Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   35   36   37   38   39   40   41   42   43

 
185 
İerarxiya – Aşağıdan yuxarı tabeçilik. 
İnhisar  –  İstehsalda  və  bazarda  hakim  mövqe  tutmaq, 
istehsalın,  satışın,  xidmətin  böyük  bir  hissəsini  ələ  keçirmək, 
istehlakçiları təklif edilən şərtlərə məcbur etməkdir. 
İnvestisiya  –  Latın  sözü  olub  “invest”  tərcüməsi 
“geyindirən”  deməkdir.  İqtisadiyyatın  əsas  sahələrini 
maşınlarla, texnika və qurğularla, texnoloji proseslərələ təchiz 
etməkdir.  Gəlir  götürmək  üçün  iqtisadiyyatın  müxtəlif 
sahələrinə uzun müddətli sərmayə qoyuluşudur. 
İnvestor  –  Özünün  (eləcə  də,  cəlb  olunmuş  borc 
vəsaitlərinin)  maddi  və  intelektual  sərvətlərinin  birbaşa  və 
yaxud  dolayı  yolla  investisiya  obyektlərinə  qoyulması  barədə 
qərar çıxarmış subyektlər başa düşülür. 
İqtisadi  artım  –  Müəyyən  dövr  ərzində  istər  milli  və 
istərsə də dünya  miqyasında  baş  verən kəmiyyət və keyfiyyət 
dəyişikliklərinin  nəticəsi  kimi  məhsul  istehsalı  və  xidmətlərin 
həcminin  artması  nəzərdə  tutulur.Çox  zaman  bu  termin  – 
iqtisadi  yüksəliş,  iqtisadi  tərəqqi,  iqtisadi  inkişaf  kimi  də 
işlədilir.  İqtisadi  artım  ÜMM  və  yaxud  ÜDM-un  həcmi  ilə 
müəyyən edilir. 
İqtisadi  dinamika  –  İqtisadiyyatda  ardıcıl  inkişaf 
olmaqla,  iqtisadi  proseslərin  miqdar  göstəricilərinin  ardıcıl 
dəyişməsi prosesidir. 


 
186 
İqtisadi fəal əhali - Bütün işləyənləri və işsizləri özündə 
əhatə  edir.  Məşğul  olmayan  və  müəyyən  dövr  ərzində  iş 
axtarmayan  şəxslər  əmək  qabiliyyətli  yaşında  olan  iqtisadi 
qeyri-
fəal  əhaliyə  aid  edilir.  Bunlar  yuxarı  sinif  şagirdləri, 
tələbələr,  ev  təsərrüfatında  məşğul  olanlar,  xəstəyə  qulluq 
edənlər,  işləməyə  ehtiyacı  olmayan  şəxslərdir.  Bu  göstərici 
əmək ehtiyatları  balansının  hesablanması  yolu  ilə təyin edilir. 
İqtisadi qeyri-fəal əhalinin dinamikası (artım və ya azaldılması) 
ölkədə  mövcud  əmək  ehtiyatlarından  istifadə  edilməsini 
səciyyələndirir.  
İqtisadi  modelləşdirmə  -  Normaların  (abstrakt 
nümunələrin)  yaradılması  yolu  ilə  iqtisadi  tədqiqatların 
aparılması metodudur. 
İqtisadi  proqnoz  –  İqtisadiyyatın  və  onun  ayrı-ayrı 
bölmələrinin gələcək inkişafını əks etdirən sistem.  
İqtisadi strategiya – Hər bir ölkə üçün həyata keçirdiyi 
iqtisadi siy
asətin mühüm tərkib hissəsinə deyilir. 
İqtisadiyyat – Qədim  yunan  mənşəli  söz olmaqla, hərfi 
mənada  iki  sözün  –  “təsərrüfat”  və  “qanun”  sözlərinin 
birləşməsindən  əmələ  gəlmişdir.  O,  təsərrüfatçılığın  qanunlar, 
qaydalar  və  normalar  əsasında  aparılması  kimi  mənalandırıla 
bilər.İqtisadiyyat  elmi  fərdi  və  ictimai  fəaliyyətin  elə  bir 


 
187 
sahəsini öyrənir ki,  bu  həyat şəraiti  ilə  sıx  surətdə bağlı olan, 
maddi nemətlərin yaradılması və istifadəsi ilə əlaqədardır. 
İqtisadiyyat – bu təsərrüfatdır, təsərrüfatçılıq üzrə elm sahəsidir 
və  nəhayət  təsərrüfatçılıq  prosesilə  əlaqədar  olaraq  insanlar 
arasında olan münasibətlərdir. 
İqtisadiyyat - əmtəələrin (xidmətlərin)  istehsalı (göstərilməsi), 
bölgüsü,  mübadiləsi  və  istahlakı  ilə  əlaqədar  olan  fəaliyyəti 
öyrənən  elmdir.İqtisadiyyat  elmi  məhdud  resurslar  şəraitində 
müəyyən  iqtisadi  məqsədə  nail  olmaq  üçün  mümkün  olan 
variantlardan ən əlverişlisinin seçilməsi ilə əlaqədar olan insan 
davranışını öyrənir. 
İqtisadiyyat elmi qarşılıqlı əlaqədə olan aşağıdakı 3 qrup 
suala cavab verən biliklər məcmusudur:  
1.
 
Nə və nə qədər istehsal etməli? 
2.
 
Əmtəəni  necə  istehsal  etməli,  hansı  resurslardan  və 
texnologiyalardan istifadə edərək, kim onları istehsal 
etməli? 
3.
 
Kimin  üçün  istehsal  etməli,  istehsal  edilən  əmtəə  və 
məhsul  kimə  məxsusdur,  istehlakçılar  arasında  onlar 
necə bölüşdürülməlidir? 
İslahat  –  İctimai  həyatın  bu  və  ya  digər  tərəfinin 
dəyişdirilməsi,  yeniləşdirilməsi,  müasirləşdirilməsi,  yeni  və 
mütərəqqi məzmunlu qayda-qanunların tətbiq edilməsidir. 


 
188 
İşsizlik  –  İqtisadi  aktiv  əhalinin  bir  hissəsinin  əmtəə 
istehsalı və xidmətlərlə məşğul olmamasıdır.  
İşsizliyin  səviyyəsi  –  İqtisadi  fəal  əhalinin  sayına 
nisbətən  məşğulluq  xidməti  orqanlarında  qeydə  alınmış 
işsizlərin sayı.  
İstehsal təyinatlı obyektlərə yönəldilmiş investisiyalar 
– 
İstehsal  təyinatlı  obtektlər  o  obyektlərə  aiddir  ki,  onların 
tikintisi  başa  çatdıqdan  sonra  maddi  istehsal  sahəsində 
fəaliyyət  göstərəcəklər.  Belə  obyektlər  sənayedə,  kənd 
təsərrüfatında,  nəqliyyatda,  rabitədə,  tikintidə,  ticarət 
vəxidmətdə, meşə və su təsərrüfatında mövcuddur. 
İxrac – Ölkədə istehsal olunmuş və ya başqa ölkələrdən 
gətirilmiş  malların  (təkrar  ixrac)  ölkə  sərhədlərindən  kənara 
göndərilməsidir. 
İxracın  dəyərinin  qiymətləndirilməsi  FOB  qiymətləri  və 
ya  mal  ixrac  edən  ölkənin  Franko-sərhəd  qiymətləri  üzrə 
apa
rılır,  yəni  malın  qiymətinə  onun  dəyəri,  ölkənin 
sərhədlərinə qədər daşınması və sığorta xərcləri daxil edilir. 
İxracın  idxalı  örtmə  faizi  –  İxracın  həcminin  idxalın 
həcminə nisbətidir. 
Konfederativ  dövlət  –  Müəyyən  siyasi  və  hərbi 
məqsədlərə  nail  olmaq  üçün  yaradılan  suveren  dövlətlərin 
ittifaqıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə