Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə30/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   26   27   28   29   30   31   32   33   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

96 


düha  hər  dəqiqə  üzə  çıxmır,  əsər  isə  tamamlanmalı,

 

bünövrə 



qazılıb çıxarılmalıdır.

 



 

 

§ 13 



İstər  ağlın  tətbiqinin  faydası,  istərsə  də  ziyanı  barədə 

bütün bu mülahizələr aydınlaşdırmalıdır ki, abstrakt idrak əyani 

təsəvvürün refleksi olsa da və ona əsaslansa da o, bununla belə, 

təsəvvürlə  o  dərəcədə  üst-üstə  düşmür  ki,  hər  yerdə  onu 

dəyişdirə  bilsin:  əksinə,  onlar  arasında  heç  vaxt  tam  uyğunluq 

olmayıbdır.  Hərçənd  gördüyümüz  kimi,  bəşəri  əməllərin  çoxu 

yalnız  ağlın  köməyi  və  düşünülmüş  plan  əsasında  həyata 

keçirilir,  lakin  onlardan  bəziləri  yaxşı  olardı  ki,belə  kömək  

olmadan  törədilsin.  Əyani  və  abstrakt  idrakın  –  sonuncu 

birinciyə mozaika rəssamlığa yaxınlaşdığı kimi yaxınlaşır – məhz 

həmin uyğunsuzluğu gözəl bir təzahürün əsasında durur ki, o da 

zəka  kimi  yalnız  insana  xasdır,  lakin  onun  bütün  şərhləri,  yeni-

yeni  cəhdlərə  baxmayaraq,  indiyədək  qeyri-qənaətbəxş  olaraq 

qalır:  mən  gülüşü  nəzərdə  tuturam.  Gülüşün  bu  mənşəyi 

üzündən  biz  burada  onun  izahı  olmadan,-  bu  izah  yolumuzun 

üstündə yeni ləngimə olsa belə,- keçinə bilmərik,. 

Gülüş  həmişə  müəyyən  anlayış  və  real  obyekt  arasında 

uyğunsuzluğun qəfil dərkindən yaranır. Bu obyektlərin özləri isə 

hansısa  baxımdan  həmin  anlayışda  düşünülür  və  gülüş  yalnız 

                                                           

*Bura II cildin 7-ci fəsli aiddir. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

97 


həmin  uyğunsuzluğun  ifadəsidir.  Sonuncu  çox  vaxt  ondan  irəli 

gəlir ki, iki və ya bir neçə real obyekt bir anlayışda  düşünülür və 

onun  eyniyyəti  onların  üzərinə  keçir:  bu  zaman  onların  bütün 

qalan  şeylərdə  tam  uyğunsuzluğu  aşkar  edir  ki,  həmin  anlayış 

onlara yalnız hansısa bir tərəfdən uyğun gəlirdi. Çox vaxt elə bu 

cür qəfildən nadir real obyektin belə bir anlayışla uyğunsuzluğu 

hiss  edilir  ki,  o  yalnız  bir  cəhətdən  düzgün  olaraq  həmin 

anlayışın  altına  gətirilib  çıxarılmışdır.  Bu  səbəbdən  belə 

gerçəklik  hansısa  bir  münasibətdə  məlum  anlayışa  nə  qədər 

səhih uyğunlaşdırılırsa və digər baxımdan onların uyğunsuzluğu 

nə  qədər  çox  və  aşkardırsa,  bu  əkslikdən  irəli  gələn  gülünclük 

effekti  də  bir  o  qədər  güclüdür.  Beləliklə,  hər  cür  gülüş 

paradoksal və buna görə də gözlənilməz uyğunlaşdırma ilə bağlı 

yaranır,  onun  sözlərdə  və  ya  əməllə  ifadə  olunub-

olunmamasının fərqi yoxdur. Gülməlinin müxtəsər düzgün izahı 

belədir. 

Mən  burada  lətifələr  üzərində  dayanmayacağam, 

hərçənd  onlar  misal  kimi  mənim  izahımı  dəstəkləyə  bilərdilər, 

çünki o  o qədər sadə və aydındır ki, lətifələrə qətiyyən ehtiyac 

qalmır, oxucunun yadına düşən istənilən gülməli əhvalat bunun 

təsdiqi  ola  bilər.  Lakin  bizim  nəzəriyyəmiz  dayağı  və  onunla 

birlikdə izahını gülməlinin bölündüyü iki növün mövcudluğunda 

tapır, bu növlər isə yalnız bizim şərhimizdə aydınlaşır. Ya şüurda 

iki  (və  ya  bir  neçə)  çox  müxtəlif  real  obyekt,  əyani  təsəvvür 

yaranır  və  onları  bilərəkdən  hər  iki  predmeti  əhatə  edən 

anlayışın vəhdətində eyniləşdirirlər: bu növ gülməli incə zarafat 

adlanır. Ya da əksinə, anlayış başlanğıcda şüurda olur və ondan 

reallığa    və  ona olan təsirə  keçir;  nə  qədər  ki,  heyrətlənmiş  və 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

98 


mat qalmış xadimin qarşısında hər cəhətdən müxtəlif olan, lakin 

bu  anlayışda  eyni  cür  düşünülən  obyektlərin  qalan 

münasibətlərdə  tam  fərqli  olması  aşkar  edilməyib,  eyni  tərzdə 

nəzərdən  keçirilir  və  şərh  olunur:  bu  növ  gülməli  səfehlik 

adlanır.  Beləliklə,  gülməli  olan  hər  şey  ya  ağıllı  uydurmadır,  ya 

da  axmaq  hərəkət;  baxır  obyektlərin  uyğunsuzluğundan 

anlayışın  eyniyyətinə  və  əksinə  keçid  baş  verib,  ya  yox:  birinci 

həmişə  bilərəkdən  edilir,  sonuncu  isə  qeyri-ixtiyari  və  kənar 

məcburiyyət üzündən baş verir. Gözdən pərdə asmaq üçün çıxış 

nöqtəsini  dəyişmək  və  incə  mətləbləri  axmaqlıq  kimi  qələmə 

vermək  saray  təlxəyinin  və  Qansvurstun

28

 məharətidir: 



obyektlərin  fərqini  çox  gözəl  dərk  edən  bu  şəxs  onları  gizli 

hazırcavablıqla  bir  anlayışda  birləşdirir  və  ondan  çıxış  edərək 

obyektlərin sonradan aşkar edilmiş fərqlərindən elə özünün özü 

üçün  hazırladığı  heyrəti  keçirir.  Gülməlinin  bu  qısa,  lakin 

qənaətbəxş ifadə olunmuş nəzəriyyəsindən irəli gələn budur ki, 

hazırcavablıq  (təlxəklə  bağlı  hadisəni  kənara  qoyaraq)  həmişə 

sözdə, axmaqlıq isə əsasən əməllərdə ifadəsini tapmalıdır: qeyd 

edək  ki,  axmaqlıq  öz  niyyətini  bəyan  edərkən  -  əsil  həqiqətdə 

onu həyata keçirməsə də, - sözdə də özünü büruzə verir, ya da 

özünü təkcə elə mühakimə və fikirlərdə aşkara çıxarır. 

Səfehliyə  həmçinin  pedantizm  aiddir.  Onun  baş  vermə 

səbəbi budur ki, insan öz dərrakəsinə çox da etibar etməyərək 

hər  bir  ayrıca  halda  ona  vacib  olanın  bilavasitə  dərkini  onun 

öhdəsinə  buraxmaq  istəmir,  onu  bütünlüklə  ağlın  himayəsinə 

verir  və  sonuncunu  rəhbər  tutmaq  istəyir,  yəni  həmişə  ümumi 

anlayış,  qayda,  prinsiplərdən  çıxış  etmək,  həyatda,  sənətdə  və 

hətta  etik  davranışda  onlara  ciddi  şəkildə  riayət  etmək  istəyir. 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə