Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

 
71 
hazır məhsullarla dünya bazarına çıxmaq cəhdləri uğursuzluğa 
düçar  oldu.  Məhz  onda  “yeni  beynəlxalq  qaydaların” 
yaradılması  məsələsi  ortaya  çıxdı.  Bu  konspsiyanın 
ideoloqlarından  biri  Argentina alimi R.Prebiş  inkişaf etməkdə 
olan  ölkələr  və  qərb  tərəfindən  göstərilən  real  yardımın 
göstərilməsini və birgə hərəkət etmək zərurətini sübut etdi. Bu 
isə  onların  (IEOÖ)  bərabər  hüquqlu  beynəlxalq  əməkdaşlıq 
yoluna çıxartmaq məqsədini daşıyırdı. 
İnkişaf  etməkdə  olan  ölkələr  əhəmiyyətli  tərəqqiyə  nail 
ola  bilmədilər. Belçika alimi Q.Van der Vey demişdir; “80-ci 
illəri  üçüncü  dünya  ölkələri  üçün  “itirilmiş  onillik”  hesab 
etmək  olar”.  Bu  çox  kəskin  bəyanat  idi.  İEOÖ  arasında  da 
BİM-də  iştiraka  nail  olan  ölkələr  var  idi  (Məsələn;“Asiya 
pələngləri”  olan  Tayvan,  Sinqapur,  Honkqonq,  C.Koreya, 
Malaziya.  Onların  beynəlxalq  ticarətdəki  payı  3%-dən  9%-ə 
yüksəlmişdir). 
1990-
cı  il  üçün  YSÖ,  Danimarka,  İsveç,  İsveçrə  və 
Avstraliya  kimi  dövlətləri  asiya  məişət  bazarından 
sıxışdırmaqla,Yapon  əmtəələri  ilə  uğurlu  rəqabət  apardılar. 
Bunun  başlıca  amili  Cənub-Şərqi  Asiya  ölkələrində  aşağı 
səviyyəli  əmək  haqqı  idi.Saat  stavkası  üzrə  orta  əmək  haqqı 
ABŞ-la  müqayisədə  Sinqapurda  4  dəfə,  Malaziyada  8  dəfə, 


 
72 
Tailandda isə 10 dəfə aşağıdır. Bu faktın özü dünya bazarında 
rəqabət qabiliyyətli əmtəələrin yüksək səviyyəsini təmin edir. 
İstehsalın  səmərəliliyi,  onun  texniki  səviyyəsi 
baxımından  YSÖ  ilə  Qərb  ölkələri  arasında  fərqlər  heç  də 
azalmır,  əksinə  dərinləşməkdədir.  Qərb  istehlakçılarının 
yüksək  texnologiyaya,  xidmət  sferasına,informasiya  və 
kommunikasiyaya  orentasiyası  dünya  bazarından  bir  çox  
inkişaf  etməkdə  olan  ölkələr  sıxışdırır.  Neft  məhsulları  və 
xammalı  ixrac  edən  ölkələrdən  yalnız  bəziləri  (Küveyt, 
S.Ərəbistanı) tab gətirdilər.Bundan başqa, 3-cü dünya ölkələri 
Qərb  ölkələri  tərəfindən  əhəmiyyətli  dərəcədə  olan  tarif  və 
qeyri-
tarif  məhdudiyyətləri  nəticəsində  özlərinin  sənaye 
məhsullarının eksportu sahəsində ciddi çətinliklərlə üzləşdilər. 
1980-1990-
cı  illərdə  inkişaf  etməkdə  olan  ölkələr  xarici 
borcları  müntəzəm  surətdə  artdı.1982-1983-cü  illərdə  kəskin 
borc  böhranı  Venesuela,  Meksika,  Ekvador,  İndoneziyanı 
faktiki  olaraq  müflisləşdirdi.Beləliklə,  inkişaf  etməkdə  olan 
ölkələrin əksəriyyəti xroniki borclular olaraq qaldılar. Onların 
borc məbləği ildən-ilə artmaqdadır. 
Yeni sənaye ölkələrinin (YSÖ) problemləri və gələcək 
iqtisadi 
inkişafı.  Latın  Amerikası  ölkələri  borclular 
siyahısında  liderlik  mövqeyindədirlər.  Ümumi  borcun 
məbləğindən  500  mlrd.dollar  onların  payına  düşür.  Əhaliyə 


 
73 
düşən  (adam  başına)  hesaba  görə  Asiyada  300  dollar  qarşı 
1200  dollar  çoxdur.  Dünyada  ən  iri  borclu  ölkə  Meksikadır. 
Onun 
xarici 
borcunun 
çəkisi 
170 
mlrd.dollar-la 
qiymətləndirilir.  Braziliyanın  1994-cü  ildə130  mlrd.dollar 
borcu  olmuşdur.  YSÖ-də  ən  vacib  və  ciddi  problemlər 
aşağıdakılardır:  
1.
 
Bu  ölkələrin  əksəriyyətində  sabit  daxili  yığımın 
olmaması; 
2.
 
Bunun
la bağlı olaraq,bu ölkələrin inkişafının xarici 
kapitaldan asılı olmaması; 
3.
 
İri ölçüdə xarici borclar. 
Asiya  qitəsində  xarici  borcun  həcminə  görə  İndoneziya 
liderdir,borcun  çəkisi  107  mlrd.dollardır  (1996).1997-ci il 
kəskin  maliyyə  bazarlarındakı  böhrandan  sonra  Cənub-Şərqi 
Asiyada  borcluların  borcu  kəskin  surətdə,  xüsusilə  artdı.Bu 
ölkələrə  maliyyə-valyuta  sabitliyini  həyata  keçirmək  üçün 
kreditlər verildi. 
YSÖ-
nin  gələcək  iqtisadiyyatı  necə  olar,  onların  dünya 
iqtisadiyyatındakı  mövqeləri  nə  dərəcədə  ola  bilər?  İlk 
baxışdan  bu sual  bir  mənalı  cavablandırılır.Bu ölkələr  son 15 
ildə 
dünya 
iqtisadiyyatında 
özlərinin 
mövqelərini 
möhkəmləndirirdilər,  yüksək  və  sabit  iqtisadi  artım  tempi 
nümayiş  etdirdilər,  xarici  bazarlarda  hücum  taktikasını  tətbiq 


 
74 
etdilər. Onlar Qərbin inkişaf etmiş ölkələrinə əsl, ciddi rəqabət 
təşkil  etməklə,onlardan  bəzilərini  dünya  iqtisadiyyatının 
iyerarxiya  zirvəsindən  sıxışdırdılar.Ona  görə  də  bir  çox 
mütəxəssislər  onların  yaxşı  gələcəklərini  inamla  qabaqcadan 
göstərdilər. 
Doğrudur, proqnozlar kəskin  maliyyə  böhranının təsirini 
hesaba  almadan  tərtib  olunmuşdur.  Bu  böhran  1997-1998 
illərdə  Cənub-Şərqi  Asiya  ölkələrinin  bazarlarını  sarsıtdı  və 
bütövlükdə dünya təsərrüfatına neqativ təsir göstərdi. Beləliklə, 
1997-
ci  il Cənub-Şərqi  Asiya ölkələri üçün son  20-25 ildə ən 
çətin və gözlənilməz oldu. 
Xarici  investisiyaların  asiya  bazarlarından  kəskin 
getməsi,onların  iqtisadiyyatını  maliyyə  cəhətdən  gücdən 
saldı.Maliyyə  vəsaitlərinin  çatışmaması  öz  növbəsində  milli 
valyuta  kursunun  kəskin  surətdə  aşağı  düşməsinə  gətirib 
çıxartdı.Bu  fakt,ilk  növbədə  Cənubi  Koreya  bazarlarından 
vəsaitin  axınının  əsası  oldu.Bununla  əlaqədar  1998-ci  ildə 
iqtisadi artım tempi aşağı düşdü. 
Böhran  situasiyası  Tailand  batasının  (pul  vahidi) 
30%,İndoneziya 
rupisinin 
24%,Malaziya rinqqitinin 
20%,Filippin  pesosunun  22%  devalvasiyasına  bais  oldu.Bu 
qısa müddətli kapitalın eyni anda axınına gətirib çıxardı.1998-
ci  ilin  əvvəlində  maliyyə  bazarlarında  böhranın  qarşısı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə