü: 

- Mən dəqiq bilmirəm. Mən, sadəcə, zahiri təəssürata görə mülahizə 

yürüdürəm.  Sizi  görəndə  düşündüm  ki,  siz  dünyanın  ən  varlı 

qadınlarından birisiniz. Ola bilsin, yanılıram. 

- Xeyr, yanılmırsınız. - Qəflətən Rut qüssələndi. - Siz, ümumiyyətlə, 

mənim barəmdə nə düşündüyünüzü söyləyə bilərsinizmi? 

-Axı... 

Rut onun etirazını yarımçıq qoydu: 

-Xahiş edirəm, şərtiliyi kənara qoyun! Bu, mənim üçün vacibdir. Biz 

vağzaldan 

uzaqlaşanda  mən  sizə  baxdım  və  mənə  elə  gəldi  ki...  siz  mənim 

beynimdə baş verənləri anlaya bilirsiniz. 

- Sizi  inandırım  ki,  mən  kənar  adamların  düşüncələrini  oxuya 

bilmirəm, - Ketrin gülərək 

dedi. 

- Yox, yox, xahiş edirəm, nə barədə düşündüyünüzü mənə deyin. 



Rut elə təkid etdi ki, Ketrin təslim oldu. 

-Yaxşı,  belə  istəyirsinizsə,  deyərəm.  Mən  düşündüm  ki,  siz  nəyə 

görəsə çox məyussunuz və sizə yazığım gəldi. 

Haqlısınız,  siz  tamamilə  haqlısınız.  Mən  dəhşətli  dərəcədə 



təlaş içərisindəyəm... Mən... 

əgər icazə versəydiniz, sizə danışmaq istəyərdim... 

-  Ah,  əzizim...  -  Və  bu  anda  Ketrin  düşündü:  “Dünya  necə  də 

yeknəsəqdir! - Sent-Meri- Middə də adamlar öz problemlərini mənə 

danışırdılar,  burada  da  eyni  şeylər  baş  verir,  mənsə  yad  insanların 

downloaded from KitabYurdu.org




63 

 

problemlərini bilmək istəmirəm”. 



Lakin o, nəzakətlə dedi: 

-Yaxşı, danışın. 

Rut  birnəfəsə  qəhvəsini  içdi  və  Ketrinin  hələ  qəhvəsinə 

toxunmadığına məhəl qoymayıb ayağa duraraq söylədi: 

- Mənim kupemə gedək. 

Bu, ümumi qapı ilə birləşmiş iki birnəfərlik kupe idi. Onlardan birində 

tumacdan16 düzəldilmiş, üzərində “R.V.K.” inisialları həkk olunmuş 

böyük  mücrünü  dizləri  üstə  əlində  saxlayan,  Ketrinin  vağzalda 

gördüyü  arıq  qulluqçu  əyləşmişdi.  Missis  Ketterinq  iki  kupeni 

birləşdirən qapını bağlayaraq yerində oturdu. Ketrin də onun yanında 

əyləşdi. 

- Mən narahatam. Nə edəcəyimi də bilmirəm, - Rut sözə başladı. - Bir 

nəfər kişi var, o, mənim xoşuma gəlir, çox xoşuma gəlir. Biz ikimiz 

də gənc olanda tanış olmuşuq, bir-birimizi sevmişik, ancaq onda bizi 

ayırdılar. İndisə biz yenidən qarşılaşmışıq. 

-Hə? 


Mən...  mən  onun  yanına  gedirəm.  Əlbəttə,  əminəm  ki,  siz 

deyəcəksiniz ki, bu, düzgün deyil, 

lakin  siz  mənim  vəziyyətimi  bilmirsiniz.  Mənim  ərim  dözülməzdir! 

O, mənə elə əzab verir ki! 

- Hə, - Ketrin yenidən təkrar etdi. 

-  Mənim  halım  çox  pisdir.  Mən  atamı  aldatdım.  Bu  gün  məni  yola 

salan  o  idi.  O,  istəyir  ki,  mən  ərimdən  boşanım,  əlbəttə  ki,  mənim 

başqası  ilə  görüşə  getdiyimi  heç  ağlına  da  gətirmir.  O,  bunu 

ağlasığmaz axmaqlıq adlandırardı. 

- Bəs siz belə düşünmürsünüz? 

Mən fikirləşirəm ki, belədir. - Rut Ketterinq ehmalca titrəyən 



downloaded from KitabYurdu.org


64 

 

əllərinə baxdı. - Ancaq geriyə 



yolum yoxdur. 

- Nəyə görə? 

Mən... Biz vədləşmişik və bu, onun üçün əsl 



zərbə olar. 

Siz ki, buna inanmırsınız, - Ketrin əminliklə 



dedi. 

-  Kişilər göründüklərindən daha dözümlüdürlər. 

-  O düşünəcək ki, mən qorxağam, verdiyim vədi 

yerinə yetirmək iqtidarına malik deyiləm. 

-  Mənə elə gəlir ki, siz qorxunc bir səhv edirsiniz 

və bunu özünüz də başa düşürsünüz. 

Rut Ketterinq əlini üzünə qoydu. 

-  Bilmirəm,  bilmirəm.  “Viktoriya”dan  ayrıldığımızdan  bəri  mən 

qorxunc bir hissiyyatdan yaxa qurtara bilmirəm, sanki nəsə mənə sarı 

yaxınlaşır və mən bundan qaçıb qurtula bilmirəm. 

-  Bu  barədə  düşünməyin,  özünüzü  ələ  almağa  çalışın.  Siz  Parisdən 

atanıza teleqram göndərə bilərsiniz və o, dərhal gələr. 

Rutun üzü şəfəq saçdı: 

-  Hə,  belə  də  edəcəyəm.  Əziz  qoca  atam!  Qəribədir,  bugünkü  günə 

kimi  onu  necə  də  çox  sevdiyimi  dərk  etməmişdim.  -  O,  qamətini 

düzəltdi və yaylıqla göz yaşlarını sildi. - Mən necə də səfeh olmuşam. 

Çox sağ olun ki, sizinlə danışmağa icazə verdiniz. Baş aça bilmirəm, 

mənə nə olub, niyə belə isterik vəziyyətdəyəm... 

Amma indi yüngülləşdim. Düşünürəm ki, həqiqətən də dərdləşməyə 

ehtiyacım var imiş. - O, ayağa durdu. 

Ketrin də ayağa qalxdı. 

-  Şadam  ki,  rahatlandınız.  -  Ketrin  mümkün  qədər  adi  səs  tonu  ilə 

downloaded from KitabYurdu.org



65 

 

söyləməyə  çalışdı.  O,  yaxşı  bilirdi  ki,  bu  tərz  səmimi  söhbətlərdə, 



adətən, etibar yerini utancaqlıqla əvəz edir. O, sakitcə söylədi: - Mən 

öz kupemə qayıtmalıyam. 

Ketrin  dəhlizə  çıxdı  və  bu  zaman  qulluqçu  da  dəhlizdə  idi.  O, 

Ketrindən yan tərəfə təəccüblü baxışla baxırdı. Ketrin də həmin səmtə 

baxdı,  lakin,  görünür,  qulluqçunun  baxdığı  adam  artıq  öz  kupesinə 

girmişdi - dəhliz boş idi. 

Ketrin  qonşu  vaqona  getdi.  Gözlənilmədən  sonuncu  kupenin  qapısı 

açıldı və içəridən bir qadının üzü göründü və qapı yenidən bağlandı. 

Sonralar onu yenidən gördüyü zaman Ketrinin 

də başa düşdüyü kimi, bu simanı unutmaq asan deyildi. 

Bol-bol makiyaj çəkilmiş gözəl, girdə, tünd dərili üz. Ona elə gəldi ki, 

bu simanı artıq haradasa görüb. 

Ketrin  sakitcə  öz  kupesinə  gələrək,  bayaqkı  həmsöhbətinin  kim 

olduğu  və  onun  tarixçəsinin  nə  ilə  bitəcəyi  barədə  tənbəl-tənbəl 

düşünməyə başladı. 

“Əgər  onu  hansısa  axmaq  əməldən  çəkindirmək  mənə  müvəffəq 

oldusa, deməli, mən pis iş görməmişəm. - Ketrin fikirləşdi. - Amma 

kim bilir? Bu cür qadınlar, adətən, xudbin olurlar və ola bilsin, hətta 

yaxşıdır ki, ömürlərində heç olmasa bir dəfə də olsun xüsusiyyətlərinə 

rəngarənglik gətirirlər. Yəqin ki, onu bir daha 

görərəm.  O,  əlbəttə  ki,  mənimlə  görüşmək  istəməyəcək.  Kənar 

şəxslərə  öz  işin  barədə  danışmaq  -  böyük  səhvdir.  Adətən,  bundan 

sonra onlar peşman olurlar”. 

O, ümid edirdi ki, nahar vaxtı onları ayrı-ayrı masalarda əyləşdirərlər. 

Ciddi olaraq düşündü ki, bu, hər ikisi üçün də yaxşı olar. Kürəkliyə 

söykənərək  özündə  qüssə  və  yorğunluq  hiss  etdi.  Onlar  Parisə 

yaxınlaşdılar və sonsuz dayanacaqlı dolanbac yollar çox yorucu idi. 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə