Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

 
109 
başa çatmasından sonra ilk illər ərzində heç bir dövlət ABŞ-a 
ciddi  iqtisadi  rəqib  kimi  müqavimət  göstərmək  iqtidarında 
deyildir. ABŞ-ın üstünlüyü o qədər əhəmiyyətli dərəcədə idi ki, 
hətta  iri  inkişaf  etmiş  ölkələr  belə  amerikan  kapitalından 
birbaşa olaraq  iqtisadi  və  maliyyə asılılığında qalırdılar.  ABŞ 
bütün  ölkələri  milli  sərvətin  həcminə  və  sənaye  istehsalının 
həcminə  görə  mahiyyətcə  qabaqlayırdı.  Həmçinin  bura  daxili 
bazara elmi-
texniki tərəqqi və əmək məhsuldarlığının  ölçüsü, 
beynəlxalq ticarətin həcmi və kapital ixracı da daxildir(yəni bu 
sahələrə görə ABŞ üstünlüyü əldə saxlayırdı). ABŞ-da iqtisadi 
inkişafın sürətli olmasının iqtisadi planında, ilkin olaraq ölkədə 
bərqərar  olan  azad  iqtisadi  fəaliyyət  prinsipi,  rəqabətin 
qorunması  və  müdafiə  olunması  durur.  Hələ  1890-cı  ildə 
antitrest  qanunvericiliyi qüvvəyə  mindi.  Bu qanun  bazarların 
bölüşdürülməsi  və  qiymətlərin  süni  şəkildə  saxlanması 
haqqında  sövdələşmələrə  qadağan  qoydu,  iri  şirkətlər 
tərəfindən  bazarın  inhisarlaşmasını,  həmçinin  rəqabətin 
sarsıdılması  üçün  şirkətlərin  qovuçmasını  (birləşməsini) 
qadağan  etdi.Amerikan  iqtisadiyyatının  vacib  cizgilərinə 
a
şağıdakıları aid etmək olar: 

 
Sahibkarkığın  əsas  kulmu  (ayinləri  /dini 
termindir/) və ictimai şüurda cəmiyyətin yarışmaq 
ruhunun kök salması(aşılanması); 


 
110 

 
Yüksək peşəkarlığa tələbat;  

 
Uğura  can  atmaq,  insanların  əməyə  olan  yüksək 
motivasiyasını təmin edən firavanlıq.  

 
Sahibkarlarda  isə  investisiyalara  motivasiyanı 
təmin etmək(yəni xoşbəxt həyat, firavanlıq). 
Müharibədən  sonra  dünyanın  yenidən  qurulmasında 
ABŞ-ın rolu. Kapitalist dünyasının  vahid  lideri  olmaqla  ABŞ 
müharibədən  sonra  dünyanın  yenidən  qurulmasında lider 
roluna  iddia  etməyə  başladı.Qeyd  etdiyimiz  kimi  XIX  əsrin 
sonu XX əsrin əvvəllərində ABŞ əsas iqtisadi göstəricilərə görə 
birinci  yerə  çıxdı  və  Versal  sülh  müqaviləsindən  sonra 
dünyanın  sahibi  kimi  Böyük  Britaniyanın  yerini  tutmalı 
idi.Həmin dövrdə  ABŞ dolları ən dəyərli  və  möhkəm  valyuta 
oldu.Nyu-
York isə dünyanın ən böyük maliyyə və pul bazarına 
çevrildi.  Amerikanlılar  dünya  ağalığını  qətiyyətlə  öz  üzərinə 
götürdülər  və  özlərinin  iqtisadi  üstünlüyündən  bəhrələnərək 
“Paks Amerikana” arzularını həyata keçirməyə cəhd etdilər. Bu 
arzu isə Amerikan himayəçiliyinə əsaslanan liberal  quruluşdan 
ibarətdir.  
1948-50-
ci illərdə UDM indeksi ABŞ-da cəmi 6%, Qərbi 
Avropada15%,  Yaponiyada  9%,  keçmiş  SSRİ-də  isə  18% 
dərəcəsi üzrə artdı. 


 
111 
ABŞ-da ikinci dünya müharibəsi  dövründə  qazanılmış 
iqtisadi  üstünlüyünü    möhkəmləndirmək  üçün  təkcə  iqtisadi 
göstəricilərin  həcmi üzrə deyil,  həm də keyfiyyət göstəriciləri 
üzrə  -  əmək  məhsuldarlığı  və  istehsal  xərcləri  üzrə  özlərinin 
mövqelərini gücləndirmək üçün tədbirlər həyata keçirdilər. Bu 
məqsədə, xüsusilə Tafta-Xartli qanunu (1947) xidmət edirdi ki, 
bunun  köməyi  ilə  işə  qəbul  zamanı  həmkarların  mövqeyi 
zəilənirdi;bütün  fəhlələr  isə,  onların  həmkarların  üzvü  olub-
olmamasında  asılı  olmayaraq  qəbul  olunurdu.  Yeni 
qanunvericili
k  əmək  məhsuldarlığın  yüksəldilməsi  və  istehsal 
xərclərinin azaldılmasına gətirib çıxartdı. 
Eyni zamanda ABŞ xarici iqtisadi fəaliyyətdə də özünün 
iqtisadi  üstünlüyünü  möhkəmləndirmək  üçün  əməli  tədbirlər 
gördü. Müharibədən sonra Qərbi Avropanın yenidən qurulması 
planı adlandırılan Marşal planını irəli sürdülər. Marşal planına 
görə  Qərbi  Avropada  xüsusilə  Qərbi  Almaniyada  Amerika 
kapitalının  intensiv  investisiyalaşması    və  Amerika  bazarında 
Qərbi  Avropa  əmtəələrinin  aktiv  importunu  nəzərdə  tuturdu. 
ABŞ-ın  belə  siyasəti  məqsədli  idi.  Soyuq  müharibə  dövründə 
Şərqi  Avropa  blokuna,  Qarşılıqlı  İqtisadi  Yardım  Şurası  və 
Varşava  Müqaviləsi  ölkələrinə  qarşı  mübarizədə  Qərb 
ölkələrinin mövqeyini gücləndirməkdən ibarət idi. O zaman bu 
bloklarda  hakim  rol  keçmiş  SSRİ-yə  məxsus  idi.  Marşal 


 
112 
planının  və  o  vaxtı  AFR-ın  iqtisadiyyat  naziri  L.  Erxardın 
proqramının həyata keçirilməsi nəticəsində Qərbi Almaniyanın 
iqtisadi  potensialı  yeni  texniki  əsaslar  üzrə  sürətlə  bərpa 
olundu. 1949-
cu  ildə  ABŞ-ın  təşəbbüsü  ilə  NATO 
yaradıldı(Şimali  Atlantika  müqaviləsi  Təşkilatı).  Bu 
müqaviləni əvvəlcə 12 dövlət imzaladı.1952-ci ildə Türkiyə və 
Yunanıstan  da  NATO-ya  qoşuldu.1966-cı  ildə  Fransa  NATO 
hərbi təşkilatdan çıxdı. 
1955-
də ABŞ təşəbbüsü ilə Mərkəzi Müqavilə (SENTO) 
hərbi siyasi qruplaşma yaradıldı. Yaxın və orta Şərq üzrə İrak, 
İran,  Pakistanın  1970-ci  illərin  sonlarında  bu  qrupu  tərk 
etməklə o, süqut etdi. 
Məşhur  iqtisadçılar    XX  əsrin  ikinci  yarısında  iqtisadi 
həyatı şərti olaraq 3 dövrə üzrə bölürlər:  
1.
 
İqtisadiyyatın dövlət tənzimlənməsinin məqsədi;  
2.
 
Dünya iqtisadiyyatında ABŞ-ın vəziyyəti; 
3.
 
Qəbul olunmuş taxnologiyaların xarakteri. 
Birinci dövr xronoloji olaraq 13 il sürdü.1946-
cı  ildən 
1957-
1958  illərdəki  dünya  böhranına  qədər.  Bu  dövr 
iqtisadiyyatın  vətəndaş  birliyi  üzrə  yenidənqurulması,  ictimai 
istehsalın  strukturunun  dəyişməsi,  ETT-nin  mühərrik  kimi 
istifadə  edilməsi  və  əmtəə  və  xidmətlərə  istehlak  tələbinin 
yüksəldilməsinin iqtisadi artımı ilə xarakterizə olunur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə