62
məşhurlaşdı.Gömrük ittifaqı uğurlu alındı. Bu üç ölkə arasında
xarici ticarət dövriyyəsi sürətli templə inkişaf etdi.
Avropa üçün daha əhəmiyyətli hadisə 1952-ci ildə
Avropa kömür və polad cəmiyyətinin yaradılması oldu. Bu
müqavilə Asiya, İtaliya, AFR və “Benilyuks” ölkələri arasında
imzalandı. Böyük Britaniya bu təşkilata üzv ola bilmədi, 1957-
ci ildə Romada Avropa iqtisadi birliyinin yaradılması haqqında
müqavilə imzalandı. Bunun ilkin məqsədi ümumi bazarın
formalaşdırılmasından ibarət idi. Müqavilənin imzalanması
zamanı altı ölkə: Fransa, AFR, Belçika, Hollandiya,
Lüksemburq və İtaliya iştirak etdi. Ümumi Bazarın üç
mərhələdə yaradılması nəzərdə tutlurdu:
I mərhələ - ümumi gömrük ittifaqının yaradılmasını
nəzərdə tuturdu ki, gömrük resurslarının və ölkələrarası digər
qeyri-
marif tədbirlərinin məhdudlaşdırılması ön planda durdu.
II mərhələ - iqtisadiyyatın digər sektorları ilə harmoniya
təşkil etməklə nəqliyyat və kənd təsərrüfatı sahələrində ümumi
iqtisadi siyasətin yürüdülməsi nəzərdə tutulurdu.
III mərhələdə -işçi qüvvəsinin, kapitalın, əmtəə və
xidmətlərin sərbəst hərəkətini təmin etmək məqsədi qoyulurdu.
Həmin dövrdə Böyük Britaniya Avropada azad ticarət
zonasının yaradılmasını təklif etdi. Onun cəhdləri 1960-cı ildə
uğurla başa çatdı.Stokholm konvensiyası təsis edildi ki, İsveç,
63
İsveçrə, Danimarka, Avstriya, Portuqaliya, Böyük Britaniya
daxil olmaqla Avropa Azad Ticarət Assosasiyası (EAST)
yaradıldı. Assosasiyanın funksiyasına təkcə sənaye məhsulları
deyil, həm də iqtisadiyyatın digər sahələri də aiddir. Lakin
təriflərin iqtisad olunmasına baxmayaraq,EAST öz
fəaliyyətində uğur əldə edə bilmədi.
1972-
ci ildə Böyük Britaniya, İrlandiya, Danimarka,
Norveç AİB-nın üzvü oldu. Norveç bu təşkilatı öz ölkəsindəki
referendumun nəticəsinə görə tərk etdi, 1981-ci ildə
Yunanıstan,1986-cı ildə İspaniya və Portuqaliya,1994-1995-ci
illərdə Avstriya, Finlandiya, İsveç bu təşkilata qoşuldular.
Beləliklə “Avropa Altılığı” “Avropa Onbeşliyinə” çevrildi və
Avropa İttifaqı (ES) adlandırıldı.
70-80-
cı illərin sonlarında vahid valyuta iqtisadiyyatına
doğru addımlar atıldı.1978-ci ildə valyuta sisteminin tətbiqi
haqqında razılaşma imzalandı.Ona vahid Avropa valyutasının
yaradılması və tətbiq edilməsi daxil idi. Inteqrasiyanın əsas
istiqamətlərindən biri də elmi-texniki tərəqqi sahəsində
əməkdaşlıqdan ibarətdir.Qərbi Avropada dövlətlərarası elmi
tədqiqat mərkəzləri yaradıldı və birgə elmi proqramların
icrasının reallaşdırılması nəzərdə tutuldu.Bu mərkəzlərin
maliyyələşdirilməsi ES büdcəsi hesabına aparıldı.1985-ci ildən
bu kompaniya səviyyəsində həyata keçirildi.
64
Qərbi Avropa ölkələrinin iqtisadi inteqrasiyasının yeni
mərhələsi 1992-ci ildə Maactrixt Müqaviləsindən sonra oldu.
Bu
müqaviləyə
görə
Avropa
valyuta
ittifaqının
formalaşdırılmasına başlandı.Ölkələr üçün meyarlar qəbul
olundu: dövlət büdcəsinin defisiti YDM-un 3%-dən çox
olmamalı,dövlət borcunun kəmiyyəti YDM-un 60%-dən çox
olmamalı,infilyasiyanın tempi aşağı səviyyədə olmamalı, milli
valyutanın kursu isə sabit qalmalıdır.
1999-
cu il 1 yanvar tarixindən pərakəndə pul
dövriyyəsində bütün Avropa valyutalarını əvəz edən ümumi
pul vahidi –
evro dövriyyəyə buraxıldı.Beləliklə, aşağıdakı
nəticələrə gəlmək olar:
1.
Aİ-in yaradılması ittifaqın üzvləri arasında ticarətin
inkişafında önəmli rol oynadı;
2.
Bazarların
genişlənməsi
beynəlxalq
əmək
bölgüsünün daha da dərinləşməsinə şərait yaratdı və
üzv
ölkələrin
ixtisaslaşmasının
və
kooperativləşdirilməsinin
inkişafına
meydan
açdı.Bu yeni istehsal növlərinin yaradılmasını
stimullaşdırdı, idarəetmə texnikasını təkmilləşdirdi,
xarici investisiyaları,ilk növbədə ABŞ-dan sərmayə
axınını cəlb etdi;
65
3.
Müştərək elmi mexaniki tədqiqatlar elm tutumunun
yaradılması üçün Qərbi Avropa ölkələrində istehsal
olunan əmtəələrin rəqabət qabiliyyətinin və
keyfiyyətinin yüksəlməsi üçün yeni imkanlar açdı.
Dünya təsərrüfatında inkişaf etməkdə
olan ölkələr (İEOÖ), Yeni sənaye ölkələri (YSÖ)
İnkişaf etməkdə olan ölkələrin iqtisadi potensialı. Yeni
sənaye ölkələrinin (YSÖ) rolu və mövqeyi. “İEOÖ” anlayışı
yetərincə şərtidir və yer kürəsinin 80%-dən çox əhalisini, bütün
dünya ölkələrinin 4/5-nü birləşdirir.
İEOÖ-lər üçün əlamətlər bunlardır:
1.
Bütün bu ölkələr dünənə qədər müstəmləkə və
qərbdən asılı idilər;
2.
B
u ölkələrin iqtisadi sistemi son dərəcə qeyri-
sabitdir;
3.
Onlar inkişaf etmiş ölkələrin iqtisadiyyatından
əhəmiyyətli şəkildə asılıdırlar.
Konkret olaraq təhlil etmək üçün İEOÖ-i aşağıdakı
qruplara bölmək olar:
66
1.
Aktiv ödəmə balansına (tədiyə) malik ölkələr (enerji
resurslarının eksportçuları): Bruney, İraq, İran,
Qatar, Küveyt, Liviya, BƏƏ, Səudiyyə Ərəbistanı.
2.
Xalis enerji resursları eksportçuları,lakin daima
mənfi tədiyyə balansı ilə: Əlcəzair, Venesuela,
Qabon, Misir, Kamerun, Konqo, Nigeriya, Peru və
başqaları aiddir.
3.
Yeni sənaye ölkələri (YSÖ)Cənub-Şərqi Asiya
ölkələri: Cənubi Koreya, Honkqonq, Sinqapur,
Tayvan, Malaziya, Tailand, İndoneziya, həmçinin
Argentina, Braziliya.
4.
Dördüncü dünya adlandırılan ölkələr: Bu iqtisadi
cəhətdən ən geridə qalan, sosial vəziyyəti pis olan
dövlətlərdir (60-a yaxın ölkədən ibarətdir). Onlara
Afrika ölkələrinin əksəriyyəti, Asiyanın bəzi
ölkələri (Banqladeş, Şri-Lanka, Nepal, Yəmən),
Amerika qitəsi ölkələrindən Haiti, Honduras,
Nikaraqua, Santo-
Dominqo və başqaları aiddir.
İnkişaf etməkdə olan ölkələrin sənayecə inkişaf etmiş
ölkələrə uzun müddətli “bağlılığı”, onların dünya təsərrüfatı
həyatında iştirakına son dərəcə ziddiyət təşkil edir.Bu ayrı-ayrı
inkişaf etməkdə olan ölkələrin qeyri-bərabər iqtisadi inkişafı ilə
əlaqədardır.Qeyd olunmuş qeyri-bərabərlik, onların beynəlxalq
Dostları ilə paylaş: |