Düyünlü ur xəstəliyi üzrə klinik protokol



Yüklə 205,96 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix05.03.2018
ölçüsü205,96 Kb.
#30311
1   2   3   4   5   6   7

 

9

Yalançı düyünlər – ayrı-ayrı paycıqların lokal hipertrofiyası 

nəticəsində inkişaf edir. 

 

DİAQNOSTİKA 

 

Düyünlü uru olan pasiyentlərin diaqnostikası  və sonrakı 



müşahidəsində əsas istiqamətlər: 

 



qalxanabənzər vəzin bəd xassəli şişinin inkarı;  

 



qalxanabənzər vəzi düyününün funksional avtonomiyasının 

diaqnostikası  və dekompensasiyanın inkişaf riskinin müəyyən 

edilməsi,  

 



kompressiya (sıxılma) sindromunun və kosmetik defektin təyin 

edilməsi 

 

ANAMNEZ VƏ FİZİKAL MÜAYİNƏ 

 

Düyünlərin  əksəriyyəti  heç bir simptomatika ilə müşahidə 



olunmur, lakin bu maliqnizasiya olma ehtimalını istisna etmir 

(C).  

 

Böyük ur zamanı  xəstələr boyun nahiyəsində  sıxılmadan 



şikayət edirlər.  

 

Solitar və  bərkimiş düyünlər mütləq biopsiya olunmalıdır. 



Solitar düyünün və ÇDU-nun maliqnizasiya olma ehtimalı 

eynidir (B)

 

Aşağıdakı məlumatları qeyd edin (C): 



 

Ailədə olan QV xəstəlikləri 

 

Əvvəllər boyun nahiyəsində olmuş  xəstəliklər və ya alınmış 



müalicə 

 

Boyun nahiyəsində şişkinliyin olması 



 

Səsin xırıltılı olması, disfoniya, disfagiya və ya dispnea 

 

Düyünün ölçüsü, lokalizasiyası və konsistensiyası 



 

Boyun nahiyəsində həssaslığın artması və ya ağrı 

 

Boyun nahiyəsində adenopatiya (boyun, aşağı  çənəaltı  və 



körpücüküstü limfa düyünlərinin ölçülərinə diqqət yetirmək 

lazımdır) 

 

Hiper- və ya hipotireoidizm əlamətləri 



 

Maliqnizasiya ehtimalının yüksək olmasını göstərən faktorlar (C)

 

Boyun və baş nahiyəsinə olan metastazlar 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

10

 



Ailədə medulyar tiroid karsinomanın  (MTK) və ya 2-ci tip 

çoxsaylı endokrin neoplaziya sindromunun olması (ÇEN2) 

 

Yaşın < 20 və ya > 70 olması 



 

Kişi cinsi 

 

Düyünün böyüməsi 



 

Konsistensiyanın bərk və ya sərt olması 

 

Boyun nahiyəsinin adenopatiyası 



 

Pərçimlənmiş düyün 

 

Səsin xırıltısı, disfoniya, disfagiya və ya dispneanın daimi 



müşahidə olunması 

Laborator müayinələr  

 



İlk öncə qanda TSH səviyyəsini müəyyən etmək lazımdır (B) 

 



Əgər TSH səviyyəsi aşağı olarsa (< 0.5 mikro-İU/ml), sərbəst T4 

və 3-yodtironini (T3) ölçmək lazımdır;  əgər TSH səviyyəsi 

yüksək olarsa (>5.0 mikro-İU/ml), sərbəst T4 və tiroid 

peroksidazaya qarşı anticisimləri (TPOAb)  təyin etmək lazımdır 



(C) 

 



Düyünlü ur və ya QV düyünlərinin  diaqnostikası zamanı rutin 

müayinə üsulu kimi zərdabda tiroqlobulinin (Tg) təyin edilməsi 

tövsiyə edilmir (C) 

 



NİAB nəticəsində medulyar tiroid karsinomanın olmasına şübhə 

olarsa və ya ailədə belə bir xəstəlik olmuşdursa, zərdabda 

kalsitonin səviyyəsini təyin etmək lazımdır (B) 

 



QV medulyar xərçəngini istisna etmək üçün ilkin diaqnostika 

zamanı qanda kalsitonin (Ct) səviyyəsinin yüksəlməsini 

yoxlamaq və Ct artıran başqa hallarla diferensiasiya aparmaq 

lazımdır (böyrək çatmazlığı, qeyri-tireoid neyroendokrin 

tumorlar, hiperqastrinemiya, Haşimoto tireoiditi). 

 

QALXANABƏNZƏR VƏZİN USM-i 

USM cihazında 7.5-10 MHz tezlikli çevirici QV düyünlərini 

müəyyən etmək və ölçmək, həmçinin US-NİAB müayinəsini yerinə 

yetirmək üçün kifayətdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

11

USM diaqnostikasının meyarları (C): 

 

US təsvirin məzmunu  



 

QV daxilində lokalizasiyası 

 

Ölçü – ən azı maksimal diametrin göstərilməsi və orqanın 



anatomiyasına uyğun olaraq bu ölçünün uzununa, ön-arxa və 

ya latero-lateral olduğunun qeyd edilməsi  

 

Exogenlik (anexogen, hipoexogen, izoexogen və ya 



hiperexogen) 

 

Mayenin olması (qarışıq düyünlər) 



 

Sərhədlərin xarakteristikası 

 

Periferal halənin olması 



 

Orqan daxili kalsifikasiyanın olması (mikro- və ya 

makrokalsifikasiya) 

 

Əgər mümkünsə, damarların vəziyyəti 



 

Əgər QV-də bir və ya bir neçə müstəqil düyün varsa, hər birinin 



təsviri verilməlidir. Çoxsaylı düyünlər olduqda təsviretmə 

sənədində QV-nin ölçüsü və strukturunun göstərilməsi tövsiyə 

olunur – düyünün (düyünlərin) maliqnizasiya olma ehtimalını 

göstərən xüsusiyyətlərini qeyd etməklə. 

 

Təsviretmə sənədi çap edilməlidir və orada mütəxəssisin və 



klinikanın adı aydın göstərilməlidir. Bu sənəd arxivdə və ya 

informasiya bazasında saxlanılmalıdır. 

 

US müayinəsi zamanı alınan  şəkil aparılan proseduranın 



dinamikası barədə adekvat məlumat vermir. Təsviretmə sənədinə 

bir neçə şəklin birgə əlavə edilməsi məsləhət görülür, xüsusən də 

şübhəli elementlər aşkar edildikdə (düyünə şübhə olduqda). 

 



US tapıntılarına  əsaslanaraq düyünün maliqnizasiya olma 

ehtimalı qiymətləndirilməlidir. 

 

NİAB aparılması üçün düyünləri müəyyən edilməlidir. 



 

Əgər  şübhəli US tapıntıları yoxdursa və ya xəstə yüksək risk 



qrupuna aid deyilsə, ölçüsü 10 mm-dən az olan düyünlər NİAB 

edilmir (C). 

 

Boyun nahiyəsinə metastazlar müşahidə edilən və ya ailəsində 



medulyar tiroid karsinoma, yaxud 2-ci tip çoxsaylı endokrin 

neoplaziya olan xəstələrə düyünün ölçüsündən asılı olmayaraq 

US-NİAB aparılmalıdır (C). 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


Yüklə 205,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə