Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

 
35 
1996-
cı ildə daşımalar 3.8 mlrd. qədər azalmışdır. Bu fakt 
beynəlxalq  ticarət  tempinin  aşağı  düşməsinə  deyil,  əksinə 
əmtəə  mübadiləsinin  strukturunda  keyfiyyət  dəyişikliklərin 
olmasına  dəlalət  edir.Daha  çox  “nəqliyyat  tutumlu”  yanacaq-
xammal məmulatların payı azalmışdır. 
Beynəlxalq  ticarətdə  ən  geniş  yayılmış  nəqliyyat  növü 
dəniz  nəqliyyatıdır.  Nəqliyyatın  bu  növü  beynəlxalq 
yükdaşımalarının təxminən 65%-ni təmin edir.Daşımaların əsas 

vünü  maye(duru)  və  qabsız  yüklər,  daha  doğrusu  dəniz 
daşımalarının həcminin təxminən 40%-ni təşkil edən yanacaq-
xammal  məhsulları  təşkil  edir.Yerdə  qalan  60%  isə  əsas 
yüklərin  (hazır  sənaye  malları,  istehlak  təminatlı  əmtəələr, 
ərzaq) payına düşür. 
Beynəlxalq  daşımaların  ümumi  həcminin  təxminən  15-
17%  dəmiryolu  nəqliyyatının  üzərinə  düşür.  O,  bir  qayda 
olaraq qurudaxili daşımalar üçün istifadə olunur. 
Son 30-
40 ildə dəniz nəqliyyatına ciddi rəqib kimi  hava 
nəqliyyatı  meydana  çıxmışdır.  Yerdəyişmələrdə  olan  sürətə 
görə avia nəqliyyatın üstünlüyünü nəzərə alsaq, o, beynəlxalq 
sərnişin  daşımalarında  liderdir.Sürətli  geniş  gövdəli  
təyyarələrin  tətbiqi  ilə  daşıma  qabiliyyəti  kifayət  qədər 
yüksəlmişdir.  Yalnız  1985-2005-ci  illərdə  beynəlxalq  hava 
əlaqələrinə  daşımaların  həcmi  ikidəfədən  çox  artmışdır.  Eyni 


 
36 
zamanda  maya  dəyərinə  görə  nəqliyyatın  bu  növü  ən 
bahalılardan biridir.Ona görə də ümumdünya yükdaşımalarının 
ümumi həcmindəki payı 6%-i güclə ötür. 
Xarici  ticarət  və  iqtisadi  əlaqələrdə  avtomobil  və  çay 
nəqliyyatı  ən  az  əhəmiyyət  kəsb  edən  nəqliyyat  növləridir. 
Xarici  ticarət  yükdaşımaların  ümumi  həcminin  5%-ə  qədəri 
bütövlükdə  onların  payına  düşür.Nəqliyyatın  bu  növləri 
özlərinin texniki  mahiyyətinə görə daha  lokal  xarakterlidirlər. 
Əgər 
dəmiryolları 
qitədaxili 
daşımalara 
xidmət 
edirsə,avtomobil  və  çay  nəqliyyatı  yüklərin  yenidən 
daşınmasını qonşu ölkələr arasında təmin edir.  
Boru  kəmər  nəqliyyatı  haqqında  bir  neçə  kəlmə  qeyd 
etmək lazım gəlir. O,neft məhsulları və təbii qazın fasiləsiz və 
sistematik  çatdırilması  məqsədilə  inşa  edilir.Nəqliyyatın  bu 
növünün  spesifikası  boru-kəmərlərin  istifadəyə  verilməsinin 
yüksək dəyəri və istismarın aşağı maya dəyəri olması ilə izah 
olunur.  Beynəlxalq  yükdaşımalarında  nəqliyyatın  bu  növünün 
ümumi payı 7-8%-dən ibarətdir. 
Beyn
əlxalq daşımaların təşkili. Bağlanmış xarici ticarət 
kontraktlarına əsasən   yüklərin daşınması prosesi hərəkətin üç 
sahəsindən ibarətdir: 


 
37 
Hərəkətin  birinci  ərazisi  (sahəsi)-  əmtəəni  göndərən 
ölkənin ərazisi üzrə yüklərin daşınması (əmtəələrin yüklənməsi 
m
əntəqəsindən sərhədə qədər olan ərazi). 
İkinci  sahə  -yükün  digər  ölkənin  ərazisi  üzrə  daşınması 
(mal göndərən ölkənin  sərhədindən-  yükü qəbul  edən ölkənin 
sərhədinə  qədər  olan  sahə).  Bu  sahə  tranzit  ərazisi 
adlanır.Yalnız  ümumi  sərhədlərə  malik  olan  qonşu  dövlətlər 
xarici  ticarətin  kontrogentləri  kimi  çıxış  etdikləri  halda  belə 
variant istifadə olunmur.Belə vəziyyətdə yranzit ərazisi olmur. 
Hərəkətin  üçüncü  sahəsi-  yükün  həmin  ölkənin  ərazisi 
üzrə nəql edilməsi (sərhəddən təyinat məntəqəsinə kimi).  
“Beynəlxalq  nəqliyyat  əməliyyatları”  anlayışının 
məzmununa bir neçə qarşılıqlı əlaqədə olan mərhələlər aiddir. 
1.
 
Nəqliyyat  vasitəsinin  fraktı.  Bir  qayda  olaraq 
yükgöndərənlərin  və  yükü  qəbul  edənlərin  xüsusi 
nəqliyyat  vasitələri  olmur,  ona  görə  də  onları 
icarəyə götürməli olurlar (fraxtlayırlar). Beynəlxalq 
nəqliyyat  əlaqələrinin  həyata  keçirilməsində  fraxt 
xidməti  vacib  yer  tutur.  Dünya  bazarında  iri 
eksportlar  nəqliyyat  vasitələrinin  tam  yığımına 
malik  deyillər.  ABŞ,Almaniya,  Fransa,  ÇXR  və 
digər  bu  kimi  ölkələr  dəniz  daşımalarının  ümumi 
həcminin  80-90%-ni  fraxt  kompaniyalarından 


 
38 
biləvasitə  istifadə  etməklə  reallaşdırırlar.  90-cı 
illərin  əvvəllərində  bir  ildə  fraxt  ticarətinin  dəyəri 
115-
125  mlrd.dollar  təşkil  etmişdir.  Fraxt 
xidmətinin başlıca tədarükçüləri Yapon, Ponama və 
Liberiya şirkətləridir. 
2.
 
Yükün  magistral  nəqliyyat  vasitələrinə  qədər 
çatdırılması,Bu  cür  xidmətləri  yerli  nəqliyyat 
şirkətləri  təqdim  edirlər.  Onlar  eksportlu  yükləri 
xarici  alıcılara  göndərmək  üçün  onları  limanlara 
qədər avtomobillər təmin edirlər. 
3.
 
Beynəlxalq  daşıma  prosesinin  həyata  keçirilməsi. 
Bu,  göndərilən  əmtəənin  qiymətində  daşımaların 
necə  əks  olunmasından,  xarici  ticarət  kontraktının 
səmərəliyinə  nəql  etmə  məsrəflərinin  hansı  ölçüdə 
təsir etməsindən asılı olur. 
4.
 
Nəql  edilən  əmtəənin  nəqliyyatın  digər  növlərilə 
daşınması. Mahiyyətcə, söhbət tranzit daşımalarında 
və  yüklərin  bir  nəqliyyat  növündən  digərinə 
boşaldılmasında vasitəçilik xidməti haqqında gedir. 
Burada yük sahiblərinin kommersiya mənafelərinin 
qorunması  məsələsi  çox  aktual  əhəmiyyət  kəsb 
edir.Yüklərin  nəql  olunması  mütləq  sığorta  ilə 
müşayiət  olunmalıdır.Ona  görə  də  iri  sığorta 


 
39 
şirkətləri  olan  sığortaçılar  İnstitutu,  General 
Reinsuraksı Corporation, United MİMS Agency- və 
digərləri  xarici  ticarət  yüklərinin  sığortalanmasını 
həyata keçirir. 
5.
 
Ekspeditor  xidmətləri.Yüksahibi,  onun  yükü  ilə 
bağlı  həyata  keçirilən  əməliyyatları  məntəqələrdə 
izləyə  biləcək  nümayəndəyə  malik  ola  bilməz. 
Digər  tərəfdən  bir  çox  yerdə  təmsilçinin  olması 
firma üçün qeyri-
səmərəlidir.  Ona  görə  bir  qayda 
olaraq
,  yük  sahibləri  ekspeditor  firmaların 
xidmətindən  istifadə  edir.  Bu  firmalar  malların 
təyinat  yerinə  qədər  etibarlı  müşaiyət  olunmasını 
təmin edən xidmətləri öz üzərinə götürürlər. Adətən 
ekspeditorlar  yalnız  yüklərin  müşaiyət  olunması 
funksiyasını  icra  etmirlər,  həm  də  tranzitin  təşkil 
edilməsi,  digər  nəqliyyat  vasitəsinə  yükün 
boşaldılması, 
yüklənmə 
işlərinin 
təşkilini, 
nəqliyyat-müşaiyət 
sənədlərinin 
sənədləşdirilməsini,fraxta  görə  hesablaşmaların 
həyata  keçirilməsini,  yük  terminalların  operatorları 
ilə 
yüklərin 
konteynerləşdirilməsini 
yerinə 
yetirirlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə