Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

 
142 
çərçivəsində  xüsusi  əməliyyatların  icrasına  cəlb  edilən 
subpodratçılar da gəlir vergisini ödəməlidir. 
Neft  və  qaz  əməliyyatlarının  həyata  keçirilməsi  üçün 
gətirilən  avadanlıqlar,  materiallar,  nəqliyyat  vasitələri,  habelə 
işçilər  üçün  ərzaq  Azərbaycan  ərazisinə  idxal  edildiyi  zaman 
gömrük rüsumlarından azaddır. 
Müqavilə çərçivəsində müxtəlif işlərə cəlb ediləcək yerli 
işçilərin  sayında  tədrici  artım  nəzərdə  tutulur.  Yataqların 
işlənilməsinin  ilkin  dövrlərində  mühəndislərin  və  texniki 
işçilərin  ümumi  sayında  yerli  mütəxəssislərin  payı  30-50% 
intervalında,  fəhlələrin  ümumi  sayında  isə  yerlilər  70% 
olmalıdır.  Yataqların  tammiqyaslı  işlənilməsinə  başlanıldıqda 
yerli  mütəxəssislərin  və  fəhlələrin  payı  müvafiq  olaraq  70  və 
85%-
ə qədər qalxmalıdır.Yataqların tammiqyaslı işlənilməsinə 
başlayandan  5  il  sonra  yerli  işçilərin    və  fəhlələrin  payı 
müvafiq olaraq 90 və 95%-ə çatmalıdır. 

qavilənin  şərtlərinə  əsasən  layihə  çərçivəsində  zəruri 
avadanlıq  və  materiallar  alınarkən  həm  qiymət,  həm  də 
keyfiyyət  baxımından  xarici  mallarla  rəqabətə  girə  bilən 
Azərbaycan mallarına üstünlük verilməlidir. 
Sazişə əsasən podratçı Müqavilə çərçivəsində neft və qaz 
əməliyyatlarını  elə  aparmalıdır  ki,  ətraf  mühitə,  o  cümlədən, 
yer səthinə və təkinə, dənizə, havaya, göllərə, çaylara, flora və 


 
143 
faunaya,  kənd  təsərrüfatı  sahələrinə,  digər  təbii  ehtiyatlara  və 
əmlaka  hər  cür  mümkün  zərər  minimuma  endirilsin.  Təbii 
ehtiyatlara və ətraf mühitə zərər vura biləcək hər hansı hadisə 
zamanı  podratçı  mümkün  mənfi  təsirin  qarşısının  alınması 
üçün zəruri olan bütün tədbirləri görməlidir. Podratçının təqsiri 
ucbatından 
ətraf 
mühitin 
istənilən 
formada 
çirkləndirilməsindən  yaranan  itki  və  ziyana  görə  o  özü 
məsuliyyət daşıyır. 
Yuxarıda  qeyd  olunanlardan  başqa,  habelə  neftin 
qiymətinin  razılaşdırılması,  istehsal  edilmiş  neftin  həcminin 
ölçülməsi,  səmt  qazının  hansı  məqsədlərə  istifadə  olunması, 
valyuta  və  maliyyə  əməliyyatlarının  aparılması,  mübahisəli 
məsələlərin həlli yolları, neft əməliyyatlarının təhlükəsizliyinin 
təmin edilməsi və s. kimi məsələlərə dair sazişlər var. 
“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan tarixində 
böyük bir hadisə- Azərbaycan xalqının taleyi üçün həddən artıq 
önəmli bir olay idi. 1994-cü ilin sentyabrın 20-də imzalanmış 
“əsrin  müqaviləsi”  həmin  ilin  dekabrın  2-də  Milli  Məclis 
tərəfindən  təsdiq  edildi.  Sazişin  parlament  tərəfindən 
ratifikasiya  edilməsi  ölkənin  neft  haqqında  qanununun 
olmaması və sazişin bir sıra müddəalarının Azərbaycanın bəzi 
qanunlarına zidd olmasından irəli gəlmişdi. Elə bu səbəblərdən 


 
144 
Azərbaycanın  bütün  neft  müqavilələri Milli Məclis tərəfindən 
təsdiq edilib. 
Bu  günə  qədər  Azərbaycan  xarici  şirkətlərlə  pay 
bölgüsünə dair 22 saziş imzalayıb.
 
Azərbaycan  iqtisadiyyatının  inkişafında  beynəlxalq 
maliyyə 
institutlarının 
rolu. 
Beynəlxalq 
maliyyə 
institutlarının  dedikdə,  Beynəlxalq  Valyuta  Fondu  (BVF), 
Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya 
İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər çoxtərəfli maliyyə 
qurumları  nəzərdə  tutulur.  Bu  qurumların  hər  birinin  ayrıca 
yaranma  tarixi  və  missiyası  var.  Beynəlxalq  aləmdə  onların 
rolu  durmadan  artır  və  çox  zəngin  tarixə  malik  olan  bu 
institutların  XX-ci  əsrdə  dünya  iqtisadiyyatının  inkişafı  və 
maliyyə  tarazlığının  qorunub  saxlanmasında  müstəsna  rolu 
olmuşdur. 
Bu  qurumların  yaradılmasında  əsas  məqsəd,  keçid 
dövrünü 
yaşayan 
ölkələrin 
iqtisadiyyatının 
inkişaf 
etdirilməsidir.Hal-hazırda onların birgə səyi nəticəsində inkişaf 
etməkdə  olan  ölkələrin,xüsusən  də  keçid  dövrünü  yaşayan 
postkommunist  ölkələrin  dünya  iqtisadiyyatına  inteqrasiya 
prosesi çox böyük şərinliklə də olsa davam edir. 
BVF  (Beynəlxalq  Valyuta  Fondu)  Bu  qurumların 
içərisində  BVF  xüsusi  rola  və  çəkiyə  malikdir.  Xatırladaq  ki, 


 
145 
BVF 1944-
cü ildə yaranmışdır.BVF BMT-nin 22iyul 1944-cü 
il  tarixində  Bretton  Vuds  şəhərində  keçirilən  beynəlxalq 
valyuta-
maliyyə konfransında təsis edilmişdir. BVF hal-hazırda 
184 ölkənin təsisçiliyi ilə fəaliyyət göstərir. 
4 may,1992-
ci il tarixindən etibarən Azərbaycan BVF-nin 
üzvüdür.Fondun  nizamnamə  kapitalı  311  mlrd.  dollardır.  Hal 
hazırda fond kreditor kimi 84 ölkədə ümumi məbləği 97 mlrd. 
dollar olan kredit portfelini idarə edir. 
Beynəlxalq  Valyuta  Fondunun  iqtisadi  siyasəti  iki 
istiqamət üzrə yönəlmişdir:  
1).  Müəssələrin  özəlləşdirilməsi,  torpaq  və  digər  bazar 
atributlarında yenidənqurma işlərinin aparılması, xarici iqtisadi 
fəaliyyətlərin liberallaşması da daxil olmaqla struktur xarakterli 
dəyişikliklərin aparılması;  
2) Makroiqtisadi və maliyyə sabitliyinin əldə edilməsi 
1 Yanvar, 2005-
ci  il  tarixi  üçün  Azərbaycanın  BVF-yə 
olan borcu 134.8mln. SDR-dir (208.9 mln. dollar). 
DB (Dünya Bankı). 1944-cü ildə keçirilən Bretton-Vuds 
konfransında  Dünya  Bankı  da  təsis  olundu.  Məlumat  üçün 
bildirilir  ki,  bankın ilk krediti 1947-ci  ildə  Fransada 
rekonstruksiya  məqsədi  ilə 250  mln. dollar  məbləğində qeydə 
alınmışdır.Rekonstruksiya  fəaliyyəti  bugünədək  bankın  əsas 
istiqamətlərindən  biri  olaraq  qalır.Dünya  Bankının  bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə