98
görə də cücənin forması deyərkən onun növünün özünəməxsus
xüsusiyyətlərini, başqa sözlə, nə etdiyini nəzərdə tuturuq. Cücə öləndən
sonra qaqqıldamır,
çünki onun forması öz mövcudluğunu itirir. Yerdə qalan yeganə şey -
toyuğun məzmunu, maddəsi olur (çox kədərlidir, Sofi), ona görə də o,
daha toyuq deyil.
Daha əvvəl dediyim kimi, Aristotel təbiətdəki dəyişikliklərlə məşğul
idi. Onun fikrincə, “maddə” hər zaman xüsusi bir “forma” realizə
etmək potensialına malikdi. Demək olar ki, “maddə” həmişə öz təbii
potensialına doğru can atır. Təbiətdəki hər bir dəyişiklik, Aristotelin
fikrincə, maddənin potensial haldan aktual hala çevrilməsidi.
İndi nəyi nəzərdə tutduğumu izah edəcəyəm, Sofi. Gör, bu gülməli
hekayə sənə kömək edə bilərmi? Bir heykəltəraş böyük bir qranit
parçası üzərində işləyir. Hər gün bu formasız qraniti yonur. Bir gün
balaca bir oğlan gəlib deyir: “Nə axtarırsan?” “Gözlə, görərsən”, -
deyə, heykəltəraş cavab verir. Bir neçə gündən sonra bu balaca oğlan
yenə gəlir. Görür ki, heykəltəraş qranitdən gözəl bir at yonub. Oğlan
heyrət içində baxır, sonra dönüb heykəltəraşa deyir: “Haradan bilirdin
ki, onun içində at var?”
Doğrudan da, haradan? Bir baxımdan, heykəltəraş qranit parçasında
at formasını görmüşdü, çünki həmin qranit parçasının at formasına
salınmaq potensialı var idi. Beləcə, Aristotel də inanırdı ki, təbiətdəki
hər şeydə xüsusi bir “forma”ya çevrilmək, yaxud meydana gətirmək
potensialı var.
Gəl, yumurta və cücəyə qayıdaq. Yumurtanın cücə olmaq potensialı
var. Bu o demək deyil ki, bütün yumurtalar cücəyə çevrilir - onların bir
çoxu mətbəx masasında soyutma yumurta, omlet, qayğanaq şəklində, -
öz potensiallarını həyata keçirmədən məhv olur. Lakin eyni dərəcədə
məlumdur ki, toyuq yumurtası heç vaxt ördək verə bilməz. Toyuq
yumurtası o imkana malik deyil. Şeyin “forma”sı onun hədləri haqda
məlumat verdiyi kimi, potensialı haqda da nə isə deyir.
Aristotel şeylərin “maddə”si və “forma”sı haqda danışarkən yalnız
canlı orqanizmləri nəzərdə tutmurdu. Toyuğun “forma”sı qaqqıldamaq,
downloaded from KitabYurdu.org
99
qanaq çırpmaq və yumurta qoymaq olduğu kimi, daşın forması da yerə
düşməkdi. Toyuq qaqqıldamadan mövcud ola bilmədiyi kimi, daş da
yerə düşmədən olmaz. Sən daşı qaldıra, havaya tullaya bilərsən, lakin
daşın təbiətinə yerə
düşmək xas olduğundan, onu Aya tullaya bilməzsən. (Bu eksperimenti
etsən, ehtiyatlı ol, çünki daş qisas ala və yerə düşəndə ən qısa yolu seçə
bilər!)
Son səbəb
Bütün canlı və cansız şeylərin potensial fəaliyyəti haqda məlumat
verən “formalar mövzusunu bağlayarkən mən Aristotelin təbiətdəki
səbəbiyyətlə bağlı diqqətəlayiq baxışları olduğunu əlavə etməliyəm.
Bu gün biz nəyinsə “səbəbi” haqda danışarkən onun necə baş
verməsini nəzərdə tuturuq. Pəncərənin şüşəsi sınıb, ona görə ki, Piter
ona daş atıb, ayaqqabı ona görə hazır oldu ki, pinəçi dəri parçalarını
bir-birinə tikdi. Aristotel isə təbiətdə müxtəlif növ səbəblər olduğunu
düşünürdü. Ümumilikdə o, dörd müxtəlif səbəbin adını çəkib. Əsas
odur ki, onun “son səbəb” deyəndə nəyi nəzərdə tutduğunu başa düşək.
Şüşənin sınması məsələsində Piterin daşı niyə atdığıyla
maraqlanmaq tamamilə məntiqli olardı. Ona görə də biz Piterin
məqsədini soruşuruq. Şübhəsiz ki, ayaqqabı misalında da
məqsəd rol oynayıb. Lakin Aristotel həmçinin cansız təbiət
proseslərindən danışarkən də bənzər “məqsədi nəzərə alırdı.
Bir misal:
Yağış niyə yağır, Sofi?
Yəqin məktəbdə deyiblər ki, yağışın yağmasına səbəb buludların
soyuması, yağış damcılarına çevrilməsi, ağırlıq qüvvəsinə görə yerə
düşməsidir. Aristotel bunu eşitsə, başını tərpədər və deyərdi ki, hə,
lakin sən səbəblərdən yalnız üçünü sadaladın. “Maddi səbəb” odur ki,
rütubət (buludlar) hava soyuyan anda orada olub. “Hərəkətverici
səbəb” odur ki, rütubət soyuyur, “forma” səbəb odur ki, suyun forması,
yaxud təbiəti yerə düşməyə meyllidir. Burada dayansaydın, Aristotel
əlavə edərdi ki, yağış ona görə yağır ki, bitkilərin, heyvanların
böyümək üçün suya ehtiyacı var. Buna isə o, “son səbəb” deyirdi.
downloaded from KitabYurdu.org
100
Aristotel yağış damlalarına həyati tapşırıq, başqa sözlə, məqsəd təhkim
edirdi.
Biz bunu baş-ayaq çevirərək belə deyə bilərik: bitkilər ona görə
böyüyür ki, özləri üçün nəmişlik tapırlar. Fərqi görürsən, deyilmi, Sofi?
Aristotel inanırdı ki, təbiətdəki hər şeyin arxasında məqsəd var. Yağış
yağır ki, bitkilər qidalansın, meyvələr yetişir ki, insan onları yesin.
Günümüzdə elmi mühakimə bunu demir. Belə demək qəbul olunub
ki, qida, su insan və heyvan həyatı üçün zəruri şərtlərdir. Bu şərtlərə
malik olmasaq, mövcud ola bilmərik. Lakin bizi qidalandırmaq suyun
və yaxud meyvənin məqsədi deyil.
Ona görə də səbəbiyyət məsələsində Aristotelin yanıldığını demək
olar. Lakin gəl çox da tələsməyək. Bu gün də bir çox insan inanır ki,
Tanrı dünyanı bütün yaratdıqlarının onda yaşaya bilməsi üçün yaradıb.
Bu gözlə baxılsa, deyilə bilər ki, bəli; çaylarda ona görə su var ki,
heyvanların və insanların yaşamaq üçün suya ehtiyacı var. Lakin bu
zaman biz Tanrının məqsədi haqda danışmış oluruq. Yağış damlaları
və çayın suyunun bizim rifahımızda marağı yoxdur.
Məntiq
Dünyadakı şeylərdən baş çıxarmaq üçün Aristotelin izahında
“forma” və “maddə” arasındakı fərq vacib rol oynayır.
Biz şeyləri ayırd edərkən onları müxtəlif qrup və kateqoriyalarda
təsnif edirik. Əvvəl mən bir at görürəm, sonra başqa bir at görürəm,
sonra bir başqasını. Atlar tamamən bənzər deyillər, lakin onların
ümumi cəhətləri var və bu ümumilik atın “forma”sıdır. Fərqləndirici,
fərdi cəhətlər isə atın “maddə”sinə məxsusdur.
Beləcə, biz hər şeyi təsnif edirik. İnəkləri inəklərin yanına tövləyə,
atları axura, donuzları donuzxanaya, cücələri hinə qoyuruq. Eyni şeyi
Sofi Amundsen otağını yığışdıranda da edir. Kitablarını kitab rəfinə,
dərsliklərini çantasına, jurnalları çəkməcəyə qoyur, paltarlarını
qatlayaraq paltar dolabına, alt paltarlarını başqa bir dolaba, sviterlərini
bir başqasına, corablarını isə yandakı çəkməcəyə yığır. Fikir ver, biz
eyni şeyi düşüncəmizdə də edirik. Daşdan, yundan, rezindən
düzəldilmiş şeyləri bir-birindən ayırırıq. Sağ və ya ölü olanları,
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |