Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

 
45 
FOB (Lree on boord)-
ən genış yayılmış bazis şərtlərindən 
biridir.O,satıcının  razılaşdırılmış  kontrakta  uyğun  olaraq 
əmtəənin  yola  salınan  limana  çatdırılmasına  və  alıcının 
fraxtlaşdırdığı gəminin bortuna əmtəənin yüklənməsi vəzifəsini 
bildirir.Məcmu  nəqletmə  xərcləri  məlum  ölçüdə  satıcının 
üzərinə də düşür.  
CFR (cost and freight)- 
bu  müqaviləyə  görə,  satıcı 
eksport  olunan  yükün  yola  salma  limanına  qədər  çatdırılması 
ilə  bağlı  xərcləri  ödəməlidir.Bu  zaman  satıcı  həm  də  təyinat 
yerinə yükü çatdıran gəmini fraxtlaşdırmalıdır. 
CİF  (cost  inturance  freight)-bu  da  geniş  yayılmış  bazis 
şərtlərindən  hesab  olunur.  Bu  praktiki  olaraq  CFR  şərtləri  ilə 
analoq  təşkil  edir,  lakin  ondan  fərqli  olaraq  eksportçu  yükün 
daşınması prosesində sığorta xərclərini öz hesabına daxil edir. 
Əgər kontraktda hər  hansı  əlavə şərtlər  nəzərdə tutulmayıbsa, 
onda  dəniz  sığortası  haqqında  danışıq  (saziş)  risklərin 
minimum  təmin  edilməsi  (ört-basdır  edilməsi)  imkanına 
malikdir.Bu  cür  saziş  “xüsusi  qəza  sığortasından  azaddır”, 
başqa sözlə, sığorta sazişi yalnız gəminin hərəkəti zamanı riski 
təmin edir. 
CPT(carriage paid to...) –
bu  şərt  CFR-u  xatırladır.  O, 
malgöndərənin  daşımaların  şərtləndirilmiş  xarici  ticarət 
kontraktına görə təyinat məntəqəsinə qədər dəyərinin ödədiyini 


 
46 
bildirir.Mahiy
yətcə söhbət “frakt təyinat yerinə qədər ödənilib” 
şərti  haqqında  gedir.  Satıcının  ödədiyi  məsrəflərə,  eksport 
lisenziyasına  görə  haqq  gəminin  fraxt  haqqı  daxildir.  Alıcı 
yükü şərtləşmiş yerdə qəbul etməyə borcludur, son məntəqəyə 
qədər  (fraxtdan  başqa)  yükün  çatdırılmasının  bütün  xərclərini 
ödəməlidir. 
CİP  (carriage  and  insurance  paid  to  ...)-mahiyyətcə  bu 
bazis  şərti  “fraxt  ...qədər  ödənilib”  deməkdir.  Yalnız,  satıcı 
daşımalar zamanı çatdırılacaq yükün zədələnməsi və ya məhv 
olması  riskinin  sığirta  olmasını  təmin  etməlidir(  yəni  bu 
şərtlərə əlavə olunur). 
DAF(delivered at frontier)-
bu  şərt  eksportçunun 
importçuya  göstərilən  sərhəddə  və  ya  məntəqədə  göstərilən 
təyinat  limanına  qədər  yükün  çatdırılması  məsuliyyətini  öz 
üzərinə götürdüyünü bildirir.Digər bazis şərtləri ilə müqayisədə 
satıcının  üzərinə  məcmu  məsrəflərin  əksəriyyəti  düşür.  Satıcı 
gömrük  rüsumlarının,  vergilərin  və  digər  ödəmələrin 
ödənilməsinə məsuliyyət daşıyır. 
DES(delivered ex ship)-
bu şərt eksportlaşdırılan əmtəələr 
üzrə  nəqletmə  xərclərinin  paritet bölgüsünü(az-çox  bərabər 
bölgüsünü) nəzərdə tutur,sığorta və fraxt üzrə məsrəflər hesab 
olunur(yəni  bura  daxil  deyil).  Satıcı  təyinat  limanına  qədər 
yükün çatdırılması üzrə məsrəfləri öz üzərinə götürür. Gəminin 


 
47 
boşaldılması,  yükün  digər  nəqliyyat  vasitəsinə  yenidən 
daşınması,  gömrük  rüsumlarının  ödənilməsi  kimi  bütün 
xərcləri alıcı təmin edir. 
DEQ(delivered ex qnay duty paid)-
bu  şərt öz  məzmunu 
ilə DES  bazis  müqaviləsini  xatırladır. Bu  bazis şərtinə uyğun 
olaraq  satıcı  yükün  təyinat  limanına  kimi  çatdırlmasını(yan 
almanı)  üstəgəl  gömrük  rüsumlarının  ödənilməsini  öz  üzərinə 
götürür. 
DDU(delivered duty unpaid)-
bu  şərt  əvvəlki  şərtə  çox 
yaxındır.Bu  bazis  şərtinə  uyğun  olaraq  məsrəflərin  böyük 
hissəsi  eksportçunn  hesabına  aiddir.  Eksportçu,  təyinat 
məntəqəsinə  yüklərin  çatdırılması  üçün  zəruri  məsrəflərin 
hamısını ödəyir,lakin gömrük rüsumlarını ödəmir. 
DDP(delivered duty parid)-
xarici  ticarət  kontraktında 
malgöndərənin üzərinə düşən maksimum vəzifələri(məsrəfləri) 
əks  etdirilir.  Eksportçu  bu  şərtə  uyğun  olaraq  yükləri 
importerin məntəqəsinə gömrük rüsumlarını ödəməklə çatdırır. 
Yuxarıda  qeyd  olunan  bazis  müqavilələri(şərtləri)  bu  və 
ya (digər)  başqa cür  xarici ticarət  münasibətləri  praktikasında 
istifadə  olunur.  Başlıca  olaraq  onlar  dəniz  yolu  ilə  nəqletmə 
şərtlərinə bərabər formalaşdırılmışdır. Çünki, dəniz gəmiçiliyi-
beynəlxalq nəqliyyat əlaqələrinin başlıca formasıdır. Lakin bu 


 
48 
şərtlərdən bəziləri beynəlxalq daşınmaların başqa formalarında: 
dəmiryolu, avtomobil,aviasiya formalarında istifadə olunur. 
B
eynəlxalq 
daşınmalar 
haqqında 
beynəlxalq 
razılaşmalar 
və 
konvensiyalar.Beynəlxalq 
ticarətdə 
əmtəələri(yüklərin)  nəql  edilməsi  kifayət  qədər  mürəkkəb  və 
bahalı  proseduradır.Nəql  olunan  yüklərlə  bağlı  risklərin  baş 
verməsi ehtimalı çoxdur.Belə ki, bu yüklər dənizləri-okeanları 
keçir,min kilometrlərlə yol qət edir, bir neçə dəfə bir nəqliyyat 
vasitəsindən  digərinə  yüklənir.  Bütün  bunlar  beynəlxalq 
ticarətdə  yüklərin  nəql  edilməsinin  razılaşdırılmış  şərtlərinin 
işlənilməsi zərurətini irəli sürür. 
Beynəlxalq  nəqliyyat  əlaqələrinin  beynəlxalq-hüquq 
reqlamenti  kifayət  qədər  çoxdan  məlumdur.Beynəlxalq 
razılaşmalara  doğru  ilk  addım  XVII-XVIII  əsrlərdə  yüklərin 
ümumi  daşınması  qaydaları  və  sığortalanması  barəsində 
atılıb.Lakin  bu  səylər  dağınıq  şəkildə  olduğundan  çox  vaxt 
uğursuzluqla  nəticələnirdi.  Möhkəm,  sistematik  və  ümumi 
qəbul  edilmiş  danışıqlar  və  konvensiyalar  yalnız  XIX  əsrin 
sonunda  öz  təsdiqini  tapdı.Beynəlxalq  iqtisadi  münasibətlərin 
dərinləşməsi  və  inkişafının  ölçüsü  ilə  bağlı  olaraq  yükdaşıma 
proseslərinin beynəlxalq norma və razılaşma prinsiplərinə olan 
tələbatı artdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə