Dünya xalqlarının nağılları Dağıstan xalqlarının nağılları Bakı «təknur» -2013



Yüklə 382,26 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix02.01.2018
ölçüsü382,26 Kb.
#19441
1   ...   8   9   10   11   12   13   14   15   16

45

ayı Balası

(Lak nağılı) 

Bilinmir bu əhvalat olub ya olmayıb, lakin deyirlər ki, bir 

kənddə dul kişi və onun gözəl bir qızı vardı. 

Dul kişiyə arvadsız yaşamaq çətin idi. Ona görə o, ikinçi 

dəfə evləndi. Ögəy ana evə daxil olan kimi ögəy qızını sevmə-

di, səhərdən axşama kimi ərinə rahatlıq verməyərək deyirdi. 

-Qızı hara istəyirsən apar, ancaq o, bura qayıtmasın! 

Əri ondan xahiş edir, onu yola gətirmək istəyir. Lakin za-

lım qadın öz sözünün üstündə durur, nəhayət istəyinə nail 

olur. Qızın özü atasından xahiş edir: 

-Gedək, məni burdan apar. Dünya böyükdür, mənə heç 

nə olmaz. Ata öz qızı ilə bazara getdi. Ovcudan ayı dərisi alıb, 

qızına geyindirdi və onunla paytaxta yollandı. 

O, çar sarayının yanından kecəndə, möhkəm qışqırmağa 

başladı. 

-Ayı balası satıram.! Ayı balası satıram! 

Şahzadə bunu eşidib, pəncərədən baxdı və soruşdu. 

-De, görək, ayı balası nə etməyi bacarır? 

-Nə əmr etsən, -deyə ata bildirdi. 

Şahzadə bu əyləncəyə sevindi. 

Ona üç qızıl verib, ayı balasını aldı. 

Budur, ayı balası şahzadənin yanında yaşayır, onu şən-

ləndirir, onun yatağını, silahını təmizləyir, masada ona qul-

luq edir. Şahzadə onu tərifləməkdən doymurdu. 

Qız isə bütün işlərini gördükdən sonra gündə oturub, çar 

dərzilərindən xahiş edib götürdüyü parcalardan özünə pal-

tar tikirdi. 

O, artıq üç paltar: gümüşü, qızılı, və rəngbərəng donları 

tikib qurtarmışdı. Bu donlar elə gözəl, elə nazik idilər ki, qız 

onları qoz qabıqlarının içində gizlətmişdi.  

Günlərin  birində  sarayda  böyük  şənlik  məclisi  təşkil 



46

olundu. Burada çar, şahzadə və əyanlar  iştirak edirdilər. Qız 

əynindən ayı dərisini atıb, gümüşü paltarını geydi və o da 

məclisə getdi. 

 O, rəqs etmək istəyirdi.

 Şənlikdə belə gözəl qızı görənlər onu hörmətlə qarşıla-

yıb, şahzadənin yanında oturtmuşdular. 

Musiqi  calındı,  gənclər  rəqs  etməyə  başladılar.  Qız  da 

şahzadə ilə rəqs etdi. Şahzadə ondan gözünü çəkmirdi, qız 

onun çox xoşuna gəlmişdi. Lakin şahzadə ona baxıb çox zövq 

ala bilmədi. Rəqs bitən kimi qız qaçdı və heç kəs bilmədi ki, 

qız kimindir və o, hardan gəlib? 

Şahzadə hamıdan qızı soruşdu, lakin onlar əllərini yellə-

yir və başlarını bulayırdılar. 

O, qərara gəldi ki, yenə də məclis təşkil etsin. Bəlkə, hə-

min gözəl yenə də gələcək?  

Budur yenə də musiqi çalındı və qonaqlar toplandı. Hamı 

rəqs etməyə başladı. Həmin qız yenə də bayrama gəldi. Bu 

dəfə onun əynində gümüşü yox, qızılı paltar vardı. Bu donda 

o, daha gözəl görünürdü. Hamı yalnız ona baxırdı. Qız yenə 

də  şahzadə ilə rəqs etdi və yenə də gözlənilmədən yox oldu. 

Onu hamı axtarırdı¬ – qızı axtaranların arasında ayı da var-

dı. Sarayı ələk-vələk etdilər, lakin qızı tapa bilmədilər. Şahza-

də yenə bayram təşkil edib, qonaqları dəvət etdi. Çox gözəl 

şənlik təşkil olundu. Musiqi çalındı. Hamı rəqsə başladı. Bu 

dəfə qız bura al-əlvan  donda daxil oldu. O, gözəlliyi ilə, donu 

ilə məclisə gələnlərin gözlərini qamaşdırdı. Şahzadə onun-

la rəqs etdi və qızın barmaqlarına üzük taxdı, və xahiş etdi 

ki, onun həyat yoldaşı olsun. Qız razılaşdı, lakin şahzadənin 

başı nəyəsə qarışanda  qız yenə də yox oldu. Daha onu görən 

olmadı. Bütün paytaxtı gəzdilər, axtardılar, hər bir evə daxil 

oldular, gözəl heç yanda yox idi. 

Onda şahzadə dedi: 

-Çəkisi az, hamının ləzzətlə yediyi yeməkləri hazırlayın. 

Mən öz nişanlımı axtarmağa yola düşürəm. Onu bütün çar-



47

lıqda axtaracağam. 

Hamı yol tədarükü görməyə başladı, çörək bişirdilər. Ayı 

balası ilə aşbazın yanına gəlib, bir parça xəmir istədi. 

-Aşbaz hirsləndi. 

-Yeri get burdan! – deyə onun üstünə qışqırdı. – Səni yox 

olasan! Sənsiz də adamın ürəyi sıxılır, ürəyi sıxılır. 

Bunu eşidən şahzadə sevimli ayı balasınıa yazığı gəldi: 

-Ona bir parça xəmir ver, onun nə tağsırı var? 

Qız ayıya xəmir verdilər, o isə öz guşəsinə gəldi və üzüyü 

onun içində gizlədib, onu sobaya apardı. Çörəkçi onu bişir-

di və ayı həmin balaça kökəni yola tədarük olunan xurcuna 

qoydu. 

Ayının bu hərəkətinə güldülər və ona sataşmağa başla-



dılar. 

Lakin şahzadə yenə də, onu müdafiə etdi. 

-Əl çəkin ondan, - deyə o, dilləndi. Kim bilir, bəlkə həmin 

kökə bizə uğur gətirəçək. 

Şahzadə  yola  çıxdı,  bütün  çarlığı  əvvəldən  axıra  kimi 

gəzdilər, gözəli isə tapa bilmədilər. 

Onların yol ehtiyyatı da, qurtardı. Şahzadə nökərlərdən 

soruşdu: 

-Yeməyə bir şey qalıbmı?  

-Yox, -deyə nökərlər cavab verdilər. Ancaq ayının bişirdi-

yi çörək qalıb. 

-Nə etməli, onu bura gətirin. Mən onun dadına baxım? 

Şahzadə çörəyi yarıya böldü, onun içərisindən üzük çıx-

dı. Şahzadə öz hədiyyəsini tanıdı. 

-Gör mənim nişanlım kim imiş! -deyə o, qışqırdı. –Dərhal 

evə qayıdırıq. 

-Sən niyə görə belə şənsən? – deyə çar oğlu evə qayıdan-

da ondan soruşdu. -Sevgilini tapdınmı? 

-Tapdım! – deyə şahzadə cavab verdi. 

-Ancaq mən çox acmışam. Qoy ayı balası mənə tez yemək 

gətirsin. 



48

Ayı balasına buyurdular ki, şahzadəyə xörək aparsın, o, 

isə tərslik etdi. Şahzadəyə xəbər verdilər ki, ayı balası sözə 

qulaq asmaq istəmir. 

Şahzadə güldü. 

-Yaxşı! Mən özüm onu bura gətirərəm. 

O, ayı balasına öz yatağına gətirib, ona dedi: 

-İndi isə daha bəsdi gizləndin. Öz dərindən kənara çıx. 

Qız ayı dərisini üstündən atdı və ordan gözəl, nadir inci 

çıxdı.Və sarayda böyük şənlik başlandı. Toyu yeddi zurnaçı, 

yeddi nağaraçı apardı. Şahzadə gözəl qızı aldı. Gördünüz ayı 

balası nə etdi! 




Yüklə 382,26 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə