Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

 
156 
Avropa ölkələri və keçmiş Sovet İttifaqının sosial quruluşunda 
köklü dəyişikliklər baş vermişdir. 
 
5. İqtisadi inteqrasiyanın obyektiv əsasları və mərhələləri 
 
Milli  təsərrüfatların  iqtisadi  əlaqələrinin  və  əmək 
bölgüsünün  inkişafında  inteqrasiya  obyektiv  zəruri  bir 
prosesdir.İnteqrasiya  yolu  ilə  xarici  iqtisadi  mübadilədən 
tutmuş  istehsal  dairəsi  də  daxil  olmaqla  milli  təsərrüfatların 
yaxından  qovuşması  ilə  ərazilər  üzrə  təsərrüfat  proseslərinin 
əmələ gəlməsinə imkan yaranır. Beynəlxalq iqtisadi inteqrasiya 
ərazi  üzrə  yaranır  və  bir  neçə  formada  təzahür  edir.  Inkişaf 
etmiş  sənaye  ölkələrində  bu  proses  dövlətlərarası  və  mikro 
səviyyədə olan müəssələrarası səviyyədə yaranır. 
1.İqtisadi  inteqrasiyanın  ən  sadə  forması  “azad  ticarət 
zonası” hesab olunur.  
2.İqtisadi  inteqrasiyanın  ikinci  forması  “gömrük  ittifaqı” 
hesab olunur. 
3.İqtisadi  inteqrasiyanın  üçüncü  nisbətən  mürəkkəb 
forması olan “ümumi bazar” yaranır. 
4.Dövlətlərarası  iqtisadi  inteqrasiyanın  daha  mürəkkəb 
forması olan “İqtisadi və valyuta ittifaqı” yuxarıdakı formaların 


 
157 
bütün  cəhətlərilə  yanaşı  ümumi  iqtisadi  və  valyuta-maliyyə 
siyasətinə keçirilməsini nəzərdə tutur. 
Beynəlxalq  inteqrasiyanın  bu  kimi  sahələrinin  gələcək 
inkişafı  ola  bilər  ki,  siyasi  ittifaqlara  da  çevrilsin.  İqtisadi 
inteqrasiya  bu  intaqrasiyaya  daxil  olan  hər  bir  tərəf  üçün 
aşağıdakı əlverişli şəraitləri yaradır: 
1.  İnteqrasiya  əməkdaşlığı  hər  bir  təsərrüfat  subyektinə 
imkan verir ki, maliyyə, material, əmək, yeni texnologiya və bu 
kimi  ehtiyatların  inteqrasiya  ərazisi  çərçivəsində  hərəkətinə 
şərait yaransın. 
2.  
Ərazi çərçivəsində ölkələrin  iqtisadi yaxınlaşması hər 
bir  birliyin  müəssisələrinin  üçüncü  ölkələrin  müəssisələrinin 
rəqabətindən qorunmasına kömək edir.  
3. İnteqrasiya əlaqələri onların iştirakçılarına imkan verir 
ki, daha zəruri sosial məsələləri həll edə bilsin. 
Beləliklə,  dünya  təsərrüfatında  ayrı-ayrı  ölkələrin  milli 
təsərrüfatlarının  yaxınlaşması  və  bir-birinə  qovuşması  prosesi 
vahid  təsərrüfat  orqanizmin  yaranmasına  yol  açır  ki,  bu  da 
inteqrasiya adlanır.  
İnteqrasiya təsərrüfat həyatının beynəlmiləlləşməsinin ən 
yüksək təzahür formasıdır. 
 
6. Ümumdünya təsərrüfatının elementi kimi azad  


 
158 
iqtisadi zonalarının yaranması və mahiyyəti 
 
İqtisadi ədəbiyyatlarda azad iqtisadi zona və yaxud xüsusi 
iqtisadi  zona  çox  hallarda  eyni  mənalarda  işlədilir.  Sadəcə 
ol
araq xüsusi iqtisadi zonada iqtisadi fəaliyyətin bütün tərəfləri 
tənzim  edilə  bilmir.  Azad  iqtisadi  zonada  isə  adından 
göründüyü kimi xalis, azad-
sərbəst fəaliyyət nəzərdə tutulur.  
Xüsusi  iqtisadi  zona  milli  iqtisadi  məkanın  bir  hissəsi 
olub,  ölkənin  ayrı-ayrı  hissələrində  tətbiq  olunmayan  xüsusi 
güzəşt və stimullar sisteminə əsaslanır. Deməli, xüsusi iqtisadi 
zona bu və ya digər dərəcədə xüsusiləşmiş coğrafi ərazidir.  
Xarici  kapitalın  cəlb  edilməsi  və  ölkə  daxilində  iqtisadi 
proseslərin  formalaşmasında,  onun  təsirindən  başqa  xüsusi  
iqtisadi zona yaradılması aşağıdakı səbəblərdən irəli gəlir: 
1.
 
Sənaye  ixracına  maraq  yaratmaq  və  bunun  əsasında 
valyuta vəsaitləri əldə etmək. 
2.
 
  
Məşğulluğun artmasına nail olmaq.  
3.
 
Həmin  zonadan  yeni  təsərrüfatçılıq  metodları 
təcrübəsini yaymaqda istifadə etmək.  
4.
 
Hər  bir  ölkə  bütün  hallarda  öz  iqtisadiyyatını  xarici 
fəaliyyət üçün tam açıq elan etmək istəmir.  


 
159 
Xüsusi  iqtisadi  zona  yaradılmasında  Çinin  və  başqa 
dövlətlərin  təcrübəsi  əsasında  aşağıdakı  ümumi  cəhətlərin 
zəruri olması əsas götürülür. 
1.
 
Əlverişli coğrafi vəziyyət; 
2.
 
Daha əlverişli infrastruktura olması; 
3.
 
İnfrastruktura  ilə  bağlı  torpaq,  su,  enerji,  müxtəlif 
xammal 
növləri, 
nəqliyyat 
şəbəkəsi 

telekomunikasiya və s. 
4.
 
Əlverişli  sosial  infrastruktura,  o  cümlədən  zəruri 
standart
lara  uyğun  yaşayış  binaları,  uşaq  baxçaları, 
məktəblər,  xəstəxanalar,  gündəlik  tələbat  mallarının 
təmini və s.  
5.
 
Nisbətən ucuz, lakin yüksək ixtisaslı işçi qüvvəsi; 
6.
 
Yüksək  maliyyə  xidmətləri  göstərilməsi  və 
beynəlxalq maliyyə bazarı ilə əlaqə;  
7.
 
Avadanlıqların təmiri üzrə yüksək xidmət; 
8.
 
Vergiqoymada güzəşt və digər hüquqi normalar; 
9.
 
Ümumi siyasi sabitlik və s. 
 
7. Dünya üzrə iqtisadi artımın mahiyyəti və dinamikası 
 
İqtisadi  artım  dedikdə  müəyyən  dövr  ərzində  istər  milli 
istərsə də dünya  miqyasında  baş  verən kəmiyyət və keyfiyyət 


 
160 
dəyişikliklərinin  nəticəsi  kimi  məhsul  istehsalı  və  xidmətlərin 
həcminin  artması  nəzərdə  tutulur.  İqtisadi  artım  anlayışının 
kəsb  etdiyi  məzmun  barədə  iqtisadçılar  arasında  fikir 
müxtəlifliyi mövcuddur. Belə ki, bir çox Amerika iqtisadçıları 
iddia edirlər ki, iqtisadi artım ardıcıl olaraq əhalinin gəlirlərinin 
artması deməkdir. Bir qismi göstərir ki, iqtisadi artım istehsalın 
genişləndirilməsi sürətini təmin edir. 
İqtisadi  artımın  nəticəsi  isə  əsasən  öz  əksini  əmək 
məhsuldarlığının  səviyyəsində,  milli  məhsulun  artım 
sürətində,əhalinin  tələbatının  ödənilməsi  dərəcəsi  və  həyat 
səviyyəsində tapır. 
Hər  bir  iqtisadi  proses  özünəməxsus  ölçü  xarakterinə 
malikdir.  Cəmiyyət  miqyasında  iqtisadi  artım  ümummilli 
məhsulun  yaxud ümumdaxili məhsulun həcmi ilə, eləcə də hər 
nəfərə  düşən  ümumdaxili  məhsulun  həcmi  ilə  müəyyən 
edilir.İqtisadi artım hər şeydən əvvəl: 

əmək ehtiyatlarının kəmiyyəti və keyfiyyətindən;    

əsas kapitalın həcmindən və tərkibinin yaxşılaşmasından; 

istehsalın təşkilinin və texnologiyanın təkmilləşdirilməsindən; 

təbii ehtiyatların kəmiyyət və keyfiyyətindən;  

cəmiyyətdə sahibkarlıq fəaliyyətinin həcmi və s.-dən asılıdır. 
Məhz  iqtisadi  artım  iqtisadi,  siyasi,  sosial  amillərin 
qərşılıqlı əlaqələrinin nəticəsi kimi çıxış edir. Son onilliklərdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə