67
iqtisadi əlaqələrdə iştirakının xarakterinə görə müxtəlif
qruplara ayırır.
İnkişaf etməkdə olan ölkələr və inkişaf etmiş ölkələr
arasındakı iqtisadi potensialda böyük fərqlər bu günün
reallıqlarıdır.Lakin, inkişaf etməkdə olan ölkələrin rolunu
artırmadan dünya təsərrüfatında kəskin problemlər və
ziddiyətlər nəinki azalar,əksinə daha da artar.Digər
tərəfdən,sənayecə inkişaf etmiş ölkələr mübahisə olunmaz
istehsal,elmi-
texniki təchizat səviyyəsi üzrə iqtisadi üstünlüyə
malikdir.
90-
cı illərdə ümumdünya məhsulunun 17%-ə qədəri
inkişaf etməkdə olan ölkələrin payına düşür.Bu ölkələrdə
sənaye istehsalının ən sabit artım tempi müşahidə olunmuşdur
(Çindən sonra). Ümumilikdə,onlar inkişaf etmiş ölkələrdən
daha tez
inkişaf etmişlər.Bütün inkişaf etməkdə olan ölkələrdə
orta artım tempi 6%-ə kimi yüksəlmişdir.
Dünya təsərrüfatının ən dinamik hissəsi Cənub-Şərqi
Asiya rayonudur.Məhz bu rayonda Yaponiyanın “iqtisadi
möcüzəsindən” sonra “Asiya pələnglərinin möcüzəsi” meydana
çıxdı,onların arasında Cənubi Koreya, Tayvan, Sinqapur,
Honkqonq aparıcı yerləri tuturlar.Bu möcüzənin əsasında
ümummilli məhsulun yüksək sabit artımı (son 20 ildə,orta
68
hesabla 8%)və dünya bazarında bu ölkələrin məhsullarının
rəqabət qabiliyyətinin yüksəlməsi durur.
Cənubi Koreyada 1985-1990 illərdə ümumdaxili
məhsulun orta illik artım tempi 9.5% təşkil edib. Ümummilli
məhsulun adambaşına düşən səviyyəsinə görə Cənubi Koreya,
əgər 1970-ci ildə dünya iyearxiyasının altıncı onluğunda yer
tuturdusa,1985-ci
ildə artıq ikinci onluğa keçdi.Ölkənin iqtisadi
inkişafının əsas,başlıca faktoru avtomobil sənayesinin
sürətləndirilmiş
inkişafı,
yarımkeçiricilərin,
məişət
elektronikasının sürətləndirilmiş inkişafından ibarətdir.
Sürətli iqtisadi inkişafın digər səbəbi Cənubi Koreyanın
xarici iqtisadi əlaqələri ilə bağlıdır. Müasir dövrdə, Cənubi
Koreya iqtisadiyyatının “simasını” müəyyən edən maddi
istehsalın bütün sahələri dəqiq aydın eksportlu orentasiya
xarakterinə malikdir.Büdcə daxilolmalarının əsas hissəsi xarici
ticarətdən gələn gəlirlərin hesabına düşür. Cənubi Koreya
məhsulları Avropanın, ABŞ-nın ən güclü və rəqabət
qabiliyyətli firmaları ilə rəqabətə girərək ABŞ və Avropa
bazarlarına nüfuz etmişlər. Daewoo, Elektroniks, Samsung, LG
kimi firmalar dünyada məşhurdur.
Tayvan iqtisadiyyatının uğurunu təmin edən yeganə
vasitə - xarici iqtisadi əlaqələrdəki akseptliyidir (xüsusilə
nəzərə çarpdırılmasıdır). Ölkə heç bir maddi resurslara malik
69
deyil və hamısını import edir. Müasir dövrdə ölkənin
ümummilli məhsulunun 5%-dən çoxu eksporta gedir. Tayvan
iqtisadiyyatının ən əhəmiyyətli faktoru ölkə rəhbərliyinin
səmərəli iqtisadi siyasəti hesab olunur.
Malaziya iqtisadiyyatının əsas uğurlarını emal
sənayesinin sahələri müəyyən edir (televizorların yığılması,
video texnika, ko
mpüter və s.). Ölkə üçün xarici iqtisadi
əlaqələrin əhəmiyyəti yüksəkdir. Ümummilli məhsulun
eksportda payı 1982-ci ildə 28%-dən 1997-ci ildə 44%-ə
qalxmış, 2000-ci ildə isə 50%-ə yaxınlaşmışdır.
YSÖ arasında-Sinqapur, bu kiçik ada ölkəsi xüsusi yer
tutur.
Sahəsi cəmi 640km
2
,əhalisi isə 3.1mln. nəfər olan bu
Cənub-Şərqi Asiya ölkəsinin eksport kvotası əlahiddə
yüsəkdir-ÜMM-da təxminən 56% təşkil edir. Ölkə iri maliyyə
mərkəzidir. Dünyanın bütün Trans Milli Bankları öz filiallarını
burada açmışlar. Sinqapurun güclü daxili kapital yığımını
maliyyə vasitəçiliyindən, tranzitdən, turizmdən gələn yüksək
gəlirlər təmin edir. Sinqapur Mərkəzi Bankı 65 mlrd.dollar
qızıl valyuta ehtiyatlarına malikdir.
YSÖ-
nə həmçinin Filippin,Tailand və İndoneziyanın bir
hissəsi,Braziliya və Argentina aid edilir. Bu ölkələrin iqtisadi
uğurları müxtəlifdir. Lakin onları başlıca olaraq aşağıdakılar
birləşdirir: onlar əhəmiyyətli iqtisadi inkişaf prosesinə
70
qoşulmaqla əsrlər boyu olan sosial-iqtisadi gerilikdən yaxa
qurtardıqlarını inkişaf etmiş ölkələrə göstərə bildilər. YSÖ-nin
nəaliyyətləri- Qərbi Avropa və digər inkişaf etmiş ölkələrə, o
cümlədən ABŞ-a meydan oxumaqdadır. Son illər ərzində
Cənub-Şərqi Asiya ölkələrinin dünya üzrə ÜMM-da xüsusi
çəkisi 1.3%-dən 4.5%-əqədər artmışdır. Bu faktın özü isə
dünya təsərrüfatında güclərin yeni düzülüşünü səciyyələndirir.
Beynəlxalq iqtisadi münasibətlərdə inkişaf etməkdə
olan ölkələrin rolu. Müstəqillik qazandıqdan sonra ilk
dövrlərdə inkişaf etməkdə olan ölkələrin rolu nəzərə çarpmırdı.
1950-1960-
cı illərdə onlar sosial-iqtisadi inkişaf modelinin
seçilməsi və özlərinin milli özünü dərketmə mərhələsini
formalaşdırırlar. Əhaliyə düşən ÜMM həcmi bu dövrdə orta
hesabla 3%-
dən çox artmadı. Xarici ticarət dövriyyəsinin orta
artım tempi, Qərbin inkişaf etmiş ölkələri ilə müqayisədə 2.5
dəfə açağı idi.
1973-
1975 illərdə inkişaf etməkdə olan ölkələr özləri
haqqında ilk sözü dedilər: neft məhsullarını ixrac edən ölkələr
xarici iqtisadi mövqelərinin kəskin şəkildə gücləndirirdilər.
Qısa zamanda Qərb iqtisadiyyatı keçmiş audsayderlərdən asılı
qaldı. Lakin 1970-ci illərin sonu 1980-cı illərin əvvəllərində
yeni resurs qoruyucu taxnologiyanın tətbiqi ilə Qərb öz
cavabını verdi. Inkişaf etməkdə olan ölkələrin 1970-ci ildə
Dostları ilə paylaş: |