41
üstündə durdu və səfərə çıxdı. O, çox getdi, az getdi, dərə -
təpə düz getdi və nəhayət bir şəhərə çatdı. Gənc kasıb bir
qarının evinə daxil olub soruşdu.
-Qonaq qəbul etməzsiniz?
-Qonaq allahın göndərdiyidir, oğul gir içəri – deyə ev
yiyəsi cavab verdi.
Bir az istirahət edəndən sonra kəndlinin oğlu soruşdu:
-Şəhərdə hansı yeniliklər var?
-Vallah oğul - deyə qarı cavab verdi, - bizim şəhərdə hər
geçə küçəyə çıxanlar məhv olurlar. Onları kim öldürür? – mə-
lum deyil. Onda gənc qarıya dedi:
-Get çarın yanına və ona de ki, bir oğlan var, o bizi və
şəhəri əjdahalardan xilas edə bilər. Qarı çarın yanına yollan-
dı və ona dedi:
-Möhtərəm çar, səni salamat olasan! Mənim evimdə bir
əcnəbi yaşayır. O, söz verdi ki, bizi əşdahalardan xilas edəcək.
-Qarı tez ol, onu bura gətir! – deyə çar əmr etdi.
Qarı evə gəldi və qonağı çarın yanına gətirdi. Çar ona
dedi:
-Sən əgər bizi bu əşdahadan xilas etsən, mən sənə, çoxlu
mükafat verəcəyəm.
Gənc eşitmişdi ki, əşdaha qəbirstanlıq tərəfdə qorunur.
Ona görə də o qəbirstanlıq tərəfə gəldi və orada gizləndi.
Gecə yarısı o, güclü səs eşitdi, sonra burada uzun qorxulu vi-
cud göründü. O, belindən bir qamçı çıxartdı bir qəbrə vurdu,
qəbir açıldı, ordan ölü çıxdı, sonra qamçı ilə bir də vurdu,
ölü yerinə qayıtdı. Onda gənc onun üstünə atıldı və əlindən
qamçını aldı. Bu vaxt qorxulu vicud yox oldu.
Səhər gənc çarın yanına gəldi və ona hər şeyi danışdı.
Çar çox sevindi:
-De, görək, səni nə ilə mükafatlandırım? Nə istəyirsən
istə, nə arzun varsa, de!
-Sağ və salamat ol, çar! – deyə gənc cavab verdi. –Mənə
heç nə lazım deyil! Təkcə mənə kömək elə, bu başmağın o
42
biri tayını tapa bilim.
-Sənə nə qədər istəyirsən var - dövlət verə bilərəm, an-
caq bu başmağın o biri tayını tapmağa sənə kömək edə bil-
məyəcəyəm.
Onda gənc hər şeydən imtina etdi, çarla xudafizləşib yo-
luna davam etdi. O, çox getdi, az getdi, nəhayət başqa şəhərə
gəlib çatdı. Bu şəhəri başqa çar idarə edirdi. Gənc bu dəfə
də kasıb qarının evində məskən saldı. O, gördü ki, ev yiyəsi
tamam çılpaqdır, ondan soruşdu.
-Niyə sənin ətində paltar yoxdu, lütsən?
Qarı cavab verdi:
-Vallah, oğul, bizim şəhərdə heç kəsin əynində paltar
yoxdur. Bizim şəhərə üzüb gələn mallarla dolu gəmilər ge-
cələr burada batır. Heç kəsə məlum deyil ki, onları kim ba-
tırır.
Gənc qarıya dedi:
-Mən şəhəri bu bəladan qurtararam. Get çara de!
Qarı hər şeyi çara danışdı.
Çar əmr etdi ki, mərd əcnəbini dərhal onun yanına gətir-
sinlər. Çar ondan soruşdu.
-Şəhərimizi əşdahalardan qurtarmaq üçün sənə nə la-
zımdır?
-Mənə bir neçə gəmi lazımdır, -deyə gənc cavab verdi.
Ancaq qoy onlar dənizə bir-bir çıxsınlar. Beləliklə mən bilə-
cəyəm onları kim batırır.
Gəmilər bir- bir dənizə çıxmağa başladılar. Birdən kim-
sə birinci gəmini saxladı və onu aşağı çəkməyə başladı. Gənc
qorxdu ki, kiminsə əli gəmini dənizin dibinə çəkir. Gənc onun
üstünə atıldı, əl yoxa çıxdı, ancaq kəndlinin oğlu onun bar-
mağından üzüyü çıxara bildi. Onda hünərvər gənc qərara
aldı ki, görsün ki, sualtı çarlıqda nələr baş verir. Qəribə bu-
rasındadır ki, o, dənizdə olsa da tam quru idi, islanmamışdı.
O, çox getdi, az getdi, gəmi dənizin gedişinə çatdı. Gənc bura-
da çox hündür qala gördü. Qala o qədər hündür idi ki, onun
43
təpəsinə baxanda adamın başındakı qapaq yerə düşə bilərdi.
Gənc qalaya daxil oldu. O, burada gördü ki, böyük süfrə açılıb
üstündə isə ləzzətli yeməkər düzülüb. Ancaq burada heç bir
canlı vicud görünmür. Gənc yedi, içdi, istirahət etdi və birdən
gördü ki, açıq sandığın üstündə qızıl başmağın bir tayı var.
Gənc sandığın üstünə başmağın o biri tayını qoydu, özü isə
gizləndi. Bir az keçəndən sonra bura üç göyərçin uçub gəldi.
Onlar tük və lələklərini atıb, gözəl qızlara çevrildilər.
Birdən onların kiçiyi qızıl başmağın tayını görüb, dilləndi.
-Bu başmağın tayını mən uzaq ölkədə qoymuşam. O
bura necə gəlib çıxıb. Yəqin burada kimsə gizlənib. Əgər gəl-
misənsə, çıx səni görək. Gənç gizləndiyi yerdən çıxdı.
-Biz dəniz hökmdarının qızlarıyıq, -deyə qızlar dillən-
dilər.
-Bəs sən kimsən?
Gənc qızlara öz sərgüzəştlərindən danışdı, onlara qam-
çını və üzüyü göstərdi.
-Bu, mənim üzüyümdür, - deyə böyük qız bildirdi.
-Bu qamçı isə mənimdir, -deyə ortancıl dilləndi.
Kiçik qız və gənc dərhal bir-birlərini sevdilər və evlən-
mələrinə qərar verdilər.
Çar və çariça razılıqlarını bildirdilər və tezliklə böyük
toy çaldırdılar: burada yeddi cüt zurnada və nağarada çalan
iştirak edirdi. Sonra gənc öz arvadını və onun bacılarını öz
qardaşları üçün götürüb, dəniz çarından çoxlu qiymətli hə-
diyyələr alıb, evə yollandı.Yolla gedərkən o, kömək göstərdi-
yi çarlara baş çəkdi. Onlar da ona çoxlu hədiyyələr verdilər.
O, evə gəldi. Dəniz çarının qızlarını qardaşlarına ərə verdi.
Burada da böyük toy çaldırdı, toyda bütün şəhər şənlik etdi.
44
İlan və tülKü
(Lak xalq nağılı)
İlan və tülkü
dost olsalar da
həmişə bir-birlə-
rini məhv etmək
haqqında düşü-
nürdülər.
Günlərin bi-
rində ilan tülkü-
yə dedi:
- Xalq Mək-
kəyə gedir ki, müqqəddəsləri ziyarət etsin və onlara dua
oxusun. Gəl biz də ora gedək.
Tülkü razılaşdı və onlar Məkkəyə yola düşdülər. Gecə
getdilər, gündüz getdilər, nəhayət dəniz sahilinə gəlib çatdı-
lar.
- İndi biz nə edək? – deyə ilan soruşdu. – Axı mən üzmə-
yi bacarmıram. Biz o biri sahilə necə çıxa bilərik?
- Gəl sən mənim belimə min, - deyə tülkü cavab verdi. O
fikirləşdi ki, suda ilanı üstündən atar və beləliklə onu məhv
edər. Lakin dənizin ortasında ilan tülkünün boynunu sıxma-
ğa və onu boğmağa başladı. Tülkü bunu görüb, dedi:
- Mənim canım bədənimdən çıxmaqdadır, mən sənin
gözlərinə baxmadan ölməkdən qorxuram. Imkan ver, son
dəfə sənə baxım.
- Yaxşı, - deyə ilan razılğını bildirdi və başını irəli uzatdı.
Tülküyə elə bu lazım idi. O ilanın başından yapışdı və onu
gəmirdi. Işini gördükdən sonra, tülkü dedi:
- Mən rəfiqədə düzlüyü xoşlayıram, əyriliyi yox!
Dostları ilə paylaş: |