6
İxtisarların siyahısı:
AbTg
– tireoqlobulinə qarşı anticisimlər
AFTD
– avtonom fəaliyyətli tiroid düyünü
BBS
– bütün bədənin skanerləşdirilməsi
Ca
– kalsium
Ca
2+
– kalsium ionu
Ct
– kalsitonin
ÇDU
– çoxdüyünlü ur
ÇEN2
– 2-ci tip çoxsaylı endokrin neoplaziya sindromu
EDİ
– etanolun dərialtı inyeksiyası
FT3
– sərbəst 3-yodtironin
FT4
– sərbəst tiroksin
İSİE
– insan sümük iliyinin endotelial hüceyrəsi
KT
– kompüter tomoqrafiyası
QV
– qalxanabənzər vəz
LTM
– lazer termal müalicə
LT4
– levotiroksin
NİAB
– nazik iynəli aspirasion biopsiya
NMR
– nüvə-maqnit rezonansı
PTH
– paratireoid hormon
rhTSH
– rekombinant tiroid stimulyasiyaedici hormon
Tg
– tireoqlobulin
TMK
– tiroidin medulyar karsinoması
TPOAb
– tiroid peroksidazaya qarşı anticisimlər
TSH
– tiroid stimulyasiyaedici hormon
USM
– ultrasəs müayinəsi
US-NİAB – ultrasəs nəzarəti ilə nazik iynəli aspirasion biopsiya
123
İ
– yod izotopu
99m
TcO
4
– texnesium izotopu
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində çalışan terapevtlər,
endokrinoloqlar, cərrah-endokrinoloqlar, ailə həkimləri üçün
nəzərdə tutulmuşdur.
Pasiyent qrupu: Düyünlü ur xəstəliyi olan böyük yaşlı şəxslər.
Protokolun məqsədləri:
►
Müasir diaqnostika və müalicə metodlarını tətbiq etməklə
qalxanabənzər vəzin düyünlərinin diaqnostika və müalicəsinin
təkmilləşdirilməsi
►
Düyünlü urla xəstələnmə və ölüm hallarının azaldılması
►
Maliqnizasiya ehtimalını müəyyən etmək üçün düyünlü urun
qiymətləndirilməsi
►
Düyünlü urlu xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması
ÜMUMİ MÜDDƏALAR
Düyünlü ur – qalxanabənzər vəzidə müxtəlif morfoloji
xarakteristikaya malik bütün ocaqlı törəmələri əhatə edən klinik
anlayışdır. Qalxanabənzər vəzidə iki və daha çox düyün olduqda, bu
çoxdüyünlü ur hesab edilir.
Düyünlü urun patoloji və proqnostik əhəmiyyəti aşağıdakılarla
əlaqədardır:
►
Düyünlü törəmələrin az da olsa qalxanabənzər vəzin bədxassəli
şişi olması riski (2-5%). Qalxanabənzər
vəzin bədxassəli şişləri
arasında 90% hallarda yüksək diferensiasiya etmiş xərçəngə
(papilyar, follikulyar) rast gəlinir.
►
Qalxanabənzər vəzin böyüməsinin ətraf toxumaları sıxma və
kosmetik defekt yaratma riski
►
Düyünün formalaşmasından uzun illər keçdikdən sonra
qalxanabənzər vəzin funksional avtonomiyası və tireotoksikozun
yaranma riski (əsasən yod defisitli regionlarda)
Epidemiologiya
Qalxanabənzər vəzin düyünlü törəmələri palpasiya zamanı 5%
insanlarda, USM zamanı isə bundan 10 dəfə çox (50%) aşkar olunur.
Düyünlü ur yod defisitli regionlarda daha çox aşkar edilir. Düyünlü
törəmələr uşaqlarda və yeniyetmələrdə nadir hallarda müşahidə
olunur, ancaq yaş artdıqca onun rast gəlmə tezliyi yüksəlir.
Qadınlarda kişilərə nisbətən 2-4 dəfə daha çox rast gəlinir.
Bədxassəli şişlər bütün düyünlü törəmə hallarının təxminən 5%-ini
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
8
təşkil edir. Qalxanabənzər vəzi düyünləri arasında ən çox (90%)
təsadüf edilən forma kolloid urdur.
XBT-10 ÜZRƏ TƏSNİFATI
E 01.1
Yod çatmamazlığı ilə bağlı çoxdüyünlü (endemik ) ur
E 04.1
Qeyri-toksik təkdüyünlü ur
E 04.2
Qeyri-toksik çoxdüyünlü ur
E 05.1
Toksik təkdüyünlü urla müşayiət olunan tireotoksikoz
E 05.2
Toksik çoxdüyünlü urla müşayiət olunan tireotoksikoz
DÜYÜNLÜ URUN NOZOLOJİ FORMALARI:
►
Düyünlü kolloid ur
►
Follikulyar adenoma
►
Hipertrofik autoimmun tireoiditdə yalançı düyünlər
►
Solitar kista
►
Qalxanabənzər
vəzin bədxassəli şişi
Düyünlü kolloid ur
Ən çox yayılmış formasıdır. Patogenetik olaraq xroniki yod
defisiti ilə əlaqədardır. Qalxanabənzər vəzi follikullarının daxilində
kolloidin toplanması nəticəsində formalaşır.
Follikulyar adenoma
Follikulyar adenoma follikul epitelisinin xoşxassəli şişidir.
Follikulyar adenomalar arasında trabekulyar (embrional),
mikrofollikulyar (fetal), makrofollikulyar (sadə) növlər ayırd edilir.
Qeyd etmək lazımdır ki, aspiratın sitoloji müayinəsi follikulyar
adenoma ilə follikulyar şişin diferensiasiyasına imkan vermədiyinə
görə adenomanın cərrahi əməliyyatı aparılmalıdır.
Qalxanabənzər vəzin kistası
Kista qalxanabənzər vəzi toxumasında kistoz mayeli boşluqdur.
Qalxanabənzər vəzi düyünlərinin 3-5%-ini təşkil edir. Həqiqi kista
yalançı kistadan tərkibində follikulyar epitel olması ilə fərqlənir.
USM ilə kistoz törəməni aşkar etmək çətinlik törətmir. Buna
baxmayaraq, USM kistanı sistadenomadan və
sistadenokarsinomadan fərqləndirə bilmir, ona görə törəməni
punksion biopsiya və təkrar USM etmək lazımdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.