Ənvər Mete Həmidov, Zərnurə Həmidova
raq belə buyurm uşdur: «Quss bin Saidənin Ulcaz bazarında
bir dəvənin üstündə insanlara belə dediyini görmüşdüm: «Ey
insanlar! Gəlin, dinləyin, yaxşı düşünün və ibrət alın. Yaşayan
ölər, ölən fani olar, olacaq da olar. Yağış yağar, otlar bitər,
uşaqlar doğular, analarının, atalarının yerini tutar. Sonra da
hamısı məhv olub gedər. Hadisələrin ardı-arası kəsilməz. Bir-
birini təqib edər. Göydə xəbər var, yerdə ibrətli şeylər var. Yer
üzü sərilmiş bir döşək, göy üzü yüksək bir tavandır. Ulduzlar
hərəkət edər, dənizlər yerində dayanar. Gələn qalmaz, gedən
gəlməz. Görəsən, getdikləri yerdən razı olduqları üçün orada
qalırlar, yoxsa yorulub yatırlar...
Atalarınız və babalarınız hanı? H anı bəzəkli kaşanələr, ha
nı daşdan evlər tikən A d və Səmud? H anı dünya həyatından
məğrur olub öz qövmünə üz tutaraq: «M ən sizin ən böyük
Rəbbinizəm!» - deyən Firon və Nəmrud?
Bu yer onları dəyirm anında üyütdü, toz etdi. Sümükləri be
lə çürüyüb dağıldı, evləri də yıxılıb xaraba qaldı. Yerlərində in
di köpəklər oynayır. Əsla onlar kimi qafil olmayın! Onların
yolu üə getməyin. H ər şey fanidir, ancaq uca Allah əbədidir!
Ölüm bulağının girəcək yerləri çoxdur, ancaq çıxacaq yeri yox
d u r...» (Lokm an Helvaçı, «İrfan» jurnalı, № 28, 2009, s.24-
25)
Ey insan, ölümü özündən çox da uzaq hesab etmə! Əzrailin
qapımızı nə vaxt döyəcəyi hələ bu vaxta qədər heç
kimə məlum
olmayıb. Axirətə gedən yol ölümdən keçdiyinə görə ondan
qaçmağın heç bir mənası yoxdur, ondan yayınmaq da
mümkün deyil.
B.Vahabzadə: «Bizim xəbərimiz olm adan dünya boşalır.
Bəzən biz deyirik ki nakam dı, am m a bir saat yaşasa da, insan
dır. 50 yaşında, 200 yaşında, neçə olursa-olsun, ölüm acısını
hər kəs dadacaqdır.. .»
Qurani-Kərimin əl-Ənbiya surəsinin 34-35-ci ayələrində
buyurulur: «(Ya Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir
bəşərə əbədiyyət (ölməzlik) verm ədik... Hər bir kəs (hər bir
canlı) ölümü dadacaqdır.. .»
462
İntellektual ekologiya
Dünyaya gələn getmək üçündür, bu nə qəmdir?
Bir fikir eylə, bu xilafəti-aləm nə üçündür?
Seyid Əzim Şirvani.
Beləliklə, Həzrət Adəmdən (ə.) başlamış, istisnasız, hər bir
insanın və canlının başına gələcək ölüm mütləq həqiqətdir. Hər
bir şüurlu insan həyat və ölümün həqiqi mənasını dərk etməli,
dünyanın aldadıcı bir məkan, hər şeyin fani olduğunu anlama
lıdır.
H aqq yolunda olan nümunəvi əxlaq sahibləri, dünya kita
bının hər hərfini könül gözü və hikmət nəzəriylə oxuyarlar.
«K ainatın ülvi bir qayə ilə var edildiyini, heç bir şeyin boş və
əbəs yerə yaradılmadığını, hər ötən günün ömür təqvimindən
bir yarpaq qoparıb insanı qəbrə bir addım da yaxınlaşdırdığını
yaxından idrak edərlər. Həyat nemətinin məna və hikməti nə
dir? Dünya nə üçün insan oğlunun əmrinə verildi? İki qapılı bir
ev olan bu cahana haradan gəldik, səfərimiz haradır?» (Osman
N uri Topbaş, «İrfan» jurnalı № 28,2009, s. 26-27).
«Dünya nədir?» - sualına müdriklər: «İnsanın gül deyib
bağrına basdığı, cazibəsi, təravəti və ya hər hansı parıltısı ilə
gözümüzü tutan və Allahdan bəşər oğlunu soyudan şər şeydir»
- cavabını vermişlər.
Həzrəti Mövlananın hikmət xəzinəsinə üz tutaq:
Bu dünya bir tələdir, yemi də arzular.
Dünyada nə ilə nəşələnir, sevinirsənsə, o zaman ondan ay
rılığı da düşün.
Əslində görünən bu maddi cismimiz, bədənimiz fanidir.
Sonda torpaq altma getmək üçün yaradılmışdır. Lakin mənəvi
yönümüz sonsuzluğa qədər əbədiyyət nəşəli bir halda yaşay
acaqdır.
463