186
olar. O, insanların Günəşin Yer ətrafında fırlanmasına inanmalarını
Yerin özünün də öz oxu ətrafında fırlanmasıyla izah edirdi. İnanırdı ki,
səma cisimləri Günəş ətrafında dairəvi hərəkət edirlər. Buna
heliosentrik dünya mənzərəsi deyilir.
Bu dünya mənzərəsi doğru idi?
Tam olaraq deyildi. Kopernik Günəşin kainatın mərkəzi olduğunu
da iddia edirdi. Lakin bu gün biz bilirik ki, Günəş sonsuz sayda
ulduzlardan yalnız biridir və həmin sonsuz saylı ulduzlar bizim
ətrafımızda milyardlarla qalaktikalardan yalnız birini əmələ gətirirlər.
Beləliklə, Kopernik inanırdı ki, Yer və digər planetlər Günəş ətrafında
dairəvi dövrə vururlar.
Elə deyil ki?
Yox. Onun bu dövri hərəkət fikrinin arxasında bu fikri
əsaslandırmaq üçün səma cisimlərinin girdə olduğuna və “ilahi”
olduqlarına görə, dairəvi hərəkət etdiklərinə dair antik inamdan başqa
bir şey dayanmırdı. Kürə və çevrə Platonun vaxtından ən mükəmməl
həndəsi fiqurlar sayılırdı. Lakin XVII əsrin əvvəllərində alman
astronomu İohan Kepler ətraflı müşahidələrinin nəticələrini təqdim
etdi, göstərdi ki, planetlər mərkəzlərinin birində Günəşin olduğu ellips
və ya yumurta şəkilli orbitlərdə hərəkət edirlər. O həmçinin göstərdi ki,
planetin sürəti Günəşə lap yaxınlaşanda artır, planetin orbiti Günəşdən
uzaqlaşdıqca hərəkət sürəti də azalır. Yerin başqa planetlər kimi bir
planet olduğunu da ilk dəfə Kepler dilə gətirib.
Keplerin vurğuladığı başqa bir məsələ isə bu idi ki, bütün kainatda eyni
fiziki qanunlar işləyir.
Bunu necə bilə bilərdi axı?
Çünki o, kor-koranə qədim xurafatlara inanmaqdansa, planetlərin
hərəkətini öz qavrayışı ilə tədqiq edirdi. Keplerlə demək olar ki, çağdaş
olan Qalileo Qaliley də səma cisimlərini müşahidə etmək üçün
teleskopdan istifadə edirdi. O, Ayın kraterlərini öyrənirdi və Ayda da
Yerdəki kimi dağlar və dərələrin olduğunu deyirdi. Üstəlik, o,
Yupiterin “dörd Ayı” olduğunu kəşf etmişdi. Beləcə, Yerdən başqa
planetlərin də peykləri olduğu bilindi. Qalileyin ən böyük xidməti isə
downloaded from KitabYurdu.org
187
ilk dəfə Ətalət qanununu formalaşdırması olub.
Bu qanunda nə deyilir?
Qaliley bunu belə formulə etmişdi: hər hansı bir kənar qüvvə onun
vəziyyətinə təsir edənədək cisim olduğu vəziyyətdə, yaxud hərəkətdə
qalır.
Deyirsənsə, deməli, elədi.
Bu, çox mühüm müşahidə idi. Antik dövrdən bəri Yerin öz oxu
ətrafında fırlanmasını ona görə rədd edirdilər ki, buna
qarşı belə bir əks arqumentləri vardı: Elə olsaydı, onda Yer sürətlə
fırlandığından düz havaya atılan daş atıldığı nöqtədən metrlərlə uzaqda
düşərdi.
Bəs niyə elə olmur?
Sən qatarda gedirsən və pəncərəsindən yerə alma atırsansa, qatar
irəli gedir deyə, alma sənin arxana düşməz. O, düz aşağı düşəcək. Buna
səbəb ətalət qanunudur. Alma sən onu atmazdan əvvəlki sürətini
saxlayr.
Deyəsən, başa düşdüm.
Qalileyin vaxtında qatar yox idi. Amma sən bir topu yerdə
dığırlatsan, sonra əlini çəksən...
...top dığırlanmağa davam edəcək.
...çünki top sən onu dığırladandan sonra da ilk götürdüyü sürətini
saxlayır...
...amma axırda dayanacaq.
Çünki başqa qüvvələr onun sürətini azaldır. Birincisi, döşəmə,
xüsusən əgər o, kobud taxta döşəmədirsə. Sonra cazibə qüvvəsi gec-tez
onu dayandırır. Dayan, sənə bir şey göstərəcəyəm.
Alberto Knoks qalxdı və qədimi masanın yanına getdi. Masanın
çəkməcəsindən nə isə götürdü, gətirib qəhvə masasının üstünə qoydu.
Bu, bir tərəfi qalın, bir tərəfi isə nazik - bir neçə millimetr qalınlıqda
taxta lövhə idi. Az qala, bütün qəhvə masasını örtən taxtanın yanına
yaşıl mərmər kürəcik qoydu və dedi:
Buna maili müstəvi deyirlər. Səncə, mən kürəciyi qalın tərəfə qoyub
itələsəm, nə olacaq?
downloaded from KitabYurdu.org
188
Sofi sanki “bunu bilməyə nə var” deyər kimi baxdı:
On krondan mərc gəlirəm ki, yuvarlanaraq masanın üstünə, oradansa
döşəməyə düşəcək.
Gəl baxaq.
Alberto kürəni buraxdı. Eynilə Sofinin dediyi kimi oldu. Kürə
masaya dığırlandı, masanın üstüylə sürüşüb xəfif səs çıxararaq
döşəməyə düşdü və nəhayət, döşəmədə dığırlana- dığırlana divara
dəyib dayandı.
Maraqlıdır, - Sofi dedi.
Hə, elə deyilmi? Qaliley bax belə eksperiment edirdi. Doğrudan belə
axmaq idi?
Səbr et! O, hər şeyi öz duyğularıyla tədqiq etmək istəyirdi. Özü də
hələ təzə başlamışıq. Əvvəlcə mənə de görüm, kürəcik niyə maili
müstəviylə üzüaşağı dığırlandı?
Ağır olduğuna görə, dığırlanmağa başladı.
Yaxşı, bəs ağırlıq nədir, mənim balam?
Bu axmaq sual deyil?
Cavab verə bilmirsənsə, bu o demək deyil ki, sual axmaq sualdır.
Kürəcik niyə döşəməyə dığırlandı?
Cazibəyə görə.
Bəli, doğrudur. Deməli, ağırlıq cazibəylə bağlı bir şeydir. Kürəciyi
hərəkətə gətirən də bu qüvvədir.
Alberto artıq kürəciyi yerdən götürmüşdü. Yenidən maili
müstəvinin üzərinə əyildi.
İndi mən kürəciyi maili səthlə dığırlatmağa çalışacam. Onun
hərəkətinə diqqətlə bax,- dedi.
Əyilib kürəni müstəvini eninə keçəcək şəkildə hərəkət etdirdi.
Nə oldu? - soruşdu.
Taxta əyri olduğuna görə o da əyri dığırlandı.
İndi kürəni mürəkkəblə rəngləyək və sənin əyri deyəndə nəyi
nəzərdə tutduğunu dəqiq bilək.
O, mürəkkəbqabını çıxardı və kürəni mürəkkəbə boyadı. Sonra onu
yenidən dığırlatdı. İndi Sofi kürəciyin müstəvinin harasıyla
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |