86
Sofi suyun kənarına endi. Buralar çox palçıqlı idi. Sonra bir qayıq
gördü. Qayığın yarısı sudaydı. İçində bir cüt avar vardı.
Sofi ətrafa nəzər saldı. Ayaqqabılarını palçığa bulamadan o biri
sahilə keçmək mümkünsüz idi. Çəkinmədən qayığa yaxınlaşdı, onu
suya itələdi. Sonra qayığa oturdu, avarları taxdı, gölə çıxdı. Tezliklə
qayıq o biri sahilə dəyib dayandı. Sofi sahilə çıxdı və qayığı dalınca
dartmağa çalışdı. Bu sahil üzbəüzdəkindən daha dikdi.
Evə yanaşmazdan əvvəl cəmi bir dəfə başını çevirib arxaya baxdı.
Cəsarəti özünü də təəccübləndirirdi. Bura gəlməyə necə cürət etmişdi?
Bilmirdi. Sanki nə isə onu irəli itələyirdi.
Sofi qapını döydü. Bir müddət gözlədi, amma hay verən olmadı,
dəstəkdən tutub ehtiyatla itələdi və qapı açıldı.
Orada kiminsə yaşadığı aydın idi. Qədimi sobada odun qıcırtısı
eşidildi. Kimsə təzəlikcə burada olmuşdu.
Böyük nahar masasında makina, bir neçə kitab, iki qələm və çoxlu
kağız vardı. Gölə baxan pəncərənin önündə isə bir kiçik masa və iki
kətil gördü. Otaqda mebel çox az idi, divarlardan birində kitablarla dolu
rəflər sıralanırdı. Ağ dolabın üstündən ağır bürünc çərçivəyə salınmış
böyük dairəvi güzgü asılmışdı. Çox qədimi görünürdü.
Divarların birindən iki rəsm asılmışdı. Birində yağlı boya ilə bəyaz
ev təsvir olunmuşdu, ev kiçik bir körfəzin sahilindəydi, körfəzdə
qayıqların dayanması üçün qırmızı rəngli məntəqə vardı. Evlə qayıq
məntəqəsinin arasında geniş bir bağ, bağda alma ağacı, sıx kollar və bir
neçə iri daş vardı. Sıx ağcaqayın
cərgəsi bağı çələng kimi dövrəyə almışdı. Rəsmin adı “Bjerkeli” idi.
O biri rəsmdə isə pəncərənin yanında kresloda əyləşmiş kişi təsvir
olunmuşdu. Dizinin üstündə bir kitab vardı. Rəsmdə arxa tərəfində
ağaclar və qaya parçaları olan kiçik körfəz vardı. Elə bil bir neçə yüz il
əvvəl çəkilmişdi. Rəsmin adı “Berkli” idi. Rəssamın adı isə Smilbert
idi.
Berkli və Bjerkeli. Nə qəribə!
Sofi evi iyləyib-çüyləməyə davam etdi. Qonaq otağından balaca
mətbəxə qapı açılırdı. Kimsə indicə qab yumuşdu. Boşqablar və
downloaded from KitabYurdu.org
87
stəkanlar çay dəsmalının üzərinə düzülmüşdü, bəzi qablarsa hələ suya
çəkilməmiş, üzərlərində sabunlu su damcıları parıldayırdı. Döşəmənin
üzərində alüminium tas, tasın içində yemək artıqları vardı. Burada
yaşayan hər kim idisə, görünür, ya it, ya pişik saxlayır.
Sofi qonaq otağına qayıtdı. Otaqdakı digər qapı kiçik yataq otağına
açılırdı. Yataq otağının döşəməsində içində bir neçə nazik yorğan olan
iri boxça vardı. Sofi onların üstündə
sarı saç telləri də gördü. Bu da sübut! Sofi başa düşdü ki, evin sakinləri
Albert Knoks və Hermesdi.
Qonaq otağına qayıdıb güzgünün qarşısında dayandı. Güzgü bir
qədər tutqun idi və bəzi yerləri aşınmışdı. Sofi öz hamamlarında etdiyi
kimi, güzgüdə özünə cürbəcür sifətlər sərgiləməyə başladı. Üzünü nə
şəklə salırdısa, təbii ki, güzgüdəki əksi də eynisini eləyirdi.
Lakin qəflətən qorxulu bir şey baş verdi. Yalnız bir dəfə - bir anın
içində Sofi çox aydın şəkildə gördü ki, güzgüdəki qız hər iki gözünü
qırpdı. Sofi diksinib daldalı çəkildi. Əgər o özü gözlərini yummuşdusa,
güzgüdəki qızın gözlərini yummasını necə görmüşdü? Hələ bu
harasıdı, qız bunu elə elədi ki, sanki “mən səni görürəm, Sofi, mən
burdayam”, - dedi.
Sofi ürəyinin möhkəm çırpındığını duydu və bu vaxt uzaqda it
hürdü. Hermes! Dərhal aradan çıxmalıyam, - Sofi özünü topladı.
Birdən dolabın üstündə - güzgünün altında yaşıl rəngli bir pulqabı
gördü. İçində əlli və yüz kronluq banknotlar, məktəb vəsiqəsi, vəsiqədə
gözəl saçlı bir qızın şəkli vardı. Şəklin altında qızın adı yazılmışdı:
“Hilde Moller Knog”...
Sofi sarsıldı. Yenidən itin səsi eşidildi. O, qaçmalıydı -
yubanmadan!
Masanı ötüb keçməyə tələsdiyi vaxt kitablarla vərəqlərin ortasında
ağ zərf gördü. Orada bircə söz yazılmışdı: “SOFİ”.
Nə etdiyini anlamadan zərfi oğurladı, onu qəhvəyi zərfin içinə,
Platon vərəqlərinin yanına dürtdü. Qapıya qaçdı və qapını arxasınca
örtdü.
İt səsi getdikcə yaxınlaşırdı. Amma hər şeydən pis o idi ki, qayıq
downloaded from KitabYurdu.org
88
yox idi. Bir an keçməmiş Sofi qayığı gördü, amma gölün ortasında!
Külək onu aparmışdı. Avarlardan biri suyun üzərində üzürdü. Ona görə
ki, Sofi onu torpağa yaxşıca batırmamışdı. İt səsi artıq çox yaxından
gəlirdi və gölün o biri tərəfindəki ağacların arasında tərpəniş
duyulurdu.
Sofi cəld evin arxasındakı kolluğa girdi. Ayaqlarından çox əllərinə
güvənməliydi. Bura elə palçıq idi ki, batıb-çıxmalı olurdu. Amma
getməliydi. Özünü birtəhər evə çatdırmalıydı.
Beləcə, bir az gedəndən sonra Sofi azdı. Bu onun əvvəl keçdiyi cığır
deyilmi? Ətəyinin suyunu sıxıb dayandı. Ağlamağa başladı.
Axı o, necə belə axmaqlıq edə bilərdi? Hələ qayıq! Suyun ortasında
yırğalanan qayıq, yanında avara-avara üzən avar, - Sofi bu mənzərəni
fikrindən çıxara bilmirdi. Biabırçılıq idi...
Yəqin fəlsəfə müəllimi indi gölə çatıb. Ona evə qayıtmaq üçün qayıq
lazımdı. Özünü cinayətkar kimi hiss etdi. Di gəl,
Sofi bunu qəsdən etməmişdi.
Zərf! Yoox, qayıqdan da betər hadisə budu. Axı niyə zərfi götürdü?!
Hə, əlbəttə, ona görə ki, üstündə adı vardı. Nə olsun ki? Özünü oğru
kimi hiss edirdi. Üstəlik, qayığı götürənin, bu evə gələnin məhz Sofi
olmasına dəlil qoymuşdu.
Zərfin arxasına baxdı. Orada yazılmışdı:
Hansı daha əvvəl yaranıb? Cücə, yoxsa cücə ideyası?
Biz anadangəlmə “ideyalarlamı doğuluruq?
Bitki, heyvan və insan arasındakı fərq nədi?
Niyə yağış yağır?
Yaxşı yaşamaq üçün nə gərəkir?
Sofi indi bu suallar haqqında düşünmək iqtidarında deyildi, amma
bu sualların növbəti filosofla bağlı olduğunu başa
düşdü. Aristotelmi?
Meşədə xeyli qaçandan sonra uzaqdan öz çəpərlərini görəndə
dənizdə gəmisi batandan sonra üzən adamın sahili görməsi kimi bir
duyğu keçirdi. Çəpər bayır tərəfdən əcəb məzəli görünürdü.
Xəlvəti guşəsinə girib qol saatına baxdı. On otuzu göstərirdi. Böyük
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |