183
ideyaya panteizm deyilir. Orta əsrlərin filosofları Tanrı və onun
yaratdığı aləm arasında aşılmaz sərhəd olmasında israr edirdilər. İndi
isə “təbiətin ilahi bir şey olduğu”, hətta təbiətin “Tanrının çiçəkləməsi”
olduğunu demək olardı.
Bu növ ideyalara kilsə həmişə isti yanaşmırdı. Cordano Brunonun
taleyi buna dramatik nümunədir. O, təkcə Tanrının təbiətdə olduğunu
bəyan etmir, həmçinin kainatın sonsuz olduğuna inanırdı. Buna görə də
çox sərt cəzalandırıldı.
Necə?
O, 1600-cü ildə Romanın Gül bazarında çatılmış tonqalda yandırıldı.
Səfehlər! Nə qorxuncdur! Budur, humanizm dediyin?
Yox, əsla. Humanist Bruno idi, onun cəlladları yox. Renessans
zamanı antihumanizm də qol-qanad açmışdı. Bununla dövlətin və
kilsənin avtoritar gücünü nəzərdə tuturam. Renessans zamanı
cadugərləri, bidətçiləri, sehrbaz və mövhumatçıları yandırmaq, qanlı
dini müharibələr və birdə Amerikanın qəddarlıqla fəth edilməsi kimi
vəhşətlər baş verib.
Axı humanizmin həmişə qaranlıq tərəfi də olub. Tarixin heç bir dövrü
xalis yaxşı və ya xalis pis deyil. Xeyir və şər qoşa relslər kimi bütün
bəşər tarixindən keçir. Bəzənsə onlar bir-birinə dolaşır. Bu, indi
danışacağımız, Renessans dövründə meydana gəlmiş yeni elmi metoda
da aiddi.
Fabriklər tikilən vaxt?
Yox, hələ yox. Renessansdan sonra gələn texniki inkişafın təməlini
yeni elmi metod təşkil edir. Bununla mən elmin nə olmasına dair
tamamilə yeni bir anlayışın ortaya çıxdığını bildirmək istəyirəm. Bu
metod vaxt keçdikcə texniki bəhrələrini verməyə başladı.
Nə idi bu yeni metod?
Bu metod ilk növbədə təbiətin duyğularımız vasitəsilə tədqiq
edilməsini nəzərdə tutur. Hələ on dördüncü yüzildən başlayaraq, bir
çox mütəfəkkirlər istər dini doktrina olsun, istərsə də Aristotelin təbiət
fəlsəfəsi - köhnə hökmlərə kor- koranə etiqada qarşı çıxırdılar.
Problemlərin yalnız düşünməklə həll edilə biləcəyinə qarşı etirazlar
downloaded from KitabYurdu.org
184
yüksəlirdi. Məntiqin gücünə şişirdilmiş inam bütün Orta əsrlərdə
yayğın dünyagörüşü idi.
İndi isə deyirdilər ki, təbiət fenomenlərinin hər bir tədqiqi müşahidəyə,
təcrübəyə və eksperimentə əsaslanmalıdır. Bu metoda empirik metod
deyilir.
Yəni?
Yəni şeylər haqda tozlu perqamentlər və dəfələrlə düşünülmüş
düşüncələrdən deyil, öz təcrübəmizdən çıxış edərək, bilik qazana
bilərik. Empirik bilik - məsələn, Aristotelin təbiətə dair bir çox
baxışları, antik dövrdə də məlum idi. Lakin sistemli eksperimentlər
Renessans dövründə ortaya çıxdı.
İndiki kimi inkişaf etmiş texniki cihazlar yox idi o vaxt, məncə, hə?
Əlbəttə, onların əlində nə kalkulyator, nə də elektron xəritələri vardı.
Amma onların riyaziyyatı və cədvəlləri yox deyildi. Elmi müşahidələri
dəqiq riyazi terminlərlə ifadə etmək məcburi idi. “Ölçülməsi mümkün
olanı ölç, ölçülməsi mümkün olmayanı ölçülən et” XVII əsrin ən böyük
alimlərindən olan italyan Qalileo Qaliley belə deyirdi. Deyirdi ki, təbiət
kitabı riyazi dildə yazılıb.
Və bütün bu eksperimentlər, ölçülər yeni ixtiraları mümkün
etdi.
İlk addım yeni elmi metod idi. Bu, texniki inqilaba, texniki inqilabsa
yeni ixtiralara yol açdı. İnsan təbiətin ona qoyduğu şərtlərlə
hesablaşmaqdan qurtulurdu. Təbiət artıq insanın sadəcə bir hissəsi
olduğu deyil, eyni zamanda faydalana biləcəyi şey idi. İngilis filosofu
Frensis Bekon “Bilik gücdür” - deyirdi. Bekon, beləliklə, biliyin
praktiki faydası olduğunu bəyan edirdi ki, bu da insanlıq üçün yenilik
idi. İnsan ciddi şəkildə təbiətə müdaxilə etməyə və onu nəzarət altına
almağa başlamışdı.
Amma bunun nəticəsi təkcə xeyir olmadı, yox?
Elədir, ziyanları da oldu. Bayaq dediyim kimi, insanın etdiyi hər
şeydə xeyir və şər, yaxşılıq və ziyan bir-birinə qarışmış olur. Renessans
dövründə başlayan texniki inqilab Cenni cəhrəsilə yanaşı işsizliyə,
dərmanlarla yanaşı, yeni xəstəliklərə, kənd təsərrüfatının yüksələn
downloaded from KitabYurdu.org
185
məhsuldarlığıyla yanaşı, ətraf mühitin korlanmasına, paltaryuyan
maşın, soyuducu kimi cihazlarla yanaşı çirklənməyə, sənaye
tullantılarına gətirib
çıxardı. Bu gün üzləşdiyimiz ciddi ətraf mühit təhlükəsinə görə, bir
çoxları texniki inqilabı, təbii şərtlərdən təhlükəli uzaqlaşmanı səbəb
göstərir. Onların fikrincə, insanlıq daha heç vaxt nəzarət altına ala
bilməyəcəyimiz bir mərhələyə girib. Optimistlər isə düşünür ki, biz
hələ texnologiyanın uşaqlıq dövrünü yaşayırıq, insanlıq tədricən təbiəti
və deməli, özümüzü təhlükəyə atmadan idarə etməyi öyrənəcək.
Sən hansının tərəfindəsən?
Məncə, hər iki baxışda həqiqət var. Bəzi sahələrdə insan təbiətə
müdaxiləni dayandırmalıdır, bəzi sahələrdə isə təbiətə müdaxilə o
qədər də təhlükəli deyil. Bir şey dəqiqdir: Orta əsrlərə dönüş yoxdur.
Renessansdan başlayaraq, insan varlığın yalnız bir hissəsi olmaqla
kifayətlənməyib, təbiətə müdaxilə edib və onu istədiyi şəklə salıb. Bu
da bizə insanın necə müdhiş bir varlıq olduğunu göstərir.
Biz artıq Ayda da olmuşuq. Orta əsrlərdə insan bunun
mümkünlüyünə inanardı?!
Yox, şübhəsiz. Bu bizə yeni dünyagörüşü bəxş etdi. Orta əsrlərdə
insanlar göyün altında durub Günəşə, Aya, ulduzlara,
planetlərə baxırdılar. Amma heç kəs Yerin kainatın mərkəzi olmasına
şübhə etmirdi. Heç bir müşahidə Yerin dayanması, “səma
cisimləri”ninsə onun ətrafında səyahət etməsi fikrinə şübhə toxumu
əkmirdi. Buna geosentrik dünya mənzərəsi deyilir, başqa sözlə, hər
şeyin Yerin ətrafında fırlanmasına inam. Xristian inancı da bu dünya
mənzərəsini dəstəkləyirdi. Tanrı yuxarıdadır, oradan bütün göy
cisimlərini idarə edir.
Kaş hər şey bu qədər sadə olaydı!
Amma 1543-cü ildə “Göy cisimlərinin hərəkəti haqqında” adlı kiçik
bir kitab nəşr olundu. Kitabın müəllifi, kitab çıxan gün vəfat edən
polyak astronomu Nikolay Kopernik idi. Kopernik Günəşin Yerin
ətrafında deyil, Yerin Günəş ətrafında fırlandığını deyirdi. O,
düşünürdü ki, bunu sadəcə səma cisimlərini müşahidə etməklə bilmək
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |