Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   35   36   37   38   39   40   41   42   43

 
171 
1.
 
Ölkənin zəngin təbii ehtiyatları vardır. Geniş səhraya 
və  əlverişli  iqlim  şəraitinə  malik  olması  yüksək 
məhsuldar k/t-nın inkişafına zəmin yaratmışdı. 
1.
 
2.Kanada  burjuaziyasının  demoqrafik  və  sosial-
psixoloji  xüsusiyyətləri.  Kanada  Britaniyanın 
müstəmləkəsi  olmuşdur.  Onların  daha  yüksək 
təsərrüfatçılıq cəhətlərini mənimsəyə bilmişlər. 
2.
 
3.Xarici  və  xüsusilə  Amerikanın  kapitalından  geniş 
istifadə edilməsi. 
Kanadanın  inkişaf  modelinə  Amerikanın  təsiri 
probleminin  şərhində  1980-cı  illərin  əvvəllərinə  ABŞ-da 
aparılmış islahatların rolunu da qeyd etmək olar. 
Dövlətin  tənzimlənməsində,  vergi  qoyulmasında,  kapital 
qoyuluşunun 
stimullaşmasında, 
iqtisadiyyatın 
özəlləşdirilməsində    islahatlar  aparılmışdır.  Kanadanın 
iqtisadiyyatını 
səciyyələndirən 
cəhətlərdən 
biri 
də 
iqtisadiyyatda dövlətin rolunun artıq olmasıdır. Bütün həlledici 
sah
ələr  dövlətin  nəzarəri  altında  olmuşdur.  1990-cı  illərdə 
iqtisadiyyatda  dövlət  tənzimlənməsinin  köhnə  mexanizmində 
köklü  dəyişiklik  edilməsi  başlanmışdır.  Özəlləşdirmə  daha 
geniş  vüsət  almışdır.  Beləliklə  1990-cı  illərdə  Kanada 
iqtisadiyyatında köklü dəyişikliklər baş vermişdir. 


 
172 
Müstəqim    vergilər  orta  əmək  haqqının  46%-ni  təşkil 
edir. Kanadada yaranan problemlərdən biri də qocaların sayının 
artmasıdır.  Bu  isə  öz  növbəsində  dövlətin  pensiya  və  tibbi 
xərclərinin artmasını tələb edir. 
 
14. İnkişaf etmiş sənaye ölkələrinin əsas inkişaf modelləri 
 
İqtisadi  inkişafın  tarixi  əlamətləri,  eləcə  də  ayrı-ayrı 
amillər  yığımı,  onların  əlaqələndirilməsi  nəticə  etibarilə  qərb 
ölkələrinin inkişaf tipini müəyyən etməyə imkan verir.  
Milli  iqtisadiyyatda  mövcud  olan  müxtəlif  institutların, 
özəklərin,  birliklərin,  vəzifə  bölgüsünün,  nəzarətin,  iqtisadi 
proseslərin təşkili həmin iqtisadiyyata müəyyən xüsusi cəhətlər 
vermiş olar. Bütün bu cəhətlərdən asılı olaraq təsərrüfat sistemi 
formalaşır  və  iqtisadi  inkişaf  modeli  yaranır.  Bunlardan 
aşağıdakıları qeyd etmək olar. 
Liberal model. ABŞ öz təsərrüfatçılığı praktikasında son 
onilliklərdə  tənzim  olunan  bazar  şəraitinə  üstünlük  verilir. 
Xüsusi mülkiyyət daha çox üstünlük təşkil edir. 
İşçi  qüvvəsindən  istifadə  edilməsində  Amerikanın  öz 
xüsusiyyəti  vardır.  Belə  ki,  orada  iri  fəhlə  partiyaları, 
müəssisələr  səviyyəsində  əmək  müqavilələri  bağlanılması, 
mərkəzləşmiş  həmkarlar  təşkilatı  yoxdur.  Kollektiv 


 
173 
müqavilələr  üç  illiyə  bağlanır,  əmək  haqqının  dəyişməsi 
müqavilədə  göstərilir.  Bu  sistem-model Kanada, Belçika, 
Fransa,  İrlandiya,  İtaliya,  Böyük  Britaniya  üçün  də 
xarakterikdir. 
Korporativ  model.  Bu  model  tənzim  olunan  bazarı 
nəzərdə  tutur.  Bu  da  dövlətin  yaxından  iştirakı  ilə  baş  verir. 
Həmin model iki yarımtipdə olur: 1. Demokratik və ya sosial 
islahat forması; 2. İerarxiya formasında. 
Demokrativ  korporativçilik  modeli.Hakimiyyətdə  sosial 
demokratlar  olan  ölkələrdə  həmin  model  daha  çox  üstünlük 
təşkil edir. Bu modeldə dövlət sahibkarlığı yüksəkdir. İsveçdə, 
Şimal ölkələrində, Avstraliyada bu model xarakterikdir. 
Bu  modeldə  sosial  razılaşma  yolları  axtarılır.  Burada 
həmkarlar  geniş  fəaliyyət  göstərirlər,  işsizlərə  yüksək  təminat 
verilir, məşğulluq barədə geniş siyasət aparılır.  
İerarxiya  korporativimi  modeli  Yaponiyada  xarakterik 
olan bu mo
deldə  işgüzar  fəallığa  dövlət  köməklik  göstərir. 
Əmək  müqaviləsi  müəssisə  səviyyəsində  də  bağlana  bilir. 
Müqaviləyə əsasən işçinin alacağı əmək haqqının 30%-ə qədəri 
ildə iki dəfə əmək haqqına əlavə kimi verilir. 
Sosial  bazar  modeli  bazar  korporativ  modelə  daha 
yaxındır.  Həmin  modeldən  Almaniyada  daha  geniş  istifadə 
edilir.  Burada  sosial  çətinlikdə  olan  gənclərə,  fermerlərə,  az 


 
174 
təmin  olunan  ailələrə  kiçik  və  orta  müəssələrə  köməklik 
göstərilməsi nəzərdə tutulur. 
 
15. Yeni sənaye ölkələrinin (YSÖ) iqtisadi modelinin əsas 
cəhətləri 
 
Ayrı-ayrılıqda  regionlar  üzrə  bu  ölkələrin  müəyyən 
xüsusiyyətlərini  araşdırdıqda  bəzi  fərqli  cəhətlər  də  müşahidə 
olunur.  Belə  ki,  məsələn  Cənub  Şərqi  Asiyanın    YSÖ  əsasən 
aqrar ölkəsi idilər. Bəzi faydalı qazıntıları da vardır. Bu ölkələr 
özünəməxsus  Şərq  mədəniyyəti  və  mentaliteti  nəticəsində 
yüksək  nəticələr  əldə  etmişlər.  Beynəlxalq  təşkilatların 
hesablamalarına  görə  gənclərin  intelektual  səviyyəsi 
Sinqapurda, Cənubi  Koreyada, Yaponiyada  və Honkonqda ən 
yüksəkdir. 
Cənub  Şərqi  Asiya YSÖ-dən  fərqli  olaraq  Latın 
Amerikasının  YSÖ  –  Argentina,  Braziliya,  Meksika  və  Çili 
daha zəngin faydalı qazıntılara malikdirlər. Burada dəmir filizi, 
əlvan  metallar,  uran,  boksitlər,  kömür,  neft,  təbii  qaz,  qızıl, 
almaz və s. çıxarılır. 
Asiya  və  Latın  Amerikasının  YSÖ  modelləri  arasındakı 
özünə  məxsus  fərqləndirici  amillər  həlledici  rola  malikdirlər. 
Bu modellərin mahiyyəti aşağıdakılardan ibarətdir: 


 
175 
Birinci  modeldə  milli  iqtisadiyyatın  inkişafında  əsasən 
xarici bazara, ixracata üstünlük verirlər. 
İkinci modeldə isə xaricdən alınan məhsulları əvəz edən 
məhsul istehsalının artmasını nəzərdə tuturlar. 
Birinci model ilə keçən əsrin axırlarında ABŞ, II Dünya 
müharibəsindən  sonra  Qərbi  Avropa  ölkələri,  Yaponiya  və 
nəhayət Asiyanın YSÖ irəliləmişlər. 
İkinci  model  isə  əsasən  Latın  Amerikasının  YSÖ-nə 
xasdır.  Dünya  təcrübəsindən  məlumdur  ki,  xaricdən  alınan 
məhsulların  əvəz  edilməsi  üçün  istehsalın  təşkili  strategiyası 
bəzi İEOÖ-in iqtisadi tərəqqisində böyük rol oynamışdır. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə