Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

 
137 
mənfəət  neftinin  neçə  faizinin  həmin  şirkətə  çatacağını 
göstərir.Əsrin müqaviləsində şirkətlərin payı aşağıdakı kimidir: 
1.  ARDNŞ  10%,  2.  BP  34.1367%,    3.  Lukoil  10%,  4. 
Unocal 10.2814%, 5. Statoil 8. 5633%,    6. Exxon Mobil 
8.0006%, 7. TPAQ 6.75%, 8. Devon energy 3.56262, 9. Devon 
energy 3.9205%, 10. Delta 1.68%. 
Qeyd  etmək  lazımdırki,  Əsrin  müqviləsi  imzalanan 
zaman  iştirakçı  şirkətlərin    siyahısı  və  pay  faizləri  bir  qədər 
fərqli  idi.  Bu  belə  izah  olunur  ki,  şirkətlərin  müqavilədəki 
paylarını qismən, ya tamamilə başqa şirkətlərə satmaq hüququ 
var.  Bununla  belə  hər  bir  şirkət  payını  satarkən  bunu  həmişə 
yerli  hökumətə  razılaşdırılmalı  və  hökumətlə  gəlir  vergisi 
ödəməlidir.  
Əsrin müqaviləsi 30 il müddətinə bağlanıb. Lakin sazişə 
görə  tərəflər  maraqlı  olduğu  tədqirdə  müqavilənin  müddəti 
uzadıla  bilər.  Müqavilənin  müddətinin  uzadılması  zərurəti 
müqavilə  sahəsində  yeni  neft  ehtiyatları  aşkar  olunduğu 
təqdirdə meydana çıxa bilər.  
Müqavilədə tərəflərin hüquq və məsuliyyətləri göstərilir. 
Məsələn, müqaviləyə əsasən podratçı sazişdə müəyyən edilmiş 
şərtlər  çərçivəsində  kontrakt  ərazisində  neft  və  qaz 
əməliyyatlarını  aparmaq  işinə  cəlb  olunmaq  üzrə  ekskluziv 
hüquqlara  malikdir.  Podratçı  xərclərinin  bərpası  və  gəlir 


 
138 
götürməsi  hüququna  malikdir.  Sazişdə  habelə  podratçı  üçün 
bəzi  yasaqlar  da  müəyyən  edilib.  Məsələn,  podratçı  müqavilə 
sahəsində neft-qaz əməliyyatlarına  aid olmayan işlərlə məşğul 
olmamalıdır.  
Müqavilənin  ən  mühüm  hissəsi  xərclərin  ödənilməsi  və 
mənfəət  neftinin  bölüşdürülməsinə  dair  razılaşmalardır. 
Aşağıdakı  şəkildə  Azərbaycanın  bütün  neft  müqavilələri üçün 
ümumi  olan  hasilatın  pay  bölgüsü  sxemi  göstərilir.  (sxem1) 
Şəkildə N hasil edən neftin podratçının investisiya xərclərinin 
ödənilməsinə  yönəldilən  hissəsini  faizlə  göstərir.Bu  göstərici 
layihənin  iştirakçıları  arasında  razılaşdırılır;  P-  mənfəət 
neftindən  mülkiyyətçi  ölkə  kimi  Azərbaycana  çatan  payının 
faizlə göstəricisidir.  
Azərbaycanın başladığı müqavilələrdə N göstəricisi 50%-
i aşa bilməz. Bu həm Azərbaycan dövlətinin, həm də xarici neft 
şirkətlərinin maraqlarını tarazlı şəkildə təmin etmək məqsədilə 
edilib. Belə ki, neft layihələri adətən böyük həcmlərdə sərmayə 
tələb  edir  və  istismar  işlərinin  birinci  ilində  həmin  xərcləri 
bərpa  etmək  mümkün olmur.  Ayrı-ayrı ölkələrin  təcrübəsində 
hasil edilm
iş  neftin  adətən  25-70 %-i  hər  il  investisiya 
xərclərinin ödənilməsinə ayrılır. 
P-
nin  həcmi,  yəni  mənfəət  neftinin  Azərbaycana  çatan 
payı (faizi) xüsusi metodologiya üzrə müəyyən olunur. Təbiidir 


 
139 
ki, külli həcmlərdə kapital sərf edərək layihələrdə iştirak edən 
xarici şirkətlər müəyyən səviyyədən aşağı olmamaqla divident 
qazanmaqda maraqlıdırlar. 
Azərbaycanla  konsorsium  arasında  mənfəət  neftinin 
bölüşdürülməsi  faizləri  əsaslı  sərmayə  qoyuluşlarının  hər  rüb 
üzrə  hesablanan  real  səmərəlilik  əmsalı,  nəqletmə  xərclərinin 
ümumi  səviyyəsi  və  podratçının  ilkin  nefti  qrafikə  uyğun  ala 
bilməsi  (yaxud  ala  bilməməsi)  kimi  göstəricilərdən  asılıdır. 
Mənfəət neftinin bölüşdürülməsi sxemi kifayət qədər mürəkkəb 
olduğundan onun bukletdə ətraflı təsviri çətindir. 2003-cü ilin 
əvvəlinədək mənfəət neftinin satışından Azərbaycanın gəlirləri 
570 milyon 
ABŞ dolları olub. 
 
 
 
 
 
 
 
 
 
 
 
Hasilat 
İstismar xərclərini 
çıxdıqdan sonra hasilat 
İnvestisiyaların 
ödənilməsinə=Nx(istismar 
xəırclərini çıxdıqdan sonra 
hasilat) 
Mənfəət nefti=(100-N)x 
x(istismar xərclərini 
çıxdıqdan sonra hasilat) 
Podratçıların 
mənfəət nefti 
Azərbaycanın 
mənfəət nefti 


 
140 
 
 
 
 
 
 
 
Sxem 1. Hasilatın pay bölgüsü. 
 
Sazişə  uyğun  olaraq  ARDNŞ  və  podratçının  bərabər 
sayda  nümayəndələrinin  təmsilçiliyi  ilə  Rəhbər  Komitə  (RK) 
yara
dılıb. Onun əsas funksiyalarına aşağıdakılar daxildir: neft- 
qaz  əməliyyatları  üzərində  nəzarət;  illik  proqramların  və 
büdcənin  nəzərdən  keçirilməsi  və  təsdiqi;  xərclər  üzərində 
nəzarət;  köməkçi  komitələrin  yaradılması  və  onların 
fəaliyyətinə  nəzarət;  şəxsi  heyətlə  bağlı  təlim  proqramlarının 
nəzərdən keçirilməsi və təsdiqi; ləğvetmə işlərinə dair planların 
və  əməliyyatların  nəzərdən  keçirilməsi  və  təsdiqi;  ləğvetmə 
işlərinə dair planların və əməliyyatların nəzərdən keçirilməsi və 
təsdiqi.  Əsrin  müqaviləsi  üzrə  RK  1995-ci  ilin  əvvəllərində 
yaradıldı.  Buraya  ARDNŞ-dən 10  nəfər  və  xarici şirkətlərdən 
(hər  şirkətdən  bir  nəfər  olmnaqla)  10  nümayəndə  daxil  idi. 
Sonradan  Azərbaycan  Beynəlxalq  Əməliyyat  Şirkəti  (ABƏŞ) 


 
141 
yaradıldı və 1999-cu ilin iyununun 1-dən etibarən BP layihənin 
operatoru oldu. 
Əsrin  müqaviləsinə  əsasən  maraq  paylarının  hər  bir 
faizinə görə xarici  şirkətlər  Azərbaycan  hökumətinə 3  milyon 
ABŞ  dolları  həcmində  bonus  ödəməlidir.  Müqavilənin 
ratifikasiya  edilməsindən  sonra  30  gün  ərzində  podratçı  bu 
məbləğin  yarısını,  gündəlik  hasilat  səviyyəsi  40  min  barrelə 
çatdıqda  və  əsas  ixrac  kəmərinin  istismara  verilməsindən  60 
gün  müddətində  isə  qalan  hissəsini  ödəməlidir.  İndiyədək 
Azərbaycan  202.5  milyon  ABŞ  dolları  məbləğində  bonus 
ödənişləri alıb. 
Müqaviləyə  uyğun  olaraq,  səmt  qazı  əvəzi  ödənilmədən 
(pulsuz)  ARDNŞ-ə  verilir.  2003-cü  ilin  əvvəlinədək  ABƏŞ 
artıq  3.5  mlrd.  kub  metr  həcmində  səmt  qazını  Azərbaycana 
verib. 
Əsrin  müqaviləsində  yataqların  işlənilməsi  Proqramı  iki 
mərhələdən  ibarətdir:  birinci  mərhələ  İlkin  Neft  Layihəsi, 
ikinci  isə  Yataqların  Təmmiqyaslı  İşlənilməsi  Proqramı 
adlanır. Belə bölgü müəyyən həcmlərdə neft hasilatına tezliklə 
başlanılması istiqamətlərində tərəflərin arzusu ilə izah olunur. 
Əsrin  müqaviləsi  çərçivəsində  xarici  şirkətlərin  vergiyə 
cəlb oluna bilən mənfəətindən 25 faiz vergi tutulur. Sazişin hər 
bir iştirakçısı fərdi qaydada vergi məsuliyyəti daşıyır. Müqavilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə