Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

 
57 
Beləliklə  qeyd  edə  bilərik  ki,  tərəqqipərvər  bəşər 
qüvvələri elə bir ümumi məxrəcə gəlməlidirlər ki, yer üzərində 
əmin-amanlıq  olsun,bütün  iqtisadi,  təbii-mineral  və  əmək 
resursları ümumi bir amala, ağıla, xəstəliyin, yoxsulluğun və s. 
qarşısını  ala  biləcək  sahələrə  istiqamətləndirilsin,  insanların 
maddi-
rifah  halı  yaxşılaşdırılsın,ekologiyanın  pisləşməsi 
təhlükəsi aradan qaldırılsın, bütün istehsal sahələri, o cümlədən 
kənd təsərrüfatı istehsalı mülki istehsala çevrilsin. 


 
58 
II Bölmə 
 
Qərbi Avropa dünya iqtisadiyyatında. 
 
Avropanın  müharibədən  sonrakı  iqtisadi  inkişafının 
ilkin mövqeyi. 
II  dünya  müharibəsindən  sonra  dünya 
iqtisadiyyatında  ABŞ  aparıcı  yer  tuturdu.Avropa  ölkələrinin 
iqtisadiyyatı  tamamilə  dağılmışdır.  Dünya  dövləti  statusuna 
uyğun  olaraq  ABŞ  bu  illərdə  yeni  dünya  quruculuğunun 
ümumi  sisteminin  işlənib  hazırlanmasına  başladı.Bu  sistem 
ənənəvi liberal prinsiplərə əsaslanırdı. 
İqtisadi  planda  yeni  dünya  quruluşunun  əsasını  maliyyə 
və  ticarət  sahəsində  razılaşmalar  təşkil  edirdi.Maliyyə 
sahəsində müharibədən sonrakı  yeni dünya valyuta sisteminin 
əsası 1944-cü ildə Bretton-Vuds şəhərində keçirilən beynəlxalq 
konfransda  qoyuldu.Bu  sistemin  prinsipləri  aşağıdakılardan 
ibarətdir: 
1.
 
Beynəlxalq  valyuta  münasibətlərinin  yaradılmış 
mexanizmini qızıl valyuta standartı təmsil edir,lakin 
özünəməxsus  formada  qızıldan  başqa  daha  iki 
valyuta  rəsmi  valyuta  rezervlərinin  tərkibinə  daxil 
edildi.  Bu  BVF  üzv  ölkələrinin  “qızıl  payı”və  ya 
başqa sözlə BVF-nin rezerf payıdır.     


 
59 
2.
 
Milli  valyutaların  qızıla  mütənasibliyi  (uyğunluğu) 
qeyd  olunmuş  qızıl  paritetləri  ilə  bağlı  idi.  Qızılın 
dünya  valyutası  ilə  rabitəsi  dolların  köməyi  ilə 
həyata keçirildi ki, dollar faktiki olaraq əsas dünya 
valyutası idi. 
3.
 
Qızılın  nisbətən  ucuz  dollarlı  qiymətinin 
saxlanılması planlaşdırıldı (1 treiça unçiya qızıl= 35 
dollar) 
II  dünya  müharibəsindən  sonra  ABŞ  beynəlxalq  ticarət 
təşkilatının  yaradılması  məqsədilə  beynəlxalq  konfrans  təşkil 
etdi.  Bu  konfransda  dünya  iqtisadiyyatının  yeni  liberal 
prinsiplərinin hazırlanmasını irəli sürdü. Konfrans 1947-ci ildə 
başladı.1946-cı ildə Cenevrədə 23 dövlətin iştirakı ilə gömrük 
tarifləri  barəsində  danışıqlar  aparıldı.  İkitərəfli  ticarət 
razılaşması  imzalandı  ki,  gömrük  haqqlarının  kifayət  qədər 
azaldılması  məsələsi  nəzərdən  keçirildi.  BMT-nin  iqtisadi  və 
sosial şurası Cenevrə görüşünün sənədlərinin nəticələrini vahid 
sənəddə birləşdirilməyi təşkil etdi. Beləcə tarif-ticarət haqqında 
baş razılaşma (QATT) meydana çıxdı. 
Avropanın  yenidən  dirçəldirilməsi  prosesində  “Marşal 
Planı”  əhəmiyyətli  yer  tutur.  Bir  neçə  kəlmə  bu  planın 
yaradılması  haqqında  qeyd  edək.  Almaniya  və  Yaponiyanın 
məğlub  olunması  Avropada  keçmiş  SSRİ-nin  güclənməsinə 


 
60 
səbəb  oldu.  ABŞ  anladı  ki,  bu  cür  davam  etsə  onların 
müstəmləkəçilik  mövqeyi təhlükə altında qalar.  Belə reaksiya 
hiss  olınmadan  Doktorina  Qrumena  formasını  aldı  ki,  bu  da 
soyuq müharibınin əsasını qoydu. 
Əvvəlcə  ABŞ  Avropa  ölkələrinə  qısa  müddətli  kreditlər 
verməyilə  Avropanın  iqtisadi  intibahı  problemini  həll  etmək 
istədi.  Lakin  bu  bir  səmərə  vermədi.Odur  ki,  yeni  ideya 
meydana  çıxdı.  Marşal  planı  4  ilə  hesablanmışdır.Bu  ildə 
istehsalın həcminin artırılması və ilk növbədə metallurgiya və 
energetika 
sahələrində 
yüksəliş 
nəzərdə 
tutulurdu; 
infrastrukturun  modernləşdirilməsi,    kənd  təsərrüfatı  və 
səviyyənin  modelləşdirilməsi;maliyyə  və  pul  sabitliyinə  nail 
olmaq.  Avropa  ölkələrinin  xidmətində  maliyyə  yardımları  ilə 
yanaşı  Amerikan  iqtisadi  təcrübəsi  və  peşəkar  ekspertlərin 
təcrübəsi geniş rol oynayırdı.  
Marşal  planına  görə  iqtisadi  yardım  bütün  Avropa 
ölkələrinə,  o  cümlədən  keçmiş  SSRİ-yə  də  də  təklif  olundu. 
Lakin  keçmiş  SSRİ  və  Şərqi  Avropa  ölkələri  bu  köməkdən 
imtina  etdilər.  Avropanın  16  ölkəsi  1947-ci  ildə  Paris 
konfransında  Avropanın  iqtisadi  cəhətdən  bərpası komitəsinin 
təşkili  məqsədilə  və  Paris  konvensiyasına  hazırlıq  məqsədilə 
müsb
ət  cavab  verdilər.  Beləcə  Avropa  İqtisadi  əməkdaşlıq 
təşkilatı  yaradıldı  (yəni  ümumi  bazar  ölkələri).  Bu  təşkilat 


 
61 
Avropanın  bərpası  proqramını  hazırladı  və  onun 
reallaşdırılmasına nəzarət etdi. 
Marşal planının I-ci  mərhələsinin  (1947-1949) nəticələri 
əhəmiyyətli  oldu.  Sənaye  istehsalının  həcmi  30%  artdı,  əmək 
məhsuldarlığı müharibə ərəfəsində olan səviyyəni ötərək 10%-
ə  çatdı.  II-ci  mərhələdə  (1949-1951)  Avropa  ticarətinin 
liberallaşdırılmasına  diqqət  artırıldı  və  Avropa  daxili 
əməkdaşlara səylər gücləndirildi. 
Marşal planının ikinci mərhələsində amerkan yardımının 
tədricən  ixtisar  edilməsi  nəzərdə  tutulurdu.  Lakin,  yardım 
davam  etdirilirdi.  Dövlət  Departamentində  Avropanın  iqtisadi 
vəziyyəti  nəzərdən keçirilirdi.  Marşal  planının gedişində Şərq 
və Qərb dövlətləri arasında qarşıdurma gücləndirildi. Beləliklə, 
müharibədən sonrakı illərdə Avropada vahid iqtisadi və siyasi 
güclü  Avropanın  formallaşdırılması  üçün  bütün  zərurı  şərait 
yaradıldı.Bu isə kifayət qədər qısa zaman kəsiyində Avropanın 
iqtisadi qüdrətinin yenidən dirçəlməsinə kömək etdi. 
İqtisadi  inteqrasiya  və  Avavropanın  inkişafı  üşün 
onun  əhəmiyyəti.  Avropanın  iqtisadi  inteqrasiyanın  ideyası 
hələ II dünya müharibəsi başa çatmamış həyata vəsiqə almağa 
yaxın  idi.  Hələ  1944-ci  ildə  eliqrasyada  olan  Belçika, 
Hollandiya,  Lüqsemburq  kimi  dövlətlər  gömrük  ittifaqı 
haqqında  saziş  imzaladı  ki,sonradan  o,  ”Benilyuks”  adı  ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə