Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

 
53 
aparırdılar.Məsələn hesablamalar göstərir ki, keçmiş SSRİ-dən 
12 mlrd dollarlıq təkcə hərbi-texniki silah ixrac edilmişdir. Son 
illərdə isə RF Ermənistana 1 mlrd. dollarlıq müasir silah növü 
vermişdir. 
Beləliklə,qeyd  edə  bilərik  ki,iqtisadi,siyasi  və  müdafiə-
strateji  mənafelərin  çulğalaşdığı  bir  dövrdə  “tərksilah 
iqtisadiyyatı”qlobal  bir  problem  kimi  müasir  dövrün  dünya 
təsərrüfatında  ön  plana  keçən  məsələlərdən  birinə  çevrilir. 
Bəşəriyyətin  tərəqqipərvər  qüvvələri  çox  yaxşı  başa  düşürlər 
ki, 
sürətlə 
silahlanma 
hər 
hansı 
bir 
ölkənin 
bakteroloji,kimyəvi,istilik-nüvə  silahları  istehsal  etməsi  və 
onlardan  istifadə  olunması  digər  bir  ölkənin,yer  kürəsi 
əhalisinin  yarıdan  çoxunun,  eləcə  də  sivilizasiyanın  məhv 
olması deməkdir. 
Çernoblda  atom  elektrik  stansiyasında  baş  vermiş  qəza 
hadisəsi də sübut edir ki,atomdan hətta sülh məqsədləri naminə 
belə istifadə olunması çox da faydalı deyildir.Deməli,dünyada 
iri dövlətlər tərəfindən yaradılmış hərbi texnika,müasir silahlar 
bəşəriyyətin yaşaması və firavan həyat sürməsi üçün təhlükəli 
bir  sahədir.Belə  ki,  dünya  təcrübəsi  göstərir  ki,ölkələrin  sülh 
şəraitində  yaşayaraq  öz  milli  iqtisadiyyatını  inkişaf 
etdirmək,milli  sənaye  və  kənd  təsərrüfatı  istehsalı  yaratmaq, 
yığım  problemlərini  və  ərzaq  proqramını  həll  etmək  hərbi 


 
54 
xərclərdən  çox  asılıdır.Məsələn,tədqiqatçılar  belə  bir  nəticəyə 
gəlmişlər  ki,  hərbi  xərclərin  nisbətən  azalması  Skandinaviya 
ölkələrinin  vəYaponiyanın  iqtisadiyyatının  artmasına  müsbət 
təsir  göstərmişdir.Ərazilərinin  kiçik  olmasına  baxmayaraq 
Skandinaviya  ölkələri  və  eləcə  də  Yaponiya  inkişaf  etmiş 
ölkələr  sırasına  daxildirlər.Hətta  Yaponiya  sənayecə  daha 
yüksək mərhələdə dünyanın yeddi ölkəsindən biridir. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,sürətlə  silahlanma  və 
konversiya  kütləvi  işsizliyin  artmasına  səbəb  olan 
amillərdir.Böyük  Britaniyada,ABŞ  və  AFR-da  aparılan 
tədqiqatlar  göstərir  ki,  hərbi  istehsalda  bir  işçi  yeri  yaratmaq 
mülki  sənayedə  təşkil  edilə  biləcək  dörd  işçi  yerinə  qoyulan 
kapitala  bərabərdir.Amerika  Birləşmiş  Ştatları  konqresinin 
büdcə bürosunun statistikası göstərir ki, hərbi sənaye məqsədilə 
çəkilən  10  mlrd  dollarlıq  xərclər  əsasında  40  min  işçi  yeri 
yaratmaq olar və işsizləri işlə təmin etmək olar. 
Son illər bəzi alimlər belə bir fikir irəli sürürlər ki, hərbi-
elmi tədqiqat elmi-texniki tərəqqinin  inkişafına təkan  verir və 
onu  inkişaf  etdirir.Həqiqətən  yeni  kəşflər  aviasiya 
texnologiyasını  təkmilləşdirir,keyfiyyətini  artırır,hesablama 
texnikasını və istehsalın digər bölmələrini inkişaf etdirir. Lakin 
bu heç də o demək deyildir ki,bütün elm sahələri hərbi texnika 
sahəsinə istiqamətləndirilsin.Həddən artıq baha başa gələn belə 


 
55 
qabaqcıl  və  keyfiyyətli  texnologiyanı  sülh  məqsədləri  üçün 
istifadə  etmək  olar  və  bunun  nəticəsində  də  mülki  istehsalı 
artırmaqla  aclığın,yoxsulluğun,  dilənçiliyin,  işsizliyin  qarşısı 
alınar.Beləliklə, bəzi alimlərin yuxarıda göstərdiyimiz fikirləri 
əleyhinə belə nəticəyə gələ bilərik ki, hərbi-tədqiqat,istehsalın 
militarizmləşdirilməsi 
elmi 
texniki 
inqilabı 
sürətləndirmir,əksinə 
onun 
inkişafı 
üçün 
maneələr 
yaradır.İstehsalın  hərbiləşdirilməsi  xüsusilə  özünü  aydın 
büruzə  verir.Çünki  keçmiş  SSRİ-də  elmi-texniki  tərəqqinin 
inkişaf etdirilməsi və onun nəticələrinin mülki istehsala tətbiq 
edilməsi 
əvəzinə 
hərbi 
sənaye 
kompleksləri 
yaradılmışdır.Məhz  bunun  nəticəsidir  ki,  müasir  müstəqil 
respublikaları  və  o  cümlədən  Rusiyanı  ağır  iqtisadi böhran 
bürümüşdür. 
Tədqiqatçılar  80-cı  illərdə  belə  bir  nəticəyə  gəlmişlər 
ki,bir  il  ərzində  silahlanmaya  çəkilən  xərclər  əvəzinə  150 
hektar  əkin  sahəsi  suvarılardısa,  1  mlrd  əhalini  yedizdirmək 
olardı  və  ya  bu  xərclər  tikinti  sahələrinə  yönəldilərdisə,  500 
mln əhali  mənzillə təmin edilərdi və ya bu xərclər əsasında 1 
mln  orta  məktəb  tikilər  və  onu  zəruri  ləvazimatla  təmin 
etməklə 650 mln.uşağı oxutmaq mümkün olardı. 
Dünya 
miqyasında 
aclığın,savadsızlığın,qorxulu 
xəstəliklərin  qarşısını  almaq  üçün  müasir  hərbi  xərclərin  8-


 
56 
10%-
i kifayət edər. Beynəlxalq Strateji tədqiqatlar institutunun 
apardığı təhlillər sübut edir ki, sürətlə silahlanmanın qarşısının 
alınması 1990-cı illər üçün inkişaf etmiş ölkələrdə 1500 mlrd-
dan  2000  mlrd.  dollara  qədər  gəlir  əldə  edilməsini  təmin  edə 
bilərdi.Bu vəsait hərbi texnika sənayesinin ləğvinə və ordudan 
tərxis  olunacaq  qulluqçuların  yeni  ixtisas  almasına 
istiqamətləndirilə  bilərdi.Gəlirlərin  digər  hissəsini  isə 
Beynəlxalq  əməkdaşlıq  məqsədi  ilə  istifadəyə  yönəltmək 
olardı.Göstərilən  məbləğin  istifadə  mexanizmi  Birləşmiş 
Millətlər Təşkilatı, YUNESKO, Beynəlxalq Yenidənqurma və 
İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu həyata keçirə bilər. 
Bu  günkü  həyatda  fəaliyyət  göstərən  yeni  dünya 
qaydaları  tələb  edir  ki,  təhlükəsizliyin  geniş  konsepsiyaları 
işlənib  hazırlansın  və  qəbul  edilsin.Bu  konsepsiyalara  yeni 
siyasi  prinsiplər  və  iqtisadi  əməkdaşlıqlar,  silahlanmanın 
azaldılması,ətraf  mühitin  pisləşərək  tənəzzülə  uğraması 
məsələləri, aclıq və işsizlik problemləri daxil edilməlidir. Sülh, 
azadlıq  və  əmin  amanlıq  şəraitində  yaşamaq  istəyən  bəşər 
dövlətləri  dünya  miqyasında  birinci  növbədə  siyasi,  iqtisadi, 
sosial və ekoloji müvazinətin saxlanması məqsədilə dinc yolla, 
hərbi-sənaye 
komplekslərinin 
azaltmaqla 
əməkdaşlıq 
etməlidirlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə