E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə69/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   77

 
216
çıxarır. Yeraltı suların çıxarılmasının  əsas mümkün nəticələri 
aşağıdakılardır: 
1) təbii boşalmanın azalması hesabına olduğu kimi, həm də 
tranzit yerüstü axının cəlb olunması zamanı çay axınının azalması və 
hətta dövrü olaraq kəsilməsi; göllərin dayazlaşması (suyunun 
azalması). Bu zaman çayın canlı  kəsimi (dərinliyi və eni) və ya su 
hövzəsinin sahəsi kiçilə bilər; 
2) yer  səthindən birinci sulu horizontun yeraltı sularının 
səviyyəsinin enməsi ilə  əlaqədar olaraq, landşaftın dəyişməsi (bu 
proseslər bitkilərin məhvi, kənd təsərrüfatı sahələrinin quruması, 
aerasiya zonasında nəmliyin dəyişməsi, bataqlıqların quruması, 
quyularda suyun çəkilməsi ilə müşayiət olunur); 
3) qurumuş süxurların ikinci dəfə konsolidasiyası (bərki-məsi) 
və lay təzyiqinin enməsi zamanı qumlu-gilli süxurların sıxlaşması 
prosesləri ilə əlaqədar olaraq yer səthinin oturması (çökməsi); 
4) ekzogen geoloji proseslərin (suffoziya-karst prosesləri, çay 
çöküntülərinin kolmatasiya və dekolmatasiyası) fəallaşması. 
Yeraltı suların istismarının müsbət təsiri də mümkündür: 
bataqlıqların  əmələ  gəlməsinin və süxurların ikinci dəfə  şoranlaş-
masının zəifləməsi, qrunt  suyu  səviyyəsinin enməsi zamanı 
mikroseysmik şəraitin yaxşılaşması və s. 
YSY-nın vəziyyətinin  və yeraltı suların istismarının ətraf təbii 
mühitin digər komponentlərinə  təsirinin, o cümlədən kəşfiy-yatın 
materiallarına görə bu proseslərin proqnozlaşdırılmasının müxtəlif 
etibarlılıq dərəcəsi ilə  əlaqədar olaraq, əksər hallarda YSY-nın 
monitorinqinin məzmunu və strukturu yatağın hidrogeoloji şəraitinin 
mürəkkəbliyi və istifadəsi xüsusiyyətləri ilə müəyyən olunur. Bütün 
yataqları hidrogeoloji şəraitinin mürək-kəbliyinə görə üç qrupa 
ayırmaq olar: 
1) sadə hidrogeoloji şəraitə malik yataqlar; 
2) mürəkkəb hidrogeoloji şəraitə malik yataqlar; 
3) xüsusilə  mürəkkəb hidrogeoloji şəraitə malik yataqlar. 
YSY-nın bu və ya digər tipə aid olmasını müəyyən edən əsas 
amillər aşağıdakılardır: 
-sulu horizontun yatım və yayılma xarakteri, susaxlayan 


 
217
süxurların qalınlığının və süzülmə xassələrinin dəyişkənliyi
-yeraltı suların qidalanma və boşalma  şəraiti, kəşfiyyat 
prosesində istismar ehtiyatının formalaşmasının  əsas mənbələ-rinin 
mümkün etibarlı qiymətləndirilməsi; 
-hidrokimyəvi  şəraitin mürəkkəbliyi və istismar prosesində 
yeraltı suların keyfiyyətinin dəyişməsinin dəqiq proqnozlaş-dırılması 
imkanı; 
-yeraltı suların istismarının  ətraf mühitin digər kompo-
nentlərinə  təsiri və onun etibarlı proqnozlaşdırılması imkanı; 
-YSY-na antropogen təsirlərin intensivliyi, istismar ehtiya-
tının formalaşması zonası  və istismar zamanı yeraltı suların 
hidrodinamik və hidrokimyəvi rejiminə onun təsiri; 
-yeraltı suların çirklənmədən mühafizə dərəcəsi; 
-yeraltı suların istismarında mürəkkəb texnologiyanın tətbiqi 
(şüavarı sugötürücülər, su ehtiyatının süni bərpası və s.). 
Monitorinqin məzmunu və strukturu sugötürmə ilə, təsdiq 
olunmuş istismar ehtiyatının miqdarı arasındakı münasibətdən, o 
cümlədən təsdiq olunmuş  və proqnozlaşdırılan istismar ehtiyat-ları 
arasındakı münasibətdən asılıdır ki, bunun da nəticəsndə eyni bir 
hidrogeoloji  şəraitdə  müşahidələrin həcmi və  tərkibi kifayət qədər 
fərqlənə bilər.  
 
 
11.4. YSY-nın  monitorinq sisteminin 
 məzmunu və strukturu 
 
Ümumi halda YSY-nın monitorinqi sisteminin məqsəd və 
məsələləri aşağıdakı funksiyaların yerinə yetirilməsini özündə 
birləşdirir: 
1) aşağıdakıları xarakterizə edən məlumatların alınması 
məqsədilə sistematik müşahidələrin aparılması: 
-sulu horizontlar və onlarda yerləşən yeraltı sular; 
-yatağa texnogen amillərin təsiri, o cümlədən sugötürücü 
qurğular vasitəsilə yeraltı suların istismar rejimi və miqdarı, yeraltı 
su ehtiyatının süni surətdə doldurulması (bərpası) zamanı sulu 
horizonta suyun daxil olması; 


 
218
-yeraltı suların istismarının təsirinə  məruz qalan və ya yeraltı 
sulara təsir edən  ətraf təbii mühitin komponentləri, o cümlədən 
yerüstü su obyektləri; 
-yeraltı suların istismarı zamanı baş verən və dəyişən ekzogen 
proseslər; 
-sugötürücü qurğuların və yeraltı suların ehtiyatının süni 
bərpasına xidmət edən qurğuların texniki vəziyyəti; 
-yeraltı suların sugötürücülərinin, yeraltı  və yerüstü suların 
antropogen çirklənmə mənbələrinin SMZ-nın vəziyyəti. 
Ümumi halda müşahidələrlə yataq hüdudlarında təbii və 
geoloji mühitin vəziyyətinin dəyişməsini təyin edən bütün 
göstəricilər, yeraltı suların istismar ehtiyatının miqdarına təsir edən 
antropogen və su təsərrüfatı  şəraiti, suyun keyfiyyəti və 
sugötürmənin rejimi xarakterizə olunmalıdır. 
2) müşahidə materiallarının sənədləşdirilməsi; 
3) digər monitorinq sisteminin (meteoşərait, yerüstü sular və 
s.) müşahidə materiallarının toplanması; 
4) müşahidə materiallarının və yeraltı suların çıxarılma-sının 
qeydiyyatının ilkin işlənilməsi və ümumiləşdirilməsi; 
5) yatağın vəziyyətinin,  onun müşahidə müddətində zaman və 
məkan etibarilə  dəyişməsinin qiymətləndirilməsini təmin edən 
materialların informasiya bazasının hazırlanması  və onun 
dəyişməsinin qısa-   və uzunmüddətli proqnozlaşdırılması; 
6) YSY-nın və ətraf təbii mühitin ayrı-ayrı komponent-lərinin 
vəziyyətinin dəyişməsinin cari qiymətləndirilməsi və ilkin verilmiş 
proqnozların nəticələrinə nəzarət; 
7) müşahidə obyektlərinin vəziyyətinin dəyişməsinin mün-
təzəm proqnozlaşdırılması; 
8) yeraltı suların istismar sisteminin səmərələşdirilməsi və 
istismarın neqativ təsirinin aradan qaldırılması üzrə tövsiyələrin 
işlənib hazırlanması; 
9) yatağın vəziyyəti haqqındakı  informasiyaların Geoloji 
Mühitin Dövlət Monitorinqinin Ərazi Mərkəzinə ötürülməsi. 
YSY-nın vəziyyətinin qiymətləndirilməsi, sugötürücünün təbii 
mühitin digər komponentlərinə  təsiri, yatağın vəziyyətinin mümkün 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə