Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

 
88 
Xüsisi  (özəl)  müəssisələr  mövcüd  qanunvericiliyə  görə 
müzdlu  işçilərdən  (7-8  nəfərdən  daha  çox)  təşkil  olunmuş 
təsərrüfatçılardır. 80-cı illərin sonuna onların sayı 280 min idi 
ki, bu da dövlət büdcəsi gəlirinin 35 %-ni təmin edirdi. 
Şəxsi  sahibkarlıq  sferası  mülkiyyətçinin  və  onun  ailə 
üzvlərinin  əməyinə  əsaslanmışdır.Fərdi  və  özəl  müəssisələrin 
və  xarici kapitalın  iştirakı  ilə özəl  müəssisələrin  xüsusi çəkisi 
1997-
ci ildə 13,5 % təşkil etmişdir. 
ÇXR-
nin  kənd  təsərrüfatında  müasir  situasiya  “aqrar 
möcüzə”  kimi  xarakterizə  olunur.Milli  gəlirin  (kənd 
təsərrüfatında yaradılan) fiziki həcmi 1971-80-cı illərdə 24 %-
dən 1981-90-cı  ildə 55 %-ə  yüksəlmişdir (kəndlərdə sənayeni 
hesaba almadan). 1996-
cı ildə Çin üçün rekord miqdarda buğda 
(480  mln.ton)  istehsalına  baxmayaraq  ölkə  7  mln.  ton 
həcmində  bu  məhsulun  importuna  məcbur  olur.  Kənd 
təsərrüfatının zəif maddi-texniki bazası da ciddi problem kimi 
q
almaqdadır. 
Sənaye istehsalında yüngül sənayenin rolu artmışdır. 
Ağır  sənayenin  başlıca  emal  kompleks  sahələri 
maşınqayırma  və  metal emalı  sahələridir.Maşınqayırmada 80-
ci  illərin əvvəli 90-cı  illərdə artım 10 % təşkil etmişdir.Lakin 
bu sahənin məhsulları dünya səviyyəsinə çata bilmir və inkişaf 
etmiş ölkələrlə müqayisədə kifayət qədər geridə qalır. 


 
89 
İkinci  yerdə  sənaye  istehsalı  həcminin  15,5  %-ni  verən 
toxuculuq  sənayesi  durur.Əsrin  əvvəlində  23  mlrd.kv/m-dən 
çox parça istehsal olunmuşdur. 
Kimya  sənayesində  də  əhəmiyyətli  dəyişiliklər  baş 
vermişdir.90-cı  illərin  əvvəllərində  orta  illik  artım  tempi  10,5 
%,sənaye istehsalında olan payı isə 14 % təşkil etmişdir. 
ÇXR  energetika  və  nəqliyyatda  xroniki  geriləmənin 
qarşısını ala bilmir.Çin iqtisadiyyatı üçün struktur əyrilik aktual 
problem olaraq qalır.Elektroenergetika çatışmamazlığı üzündən 
bütün  istehsal  gücü  20  %  geridə  qaldı,güclü  dəmir  yolu 
nəqliyyatı  isə  daşımaların  zəruri  həcminin  cəmi  70  %-nə 
xidmət  etmək  iqtidarındadır.Bu  90-cı  illərin  əvvəlləri  üçün 
xarakterik idi. 
İqtisadi  artım  dənizsahili  və  daxili  əyalətlər  arasında 
təbəqələşməni  gücləndirdi.ÜMM  1995-ci  ildə  qərb  regionu 
üzrə 8 %, mərkəzi əyalətlərdə 9,5 %, dənizsahili əyalətlərdə isə 
15  %  artdı.Əhalinin  adambaşına  düşən  gəlirlərinə  görə 
regionlar ara
sında  böyuk  fərqlər  vardır.Daxili  Monqolustanda 
orta gəlir ildə 3 min yuan (362 dollar) olduğu halda,bu Şençyen 
iqtisadi  zonasında  11,7  min  yuan  təşkil  etmişdir  (1996-cı  il 
göstəricisinə  görə).İnkişaf  səviyyəsində  artan  fərqlər  və 
regional əsaslanmalar ona gətirib çıxarmışdır ki,ölkədə faktiki 
olaraq bir neçə regional iqtisadiyyat mövcuddur.      


 
90 
Dünya  təsərrüfat  əlaqələrində  ÇXR-nın  mövqeyinin 
gücləndirilməsi.  Müasir  dövrdə  beynəlxalq  əlaqələrin  ən  çox 
inkişaf  etmiş  forması  xarici  ticarətdir.İslahatlar  ilində    Çinin 
xarici ticarət dövriyyəsi 1978-ci ildə 10 mlrd. dollardan-1978-
ci  ildə  325  mlrd.  dollara  çatmışdır  (burada+saldo  40  mlrd 
dollar  təşkil  etmişdir).Eksportun  həcminə  görə  ÇXR  dünyada 
6-
cı yerdədir. 
Çinin  xarici  ticarətdən  asılılığı  əhəmiyyətli  dərəcədə 
güclənmiş,ümummilli məhsulda  eksportun həcmi 1978-ci ildə 
10 %-
dən-1996-cı  ildə  40  %-ə  qədər  artmışdır.Bu  da  dünya 
təsərrüfat  əlaqələrində  ÇXR-nın  iqtisadiyyatının  kifayət  qədər 
inkişaf  etməsinə  sübutdur.Lakin  son  illərdə  1978-ci  illə 
müqayisədə  ölkənin  dünya  ticarətindəki  payı  artmasına 
baxmayaraq, hələlik o geridə qalır (cəmi 2 % təşkil edir).Bu isə 
ÇXR-
nın emal sənayesinin çox da yüksək keyfiyyətli olmayan 
əmtəələrin  istehsalı  ilə  izah  olunur.Bu  əmtəələr  dünya 
bazarında rəqabətə davam gətirə bilmir. 
Müasir  dövrdə  Çinin  xarici  ticarətində  eksporta 
göndərmək  üçün  xammal  emalı  görkəmli  yer  tutur  ki,  bu 
ölkənin  ümumi  əmtəə  dövriyyəsində  50  %-ə  yaxın  paya 
malikdir.Pambıq-parça və təbii ipək istehsalına görə çin dünya 
birinciliyini əldə edib.Xarici valyuta gəlirlərinin vacib mənbəyi 
kimi toxuculuq sənayesinin rolu böyükdür. 


 
91 
Eksportun 20 %-
dən  coxu  maşınqayırma  və 
elektrotexnika  məhsullarının  payına  düşür.Dünya  eksportunda 
bu  məhsulların  xüsusi  cəkisinin  olmaması  digər  ölkələrlə 
müqayisədə rəqabər səviyyəsinin olmaması ilə bağlıdır. 
Müasir  dövrdə  import  siyasətində  başlıca  vəzifə  xalq 
təsərrüfatının  modernləşdirilməsi  üçün  yeni  texnika  və 
texnalogiyaların  alınmasından  ibarətdir.ABŞ  ÇXR-na  yüksək 
texnikalı  məhsullar,  təyyarələr  və  elektrik  hesablama 
texnikasının  göndərilməsi  üzrə  liderlik  edir.(Yəni  ÇXR  ABŞ-
nın məhsullarından istifadə edir). 
Müasir  dövrdə  Çinin  xarici  ticarətində  sənayecə  inkişaf 
etmiş  ölkələrin  payı  artmaqdadır.Ölkənin  xarici  siyasət 
dövriyyəsinin  84  %-i  onların  üzərinə  düşür,  əsas  partnyorlar 
ABŞ, Yaponiya  və Honkqonqun payı 42 % təşkil edir.Son illər 
ərzində xarici investisiyaların həcmi 8 % artmışdır. 
Çinin borc vəziyyəti təhlükə doğurmur.Borca məsuliyyət 
əmsalı (xarici borc kəmiyyətinin ÜDM-a olan münasibətləri ilə 
ölçülür) 15 %-i keçmir.
Yeri gəlmişkən bu göstərici 20 %-i ötsə 
onda  təhlükə  artar.Borc  əmsalı  (xarici  borcun  eksportun  illik 
həcminə münasibəti ilə ölçülür) 80 %-i keçmir (100% təhlükəli 
haldır).Əsas investorlar rolunda ABŞ, Yaponiya və Honkqonq 
çıxış  edir.Honkqonqun  payına  xarici  kapital  qoyuluşunun, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə