Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

 
101 
vasitələri 
də 
mövcuddur.Onlar 
importun 
məhdudlaşdırılmasının  inzibati  tədbirləri  kimi  (kvatalar, 
lisenziyalar,  kompensasiyalı  rüsumlar,  texniki  və  istehlak 
standartları)  fəaliyyət  göstərirlər.Bu  tədbirlər  eksportun 
stimullaşdırılması  istiqamətində  iqtisadi  vasitələrdən  istifadə 
edilməsi  ilə  uyğunluq  təşkil  edir.Bunlara  məqsədli  kreditlər, 
dövlət  tədarükü,eksport  kreditlərinin  siğortası  və  investisiya, 
vergilər, yığımlar aiddir. 
RF beynəlxaq iqtisadi təşkilatlarda. Müasir şəraitdə RF 
XİF-nin  iştirakçısı  və  dünya  təsərrüfatının  aktiv  funksioneri 
kimi  beynəlxalq,dünya  təsərüfatı  münasibətlərində  iştirakda 
özünün  mövqeyinə  təzədən  nəzər  yetirir.RF  dünya  təsərüfatı 
sisteminə  yalnız  ümumi  əsaslarla,bütün  beynəlxalq  hüquqi 
aktlara və müqavilələrə hörmət etməklə daxil olur. 
Hazırda  RF  300-dən  çox  beynəlxalq  təşkilatlarda  iştirak 
edir.BMT  və  onun  himayəsi  altında  fəaliyyət  göstərən 
beynəlxalq  iqtisadi  təşkilatların  ölkə  üçün  əhəmiyyəti 
böyükdür.Bu sistemdə BMT-nin iqtisadi və sosial şurası vacib 
yer tutur. Bu orqan  sosial-
iqtisadi  problemlərin    bütün 
spektrlərini özünün çoxşaxəli fəaliyyəti ilə əhatə edir.Bu orqan 
çərçivəsində  konkret  istiqamətlərdə  məşğul  olan  çoxlu 
komissiya  və  komitələr  mövcuddur;sosial  inkişaf  üzrə 
komis
iya,təbii  resurslar  üzrə  komitə,statistika  üzrə  komissiya 


 
102 
və  s.  Bu  orqanlarda  ekspert  kimi  dəvət  olunmuş  rusiyalı 
mütəxəsislər də iştirak edirlər və işləyirlər. 
BMT-
nin iqtisadi və sosial şurasının  bölmələri komissiya 
səviyəsində ayrı-ayrı qitələrin sosial iqtisadi inkişafı sahəsində 
kordinasiya  fəaliyyəti  funksiyasını  həyata  keçirir.  Belə 
komissiyaların sayı 5-dir. Bunlardan Asiya və sakit okean üçün 
iqtisadi  və  sosial  komissiya  (ECKATO),Afrika  üçün  iqtisadi 
komissiya (EKA) və başqalarını göstərmək olar. 
Rusiya təşkilatları  və  müəssələri  BMT –nın  xususi  fond 
və  praqramlarında  aktiv 
fəailiyyət  göstərirlər:Uşaq 
Fondu,Əhali Fondu,Ümumdünya Ərzaq Proqramı. 
Rusiya,ümumdünya  səhiyyə  təşkilatı  (ÜST),Beynəlxalq 
əmək  təşkilatı,Mülki  aviasiya  təşkilatı  kimi  iri  beynəlxalq 
təşkilatlarda  iştirak  edir.Rus  mütəxəsisləri  Asiya,Afrika  və 
Latın  Amerikası  ölkələri  üçün  nəzərdə  tutulan  bir  çox 
proqramlarda təşəbbüsçü kimi çıxış etmişlər. 
1992-
ci  ildə  RF,beynəlxalq  ticarət  hüququ  üzrə  BMT-
komisyasının,əmtəələrin  alqı-satqısı  haqqında  beynəlxalq 
müqavilənin  iştirakçısı  oldu.1995-ci  ildə  taarif  və  ticarət  üzrə 
beynəlxaq razılaşmaya daxil oldu. 
Rusiyanın Beynəlxalq Ticarət Təşkilatına daxil olmasının 
əsas mahiyyəti ondan ibarətdir ki,ölkə eksportunun beynəlxalq 


 
103 
əmtəə bazarlarına yolu azad olsun. 2006-cı ilin sona yetməsinə 
baxmayaraq,RF-
nı hələ də bu təşkilata üzv götürməyiblər. 
Beynəlxalq  Valyuta    Fondunun  himayəsində  fəaliyyət 
göstərən  beynəlxalq  valyuta-kredit  təşkilatına  RF-nın 
daxilolma  faktı  xüsusilə  əhəmiyyətlidir.  RF-nın  1992-ci  ildə 
BVF-
na daxil olması,ölkə üçün dünya təsərüfatı proseslərində 
iştirakının  daha  səmərəliliyinə  imkan  yaratdı.Bu  iştirak 
sayəsində  RF  BVF-nın,həmçinin  Beynəlxalq    İnkişaf  və 
Yenidənqurma Bankının (BİYB) kreditlərindən istifadə imkanı 
əldə etdi. 
1996-
ci  ildə  7  il  müddətinə  bu  ölkəyə10.4  mlrd  dollar 
həcmində  kredit  ayrıldı.Bu  kredit  keyfiyyətli  struktur 
tədbirlərin keçirilməsi məqsədilə verilmişdir. 
RF-
nın  BİRB  ilə  əməkdaşlığı  da  xususi  çəkiyə 
malikdir.Bu  bank  böyük  məbləğdə  kredit  ayırmışdır.Bu 
kredi
tlər  Rusiya  iqtisadiyyatının  inkişafı  üçün  sahəvi 
proqramların maliyyələşdirilməsinə istiqamətləndirilmişdir. 
1993-97-
ci  illərdə  təsərrüfat  fəaliyyətinin  ayrı-ayrı 
sahələrinin  maliyyələşdirilməsi  üçün  9  mlrd.  dollar  həcmində 
kredit  almışdır.Alınmış  vəsaitlərdən  istifadə  olunması  bir  sıra 
iqtisadi  sahələrin  texniki  və  təşkilati  rekonstruksiyası  üzrə 
tədbirlərin  həyata keçirilməsinə,eksport bazasını  inkişafı üçün 
yaxşı əlavə məhsul yaratmaq imkanını verəcəkdir.      


 
104 
Dünyada  qüvvələrin  yeni  düzülüşü  və  dünya 
t
əsərrüfatında  mövqeyi.  Dünya  siyasətində  və  dünya 
iqtisadiyyatında  son  7-10  ildə  əhəmyətli  dəyişikliklər  baş 
vermişdir.Bu dəyişikliklər  əsas qüvvələrin düzülüşünə aiddir. 
Belə dəyişmələr dünya təsərrüfatı münasibətlərin strukturunda 
keyfiyyətli  yeniləşməyə  şərait  yaratmışdır.Dünya  sosializm 
sisteminin  süqutu,qarşılıqlı  İqtisadi  Yardım  Şurasının 
(QİYŞ)1991-ci ildə ləğv olunması,SSRİ-nin dağılması və onun 
əsasında  yeni  müstəqil  dövlətlərin  qurulması  muasir  dünyada 
qüvvələrin  geosiyasi  düzülüşündə  əhəmiyyətli  dəyişikliklərə 
gətirib  çıxartdı.Başlıca  dəyişikliklər  ondan  ibarətdir 
ki,”kapitalizm-
sosializm”  qarşıdurmasına  son  qoyuldu.Keçmiş 
sosialist düşərgəsi  indi kapitalist dünyasına  yaxınlaşmaqdadır. 
Əvvəlki  hakim qüvvələr dünyanı 3 əsas  hissəyə  bölmüşdülər: 
Qərb  (inkişaf  etmiş  ölkələr),  Şərq  (sosialist  ölkələr), 
Cənub(inkişaf  etməkdə  olan  ölkələr).  İndi  isə  Qərbin  varlı 
dövlətləri  və  Asiya,  Afrika,  Latın  Amerikasının  kasıb 
dövlətləri,    MDB  ölkələri  bir-biri  ilə  mübarizə  aparırlar, 
həmçinin  Şərqi  Avropa  dövlətləri  məlum  ölçüdə  aralıq 
mövqeyində dururlar. 
Rusiyanın  geopolitik  vəziyyəti,muasir  dünyada  ikili 
xassəyə malikdir.O,SSRİ-nin dünya aləmində varisi kimi çıxış 
edir,Bu baxımdan RF böyük dövlət yerini tutmalı,daha doğrusu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə