Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə23/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   19   20   21   22   23   24   25   26   ...   272

İndicə  biz  qiyamçıların  çox  sakit  olduğunu  demişdik,  buna 

baxmayaraq,  barrikada  onun  içində  olanlara  xəyali  bir  şey  kimi 

görünür. 

Vətəndaş  müharibəsinin  axırzamana  bənzəyişi  var:  məchullu- 

ğun  sıx  dumanı  alovun  şiddətli  parıltılarını  bürüyür;  xalq  üsyanları 

sfinks kimi sirlidir, kim ki  barrikadada vuruşmuşdur, barrikadanı bir 

yuxu kimi xatırlayır. 

Adamların  belə  bir  vaxtda  duyduqlarını,  düşündüklərini  biz 

Mariusun şəxsiyyətində təsvir etmişdik; biz sonralar da belə vəziyyəti 

görəcəyik;  bu,  real  həyatdan  parlaqdır,  eyni  zamanda,  sönükdür. 

Barrikadadan  gedən  adam  orada  nələr  gördüyünü  xatırlamır. 

Barrikadada  o,  dəhşətli  idi,  lakin  bunu  özü  dərk  etmirdi.  Onun  ətra-

fında  insan  şəklini  almış  ideyalar  vuruşurdu,  onun  başını  gələcəyin 

parlaq işığı işıqlandırırdı. Orada meyitlər yerə sərilib qalmışdı, xəyal-

lar  ayaq  üstə  durmuşdu.  Dəqiqələr  hədsiz  dərəcədə  uzanırdı,  sanki, 

onlar  əbədiyyət  dəqiqələri  idi.  Barrikadadan  gedən  adam,  elə  bil  ki, 

ölüb-dirilmişdi. Kölgələr onun yanından şütüyüb keçirdi. Bu, nə idi? 

Barrikadada  o,  qana  bulaşmış  əllər  görürdü;  orada  qulaqbatırıcı  bir 

gurultu,  həm  də  dəhşətli  bir  sükut  vardı,  orada  nəsə  çığıran  açıq 

ağızlar,  həm  də  həmişəlik  susan  açıq  ağızlar  vardı;  onu  duman  kimi 

tüstü,  ya  da,  bəlkə,  gecə  qaranlığı  bürümüşdü.  Ona  elə  gəlirdi  ki, 

məchul bir dərinlikdən sızıb gələn məşum bir rütubətə toxunmuşdur; 

barmaqlarında qırmızı ləkələr görürdü. Ayrı heç bir şey onun yadında 

deyildi. 

Şanvreri küçəsinə qayıdaq. 

Birdən iki yaylım atəşi arasında uzaqda vuran saatın səsi eşidildi. 

Kombefer: 

-

 



Günortadır, - dedi. 

Saat  on  ikini  vurub  qurtarmamışdı  ki,  Anjolras  barrikadanın 

üstündə şax duraraq çox ucadan çığırdı: 

-

 



Qənbər  daşlarını  evə  daşıyın.  Aşağıdakı  pəncərələrin,  bir  də 

çardaqdakı  pəncərənin  qabağına  tökün.  Adamların  yarısı  vuruşmaya 

hazırlaşsın,  qalanları  daş  daşısın.  Bircə  dəqiqəni  də  boş  keçirmək 

olmaz. 


Küçənin  başında,  döyüşə  hazır  vəziyyətdə,  çiyinlərində  balta, 

yanğınsöndürən-istehkamçı taqımı göründü. 

Bu,  qoşun  dəstəsinin  ancaq  baş  hissəsi  ola  bilərdi.  Hansı  qoşun 

dəstəsinin? Heç şübhəsiz, hücum dəstəsinin; çünki barrikadanı 

69 

downloaded from KitabYurdu.org




D

ÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

dağıtmaq  üçün  göndərilən  istehkamçıların  ardınca,  adətən  əsgər, 



göndərilir - bu əsgərlər hücumla barrikadanı tutmalıdırlar. 

1822-ci ildə cənab Klermon Tonnerin dediyi kimi, görünür,

“onların boynuna keçirilən ilgəyi dartmaq” vaxtı yaxınlaşırdı. 

Anjolrasın əmri gəmi və barrikada döyüşçülərinə xas olan bir

sürət və dəqiqliklə yerinə yetirildi - gəmidən və barrikadadan, bu 

iki vuruşma meydanından geri çəkilmək mümkün deyil. Anjolrasın

sərəncamı ilə “Korinf’in qapısı qabağına yığılan daşın üçdə iki his-

səsini bir dəqiqədən də az vaxtda ikinci mərtəbəyə və çardağa

daşıdılar, sonra heç bir dəqiqə də keçmədi ki, daşları çox məha- 

rətlə üst-üstə yığaraq, ikinci mərtəbənin pəncərələrini, bir də çar-

dağın xırdaca pəncərəsini yarıya qədər tutdular. Bu işə başçılıq edən

Feyinin göstərişi ilə daşların arasında tüfəng lüləsi üçün deşiklər

qoydular. Daha top saçmasının atılmaması pəncərələrin daşla bər-

kidilməsi işini xeyli yüngülləşdirdi, indi topların hər ikisindən mərmi

nə istehkamın özünü vururdular, bununla da hücum üçün onda 

deşik açmaq, ya da, mümkün olsa, onun bir tərəfini dağıtmaq istə-

yirdilər. 

Son istinadgahın müdafiəsi üçün görülən işi qurtardıqdan

- pəncərələrin içində qənbər daşından sipər düzəltdikdən sonra

Anjolras Maböfün qoyulduğu stolun altında olan şüşələrin ikinci

mərtəbəyə aparılmasını əmr etdi. 

Bossüe soruşdu: 

-

 

Şərabı kim içəcək? 



-

 

Onlar. 



Sonra  da  qiyamçılar  aşağı  pəncərənin  içinə  şey-şüy  yığıb  oranı 

bərkitdilər,  gecələr  meyxananın  qapısı  dalına  qoyulan  dəmirləri  əllə-

rinə alıb, hazır durdular. 

indi bura əsl qala idi. Barrikada onun səddi, meyxana baş qülləsi 

idi. 

Barrikadada  bircə  yol  qalmışdı,  onu  da  qalan  qənbər  daşları  ilə 



tutdular. 

Barrikadanı  müdafiə  edənlər  həmişə  hərbi  sursata  qənaət 

etməlidirlər, düşmən də bunu bilir; buna görə də düşmən hücuma çox 

yavaş hazırlaşır, vaxtından əvvəl qiyamçıların atəş xəttindən kənar bir 

yerə  qüvvə  gətirir,  bunu  da  hücum  etməkdən  daha  çox  özünü 

göstərmək üçün edir; eyni zamanda, öz hissələrini daha müna 

70 

downloaded from KitabYurdu.org




sib  mövqedə  yerləşdirir.  Hazırlıq  işləri  həmişə  nizam  və  qayda  ilə 

tələsmədən görülür, sonra birdən tufan qopur. 

Düşmənin belə ağır hərəkət etməsi Anjolrasa bütün işləri yoxla-

maq, mümkün olan yerdə işi  yaxşılaşdırmaq imkanını verdi. O, belə 

qərara gəldi: bu adamların nəsibi ölməkdirsə, onların ölümü mərdlik 

və şücaətin ən yüksək nümunəsi olmalıdır. 

Sonra Mariusa dedi: 

-

 



Biz  ikimiz  də  burada  komandirik.  Mən  evə  gedib  son  sərən-

camı verim, sən də bayırda qal, düşməni müşahidə elə. 

Marius barrikadanın üstündə müşahidə yerini tutdu. 

Anjolrasın  əmri  ilə  mətbəxin  yaralılar  otağına  açılan  qapısını 

mıxladılar: 

-

 



Qoy yaralılara mərmi qəlpəsi dəyməsin. 

O, son sərəncamını aşağı zalda qırıq-qırıq, lakin çox sakit halda 

verdi.  Feyi  onun  dediklərini  dinləyir,  hamının  adından  ona  cavab 

verirdi. 

- Pilləkəni sındırmaq üçün baltaları ikin 

ci mərtəbədə hazır 

tutun. Balta varmı? 

 

Feyi: 



 

- Var, - dedi. 

 

-

 



Neçə dənədir? 

-

 



Cİç dənə. 

-

 



Yaxşı. Sırada iyirmi altı döyüşçümüz var. Tüfəng neçədir? 

-

 



Otuz dörd. 

-

 



Deməli, səkkizi artıqdır. Onları da doldurun, yanınızda qoyun. 

Qılıncları  bağlayın,  tapançaları  toqqanıza  keçirin.  İyirmi  adam  bar-

rikadaya,  altısı  çardağa  və  ikinci  mərtəbənin  pəncərəsinə  getsin. 

Düşmənə daşlar arasındakı mazğallardan güllə atılsın. Heç kəs bekar 

oturmasın. Hücum təbili vurulan kimi hamınız, iyirmi adamın iyirmisi 

də, barrikadaya yüyürün. Kim əvvəl gəlib çatsa, yaxşı yer tutacaq. 

Hamını müəyyən etdiyi döyüş yerində qoyub Javerə sarı döndü: 

-

 



Mən səni unutmamışam. 

Tapançanı stolun üstünə qoyub əlavə etdi: 

-

 

Kim buradan axırıncı çıxsa, casusun beynini dağıdacaq. 



Kimsə soruşdu: 

-

 



Burada? 

71 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə