217
şeyə şübhə edirdi və bu, əmin olduğu yeganə şey idi. Lakin bu nöqtədə
onun gözünə nə isə dəyirdi: hər şeyə rəğmən, əmin olduğu bir şey var,
bu da şübhələndiyi idi. O, şübhə edəndə düşünməli olurdu və
düşündüyünə görə, onun
düşünən varlıq olması dəqiq, səhih bir şey olmalıydı. Yaxud, özünün
dediyi kimi: “Cogito, ergo sum”.
Yəni?
“Düşünürəmsə, deməli, mövcudam”.
Burda nə var ki!
Haqlısan. Amma buradakı fəhmi əminliyə diqqət et, bu əminliklə o
qəfildən özünü düşünən varlıq kimi qavrayır. Platonun sözlərini
xatırlayırsanmı, deyirdi ki, hisslərimizlə qavradığımızdansa ağlımızla
qavradıqlarımız daha realdı. Dekart da bu üsulla işləyirdi. O, təkcə
“düşünən mən” olduğunu qavramır, eyni zamanda bu “düşünən mən”in
hisslərimizlə qavradığımız maddi aləmdən daha real olduğunu
düşünürdü. Və davam edirdi. Heç vəchlə öz fəlsəfi axtarışını
dayandırmırdı.
Onda biz də davam edək.
Sonra Dekart özünə sual verirdi ki, eyni intuitiv-fəhmi əminliklə
qavraya biləcəyi daha nə var? Belə nəticəyə gəldi ki, onun
düşüncəsində aydın, aşkar mükəmməl varlıq ideyası var. Bu ideya onda
həmişə olmuşdu və buna görə də Dekart bu
əminliyin onda həmişə olub-olmadığını götür-qoy edirdi. Bu
mükəmməl varlıq ideyası özü qeyri-mükəmməl olan insandan
qaynaqlana bilməz, deyirdi. Deməli, mükəmməl varlıq ideyası özü də
mükəmməl olan bir varlıqdan, başqa sözlə, Tanrıdan qaynaqlanmış
olmalıdı. Buna görə də Dekarta Tanrının mövcud olması insanın
özünün düşünən varlıq kimi mövcud olması qədər aydın olur.
Dərhal nəticəyə tullanır. Amma başlayanda daha ehtiyatlı gedirdi.
Haqlısan. Bir çoxları bunu Dekartın zəif nöqtəsi adlandırıb. Sən
“nəticə” dedin, əslində məsələ nəticədə deyil. Dekart demək istəyir ki,
bizim hamımızın içində mükəmməl varlıq ideyası varsa, bu ideyadan
bu mükəmməl varlığın mövcud olduğu faktı çıxır. Çünki mükəmməl
downloaded from KitabYurdu.org
218
bir varlığın mükəmməl olması üçün əvvəlcə mövcud olması gərəkdi.
Belə bir varlıq olmasaydı, biz mükəmməl varlıq haqda ideyaya da
malik olmazdıq. Biz özümüz qeyri-mükəmməl olduğumuza görə,
bizdən mükəmməl varlıq ideyası qaynaqlana bilməz. Dekarta
görə, Tanrı ideyası anadangəlmədi, “sənətkarın öz əsərinə qoyduğu
imza kimi”, bu da bizdə anadangəlmə olur.
Amma axı sadəcə bizdə “qoysah” (qoyun və timsahın qarışığı - tərc.)
haqda ideya var deyə, bu o demək deyil ki, qoysah doğrudan da
mövcuddu.
Dekart bu yerdə deyərdi ki, mövcud olmaq qoysah anlayışının
təbiətinə xas deyil. Mükəmməl varlıq anlayışına isə belə bir
mükəmməliyin mövcudluğu xasdır. Dekarta görə, bu, çevrənin bütün
nöqtələrinin mərkəzindən eyni məsafədə olmasının çevrə ideyasının
özündə olmasına bənzəyir. Bu qanuna tabe olmayan çevrə tapa
bilməzsən. Eləcə də “mükəmməl varlığın” ən vacib xüsusiyyətindən,
mövcud olmaqdan məhrum olduğunu düşünmək olmaz.
Qəribə düşüncə tərzi olub.
Bu, son dərəcə tipik bir rasionalist düşüncə tərzidi. Dekart da Sokrat
və Platon kimi, əql və varlıq arasında əlaqə olduğuna inanırdı. Bir şey
əqlə nə qədər ayandırsa, ağlabatandırsa, onun mövcud olması da o
qədər səhihdi.
Deməli, Dekart o nöqtəyə gəlib çıxdı ki, o, düşünən insandı və
mükəmməl varlıq mövcuddu.
Bəli, bunları deyib davam edir. Xarici gerçəklikdəki şeylərin,
məsələn, Günəş və Ayın yalnız fantaziya olduğuna dair ehtimal var.
Lakin xarici gerçəklikdəki bu şeylər də ağlımızla dərk edə biləcəyimiz
müəyyən xüsusiyyətlərə malikdir. Bunlar uzunluq, en, hündürlük kimi
ölçülə bilən riyazi xüsusiyyətlərdi. Belə “kəmiyyət” göstəriciləri
insanın düşünən varlıq olması qədər ağlabatan xüsusiyyətlərdi. Rəng,
qoxu, dad kimi “keyfiyyət” göstəriciləri isə bizim hissi qavrayışımızla
bağlıdı və əslində xarici gerçəkliyi ifadə etmir.
Axır ki, təbiət xəyal, fantaziya deyil.
Yox və bu mənada Dekart bir daha mükəmməl varlıq haqda ideyanı
downloaded from KitabYurdu.org
219
yada salır. Ağlımız nəyisə, məsələn, xarici gerçəkliyin riyazi
göstəricilərini qavrayırsa, deməli, bu gerçəklik var. Çünki mükəmməl
olan Tanrı bizi aldatmaz. Dekart iddia edir ki, ağlımızla
qavradıqlarımızın gerçəkliyə uyğun gəlməsi, gerçək olması
məsələsində “Tanrı təminatı” var.
Yaxşı, deməli, Dekart düşünən varlıq olduğumuzu,
Tanrının mövcud olduğunu və xarici gerçəkliyin olduğunu üzə çıxardı.
Bəli, amma xarici gerçəklik düşüncə gerçəkliyindən tamamilə
fərqlidi. Dekart belə fikrə gəlir ki, gerçəkliyin iki fərqli forması və ya
iki “substansiya” var. Substansiyalardan biri düşüncə və ya ruh, digəri
isə materiyadı. Düşüncə xalis şüur məsələsidi, fəzada yer tutmur və
buna görə də özündən kiçik hissələrə bölünə bilməz. Materiya isə
yertutandı, yer tutur və həmişə özündən kiçik və daha kiçik hissələrə
bölünə bilir, lakin onun şüuru yoxdu. Dekart hər iki substansiyanın
Tanrıdan qaynaqlandığı qənaətindədi, çünki yalnız Tanrı başqa heç
nədən asılı olmadan mövcuddu. Lakin həm düşüncənin, həm də
materiyanın Tanrıdan qaynaqlanmasına baxmayaraq, bu iki
substansiya bir-birindən ayrıdı. Düşüncə materiyadan və maddi
proseslər düşüncədən tamamilə azad şəkildə mövcuddu.
Beləcə, o, Tanrının yaratdıqlarını iki yerə bölürdü.
Doğrudu. Dekarta dualist deyilir, bu o deməkdi ki, Dekart maddi
aləmlə düşüncə aləmi arasında kəskin sərhəd qoyur.
Məsələn, yalnız insanın düşüncəsi, ruhu var. Heyvanlar tamamilə
yertutan materiya aləminə məxsusdu. Onların yaşaması və hərəkəti
mexaniki tənzimlənir. Dekart heyvanı bir növ mürəkkəb avtomat hesab
edir. Xarici gerçəkliyə gəlincə, o, başqa materialistlər kimi xalis
mexaniki baxışa sahibdi.
Mən Hermesin maşın və ya avtomat olmasına çox şübhə edirəm.
Dekart yəqin heyvanları çox sevməyib. Bəs biz? Biz də avtomat
maşınıq?
Həm hə, həm də yox. Dekart belə nəticəyə gəldi ki, insan həm
düşünən, həm də fəzada yer tutan ikili varlıqdı. Ona görə də insanın
həm düşüncəsi, həm də bədəni var. Müqəddəs Avqustin və Foma
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |