Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   35   36   37   38   39   40   41   42   43

 
166 
kağızlar buraxılmasında, kredit fəaliyyətində və s. ciddi nəzarət 
vardır. 
Fransanın  iqtisadi  sistemi  Almaniya  modelinə  çox 
yaxındır.  Burada  da  iqtisadiyyatın  sosial  təmayüllü  modeli 
xarakterikdir.  Əsas  mərkəzdə  “rifah  dövləti”  dayanir. 
İqtisadiyyatda dövlətin rolu yüksək olduğuna görə çox vaxt bu 
sistemi Etatistik model adlandırırlar. Fransada ÜDM-un 54%-
nin  yenidən  bölgüsü  dövlət  tərəfindən  həyata  keçirilir.  Bütün 
işçilərin 24%-i dövlət bölməsində fəaliyyət göstərir. 
Dövlət  maliyyəsində  sosial  təminat  sistemi  böyük  bir 
çəkiyə  malikdir.  Dövlət  müəssisələrində  işləyənlər  ixtisar 
edilmirlər, 50-55 yaşında pensiyaya çıxırlar, pensiyanın həcmi 
əmək  haqqından  artıqdır.  ÜDM-un 30%-ə  qədəri  (400  mlrd. 
dollardan  artıq)  sosial  tələbata  xərclənir.  Sosial  təminat  ilk 
növbədə vergi ödəyənlər hesabına həyata keçirilir. Ona görə də 
vergilər  artırılır.  Son  vaxtlar  məşğulluğun  azalması,  iqtisadi 
artım  sürətinin  zəifləməsi,  pensiyaçıların  sayının  və  əhalinin 
sosial gəlirləri səviyyəsinin artması  məsələləri  belə  bir qənaət 
yarada  bilir  ki,  Fransanın  “sosial  bazar”  sistemi  müəyyən 
problemlərlə  rastlaşa  bilər.  Almaniyada  olduğu  kimi  Fansada 
da  xüsusi  bölmənin  inkişafına  o  qədər  də  stimul  yaradılmır. 
Milli kapital daha münasib vergi səviyyəsi və dəyişkən elastiki 
əmək bazarı olan ölkələrə axıdılmağa üstünlük verir. 


 
167 
 
11. İtaliya iqtisadiyyatının quruluşu 
 
İtaliya Cənubi  Avropada  yerləşir. İtaliya  iqtisadiyyatının 
xarakterik  cəhətlərindən  biri  ondan  ibarətdir  ki,  sənayecə 
inkişaf  etmiş  Şimal  və  Mərkəz  ilə  aqrar  və  zəif  inkişaf  etmiş 
Qərb arasında müəyyən əksliklər vardır. 
İtaliyanın  kənd  təsərrüfatında  da  kifayət  qədər  kiçik  və 
orta  fermer  təsərrüfatının  olmasına  baxmayaraq    kənd 
təsərrüfatı  öz  effektivliyi  baxımından  inkişaf  etmiş  Qərb 
dövlətlərindən  geridir.  İtaliyanın  iqtisadiyyatı  inhisarçı 
kapitalın  hökmranlığı  ilə,  xarici  kapitalın  xüsusi  çəkisinin 
yüksək olması ilə səciyyələnir. 
İtaliyanın  “Neft-qaz birliyi” 160-dan çox kompaniyaya 
nəzarət  edir.  “Neft-qaz  və  kimya  sənayesi”  fəaliyyət  göstərir. 
Əsasən  inkişaf  etməkdə  olan  ölkələrdə  neft  və  qaz 
çıxarılmasını həyata keçirir. 
Ən  böyük  xüsusi  kompaniyalardan  biri  də  Fiatdır  (290 
min işçisi var). 100-dən çox kompaniyaya nəzarət edir. Minik 
maşınlarının  80%-dən  çoxunun  istehsalını  öz  əlində 
cəmləşdirmişdir. 
“Fininvest”-il
lik  dövriyyənin  həcminə  görə  3-cü xüsusi 
birlikdir  (26  min  işçisi  var).  Əsas  fəaliyyəti-  televiziya 


 
168 
verlişləri,  mətbuat  işi,  reklam  biznesi,  kinofilmlər  çəkmək  və 
yaymaq,  sığorta  işi  və  s.  ibarətdir.İtaliyada  sənayenin  bir  çox 
sahələri  inkişaf  edə  bilmişdir.Sənayedə  emal  sənayesi  daha 
böyük  əhəmiyyət  kəsb  edir.  İtaliyada  sənayenin  aşağıdakı 
ixtisaslaşmış sahələrini göstərmək olar: 

 
maşınqayırma məhsulları və nəqliyyat avadanlığı;  
o cümlədən: 

 
toxuculuq-
tikiş avadanlığı (İtaliya bu sahədə dünyada 
Almaniya və İsveçrədən sonra 3-cü yeri tutur); 

 
kənd təsərrüfatı maşınları-nəqliyyat-inşaat avadanlığı; 

 
avtomaşınlar

 
elektronika və elektrotexnika (bu sahənin məhsulunun 
40%-i ixrac edilir); 

 
kimya məhsulları (əczaçılıq da bura daxildir); 
İtaliya dərman preparatları istehsalına görə 5-ci yeri tutur. 
 
12. Böyük Britaniyanın iqtisadiyyatının quruluşu 
 
Böyük Britaniyanın iqtisadi inkişaf quruluşu inkişaf etmiş 
digər sənaye ölkələrindən o qədər də fərqlənmir. ÜDM-un 1,8-
2%-
i  kənd  təsərrüfatı,  meşə  təsərrüfatı  və  balıqçılığın  payına 
düşür, cəmi işçilərin 2,1%-i həmin sahələrdə çalışır. 


 
169 
Sənaye və tikinti müvafiq olaraq 31,4 və 26,4%, xidmət 
bölməsi isə 66,8% və 71,5% təşkil edir. 
Böyük  Britaniyada  kənd  təsərrüfatı  özünün  yüksək 
effektivliyi  və  məhsuldarlığı  ilə  fərqlənir,  mexanikləşmə 
səviyyəsi daha yüksəkdir. Buğda, arpa, vələmir və donuz ətinə 
görə daxili tələbatdan artıq kartof, mal və qoyun əti, yun, qənd, 
yumurta və s. kimi  məhsullar  isə daxili tələbatdan az  istehsal 
olunur. 
Böyük  Britaniya  inkişaf  etmiş  sənaye  ölkəsi  kimi  daha 
məşhurdur. İldə 130 mln. ton neft, 90 mlrd m
3
  qaz hasil edir. 
İqtisadiyyatın  ən  böyük  bölmələrindən  biri  kimi  inşaat 
kompaniyalarının cəmi məhsulu ildə 55-70 mlrd. funt sterlinq 
təşkil edirdi. 
Ölkənin  emal  sənayesində  aşağıdakı  sahələr  daha  çox 
üstün
lüyə malikdir: 
1.
 
Nəqliyyat  maşınqayırması  (cəmi  sənaye  istehsalının 
12%-
ni  təşkil  edir).  Burada  da  avtomobilqayırma, 
gəmiqayırma,  aerokosmika  sənayesi  daha  üstündür 
(hərbi  və  mülki  təyyarə  istehsalına  görə  ABŞ  və 
Fransadan sonra 3-cü yeri tutur); 
2.
 
Ümumi  maşınqayırma  (kənd  təsərrüfatı  texnikası, 
dəzgahlar, toxuculuq-tikiş avadanlıqları və s.);  


 
170 
3.
 
Elektronika 
və 
elektrotexnika 
(kompyuter, 
proqramlaşma təminatı, telekomunikasiya vasitələri); 
4.
 
Tibbi avadanlıqlar, məişət texnikası; 
5.
 
Kimya sənayesi;  
6.
 
Metal istehsalı və s.  
Elmi  texniki  tərəqqidə  Böyük  Britaniya  dünya  üzrə 
liderlik  edən  ölkələrdən  biri  kimi  Avropada  ən  yüksək  elmi 
texniki potensiala malikdir. 
İqtisadiyyatın əsas sahələrindən biri turizm və maliyyədir. 
Əmək  qabiliyyətli  əhalinin  7%-i  turizm  sahəsində  işləyirlər. 
Turizmdən  illik  gəlir  8  mlrd.  dollardan  artıqdır.  Böyük 
Britaniyada ÜDM-un 25%-
i  maliyyə  xidməti  nəticəsində 
yaranır.  London  dünya  maliyyəsinin  mərkəzi  hesab  olunur. 
Burada bank fəaliyyəti çox geniş yayılmışdır. 
 
13. Kanadanın makroiqtisadi inkişaf modeli 
  
Kanada  yarandığı  vaxtdan  demək  olar  ki,  öz  simasına, 
inkişaf  tərzinə  görə  böyük-güclü  dövlət  kimi  məşhurdur. 
Kanadanın iqtisadi inkişaf yolu əsasən üç amilin təsiri altında 
olmuşdur: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə