DüŞÜNƏN İnsan avqust 2013; Elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix18.04.2018
ölçüsü0,56 Mb.
#39102
1   2   3   4   5   6   7   8   9   ...   20

6

RUSLAR  İSLAM  DİNİNƏ  ÖN  MÜHAKİMƏ 

İLƏ YANAŞMIRLAR

 

Rusiya  Turizm  Səyahət  Agentliyinin 



verdiyi 

açıqlamada 

“inanc 

turizmi” 



çərçivəsində 4 min turist üzərində apardıqları 

anket  sorğusunda  rusların  74%-inin  İslam 

dininə ön mühakimə ilə yanaşmadığını deyib.

İnanc  və  mədəniyyət  səyahətlərinə  rusların 

marağının  günbəgün  artdığını  bildirən 

Baranov  müştərilərin  razılığı  haqqında 

hazırladıqları anketdə 74% turistin İslama ön 

mühakimə ilə yanaşmadığını qeydə alıb.

 

Anketdə  iştirak  edən  4000  turistin 



39%-inin  həyatlarında  ilk  dəfə  Türkiyədə 

məscidə  girdiyini  bildirən  Baranov  səyahət 

edənlərin 

26%-inin 

ateist 

olduğunu 



vurğulayıb.  Baranov:  “Səyahət  edən  ruslar 

İslama  qarşı  ön  mühakiməli  deyil.  Anketdə 

iştirak  edənlərin  54%-inin  İslam  haqqında 

ümumi  məlumatı  yoxdur.  Məscidlərdə  din 

adamları və rəhbərlərinin verdiyi açıqlamaları 

diqqətlə  dinləyirlər.  Ruslar  ən  çox  Allah`ın 

Düşünən İnsan, 

Avqust  2013



6

www.imanisaytlar.com

birliyi,  Quran  və  hz.  Muhəmmədin  (s.ə.v) 

həyatı ilə bağlı suallar verirlər. Ön mühakimə 

ilə yanaşmırlar. Onları maraqlandıran şeyləri 

öyrənmək istəyirlər”, - deyib.

 

Dini  İşlər  üzrə  Nazirliyin  bu  il 



turistlərin çox girdiyi məscidlərə 250 məscid 

rəhbərinin  təyin  etməsini  dəstəklədiyini 

bildirən  Gursəs  məscidə  girən  turistlərə 

xüsusi geyimlərin verilməsi və bu geyimlərin 

onlara  hədiyyə  edilməsinin  də  əhəmiyyətli 

təşəbbüs olduğunu qeyd edib.

 

Gursəs:  “Məscidə  baş  çəkdikdən 



və  məlumat  aldıqdan  sonra  rusların  İslam 

haqqında  ön  mühakimələri  böyük  ölçüdə 

aradan  qalxır.  İslam  dini  ilə  maraqlanırlar. 

Məscidə  gəldikdə,  əsasən,  çox  sual  verirlər. 

Öyrənməyi  çox  istəyirlər.  Öyrənməkdə  ön 

mühakiməli  deyillər.  Məsciddən  çıxdıqda 

araşdırmağı sevən turistlər rus dilində Quran 

alırlar”, -deyib.




7

Düşünən İnsan, 

Avqust  2013

7

Avropa İslamı yaxşı tanımır.

 

 

Avropada 



yaşayan 

türklərin                                         

45%-i Avropada islamofobiyanın olduğunu deyir,       

70%-i isə müsəlmanların ayrı-seçkilik və haqsızlığa 

məruz qaldığına inanır.

 

Türkiyənin  Hacettepe  Universitetinin 



Miqrasiya və Siyasət Araşdırmaları Mərkəzi aprel 

ayında avropada yaşayan türklərlə apardığı anket 

sorğusunda  mühüm  nəticələr  əldə  edib.  Anket 

iştirakçılarının  45%-i  avropada  islamofobiyanın 

olduğunu  deyib,  70%-i  isə  yaşadıqları  ölkədə 

müsəlmanların haqsızlığa və ayrı-seçkiliyə məruz 

qaldığını ifadə edib.

 

Dr.  Murat  Erdoğanın  rəhbərlik  etdiyi 



mərkəz  Berlində  yerləşən  “Data4U”  araşdırma 

təşkilatı ilə birlikdə 100.000-dən çox türkün yaşadığı 

Almaniya,  Fransa,  Hollandiya,  İngiltərə,  Belçika, 

Avstriya,  Danimarka,  İsveç,  Norveç,  Finlandiya 

və  İsveçrədə  2634  nəfərdən  çox  insan  arasında 

anket sorğusu keçirib. “Avropada islamofobiyanın 

olduğunu  düşünürsünüzmü?”  sualına  anket 

iştirakçılarının  45%-i  “Bəli”,    27%-i  “xeyr” 

cavabı  verib.  Anketdə  “Avropada  islamofobiya 

varsa,  bunun  səbəbi  nədir?”  sualına:  “İslamı 

yaxşı  tanımamaq”,  -  deyənlər  22%  təşkil  edərək 

birinci  yeri  tutarkən,  “İslamı  pis  təqdim  etmək”, 

-  deyənlərin  sayı  17%,  “Bəzi  müsəlmanların 

səhvləri”,  -  deyənlərin  sayı  13%  çıxıb.  “İslamın 

içindəki  zorakılıq”,  -  deyənlər  4%  təşkil  edib. 

İştirakçılardan 19%-i bu suala: “Bilmirəm”, - deyib, 

16% isə sualı cavablandırmayıb.

HƏR İL 5000 İNGİLİS 

MÜSƏLMAN OLUR

 

İngiltərədə 



2011-ci 

ildə 


keçirilmiş əhalini siyahıya almaya dair 

Milli  Statistika  Bürosunun  apardığı 

yeni  analiz  müsəlmanların  sayının 

çox  artdığını  üzə  çıxarıb.  Londonda 

dərc  olunan  “The  Economist”  jurnalı 

“İslama  dönüş”  sayında  bu  artımın 

yerli  müsəlmanların  sayından  daha 

çox olduğunu bildirib.

 

İslama üz tutan britaniyalıların 



sayının  ildə  5200  nəfər  olduğunu 

vurğulayan 

jurnal 

ümumilikdə 



100.000 nəfərin İslamı seçdiyini yazıb.

 

2011-ci  il  əhalini  siyahıya 



alma  nəticələrinə  əsasən,  İngiltərə  və 

Qallerdə  10  ildə  müsəlmanların  sayı 

1.5 milyondan 2.7 milyona çatıb. 

Düşünən İnsan, Avqust 2013




8

8

Düşünən İnsan, 

Avqust  2013

www.heyvanlardakidizayn.com

Arı beyni daha ağıllı robotların 

düzəldilməsinə ilham verir

 

Arıların 



ətraf 

mühiti 


necə 

qavramasının  öyrənilməsi  robotların  daha 

müstəqil olmalarına kömək edə bilər.

 

Bal  arısının  beyni  yaxın  gələcəkdə 



robotların daha müstəqil hərəkət etməsinə 

kömək edəcək.

 

Arıların 



duyğu 

orqanlarının 

simulyasiyasının 

hazırlanması 

üçün 

iybilmə və görmə duyğuları 1 milyon avro 



dəyərindəki  bir  layihə  çərçivəsində  tədqiq 

olunur.


 

Uçan  robota  tətbiq  olunan  arı 

beyninin  simulyasiyası  onun  təhlükəsiz 

naviqasiya etmək üçün qərar qəbul etməsinə 

kömək edəcək.

 

Bu robot xilasetmə əməliyyatlarında 



və  ya  fermalarda  bitkilərin  mexaniki 

tozlandırılması üçün istifadə oluna bilər.

 

Şeffild  və  Susseks  universitet-



lərindən 

alimlərin 

cəlb 

olunduğu 



tədqiqatlarda məqsəd arının sinir sisteminin 

modelini düzəltməkdir.

 

Duyğu  orqanlarının  işlək  modeli 



robotda  qurulacaq  və  onun  bal  arısı  kimi 

həssas uçma qabiliyəti sınaqdan keçiriləcək.

Layihənin 

kordinatoru, 

Şeffild 

universitetindən  kompyuter  mütəxəssisi 

Doktor  Ceyms  Marşal  arı  beynini 

simulyasiya etməyin süni intellekt sahəsində 

ən əsas çətinliklərdən biri olduğunu deyir.

İndiyədək  süni  beyin  hazırlamaq  cəhdləri 

insan,  meymun  və  siçanın  koqnitiv 

sistemləri əsasında qurulmuşdur.

 

“Lakin  təəccüblüdür  ki,  kollektiv 



yaşayan  həşəratlar  kimi  nisbətən  sadə 

canlılar 

daha 

mükəmməl 



koqnitiv 

qabiliyyətlərə  malikdirlər”,  -  dr.  Marşal 

deyir.

 

Məlumdur  ki,  bal  arıları  qüsursuz 



qabiliyyətləri  sayəsində  koloniyalarına  və 

ya pətəyə geri qayıda bilirlər. Onlar günəşin 

mövqeyini  istinad  nöqtəsi  kimi  qəbul  edir 

və  yolu  hesablayarkən  günəşin  hərəkətini 

nəzərə alırlar.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə