10
Azad Masonluq, bu məqsədlərə özünü çatdırmaq istəyən insanların
səylərini bir araya gətirir.
Düsturlan - Ümumi qaydalan:
Azad Masonluq, bütün insanlar üçün ortaq bir insanlıq ideallığınm
lazımlı olduğunu qəbul edər. Bu ideallığın gerçəkləşməsi üçün
Masonluq:
İnsan şəxsiyyətinə hörməti;
Bütün insanların yaxşılığına çalışmağı;
Şəxsin azadlığını və əxlaqı məsuliyyətini (cavabdehliyini);
İnsanlann haqq və vəzifə bərabərliyini;
Elmə hörməti
bir prinsip olaraq mənimsəyər.
AZADLIQ - BƏRABƏRLİK - QARDAŞLIQ - Masonluğun
qanunlarıdır. Davamlı təlim mövzularıdır.
Vəzifəsi:
Öz cəmiyyətindəki və yer üzündəki Masonlan bir-birilə uzlaşdıran
bağlan bütün insanlara yaymaqdır. Nümayəndələrinə: Masonluq
sirlərinə hörmət göstərməklə bərabər, hal və hərəkətləri, sözləri və
yazıları ilə Masonluq fikirlərini, Masonluq düşüncələrini yaymağı
məsləhət görər. Sirr saxlamağa qətiyyətlə riayət edilməsi istənilsə də,
əslində Masonluğun tarixi, məqsədi, təməl fikirləri sirr deyildir.
Masonlar bir-birilərinə qardaş deyərlər. Mason olan şəxs, hər bir
işdə qardaşlarına kömək etməyə, onlan işıqlandırmaq, lazım gəldikdə
himayə etməyə və haqsızlıqlar qarşısında müdafiə etməyə
cavabdehdirlər. Ancaq qardaşlara qarşı bu cavabdehlik, Mason
downloaded from KitabYurdu.org
olmayan başqa insanların da zərərinə olmaz.
İnsan birliyini məhv edən bütün məsələləri diqqətlə araşdırmaq,
bunları asan yolla həll etmək, əldə etdiyi bilikləri yaymaq
Masonluğun vəzifələrindəndir.
Qısacası; yaxşılıqsevər, haqqı tanıyan, qürurlu, fədakar, cəsur,
ancaq özündən razılıq və ehtirasdan - asılılıqdan uzaq olmaq,
gerifikirli inanclardan kənar durmaq, haqq və həqiqətin
üstünlüyü üçün çalışmaq, hər bir insan kimi Masonun əsas vəzifəsidir.
Toxunduğumuz bu nüanslar, Masonluğa açılan pəncərədən
görünən bəzi prinsiplərdir. Əsas Masonluq bunları görüb bilmək
deyil, “tətbiq etməkdə”dir. Bunlan tətbiq etmək üçün hər hansı bir
xüsusi şəxsiyyətə (Ş.vəsiqə) sahib olmaq lazım deyil; insan olmaq,
həm də yetkin bir insan olmaq yetərlidir.
ı Melamilik - VIII əsrdə sasanilər dövründə Xorasanda fəaliyyət
göstərən sufi birlikdir
2
Fütüwət - dini və peşə birliyi, biznes təşkilatı
3 Esnaf - öz əməyi və sərmayəsini istifadə edən, yanında az sayda
işçi işlədən, kiçik sərmayə və sənətkarlıq sahibi
4 Lonca - şagird, usta köməkçisi, ustadı içinə alan dərnək,
korporasiya
5
Fütüwətnamə - əxiliyin özəlliklərini daşıyan əsərlər
6
Şed bağlamaq - kuşak / belə sarılan uzun və enli parça
7
Digər inanc və əqidələrə dözümlü, səbirli yanaşmaq
GƏNC BİR MASONUN MÜŞAHİDƏSİ
(Akman GÖYÇAXAN-ın 30 Noyabr
downloaded from KitabYurdu.org
12
1983-cü il tarixli danışığından xülasə)
Bir yolum vardı - gedirdim, vicdanım vardı - dinləyirdim, ağlım
vardı - özüm görə, istifadə edə bilirdim. Yaxşılıqlar, pisliklər vardı -
insan olaraq dəyərləndirirdim. Ailəm, yaxınlarım vardı, aralannda
illərdir ki, yaşayırdım. Ancaq özümün hansı nöqtədə olduğumu düz-
əməlli bilmirdim. Hər şeyi rahatca bölüşə bildiyim, dəyərləndirə
bildiyim ağıllı və inanclı həyat yoldaşım ilə son iyirmi ilimi birlikdə
dəyərləndirmişdim. Bu iyirmi il içərisində istər iş mühitimdə, istərsə
də şəxsi həyatımın içində bir qrup insanlar vardı ki, onların müxtəlif
özəllikləri, rəftarları və davranışları, fərqli düşünmə tərzləri mövcud
idi.
Bu insanları çox vaxt nümunəvi şəxslər və yaxşılıqlar mənzuməsi
olaraq görməyə başlamışdım. Sonradan bunların da Mason
olduqlarını öyrəndim, onların dünya görüşündəki
xüsusiliyin Masonluqlarından qaynaqlandığını anladım. Mən də onlar
kimi olmalıydım.
Aralannda özümə ən yaxın hiss etdiyim şəxsə bu arzumu söylədim.
Sonda, məni də öz aralarına aldılar. Öyrəndim ki, yeriməyimi -
tələb edən yol, Kainatın Ulu Yaradanın göstərdiyi yoldur. Vəzifəm,
bütün yaxşılıqlara doğru xam daşı yonaraq istənilən şəklə salınmasına
çalışaraq, insanlara sevgi duymaq və hörmət etməkdir.
Mənim Mason olmağımda müdaxiləsi, əməyi, fikri olan hər kəsə
minnətdaram. Bütün insansevərlərin də zamanında bu insansevən
cəmiyyətə qovuşmaqlarını diləyirəm.
MASONLUĞUN KÖKÜ (MƏNŞƏYİ)
downloaded from KitabYurdu.org
Araşdırmalarımızda Mason Dərnəyinin 1935-ci ildə bağlanma
səbəblərində Masonluğun əcnəbi bir təşkilat olduğu üzərində də
dayandıq. Xüsusilə də, Atatürk zamanında Maarif Vəkilliyi etmiş və
sonra da uzun illər baş katiblik vəzifəsi ilə həm Atatürkə çox yaxın
olmuş, həm də müxtəlif məsələlərlə bağlı olan iclasların çoxunda
iştirak etmiş prof. Hikmət Bayur, Mason Dərnəyinin bağlanması ilə
əlaqədar olaraq “Kökü və ya başı bayırda bir təşkilat olduğu üçün
qadağan edilmişdir” deyirŞ.
1935-ci illərdə yaşanan daxili siyasətin təsiri ilə Mason dərnəyinin
də digər dərnəklərlə bərabər bağladılması bir həqiqətdir. O zamanda
və bu gün aparılan fərqli təbliğatlarda bu quruluşun kökünün bayırda
olduğunun irəli sürülməsi də bir həqiqətdir. Ancaq bu günahlandırma
yanlışdır. Biz, araşdırmalarımızda bu təşkilatın qərbli mahiyyətində
görün
məsinə və göstərilməsinə rəğmən, əslində şərqli, şərqdən gəlmə və
türk mənşəli olduğu qənaətindəyik.
İki araşdırmamız var: Biri “Masonluq nədir, nə deyildir” adı
altındadır. 1971-ci ildə birinci, 1976-cı ildə ikinci nəşri edilmiş, kitab
köşklərində sərbəst satılan bir kitabdır. Bu kitabın 49-63-cü
səhifələrində Masonluğun həqiqi mənşəyi yazılmışdır. 1975-ci ildə
nəşr etdiyimiz Fütuwat, Melamilik və Əxiliyi ehtiva edən “Unudulan
adətlərimiz və Loncalar” adlı araşdırmamızın 91-95-ci səhifələrində
də yenə Masonluğun mənşəyinə toxunulmuşdur. Sözügedən
araşdırmalarımızda müəyyən etməyə çalışdığımız məsələlər bizim
səmimi fikirlərimizdir.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |