128
- Heç nə görmürəm, - Coanna dedi.
Amma Sofi artıq bunun çarəsini düşünmüşdü. Cibindən kibrit
qutusu çıxardı və birini yandırdı. Kibrit sönməzdən əvvəl yalnız evin
kimsəsiz olduğunu görə bildi. Yenə bir kibrit çəkdi, bu dəfə sobanın
üstündə döymə dəmir şamdanda əriyib bir hissəsi qalmış şam gördü.
Üçüncü kibritlə şamı alışdırdı və budur, otaq onlar üçün işıqlandı, ətraf
göründü.
Bir balaca şamın belə böyük qaranlığı işıqlandırması sənə qəribə
gəlmir? - Sofi dilləndi.
Dostu başıyla təsdiqlədi.
Amma haradasa qaranlığın içində işıq öləziyib yox olur. Əslində
qaranlıq öz-özlüyündə mövcud deyil. O, sadəcə işığın olmamasıdır, -
deyə davam etdi.
Coanna titrədi.
Adamın tükü ürpəşir! Nə qəribə şeylər danışırsan. Bəsdir, gəl
çıxaq...
Güzgüyə baxaq, sonra, - Sofi dolabın üstündə asılmış bürünc
çərçivəli güzgünü göstərdi.
Nə qəşəngdir, - Coanna dedi.
Amma sehrli güzgüdür.
“Ayna-ayna, söylə məndən gözəli varmı?”
Zarafat eləmirəm, Coanna. Sən ona baxıb o biri tərəfdə nə isə görə
bilərsən.
Dedin, əvvəllər burda olmamısan, hə? Bəs eləysə niyə məni
qorxudursan bayaqdan?
Sofi bu suala cavab tapa bilmədi:
Bağışla.
Qəfildən, özü də bu dəfə Coanna, döşəmənin küncündə nə isə gördü.
Kiçik bir qutu idi. Coanna əyilib onu götürdü:
Açıqcalardır.
Sofi nəfəsini içinə çəkdi.
Əl vurma! Eşidirsən, əl vurmağı ağlına da gətirmə!
Coanna geri sıçradı. Qutunu yerə elə tulladı, sanki əlini yandırmışdı.
downloaded from KitabYurdu.org
129
Açıqcalar yerə səpildi. Coannanı gülmək tutdu.
Elə qorxutdun, mən də dedim, görəsən nədi, adi açıqcalar!
Coanna sallağı oturub onları bir-bir yığmağa başladı. Bir azdan Sofi
onun yanında çöməldi.
Livan... Livan... Livan... Hamısı Livanda markalanıb.
Bilirəm, - Sofi dedi.
Coanna dikəlib düz onun gözlərinin içinə baxdı:
Deməli, burda olmusan!
Hə, deyəsən olmuşam.
Çünki birdən ona elə gəldi ki, əvvəllər burda olduğunu təsdiqləsə,
bütün bunları daha asan keçirər. Bir də axı son günlər yaşadığı mistik
hadisələri öz dostuyla bölüşməsinin nə ziyanı ola bilərdi ki.
Bura gəlməzdən əvvəl özüm sənə demək istəmədim.
Coanna açıqcaları oxumağa başlamışdı:
Hamısı Hilde Moller Knaq adlı adama yazılıb.
Sofi hələ də açıqcalara əl vurmaqdan özünü saxlayırdı.
Ünvan nədi?
Coanna oxudu: “Hilde Moller Knaq, Alberto Knoks, Lillesand,
Norveç”.
Sofinin üstündən sanki yük götürüldü, dərindən ah çəkdi.
Qorxmuşdu ki, birdən orda "Sofi Amundsen vasitəsilə” yazılmış olar.
Onlara daha yaxından baxmağa başladı.
28 aprel... 4 may... 6 may... 9 may... cəmi bir neçə gün əvvəl
möhürlənmişdilər.
Amma bütün markalar Norveçindir, bax, BMT batalyonu...
möhürlər də Norveç möhrüdür!
Mən bilən, özləri belə edirlər. Tərəfsiz olduqlarını göstərmək üçün
orada ayrıca bir Norveç poçtu qururlar.
Yaxşı, bəs məktub bura necə çatır?
Yəqin hərbi hava qüvvələriylə.
Sofi şamdanı döşəməyə qoydu və rəfiqələr məktubları oxumağa
girişdilər. Coanna onları vaxt ardıcıllığıyla düzdü və birinci açıqcanı
oxudu:
downloaded from KitabYurdu.org
130
“Əziz Hilde,
Lillesanda, evə gələcəyim günü səbirsizliklə gözləyir, günləri
sayıram. 24 iyunda axşamüstü Kjevik hava limanında enəcəyimə ümid
edirəm. Əlbəttə, heç olmasa, 15-ci ad gününə
gəlib çatmağı çox istərdim, amma bilirsən ki, hərbi intizama tabeyəm.
Bunun bir az da olsa, əvəzini çıxmaq üçün sənə böyük bir ad günü
hədiyyəsilə sevgimi göndərirəm.
Qızının gələcəyini düşünən bir atadan sevgilə.
Qeyd: Bu məktubun surətini ortaq bir dostumuza göndərirəm. Az
qalıb, başa düşəcəksən, mənim Hildem. İndi üstüörtülü danışıram,
amma sənə dediyim kimi, az qalıb, başa düşəcəksən”.
Sofi bunu qoyub ayrı bir məktub götürdü:
“Əziz Hilde,
Burada günün bitməsini gözləyərək yaşayırıq. Gələcəkdə Livanda
keçirdiyim bu ayları xatırlayanda yadıma yalnız gözləmək düşəcək.
Amma əlimdən gələni edirəm ki, 15 yaşını ən gözəl şəkildə qeyd
edəsən. Sənə edəcəyim hədiyyə haqda indi bir şey yazmıram. Sənə bu
barədə əvvəlcədən deməmək üçün özümü güclə saxlayıram, özümə sərt
senzura tətbiq edirəm.
Səni sevən atan”.
İki dost nəfəs-nəfəsə həyəcanla oturmuşdular. Heç biri danışmırdı,
yalnız açıqcalarda yazılanları oxuyurdular.
“Əziz balam,
Kaş indi bir ağ göyərçinlə sənə fikirlərimi göndərə biləydim. Amma
Livanda həyat ağ göyərçinlərdən çox uzaqdır. Müharibə cəngində
inləyən bu ölkənin yalnız ağ göyərçinlərə ehtiyacı var. Dua edirəm, kaş
ki, bir gün BMT dünyada sülhü bərqərar edə biləydi.
Qeyd. Bəlkə ad günü hədiyyəni başqalarıyla da bölüşəsən? Bu
barədə mən evə çatanda danışarıq. Amma hələ də nədən danışdığımı
bilmirsən, hə? İkimizi də düşünməyə çoxlu vaxtı olan atan”.
Onlar altı açıqca oxuduqdan sonra yalnız biri qaldı. O açıqcada isə
belə yazılmışdı:
“Əziz Hilde,
downloaded from KitabYurdu.org
131
Ad gününlə bağlı sirlərlə elə dolmuşam ki, özümü gündə bir neçə
dəfə evə zəng etməkdən və bütün sirləri açıb sənə danışmaqdan zorla
saxlayıram. Bu hiss böyüdükcə böyüyür.
Bildiyin kimi, bir şey böyüdükcə böyüyürsə, insanın onu özündə
saxlaması çətinləşir.
Səni sevən atan.
Qeyd: Bir gün sən Sofi adlı bir qızla tanış olacaqsan. İkiniz də
görüşməzdən əvvəl bir-birinizi tanıyasınız deyə, sənə göndərdiyim
açıqcaların bir surətini ona göndərirəm. Tezliklə onun bu məsələnin nə
olduğunu tutacağını güman edirəm, Hilde. Hələlik o, sənin haqqında
sən onun haqqında bildiyindən çox bilmir. Onun Coanna adlı rəfiqəsi
var. Bəlkə o, kömək edə bilər...”
Sonuncu açıqcanı oxuyan kimi Coanna və Sofi gözlərini geniş açıb
bir-birlərinin üzünə baxa-baxa oturdular. Coanna Sofinin biləyindən
möhkəm yapışmışdı.
Qorxuram, - o dedi.
Mən də.
Axırıncı açıqca nə vaxt möhürlənib?
Sofi açıqcaya baxdı.
16 may. Bu gün!
Ola bilməz, - Coanna bağırdı.
Açıqcaya bir də baxdılar. Tarix açıq-aşkar yazılmışdı: 05.16.90.
Ola bilməz, - Coanna israr edirdi,- bunu kim yazıb görəsən.
Kimdirsə bizi tanıyan adamdır. Bəs hardan biliblər ki, bu gün bura
gələcəyik?
Coanna daha çox qorxurdu. Axı Hilde və onun atası Sofi üçün çox
da böyük yenilik deyildi.
Məncə, burada bürünc güzgünün rolu var.
Coanna yenidən sıçradı.
Livanda markalanan məktubların həmin an güzgüdən bura atıldıqları
gəlmir ağlına hər halda.
Daha yaxşı izahın var?
Yox.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |