Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Nizami Gəncəvi:
K içikdən ən böyük bir fitnə doğur,
H ər qurdun sümüyü ayağa oxdur.
Əfzələddin Xaqani:
Fitnə törətmə, ey fitnəkar cavan,
Fitnədir elləri dərd-şərə salan.
C ana məlhəmsə də vəfa, etibar,
Fitnəkarlıq edər onu tarimar.
Yaxşılığa yamanlıq istəyən bir adamın,
Yaxşı baxsa, özünün qarşısına çıxar şər.
D ostlarına dünyada zəlillik istəyənin,
Özü zəlil bir halda dünyadan köçüb gedər.
Çalış alçaq adam lardan tikə alm a dünyada,
O nlar səni rüsvay edər, gedər hörmətin bada.
***
Bir piyada olub düz getmək xoşdur,
Bir vəzir olub əyri getməkdən.
Nuşirəvan Adil:
Özündən aşağı adam a m öhtac olmaq böyük müsibətdir,
suda boğulm aq, alçaq adam dan kömək ummaqdan yaxşıdır.
***
Sənə pis deyəni o n u sənə xəbər gətirəndən tez bağışla.
Ləyaqətsiz adam ları diri hesab etmə.
Ə claf adam ın çörəyi ilə dolanmaqdansa acından ölmək
yaxşıdır.
418
İntellektual ekologiya
İbn Sina:
H ər kəsi özünə dost bilmə, dostum,
Hər kəsə sirrini verib inanma!
Hiyləgər, bədəsil bir nanəcibi,
Özünə vəfalı köməkçi sanma!
İstəsən getməsin hörmətin əldən,
Alçaq adam ların oduna yanma!
Abrını, həyanı yaxşı qoru sən,
Başım dik tutub eldən utanma!
Nəsirəddin Tusi:
Qeybət, böhtan, iftira və yalançılıqdan çəkinməli, heç vaxt
belə şeyə yol verməməli, o cür xasiyyətli adam larla ünsiyyət
saxlamamalı, onlara qulaq asmaqdan çəkinməlidir. Ümu
miyyətlə, az danışmalı, çox eşitməlidir.
A dam ların alçaqlığını bilmək istəyirsənsə, onların lazım
olmayan sözlər danışmasına, məsuliyyət daşımadığı şeylər
haqqında şayiəyələr yaymasına fikir ver! Bil ki, başqaları haq
qında bəd niyyətdə olan adam fitrətən bədxah olar!
Məhəmməd Riza Məhdəvi Kani:
Niyyət insanın şəxsiyyətini nümayiş etdirməkdən əlavə əqi-
dəvi, ictimai və milli bağlılıqlardan da bizə xəbər verir.
Qeybət etmək kimi, qeybətə qulaq asmaq da haram və gü
nahdır.
Əvhədi Marağayi Rüknəddin:
Özgə minnətilə çörək yeyincə,
419
Ənvər Mete Həmidov, Zərnurə Həmidova
Yemə o çörəyi, zəhər ye, məncə.
Əbdürrəhman Canü:
Dişinlə didərək poladı əzmək,
D əm ir dırnağınla qayam kəsmək,
Başınla od dolu kürəyə girmək,
Kirpiklə kürədə atəş süpürmək,
Yüz dəvə yüküylə bel bükə-bükə,
D ünyanı dolaşm aq tər tökə-tökə,
A sandır Camiyə, inan buna sən,
Alçaq adam lardan minnət çəkməkdən!
***
Özü ləyaqətsiz olan adam heç kəsə ləyaqət öyrədə bilməz.
Şeyx Şamil:
D ünyada mənfəət üçün sevgi göstərənlərdən alçağı yoxdur.
M irzə Fətəli Axundzadə:
Pis və çirkin adətləri insanın qəlbindən tənqid, istehza və
məsxərədən başqa heç bir şey qoparıb çıxara bilməz.
Əbül Fərəc:
Hiyləgər alim siyrilmiş qılınca bənzər.
Qasım bəy Zakir:
Bir adam ki, qoya hiylə binası,
A qibət özünə dəyər xətası.
420
İntellektual ekologiya
A bay:
Hiylə ilə yaşamaq, yaxud ağlayıb yalvarmaq yaşamaq dey
il, gün keçirməkdir.
Hüseyn Cavid:
Bəzi dostlar da var ki, üzləri şən,
İçi lakin daşır zəhərli tikan.
Qəlbi kin püskürüb də üzdə gülən,
D aha qorxunc olur köpəklərdən.
Qorxun azğın ləkələrdən, qorxun,
Ev yıxan təhlükələrdən qorxun.
Zahirin pək gözəl, fəqət nə çıxar,
Oynaşır bətnində şeytanlar.
Səməd Vurğun:
Xəyanət durduqca yenə dünyada,
Bütün yer üzünü verəcək bada.
Nəbi Xəzri:
M əğrurdur igidtək çinar - çinarsa,
Yaltağın söyüdtək düz qəddi yoxdur.
Dünyada ağlın tək sərhədi varsa,
Yalnız axmaqlığın sərhədi yoxdur!
Nəriman Həsənzadə:
Asılı yaşama, özündən asıl,
Yıxılsan özünə söykən azacıq.
Olsan da axırda özünə qul ol,
Y azıq... qulxasiyyət olana yazıq.
421
Ənvər M ete Həmidov, Zərnurə Həmidova
«Kəlilə və Dimnə»dən:
Hiylə və xəyanət ağacının b arı müsibət və fəlakət olar.
Azərbaycan atalar sözləri:
Söz gəzdirən ad am bir ömürlük yaxşılığa qayçı vurar.
İkibaşlı dostluq, dostluq sanılmaz.
İblisə qul olunca, məsləkinə qul ol.
İnsan qulağından, heyvan boğazından rahat olur.
İtə bir sümük versən sülhə gələr, namərdə canını versən də
vəfa etməz.
Hiylə ilə iş görən, m öhnət ilə can verər.
Y a la n z a lım ın d in id ir,
lə n ə t q is m ə ti
Məhv olsun yalançılar! Allah onlara lənət eləsin!
Quram-Kərim,
əz-Zariyat surəsi, ayə 10.
Y alan həqiqətin təhrif olunm uş ifadəsidir. Psixoloji baxım
dan yalan qəsdən, yaxud bilməyərəkdən ola bilər. Qəsdən ya
lan zam anı insan həqiqəti başa düşərək təhrif edir və başqaları
n a b u barədə yanlış m əlum at verir. Bilməyərəkdən deyilmiş
yalan insanın özünün anlam adığı həqiqətin təhrifidir.
Tarixdən m əlum dur ki, ibtidai icma quruluşu üçün istehsal
vasitələrinə m ünasibətin və ictimai məhsuldan pay almağın cə
miyyət üzvləri üçün eyni olması səciyyəvi idi. ibtidai icma qu
ruluşu sonrakı ictimai inkişaf mərhələlərindən, xüsusi
mülkiyyətin, siniflərin və dövlətin olmaması ilə fərqlənir. Təd
ricən xüsusi mülkiyyət form alaşm ağa başladı, sosial antoqo-
nizmlər və siniflər arasında ziddiyyətlər yarandı. Dövlət tə-
4 2 2
İntellektual ekologiya
şokkül tapm ağa başladı. Dövlətin təşəkkül tapması səbəblərin
dən ən əsası soyğunçuluq məqsədilə aparılan müharibələrin
daha geniş vüsət alması idi. Bütün bunlar nisbətən daha iri et
nik birləşmələrin və xalqların m eydana gəlməsinə səbəb oldu.
Sinifli cəmiyyətin təşəkkül tapması ictimai şüura da təsir gö
stərdi. İctimai icma quruluşunun əxlaq norm aları getdikcə ara
dan qalxdı və sinfi əxlaqla əvəz olundu. Sinifli cəmiyyətdə insa
nın insan tərəfindən istismarı möhkəmləndi. Bunun nəticəsində
əmtəə istehsalı durm adan genişləndi. Cəmiyyətdə müəyyən
hüquqlu təbəqə və silklər m eydana gəldi. Beləliklə, ictimai
icma quruluşunu quldarlıq, sonra feodalizm, kapitalizm, bir
dövr isə SSRİ və bəzi dövlətlərdə müvəqqəti olaraq sosializm
deyilən bir quruluş əvəz etdi. Sivilizasiya inkişaf etdikcə, zəh
mətkeş təbəqənin istismarı durm adan artm ağa başladı. H aq
sızlığı, zülmü müdafiə edən yalan bütün hakim siniflərin, döv
lətlərin silahına çevrildi. Bəşəriyyət ümumi və intellektual eko
loji tarazlığın pozulması ilə üz-üzə qaldı. Müasir dövrdə isə bə
şəriyyət məhv olmaq təhlükəsi ilə qarşılaşmaqdadır. Bu bir hə
qiqətdir. Lakin hələlik həqiqət zorakılıqla, yalanla qəfəsə salı
nır. Lakin bu müvəqqətidir. Hindistanın dövlət gerbində
«Ancaq həqiqət qələbə çalır» sözləri yazılıb. Bəxtiyar Vahab
zadə yazır:
M ayasında haqq durur hər am lan zəfərin,
Zorla, zorakılıqla qazanılan zəfərin
Adı zəfərdir, özü zəfər sayıla bilməz.
Əbədi ola bilməz, haqla zorakılığın əbədi döyüşündə,
Məğlubiyyət - qələbə! Bir əbədi silsilə!
Keçəcək əldən-ələ.
H aqsız qalib sabahın məğlubuna çevrilər,
Zəncirvari: bu ona, o da buna çevrilər.
Sən ey zorakılıqla həqiqəti tapdayan,
Həqiqətin gücündən xəbərsizsən, bir oyan!
Öyünmə qazandığın «şanlı» zəfərinlə sən,
Öz içində boğduğun həqiqətin səsini.
423
Dostları ilə paylaş: |