Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

 
83 
rəqabətqabiliyyətli  vəziyyətdə  olan  toxuculuq  və  ayaqqabı 
məhsullarına  da    maneə    törətmişlər.  Ayrı-ayrı  Afrika-Asiya 
ölkələri xammalın iri istehsalçılarıdırlar. Lakin bu istehsal, bir 
qayda  olaraq,  dar  ixtisaslaşma  ilə  xarakterizə  olunur. 
Xammalın  yarımfabrikat  bazasına  qədər  emalı  hələlik  bu 
ölkələrdə  aşağı  səviyyədə  qalır.  Əsas  emal  sahələri  inkişaf 
etmiş ölkələrin ərazisində yerləşir.  
Enerji  daşçıyıcıların  çatışmaması  üzündən  zəif  inkişaf 
etmiş  ölkələrin  eneri  importundan  asılılığı  artır.  Həmçinin, 
bütün  həyati  əhəmiyyətli  məhsullar  qrupu  üzrə  zəif  inkişaf 
etmiş ölkələrin xarici bazardan asılılığı güclənmişdir. Bu ondan 
irəli  gəlir  ki,  müharibədən  sonrakı  dövürdə  zəif  inkişaf  etmiş 
ölkələr  özləri  xammal  və  ərzaq  qrupu  üzrə  eksportlu 
mövqelərini inkişaf etmiş ölkələrə uduzdular. Beləliklə, dünya 
ticarətində  zəif  inkişaf  etmiş  ölkələrin  iştirakının 
aktivləşdirilməsinin  əsas,  vacib  vəzifələri  aşağıdakı 
istiqamətlər üzrə olmalıdır: 

 
emal  sənayesinin  məhsullarının  eksportunun 
payını  yüksəltməklə  ticarətin  strukturunun 
diversifikasiyası;  

 
“Yeni 
beynəlxalq 
iqtisadi 
qaydalar” 
konsepsiyasında  qeyd  olunan  beynəlxalq  iqtisadi 
münasibətlərin yenidən qurulması üzrə tədbirlərin 


 
84 
reall
aşdırılmasının  intensivləşdirilməsinin  həyata 
keçirilməsi; 

 
zəif  inkişaf  etmiş  ölkələrdə  istehsalın  ərazi 
strukturunun diversifikasiyası; 

 
hər  şeydən  əvvəl,  regional  əsaslarla,  bu  qrup 
ölkələrin  özlərinin  arasında  olan  əlaqələrin 
səmərələşdirilməsi. 
Dünya birliyi BMT-
nin  fəaliyyət  sistemi  ilə  dünya 
ticarətində  zəif  inkişaf  etmiş  ölkələr  üçün  daha  yaxşı  rejimi 
yaratmaq məqsədilə preferensial(yəni, imtiyazlı, üstun) şəraitin 
yaradılmasına çalışırlar. 
 
Çin Xalq Respublikası və onun dünya 
təsərrüfatında rolu. 
 
ÇXR-
nın  iqtisadiyyatının  xarakteristikası.  ÇXR  9,6  mln 
km  ərazidə  yerləşir  ki,  bu  da  təxminən  bütün  Avropanın 
sahəsinə bərabərdir. Müasir dövrdə dünya əhalisinin 22 %-i (13 
mlrd nəfər), ÜDM –un isə 3 %-i ÇXR-nın payına düşür. 1970-
ci  illərdən  başlayaraq  ÇXR-in  inkişafı  geniş  miqyaslı  iqtisadi 
resursların  aparılması  kursu  və  açıq  xarici  iqtisadi  siyasətllə 
bağlıdır. 


 
85 
1981-90-
cı  illər  ərzində  ÜDM-un  artımı  9  %  təşkil 
etmişdir  (bu  dövrdə  inkişaf  etmiş  dövlətlər  qrupunda  bu 
göstərici 2 %, Avropa ölkələrində inkişafda olan iqtisadiyyatla 
2 % təşkil edib). 1991-97-ci  illərdə ÜDM 89 %-ə  yüksələrək 
(5,7  trln.yuan  və  ya  700  mlrd  ABŞ  dolları),orta  illik  artım 
tempi 11,8 % təşkil etmişdir. 
Müasir dövrdə ÇXR elektroenergetika və polad istehsalı 
üzrə  dünyada  1-ci    üçlüyə  daxildir.  Lakin  adambaşına  düşən 
göstəricilərin  vəziyyətinə  görə  isə  ÇXR  dünya  təsərrüfatında 
başqa cür görünür.Belə ki, 1998-ci ildə ÜDM-un ölçüsünə görə 
ÇXR dünyada 100 yeri tuturdu. 
ÇXR-
də  iqtisadiyyatın  reformlaşdırılmasının  əsası  ÜKP 
MK-
nın  III  Plenumunda  (XI  çağırış  1978-ci il) qoyuldu. Bu 
zaman üzün sürən üç mərhələli plan nəzərdə tutulurdu ki, bu da 
XX I 
əsrin ortalarına kimi hesablanmışdır.  
I  mərhələdə  1990-cı  ilədək  ümümi  sənaye  məhsulu  və 
kənd təsərrüfatı məhsulunun istehsalının ikiqat artırılmasını və 
ölkənin  ərzaq  və  geyimlə  təmin  etmək  probleminin  həll 
edilməsini nəzərdə tuturdu. 
II mərhələdə (1991-2000 illər) ÜDM-un üç qat artırılması 
planlaşdırılırdı  ki,  bu  da  cəmiyyətin  orta  firavanlığını  təmin 
etməli idi. 


 
86 
III mərhələ (2050-ci ilə qədər) orta inkişaf etmiş ölkələrin 
dünya səviyyəsində ÜMM-a nail olmağı və xalq təsərrüfatının 
kompleks  modernləşdirilməsinin  əsasən  başa  çatdırılmasını 
nəzərdə tuturdu.  
ÇXR-
in  müasir  iqtisadi  səviyyəsini  xarakterizə  edərkən 
qeyd etmək lazımdır ki, ÇXR göründüyündən daha qüdrətlidir. 
Çində  hələ  də  kompleks  mürəkkəb  problemlər 
qalmaqdadır.Bu  problemlərə:  məhsuldar  qüvvələrin  zəif 
inkişafı,  hələ  də  inkişaf  etməmiş  və  kasıb  rayonların  böyük 
sayda  olması,bəzi  rayonların  qapalılığı,  kənd  əhalisinin  üstün 
təşkili  (950mln.nəfər),  kiçik  istehsalın  yüksək    xüsusi 
çəkisi,əhalinin  aşağı  həyat  səviyyəsində  olması  (50  %-i 
kasıblıq  həddində  yaşayır)  kimi  problemlər  aiddir.Xüsüsilə 
texniki  inkişaf  səviyyəsinə  görə  Çin  iqtisadiyyatı  çox  geridə 
qalmışdır.ÇXR-nin  sənayesinin  bir  hissəsi  və  ya  bütövlükdə 
mexanikləşdirilmiş  istehsalla xarakterizə olunur (inkişaf etmiş 
sənaye ölkələri  iki pillə  yüxarıda dururlar –avtomatlaşdırılmış 
və kompleks avtomatlaşdırılmış istehsalla). 
Geridə  qalmağın  səbəblərini  mütəxəssislər  obyektiv  və 
subyektiv 
faktorlarla,inkişafın 
spesifik 
xarakterini 
şərtləndirməklə izah edirlər.Onların arasında qədim Çinin zəif 
inkişaf  səviyyəsi,yarımfeodal  və  qapalı  iqtisadiyyatı,əhalinin 
praktiki  olaraq  savadsızlığı,həmçinin  50-ci  illərin  dağıdıcı 


 
87 
iqtisadi siyasəti kimi faktorlar mövcuddur ki,indiyə qədər onun 
nəticələrinin  əks-sədası  qalmaqdadır.Bundan  başqa,əlahiddə 
yüksək  artım  tempi  sonrakı  inkişaf  üçün  problemlər 
yaradır.1994-cü  ildən  iqtisadi  siyasətin  əsas  vəzifəsi  “çox 
qızmış iqtisadiyyatla” mübarizədən ibarətdir.  
Ç
XR 
iqtisadiyyatında 
sturktur 
dəyişiklik.Çin 
iqtisadiyyatında  struktur  yeniləşmələr  70-ci  illərin  sonlarında 
aparılan islahatların biləvasitə nəticəsidir.Bu yenidənqurmanın 
əsas  faktorlarından  bir  çox  ukladlı  iqtisadiyyatın  bərpası  idi 
ki,hazırda  onun  əsasını  mülkiyyətin  dörd  növü:  dövlət, 
kollektiv, özəl və şəxsi növləri təşkil edir. 
Dövlət mülkiyyəti ümümi sənaye məhsulunda,parəkəndə 
əmtəə  dövriyyəsində  məşğul  olanların  sayındakı  payına  ğörə 
liderlik  mövqeyini  tutur.Dövlət  sektorunda  aparıcı  sahələrin 
(sənaye,  nəqliyyat,  rabitə,  maliyyə  təsisatları,  dövlət 
təsərrüfatları)  istehsal  vasitələri  konsentrilmişdir.Dövlət 
müəssisələrin reforması iqtisadi siyasətin ən vacib bloku olaraq 
qalmaqdadır. 
Kollektiv  mülkiyyətinə  daxil  olan  müəssisələr  daha  çox 
sərbəstliyə  malik  olurlar.Hazırda  bütün  kənd  yerləri  və 
sahələrin    böyük  hissəsi  kollektiv  mülkiyyət  sektoru  ilə 
əhatələnmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə