Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

 
113 
Ikinci dövr də təxminən 15 il çəkdi (1959-cu ildən 1974-
ci  ilə  qədər).  Struktur  (neft)  böhranı  ilə  bağlı  yeni  iqtisadi 
böhran  qopdu.  Bu  dövrdə  dövlət  tənzimlənməsi  xeyli 
genişlənir.  ABŞ  hökuməti  tam  məşğulluğa  və  qiymətlərin 
sabitliyinə nail olmağa səy edir. Bu dövr 1961-ci ildən 1969-cu 
ilə  kimi  davam  edir  və  “işgüzar  tsikl”  adlanır.  Sonra  Qərbi 
Avropa  və  Yaponiya  tərəfindən  rəqabətin  yüksəlməsinə  görə 
ABŞ-ın  dünya  iqtisadiyyatında  rolu  bir  qədər  zəifləyir.  Lakin 
bu hələ son deyildir. 
Üçüncü dövr 1970-
ci  illərin  ortalarından  başlayır.  ABŞ-
da  bu  dövr  əmək  məhsuldarlığının  artım  tempinin  aşağı 
düşməsi  və  xərclərin  artması  ilə  xarakterizə  olunur.  ABŞ-ın 
payı  UMM(VNP)-də  OESR  üzvləri  arasında  1961-ci  ildə 
42,3%-
dən 1975-ci ildə 37,5%-ə endi. Yaponiyanın payı 7,0%-
dən 12,3%-ə qalxdı. 
“Ümumi  bazar”  ölkələrinin  payı  (Böyük  Britaniya, 
Belçika,  Yunanıstan,  Danimarka,  İrlandiya,  İtaliya, 
Lüksemburq, Fransa, AFR) demək olar ki, ABŞ-ın səviyyəsinə 
yaxınlaşdı.  Bu  dövrdə  ABŞ-ın  iqtisadi  vəziyyətinin 
zəifləməsinin  əsas  faktoru  kimi  ölkə  daxilində  rəqabətlə 
müqayisədə  kapital  yığımının  aşağı  səviyyədə  olması 
şərtləndirilir. 


 
114 
Üçüncü dövrdə neft qiymətlərinin qalxması ABŞ-ı enerji 
qoruyucu  texnologiyalarının  tətbiqinə,  ictimai  istehsalın 
strukturunun 
dəyişdirilməsinə 
məcbur 
etdi. 
Dövlət 
tənzimlənməsinin 
Keynsçilik 
nəzəriyyəsi  öz  yerini 
mone
tarizmə verdi. Burada ön planda pul-kredit tənzimlənməsi 
durur.  Sahibkarlıq  fəaliyyətində  muzdlu  işçilərin  iştirakının 
yeni dalğası diqqəti özünə çəkdi. Fəhlələrin fikirlərinin nəzərə 
alındığı  şirkətlərdə  (qərarların  qəbul  olunması  prosesində) 
əmək  məhsuldarlığı  46%-dən  yuxarı  oldu.  Digər  tərəfdən 
fəhlələr şirkətin aksiyalarına sahib olduqları üçün müəssələrin 
işində  iqtisadi  səmərəlilik  artır.  Bu  şərtlər  70-ci  illərlə 
müqayisədə  80-cı  illərdə  həm  həcmcə,  həm  də  keyfiyyət 
göstəriciləri  üzrə  yaxşılaşmaya  səbəb  oldu.  Bunun  sayəsində 
ABŞ  dünya  təsərrüfatında  tutduğu  mövqeyini  qoruyub 
saxlamağa nail oldu. 
Dünya təsərrüfatında ABŞ-ın müasir vəziyyəti. Dünya 
iqtisadiyyatında  ABŞ-ın  müasir  liderlik  vəziyyətinin  üç  əsas 
mövqe  ilə  təmin  olunması  nəzərə  çarpılır:  daxili  bazarın 
nəhəng  miqyası  ilə;  elmi-texniki  potensialın  yüksək  səviyyəsi 
ilə; digər ölkələrlə dünya təsərrüfat əlaqələrinin güclü və geniş 
yayılmış şəbəkəli sistemi ilə.  
Daxili bazarın nəhəng miqyası haqqında çoxsaylı misallar 
gətirmək  olar:  dünyada  ÜMM-ın  ən  böyük  həcmi;  cari 


 
115 
istehlaka və investisiyaya istiqamətlənən ən iri vəsaitlər ABŞ-a 
məxsusdur.  ABŞ  dünyada  ən  iri  elmi  -  texniki potensiala 
malikdir. Heç bir ölkə maşın və avadanlıq istehsalına görə ABŞ 
ilə  müqayisə  oluna  bilməz.Maşın  texniki  məmulatların  dünya 
üzrə  40%-i  ABŞ-da  istehsal  olunur.  ABŞ-da 2000-ci  illərin 
əvvəllərində  elmi  əməkdaşların  sayı  3  mln  nəfərdən  çox 
olmuşdur.İşçi  qüvvəsi  arasında  elm  və  mühəndislərin  xüsusi 
çəkisinə  görə  ABŞ  liderdir:  hər  10  min  nəfər  məşğul  olan 
əhaliyə  280  alim  və  mühəndis  düşür  (Yaponiyada  240, 
Almaniyada 210, Fransada 165). 
 
Dünya  təsərrüfatı  əlaqələrinin  güclü,  geniş  yayılmış 
sistemi,  əmtəə  və  xidmətlərinin  eksport-importunun  geniş 
axını, ABŞ-dan və ABŞ-a kapital axını ilə xarakterizə olunur. 
Son zamanlar xari
ci  ticarətdə  və  investisiyalarda  baş  vermiş 
dəyişiklikləri  də  qeyd  etmək  lazım  gəlir.  Dünya  təsərrüfatı 
əlaqələrində  ABŞ-ın  əhəmiyyətli  təsiri,  müasir  dövrdə  resurs 
qoruyucu  texnologiyaların  strukturundakı  artan  rolu  və  digər 
ölkələrin onu xammal göndərməyin əvəzində ABŞ-dan imtiyaz 
almağa  cəhd  etməklə  müəyyənləşir.Həmin  ölkələr  ABŞ 
bazarlarında  öz  əhatələri  üçün  “yuva”  yaratmaq  məqsədini 
güdürdülər.  Xammal  əldə  etməklə  çətinlik  çəkmədən,  ABŞ 
resurs 
qoruyucu 
texnologiyalarının 
daha 
da 
təkmilləşdirilməsinin qayğısına qalır. 


 
116 
Xarici  iqtisadi  fəaliyyətdə  əhəmiyyətli  dəyişikliklər 
kapitalın  hərəkətində,  xüsusilə  birbaşa  kapital  qoyuluşunda 
nəzərə  çarpır.  TMK  xarici  filiallara  iri  vəsaitlər  sərf  edirlər. 
Qərbdə “ikinci iqtisadiyyat” adlandırılan müəssə və firmaların 
ümumi satış həcmi ABŞ-ın ÜMM-un 32%-ni təşkil edir. ABŞ-
ın  neft sənayesinin  nəhənglərinin (1994-1995-ci  illərdə) 50%-
dən çoxu xaricə sərmayə qoymuşlar.XX əsrin sonunda ABŞ-ın 
xaricdə,  bazar  qiymətlərilə  birbaşa  kapital  qoyuluşları  870 
mlrd. dollardan ço
x,  xarici  birbaşa  investisiyaların  həcmi  isə 
740  mlrd  dollardan  çox  olmuşdur.Amerika  iqtisadiyyatının 
intensiv  investisiyalaşdırılması,  mütəxəssislərin  fikrincə,  onun 
gücünün vacib əlamətidir.1996-cı illə müqayisədə 2000-ci ildə 
“böyük  yeddilər”də  iqtisadiyyatın  orta  artım  tempi  2.2%-dən 
2.6%-
ə  qalxmışdır.BVF  rəyinə  görə,  buna  səbəb,  struktur 
islahatlar və sərt maliyyə siyasəti olmuşdur. 
Amerika  modelinin  bəzi  xüsusiyyətləri.  Məlumdur  ki, 
Qərbin inkişaf etmiş ölkələrinin müasir qarışıq iqtisadi modeli 
özünəməxsus  müxtəlifliyə  malikdir.  Məsələn,  yapon 
iqtisadiyyatı  modeli  ön  planda  ümumi  milli  mənafelərin  irəli 
çıxarılması,  ölkənin  çiçəklənməsi  naminə  əhalinin  müəyyən 
maddi qurbanlara getməyə hazır olması ilə xarakterizə olunur. 
Amerika modeli sahibkarlıq fəaliyyətinin hərtərəfli təşviq 
edilməsinə (həvəsləndirilməsinə),əhalinin daha aktiv hissəsinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə