36
anizm hesab olunur. Məsələn, adi şəraitdə tənəffüs zamanı xaric
olunan havada oksigenin miqdarının azalması,
tənəffüsün tezlik
və dərinliyinin kifayət qədər artmasına səbəb olur. Yüksək dağlıq
ərazidə oksigenin aşağı miqdarına adaptasiyaolunma
mərhələsindən sonra (xaric edilən havada oksigenin aşağı
miqdarının təsiri) elə həmin təcrübə ilk nəfəsalmanın qısa
müddətli sürətlənməsinə səbəb olur.
35
III FƏSİL
HÜCEYRƏ FİZİOLOGİYASI
Orqanizmin funksiyalarını toxuma elementlərindən ibarət
olan orqan və orqanlar sistemi yerinə yetirir. Başqa sözlə,
orqanizmin funksiyasının yerinə yetirilməsi hüceyrənin
funksiyası ilə müəyyən edilir. Hüceyrənin hər hansı funksiyası
xüsusi zülallar vasitəsilə həyata keçirilir, hansı ki, kimyəvi
strukturu haqqında məlumat endogen hüceyrə proqramında –
gendə (genlər cəmi – hüceyrə genomu) qeyd edilmişdir.
Deməli, bütün funksiyalar genomda determinə olunmuşdur.
Eyni vaxtda müxtəlif tip hüceyrələr
müxtəlif funksiyalar yerinə
yetirir. Bundan aydın olur ki, müxtəlif hüceyrələrdə müxtəlif
genlər fəaliyyət göstərir. Beləliklə, hüceyrənin fiziologiyasını
dərk etmək üçün nəinki genin ekspressiyasının necə getdiyini,
həm də genin diferensial ekspressiyasının necə həyata
keçirildiyini bilmək lazımdır. Başqa sözlə, genomun işinin necə
tənzim olunmasını bilmək lazımdır.
Hüceyrə üç əsas komponentdən ibarətdir: 1)
Plazmatik
membran; 2) Nüvə (hüceyrə genomu ilə); 3) Sitoplazma
(
sitozol – onda strukturlaşan subhüceyrə vahidi –
orqanoidlər).
Sitozol orqanoidlər, sitosiklet və törəmələrdən ibarətdir.
Orqanoidlər (orqanoid) – dəqiq funksiyaları yerinə yetirməkdə
ixtisaslaşan sitoplazmanın metabolik fəal elementləridir (şəkil
3.1). Orqanoidlərə sərbəst ribosomlar, qranulyar endoplazmatik
tor (kələ-kötür endoplazmatik retikul), hamar endoplazmatik
tor (hamar endoplazmatik retikul), mitoxondri, Holci
kompleksi,
hüceyrə mərkəzi, haşiyəli qovuqcuq, lizosomlar və
perooksisomlar aiddir.
Hüceyrə nəzəriyyəsinə əsasən bitki və heyvanların struktur
elementi hüceyrədir. Orqanizmin ən kiçik struktur, quruluş və
çoxalma vahidi hüceyrədir.
«Nüvə» termini ilk dəfə bitki hüceyrələrində sapvari struk-
36
turu ifadə etmək üçün işlədilmişdir.
Şəkil 3.1. Heyvan hüceyrəsinin ən əsas
orqanoidlərinin təsvir ol-
unduğu sxematik şəkli: 1-xromatinlər, 2-nüvə membranı, 3-nüvə,
4-nüvəcik, 5-ifrazat qovuqcuğu, 6-lizosom, 7-ribosom, 8-
endoplazmatik retikul, 9-bazal cisim, 10-flagellum, 11-mitoxondri,
12-hüceyrə mərkəzi, 13-mikroxovcuqlar, 14-vakuol, 15-psev-
dopodillər (yalançı ayaqcıqlar), 16-mikroborucuqlar, 17-sitoskelet,
18-Holçi aparatı, 19-membran.
Nüvə komponentlərindən olan yaxşı rənglənən xromatinin
tərkibinə DNT zülalı kompleks şəkildə daxil olur. Həmçinin
RNT-də müşahidə olunur. DNT-də zülalların quruluşu
haqqında genetik məlumat yerləşir.
37
İngilis alimi R.Huk ilk dəfə müxtəlif bitkilərin mantar və
gövdəsinin kəsiyinə mikroskop altında baxmış, «Mikroqrafiya»
əsərində (1665) təsvir etmiş və hüceyrə sözünü elmə
gətirmişdir. İngilis botaniki H.Qryu hüceyrənin divarının
liflərlə örtülü olduğunu göstərmişdir (1682). 1830-cu ildə al-
man botaniki F.Meyenin fikrincə, bütün bitki orqanları
hüceyrəvi quruluşa malikdir. Alman alimləri M.Şleyden və
Şvan bitki və heyvan hüceyrəsinin
mikroskopik quruluşu
haqqında zəngin material vermişdir (1831, 1838).
Hüceyrəni öyrənmək üçün lupadan (2-25 dəfə böyüdür),
işıq mikroskopundan (3600 dəfə böyüdür), elektron mik-
roskopundan (100 min dəfə böyüdür) və texniki tərəqqinin in-
diki ultramikroskop, mikroelektrodları sinir hüceyrəsinə
stereotoksis cihazın köməkliyilə yeritməklə, elektroensofolo-
qraf cihazlar və s. istifadə etməklə hüceyrənin funksiyasının
neyrohumoral tənzimi aydınlaşdırılır.
3.1. Hüceyrə mübadilənin fizioloji
prosesinin vahidi kimi
Plazmatik membran (plazmalemma). Heyvan hüceyrələri
plazmatik membranla əhatə olunmuşdur (şəkil 3.2). Əksər hü-
ceyrədaxili membranlarla çox oxşar olan plazmatik membran
quruluşu üzərində bir qədər ətraflı dayanaq. Membranın əsas
matriksi lipidlərdən, əsas etibarilə fosfotidilxolindən təşkil ol-
unmuşdur. Bu lipidlər hidrofil qruplu başcıqdan
və ona birləşən
uzun hidrofob karbohidrat zəncirli quyruqcuqdan ibarətdir.
Suda bu cür lipidlər spontan olaraq 4-5 nm qalınlıqda ikiqat tə-
bəqə yaradırlar ki, burada da hidrofil qruplar sulu mühitə tərəf
istiqamətlənir. Hidrofob karbohidrat zəncirləri isə iki cərgədə
düzülərək susuz lipid faza yaradırlar. Hüceyrə membranları
məhz bu tipli ikiqat lipiddən ibarət olub, özlərində
qlikolipidləri, xolesterolu və fosfolipidləri saxlayır (şəkil 3.3).
Qlikolipidlərin hidrofil hissəsi oliqosaxaridlərdən təşkil olun-
38
muşdur. Qlikolipidlər plazma membranının
xarici səthində
yerləşirlər və molekulun oliqosaxarid hissəsi ətraf mühitə çıxmış
tükcük şəklində istiqamətlənir. Fosfolipidlər arasına səpələnmiş
xolesterol molekulları isə onlarla birlikdə membranı
sabitləşdirir. Müxtəlif lipidlərin membranın xarici və daxili qat-
larında yayılması eyni deyildir və hətta bir qatda elə sahələr
vardır ki, onlarda xüsusi lipid növləri olur. Bu cür qeyri-bərabər
yerləşmə güman
Şəkil 3.2. Hüceyrənin ən əsas orqanoidlərinin təsvir olunduğu