85
1981-90-
cı illər ərzində ÜDM-un artımı 9 % təşkil
etmişdir (bu dövrdə inkişaf etmiş dövlətlər qrupunda bu
göstərici 2 %, Avropa ölkələrində inkişafda
olan iqtisadiyyatla
2 % təşkil edib). 1991-97-ci illərdə ÜDM 89 %-ə yüksələrək
(5,7 trln.yuan və ya 700 mlrd ABŞ dolları),orta illik artım
tempi 11,8 % təşkil etmişdir.
Müasir dövrdə ÇXR elektroenergetika və polad istehsalı
üzrə dünyada 1-ci üçlüyə daxildir. Lakin adambaşına düşən
göstəricilərin vəziyyətinə görə isə ÇXR dünya təsərrüfatında
başqa cür görünür.Belə ki, 1998-ci ildə ÜDM-un ölçüsünə görə
ÇXR dünyada 100 yeri tuturdu.
ÇXR-
də iqtisadiyyatın reformlaşdırılmasının əsası ÜKP
MK-
nın III Plenumunda (XI çağırış 1978-ci il) qoyuldu. Bu
zaman üzün sürən üç mərhələli plan nəzərdə tutulurdu ki, bu da
XX I
əsrin ortalarına kimi hesablanmışdır.
I mərhələdə 1990-cı ilədək ümümi sənaye məhsulu və
kənd təsərrüfatı məhsulunun istehsalının ikiqat artırılmasını və
ölkənin ərzaq və geyimlə təmin etmək probleminin həll
edilməsini nəzərdə tuturdu.
II mərhələdə (1991-2000 illər) ÜDM-un üç qat artırılması
planlaşdırılırdı ki, bu da cəmiyyətin orta firavanlığını təmin
etməli idi.