Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

 
117 
zənginləşdirilməsi  əsasında  qurulmuşdur.  O,  yüksək  əmək 
məhsuldarlığına  əsaslanır  və  şəxsi  uğurun  qazanılmasına 
orientasiya olunur. 
Müasir  dövrdə  amerikan,  avropa  və  yapon  idarə  etmə 
modellərinin  mahiyyətcə  yaxınlaşması  müşahidə  olunur.  ETİ-
nin  və  rəqabətin  inkişafı  onlar  arasındakı  fərqləri  tarazlayır. 
Bununla  bərabər,  müəyyən  fərqlər  yenə  də  qalmaqdadır. 
Amerika modelində idarəetmə kadrlarının hazırlanması üzrə iş 
aparılır,  idarəedici  fəaliyyət  baxımından  zəngin  təcrübə 
qazanılmışdır.  Bununla  əlaqədar  olaraq  istehsala  çəkilən 
xərclərin  təxminən  70%-i  əməyin  payına  düşür.Amerikalı 
idarəedicilər  istehsalın  əmək  qoruyucu  metodlarının  tətbiqinə 
orentasiya  edirlər.Qərbi  Avropa  ölkələri  üçün  xammal  və 
material ehtiyatlarının qıtlığı üzündən materialların qorunması 
metodu  xarakterikdir.  Yapon  modeli  isə  tipik  olaraq  eksport-
import  əməliyyatlarına  orentasiya  edir.  Amerika  idarəetmə 
modelinin 
vacib 
xüsusiyyəti 
güclü 
tərəflərin 
mikrosəviyyədə(firma) 
və 
makrosəviyyədə 
(dövlət 
tənzimlənməsi)  kompleks  istifadəsindən  ibarətdir.  Amerikan 
firmaları  istehsalın  və  əməyin  təşkilinin  effektivliyi  və 
çevikliyi,  istehsalın  və  idarəetmənin  yüksək  ixtisaslaşması  ilə 
fərqlənirlər.  Direktorlar  şurasının  əsas  vəzifəsi  müəssənin 
gələcək  perspektiv  inkişafını  öyrənməkdən  ibarətdir:  orta 


 
118 
təbəqə-  marketinq,  aşağı  təbəqə(ustalar)-kollektivdə  əmək 
münasibətlərinin  təkmilləşdirilməsi,  sağlam  iş  mühitinin 
yaradılması  ilə  məşğuldur.  Istehsala  bu  cür  yanaşma  yüksək 
əmək məhsuldarlığını, məhsulun keyfiyyətinin yüksəldilməsini 
və  istehsal  olunmuş  məhsul  vahidinə  istehsal  xərclərinin 
azaldılmasını  təmin  edir.  Bu  cür  yanaşma  ilə  nəinki  firmanın 
qorunması üçün, eləcə də dünyanın təsərrüfat əlaqələrində daha 
uğurlu  inkişafı  təmin  etmək  üçün  kifayət  qədər  mənfəət  əldə 
etməyə imkan verir. 
ABŞ  dolları  dünya  valyuta  maliyyə  sistemində  əsas 
ehtiyat  və  hesablaşma  olaraq  qalmaqdadır.Qərb  ölkələrinin 
mərkəzi  banklarında  valyuta  rezervlərinin  2/3-i dollardan 
ibarətdir.  Dünya  ticarətində  hesablaşmaların  50  %-i dollarla 
həyata  keçirilir.  Təbii  olaraq,  80-cı  illərdə  bu,  ABŞ  və 
bütövlükdə  dünya  təsərrüfatının  digər  ölkələrinin  iqtisadi 
yüksəkliyində müsbət rol oynadı. 
Dünya  təsərrüfat  əlaqələrində  ABŞ  inteqrasiya 
proseslərinə 
diqqəti 
gücləndirməklə 
özünün 
dünya 
iqtisadiyyatında  olan  rolunun  möhkəmləşdirilməsinə  çalışır. 
Bununla əlaqədar, qeyd etmək lazımdır ki, ənənəvi inteqrasiya 
proseslərində  daha  çox  diqqət  Şimali  Amerika  Azad  Ticarət 
Assosassiyasına  (NAFTA)  verilir.Belə  ki,  ucuz  işçi  qüvvəsi 
tətbiq  etməklə  digər  inkişaf  etmiş  ölkələrlə  uğurlu  rəqabət 


 
119 
aparır  və  beynəlxalq  arenada  özünün  mövqeyini 
möhkəmləndirməklə  iqtisadi  artımının  davam  etməsini  təmin 
edir. 
Beləliklə, qeyd etdiyimiz fikirlərdən belə nəticə çıxarmaq 
olar ki
, ABŞ-ın dünya iqtisadiyyatında olan lider rolu aşağıda 
qeyd olunan şərtlərlə səciyyələnir: 

 
Amerikan  kapitalizminin  formalaşmasının  tarixi 
xüsusiyyətləri; 

 
Ölkənin zəngin təbii resursları;  

 
İxtisaslı  və  dərrakəli  fəhlələrin,  mühəndis-texnik 
işçilərin,  alimlərin  əlləri  ilə  yaradılmış  qüdrətli 
(güclü) istehsal potensialı;  

 
Amerika  xalqının  zəhmətsevərliyi,  onun  aktiv 
yaradıcı fəaliyyətilə çalışması. 
       
Azərbaycan iqtisadiyyatı və onun dünya 
iqtisadiyyatına inteqrasiyası
 
 
Azərbaycanın  əhalisi  və  ərazisi.  Azərbaycan 
Respublikası  Cənubi  Qafqazın  Şərq  hissəsində,  Xəzər 
dənizinin sahilində yerləşir. 2006-cı ilin əvvəlində Azərbaycan 
Respublikası  əhalisi  8  mln.  436  min  nəfər,  o  cümlədən  4 
milyon  356  min  nəfər  və  ya  51.6  %-i  şəhər,  4  mln.  80  min 


 
120 
nəfər  və  ya  48.4%-ni  isə  kənd  sakini  təşkil  etmişdir.  Ölkə 
əhalisinin ümumi sayından 4 mln. 152 min nəfəri, yaxud 49%-i 
kişi,  4  mln  284  min  nəfəri  və  ya  51%-i  qadınlardır.  Əhalinin 
orta yaşı 31 yaş təşkil edir. 
Azərbaycan  ərazisinə  görə  də  Zaqafqaziyada  ən  böyük 
dövlətdir.Ərazisi 86.6 min km
2
-
dir.  Ərazisinin  11.5%-i 
meşələr,  1.6%-i  su  hövzəsi,  50%-i  becərilən  torpaqlar,  o 
cümlədən  27%-i  otlaqlar,  36.9%  sair  torpaqlardır.Ölkə  42
0
və 
52
0
 
Şərq uzunluq sahəsi, 38
0
 
və 42
0
 
şimal en dairəsində, Bakı 
40
0
paralel  üzərindədir.  Bakıdan  şimal  qütbünə  qədər  olan 
məsafə  5550  km,  ekvatora  qədər  olan  məsafə  isə  4440  km 
təşkil edir. Dünyada ən böyük göl – Xəzər dənizidir ki, sahəsi 
400  min  kv  km,  dərinliyi  1025m-dir.  Xəzər  dənizinin 
Azərbaycan  sektorunda  ən  enli  sahəsinin  uzunluğu  465  km-ə 
bərabərdir.  Azərbaycan cənubdan İranla (765 km) və Türkiyə 
ilə  (15  km),  Şimaldan  Rusiya  ilə  (390  km),  şimal-qərbdən 
Gürcüstan  ilə  (480  km),  qərbdən  Ermənistanla  (1007  km) 
həmsərhəddir.  Ən  böyük  çayı  Kür  çayı  (1515  km),  ən  böyük 
dağ zirvəsi Bazardüzüdür (4466m). 
Dövlət rəhbəri Prezidentdir. Respublikada qanunvericilik 
hakimiyyətini Milli Məclis həyata keçirir. 
Əhalinin təbii artımı hər min nəfərə 10 nəfər təşkil edir. 
Iqtisadiyyatda məşğul olanların orta illik sayı 3809,1 min nəfər, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə