Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

 
161 
dünya  iqtisadiyyatının  inkişafında  ciddi  dəyişikliklər  baş 
vermişdir.  Xüsusilə  İEÖ-də  təkrar  istehsalın  ritmi  pozulmuş, 
mənfəət,  kapital  qoyuluşu  azalmışdır.Ticarət  və  tədiyyə 
balansında kəsr alınmış, infilyasiya baş vermişdir. 
Dünya üzrə son onilliklərdə ÜMM-un artım sürəti 1970-
ci  ildəkindən  2,6  dəfə,  60-cı  ildəkindən  3,5  dəfə  az 
olmuşdur.Sənaye  məhsullarının  artımı  da  həmin  nisbətdə 
azalmışdır
 
8. Dünya üzrə iqtisadi artımın keyfiyyəti 
 
Müasir  şəraitdə  dünya  iqtisadiyyatında  iqtisadi  artımın 
“yeni keyfiyyəti” anlayışı yaranmışdır. İqtisadi artımda bu yeni 
keyfiyyət aşağıdakı şərtlər zəminində mövcud ola bilər. 
-  ETT-
nin  nəaliyyətləri  əsasında  istehsalın  keyfiyyətcə 
yeni maddi bazasının yaradılması; 

İqtisadiyyatın  quruluşunun  yenidən  qurulması,  elm 
tutumlu sahələrə üstünlük verilməsi; 

Ehtiyatlara qənaət edə bilən yeni texnologiyanın tətbiqi;  

Yüksək inkişaf etmiş infrastrukturun yaradılması; 

Təhsil  sistemində  islahat  aparılması,  keyfiyyətcə  yeni 
işçi qüvvəsi hazırlanması;  


 
162 
Demək  lazımdır ki, tam şəkildə  bu cür  yeni keyfiyyətdə 
iqtisadi  artım  ancaq  inkişaf  etmiş  ölkələr  üçün  xarakterikdir. 
Bu ölkələrdə  iqtisadi artımın  yeni keyfiyyəti aşağıdakı sosial-
iqtisadi proseslərdə təzahür edir:  

İqtisadiyyatın  sosial-inkişaf  meyli  güclənir,  istehsalın 
istehlaka tabe edilməsi genişlənir, xidmət dairəsi artır, səhiyyə 
və  təhsil  sistemi  daha  sürətlə  inkişaf  etdirilir.  Əhalinin  həyat 
səviyyəsinin yüksəlməsinin təmin edilməsi ön plana çəkilir. 

İqtisadi  artımın  təmin  ədilməsində  ETT-ə  daha  çox 
üstünlük verilir. 

İqtisadi  artımın  son  nəticəsi  sadəcə  olaraq  məhsulun 
həcmi  ilə  deyil,  tələbatın  ödənilmə  səviyyəsi  ilə  müəyyən 
edilir. 

Təkrar  istehsalda  kapital  tutumlu  formadan  kapitala 
qənaət sisteminə keçirilməsi baş verir. 

Əmək fəaliyyətinin xarakterində köklü dəyişiklik edilir.  

Elmin  rolu  artır;  dövlət  elmi-tədqiqat  mərkəzləri 
genişlənir.  Təhsil  sahələrinin  istehsalatla  əlaqəsi  artır  və 
həmçinin  elm  sahəsinə  çəkilən  xərclər  də  artır.  Məhz  elmin 
inkişafı iqtisadi artımın yeni keyfiyyətini müəyyən edir.  
İqtisadi  artım  hər  bir  ölkənin  əsas  məqsədidir.  Onların 
idelogiyasından,  inkişaf  səviyyəsindən  asılı  olmayaraq  əsas 


 
163 
məqsəd  iqtisadiyyatın  inkişafı  və  əhalinin  həyat  səviyyəsini 
yüksəltməkdir. 
 
9. Yaponiyanın iqtisadi inkişaf modeli 
 
Yaponiyanın iqtisadiyyatının yüksək sürətlə inkişafı onun 
özünəməxsus  təsərrüfatçılıq  mexanizminə  malik  olması  ilə 
xarakterizə edilir.  
Xüsusi  sahibkarlıq  quruluşunun  əlamətləri  onunla 
xarakterizə edilir ki,başqa ölkələrdən fərqli olaraq Yaponiyanın 
sosial quruluşu müasir sənayenin ikili xarakteri ilə səciyyələnir.  
Emal  sənayesində  əsas  yeri  xırda  və  orta  sahibkarlar 
tutur.  Kiçik  kompaniyaların  əsasında  kapital  təmərküzləşməsi  
və iri birliklərin yaranması baş verir. 
İqtisadi  quruluşun  əsas  cəhəti  –  firmaların  üfüqi 
qruplaşmaları  ilə  xarakterizə edilir. Belə qruplaşmalar  işgüzar 
münasibətlərin  bütün  sistemində  öz  əksini  tapa  bilir.  Bu 
qruplaşmalar iki növ və yaxud səviyyədə baş verir: 
Birinci  – 
kapitalların  və  şəxsi  nüfuzun  qovuşması  – 
çulğalaşmasına əsaslanır. 
Kompan
iyalar və müəssisələr arasındakı ən çox yayılmış 
əlaqə şaquli deyil, üfüqi əlaqələrdir.  


 
164 
İri  kompaniyalar  birliyinin  üfüqi  inteqrasiyası  maliyyə 
qrupları yaradılmasına səbəb olur. Onlar da iri banklar, ticarət 
və sənaye kampaniyaları tərəfindən idarə edilirlər.  
İqtisadi  inkişafın  Yaponiya  modelinə  xarakterik 
cəhətlərdən biri də ondan ibarətdir ki, milli ənənələrdən istifadə 
edilir.  Yaponiya  üçün  uzun  iş  müddəti  xarakterikdir.  Kişilər 
həftədə orta hesabla 57,7 saat işləyir. 
Yaponiyanın  iqtisadi  modelinin  xarakterik  cəhətlərindən 
biri də ondan ibarətdir ki, ümumi problemlərin həllində dövlət 
aparatı  ilə  iri  kompaniyaların  mövqeyi  eyni  olur,    üst-üstə 
düşür.  
Dövlət  bölməsi  çox  olmadığına  görə  ümumdövlət 
planlaşdırması  əsasən  xüsusi  firmaların  fəaliyyətinin 
tənzimlənməsinə yönəldilir. 
Ümumdövlət  planı  sistemi  beş  qrupdan  (bölmədən) 
ibarətdir:  İqtisadi  və  sosial  inkişaf  planı;  torpağın  inkişafı  və 
istifadə  edilməsi  planı;  mədsuldar  qüvvələrin  səmərəli  
yerləşdirilməsi;  sahə  planları;  ümumdövlət  mənafeyi  bölməsi; 
regional planlar. 
 
10. Fransanın makroiqtisadi inkişaf modeli 
 


 
165 
İkinci  dünya  müharibəsindən  sonra  Fransa  iqtisadiyyatı 
50-
ci  illərin  əvvəllərinə  xeyli  miqdarda  bərpa  edilə  bilmişdir. 
1948-
ci  ildə  Fransaya  “Marşal  planı”na  əsasən  1,13  mlrd. 
dollar  köməklik  edilmişdir.  1954-cü  ildən  isə  ölkənin 
iqtisadiyyatında  yüksəliş  dövrü  başlamışdır.  1958-ci  illərdə 
kömür  sənayesinin  97%-i,  qaz  hasilatının  95%-i, aviasiya 
sənayesi  və  elektrik  enerjisi  hasilatının  80%-i,  avtomaşın 
sənayesinin 40%-dən çoxu dövlətin əlində olmuşdur. 
1946-
cı  ildə  dövlətin  iqtisadiyyata  təsiri  metodu  kimi 
xüsusi  orqan  olan  “planlaşdırma  üzrə  baş  komisarlıq  orqanı” 
yaradılmışdır. 
         - 
Birinci  planın  (1947-1953)  əsas  vəzifəsi  iqtisadiyyatın 
modernləşməsi və bərpa edilməsi; - İkinci planda (1954-1957) 
əsas  məqsəd  xüsusi  firmaların  rəqabət  qabiliyyətini 
möhkəmlətmək;  -  üçüncü planda (1958-1961)  əsas  məqsəd 
himayədarlıqdan açıq iqtisadiyyata keçmək olmuşdur;  
1971-1975-
ci  illəri  əhatə  edən  6-cı  planda  beynəlxalq 
miqyaslı  milli  kompaniyalar  yaradılması  və  yığım  normaların 
artırılması  əsas  götürülürdü.  1976-1980-cı  illərdə  sənayenin 
yeni  istiqamət  götürməsi  siyasəti  elan  edilmişdir.Fransada 
həyata  keçirilən  iqtisadi  siyasətin  əsas  fərqləndirici  cəhətləri 
ondan  ibarət  idi  ki,  burada  qiymətlər  üzərində,  qiymətli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə