Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri Birgə mətbuat konfransı



Yüklə 148,71 Kb.
Pdf görüntüsü
tarix23.09.2018
ölçüsü148,71 Kb.
#70335


“Xalq qəzeti”.-2009.- 29 sentyabr .- № 215.- S.2. 

 

Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri  

Birgə mətbuat konfransı 

 

Buxarest, 28 sentyabr (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 28-də Buxarestdə 

Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun iştirakı ilə sənədlərin 

imzalanması mərasimi başa çatdıqdan sonra dövlət başçılarının birgə mətbuat konfransı olmuşdur.  

Prezidentlər əvvəlcə bəyanatla çıxış etdilər.  

 

Azərbaycan Prezidenti İlham Əliyevin  



bəyanatı 

 

-Hörmətli cənab Prezident!  

Hörmətli xanımlar və cənablar!  

İlk  növbədə,  cənab  Prezident,  məni  Rumıniyaya  dəvət  etdiyinizə  görə,  mənə  və  nümayəndə 

heyətinə  göstərdiyiniz  qonaqpərvərliyə  görə  Sizə  öz  təşəkkürümü  bildirirəm.  Rumıniya  ilə  Azərbaycan 

arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir və bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında 

bəyannamə, deyə bilərəm ki, son illər ərzində görülmüş işlərin məntiqi nəticəsidir. Mən əminəm ki, bu 

gün imzalanmış bütün sənədlər gələcək əməkdaşlığın uğurlu inkişafı üçün də yaxşı əsas yaradır. İkitərəfli 

münasibətlərin  inkişafı  üçün  çox  gözəl  imkanlar,  çox  böyük  potensial  vardır  və  biz  gələcək  illərdə  bu 

potensialdan səmərəli şəkildə istifadə edəcəyik.  

Bu  gün  həm  təkbətək  görüşdə,  eyni  zamanda,  nümayəndə  heyətlərinin  iştirakı  ilə  keçirilmiş 

görüşdə bütün vacib məsələlər müzakirə edildi və gələcək əməkdaşlıq haqqında çox vacib qərarlar qəbul 

edildi.  Siyasi  əlaqələr,  qeyd  etdiyim  kimi,  çox  yüksək  səviyyədədir.  Əminəm  ki,  iqtisadi  sahədə  yeni, 

gözəl layihələr icra olunacaqdır. Neft-qaz sahəsində əməkdaşlıq uğurludur və bu əməkdaşlığın gələcəyi 

daha da uğurlu olacaqdır. Azərbaycanın çox zəngin neft-qaz yataqları vardır və Azərbaycanın resursları 

dünya  və  Avropa  bazarlarına  uğurla  çıxarılır.  Əgər  tezliklə  tranzit  ölkələrlə  beynəlxalq  təcrübəyə 

əsaslanmış müqavilələr imzalanarsa, gələn ildən başlayaraq Azərbaycan qazı Avropa İttifaqının bazarına 

çıxarıla bilər.  

Enerji resurslarının şaxələndirilməsi həm istehlakçılar, həm də istehsalçılar üçün vacibdir və bizim 

maraqlarımız  bu  işdə  üst-üstə  düşür.  Əminəm  ki,  Nabukko  və  digər  layihələr  uğurla  icra  olunacaqdır. 

Neft-qaz  sahəsində  əməkdaşlıq,  eyni  zamanda,  Azərbaycan  ilə  Avropa  İttifaqı  arasında  imzalanmış 

strateji tərəfdaşlıq haqqında Memorandumda da öz əksini tapıb və Avropa İttifaqı ilə Azərbaycan arasında 

əlaqələrdə  enerji  amili  çox  mühüm  yer  tutur.  Mən  fürsətdən  istifadə  edərək,  Avropa  İttifaqı  ilə 

Azərbaycan  arasında  münasibətlərin  inkişafında  xüsusi  rol  oynadığına  görə  Rumıniyaya  və  cənab 

Prezident, şəxsən Sizə öz minnətdarlığımı bildirmək istəyirəm.  

Eyni  zamanda,  Siz  qeyd  etdiyiniz  kimi,  bütün  dondurulmuş  münaqişələrin,  o  cümlədən 

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  üçün  beynəlxalq  prinsiplərin  rəhbər 

tutulması və ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılması mövqeyi çox böyük əhəmiyyətə malikdir 

və  buna  görə  mən  Sizə  minnətdaram.  Dünyada  bütün  məsələlər,  o  cümlədən  münaqişələr  ancaq 

beynəlxalq  hüquq  normaları  əsasında  öz  həllini  tapa  bilər.  Əminəm  ki,  əgər  bütün  tərəflər  beynəlxalq 

hüquq  normalarına  riayət  etsələr,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  tezliklə  ədalətli 

həll  oluna  bilər  və  Azərbaycanın  işğal  olunmuş  bütün  torpaqları  işğalçı  qüvvələrdən  tezliklə  təmizlənə 

bilər.  

Cənab  Prezident,  göstərdiyiniz  qonaqpərvərliyə  görə  bir  daha  Sizə  minnətdaram  və  əminəm  ki, 

gələcək əməkdaşlığımız da çox uğurlu olacaqdır.  

 

Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar:  



YUNİS  ORUCOV  (Azərbaycan  Televiziyası):  Mənim  sualım  Rumıniya  Prezidentinədir. 

Cənab  Prezident,  Siz  bu  gün  azərbaycanlı  həmkarınızla  strateji  tərəfdaşlığın  yaradılması 

razılaşması haqqında Birgə Bəyannaməni imzaladınız. Sizcə bu sənəd ikitərəfli münasibətlərimizə 

hansı  töhfəni  verəcək?  Bu  sənədin  ümumilikdə  perspektivlərini  nədə  görürsünüz?  Təşəkkür 

edirəm.  

TRAYAN  BESESKU:  Bildirmək  istəyirəm  ki,  bizim  strateji  tərədaşlıq  haqqında  bu  cür 

razılaşmamız cəmi iki ölkə ilə vardır. Yəni, bu strateji tərəfdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik və digər 

sahələrdə aparılır. Onlardan biri Birləşmiş Ştatlar, ikincisi isə Fransadır. Mən bununla bağlı qeyd etmək 




istəyirəm ki, bu gün cənab Prezidentlə imzaladığımız bu bəyannamə əsasında, o cümlədən digər mühüm 

razılaşmaları nəzərə alaraq, bundan sonra bizim hökumətlərimiz iki ölkə arasında qəbul olunacaq siyasi 

qərarların həyata keçirilməsi üzrə planı tərtib edəcəklər. Bir növ yol xəritəsi. Bu yol xəritəsinin gələcəkdə 

həyata  keçirilməsini  təhlil etdikdən  sonra  biz  belə  bir  qənaətə  gələcəyik  ki,  atılmış  bu  addımlar  uğurlu 

oldu, yoxsa yox?!  

Mən burada həddindən artıq nikbin sözlərlə çıxış etmək istəməzdim. Sadəcə, deyə bilərəm ki, bu 

gün Prezident Əliyevlə bizim imzaladığımız strateji tərəfdaşlıq haqqında bu bəyannamədə əks olunmuş 

müddəalar  bir  növ  göstərici,  bələdçi  xarakteri  daşıyır.  Qeyd  etmək  istəyirəm  ki,  həmin  sənəddə  əks 

olunmuş müddəalar çox real müddəalardır və onlar hər iki ölkənin milli maraqlarına, o cümlədən Avropa 

İttifaqının maraqlarına uyğun gəlir. Hesab edirəm ki, əgər biz həmin prioritetləri həyata keçirə bilsək, iki 

ölkə  arasında  strateji  tərəfdaşlıq  böyük  uğura  çevriləcəkdir.  Eyni  zamanda,  orada  təcəssüm  olunmuş 

prinsipləri Rumıniya nəinki öz milli maraqları prizmasından görür, eyni zamanda, Rumıniya hesab edir 

ki,  bu  sənəd  Avropa  İttifaqının  enerji  və  xarici siyasətinə  də  töhfə  verir,  Avropa  İttifaqının  Qara  dəniz 

regionundakı, o cümlədən “Şərq tərəfdaşlığı” təşəbbüslərinə də xidmət edir.  

Çox sağ olun. Mən bir daha Prezident Əliyevə bu bəyannaməni imzaladığına görə minnətdarlığımı 

bildirmək istəyirəm.  



MÜXBIR (Rumıniya): Mənim sualım Prezident Əliyevədir. Siz mətbuat üçün bəyanatınızda 

Azərbaycanın  neft  və  qaz  ehtiyatlarının  daşınmasında  tranzit  məsələlərini  də  qeyd  etdiniz.  Mən 

bilmək  istərdim,  Sizin  fikrinizcə,  Nabukko  layihəsinin  həyata  keçirilməsi  Konstansa-Triest 

layihəsinin reallaşmasına nə kimi töhfə verə bilər?  

İLHAM  ƏLİYEV:  Bilirsiniz,  bizim  təcrübəmiz  onu  göstərir  ki,  Azərbaycan  tərəfindən  irəli 

sürülmüş və həyata keçirilmiş layihələr gələcəkdə başqa layihələrin icrasına da gətirib çıxarır. Əgər Bakı-

Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi və bir sözlə, əgər bu dəhliz açılmasaydı, yəqin ki, Bakı-Tbilisi-

Ərzurum qaz kəməri də tikilməzdi. Əgər Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikilməsəydi, bu gün Nabukko 

haqqında,  ümumiyyətlə,  söhbət  aparmağa  dəyməzdi.  Çünki  Nabukko  layihəsinin  icrası  ancaq 

Azərbaycanın bu gün mövcud olan qaz infrastrukturunu işə salması ilə bağlıdır. Beləliklə, biz görürük ki, 

bir uğurlu layihə o biri layihənin icrasına gətirib çıxarır. Şübhə yoxdur ki, əgər Nabukko layihəsi uğurla 

icra  olunarsa,  regionda  şaxələndirmə  məqsədilə  tikiləcək  digər  kəmərlərin  inşasına  da  gətirib 

çıxaracaqdır.  Bugünkü  danışıqlarda  həm  Nabukko  layihəsi,  eyni  zamanda,  Konstansa-Triest  layihəsi 

müzakirə olundu. Azərbaycan tərəfi hər iki layihəyə öz dəstəyini vermişdir və mən bu gün  də bunu bir 

daha təsdiq etdim.  

TRAYAN BESESKU: İcazənizlə, mən bu cavaba da əlavə olaraq öz şərhlərimi vermək istərdim. 

Azərbaycanın  Dövlət  Neft  Şirkəti  Avropa  İttifaqı  ölkələrində  öz  fəaliyyətini  Rumıniya  vasitəsilə 

genişləndirmək fikrindədir. Burada, bu layihənin həyata keçirilməsində Dövlət Neft Şirkəti hesab edir ki, 

Konstansada hazırda xam neftin saxlanılması üçün bizim tutumların genişləndirilməsi imkanı mövcuddur. 

Dövlət Neft Şirkəti bu sahədə işləmək arzusunu bildirmişdir. Beləliklə, Dövlət Neft Şirkəti öz resurslarını 

mövcud  iki  mümkün  yol  ilə  nəql  edə  biləcəkdir.  Bu  yollardan  bir  variant  o  ola  bilər  ki,  Azərbaycan 

Dövlət  Neft  Şirkəti  Kontansada  özü,  yəni  artıq  tranzit  olunmuş  enerji  daşıyıcılarının  emalı  üzrə 

Rumıniyadakı emal zavodlarında emal prosesləri ilə özü məşğul ola bilər və bunu rumın həmkarları ilə 

həyata  keçirə  bilər.  Bu,  birinci  variant.  İkinci  variant  isə  Dövlət  Neft  Şirkəti  Konstansa  vasitəsilə, 

Konstansada xam neftin saxlanılma tutumu həcminin daha da artırılması yolu ilə tranzit edib, daha sonra 

isə onu Triestə istiqamətləndirə bilər.  

Eyni  zamanda  bildirmək  istəyirəm  ki,  Gürcüstanda  -  Supsa  limanında  böyük  bir  terminal  vardır. 

Hazırda həmin terminalda yüksək tonnajlı tankerlər lövbər sala bilir. Mən şəxsən özüm xam neftin həmin 

tankerlərə  doldurulmasını  görmüşəm.  Xam  neft  həmin  tankerlərlə  Bosfor  və  Dardanel  boğazlarından 

keçməklə Avropa bazarlarına çatdırılır. Hesab edirəm ki, bu da düzgün bir yoldur.  

 

 



 

Yüklə 148,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə