Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   35   36   37   38   39   40   41   42   ...   112

 
96 
 
 
Zərrəciklər  arasındakı  məsafə  dedikdə  isə  zərrəciklərə  uyğun  kürələrin 
mərkəzləri   arasındakı məsafə başa düşülür  və  « 
 
 
»   ilə  işarə olunur (şəkil 119).                                                                            
                    
  
                                  
 
                                           
 
        
 
 
                                Şəkil 118.                             Şəkil 119. 
 
Maddənin bərk halında 
     
,  maye halında
        ,
  qaz halında isə  
        
olur (şəkil 120).   
 
 
                                   
                                   
                          
     
 
                                                                  
                                                           Şəkil 120. 
 
‡  Maddəni   təşkil   edən   zərrəciklər  daim   nizamsız   (xaotik )  hərəkət 
edirlər. Bu nizamsız hərəkətin sürəti maddənin temperaturundan asılıdır. Daha 
dəqiq  desək,  maddənin  temperaturu  artdıqca,  zərrəciklərin  nizamsız  
hərəkətinin  sürəti  artır   və  əksinə.  
‡    Maddəni    təşkil    edən  zərrəciklər  arasında    qarşılıqlı    itələmə    və 
cazibə  qüvvələri,  bir  sözlə  desək,  qarşılıqlı  təsir  qüvvələri  mövcuddur.  Bu 
qarşılıqlı təsir qüvvələri zərrəciklər arasındakı məsafədən asılı olur. Zərrəciklər 
arasındakı məsafə artdıqca, qarşılıqlı təsir qüvvələri kiçilir və əksinə.  
 
Əslində  maddənin  zərrəcikləri  arasında  mürəkkəb  xarakterli  qüvvələr 
mövcuddur.  
    Maddənin  ən  sadə  forması  olan  ideal  qazın  zərrəcikləri  arasında  qarşılıqlı 
təsir  qüvvələri  nəzərə  alınmayacaq  dərəcədə  kiçik  olduğundan,  həm  itələmə, 
həm də  cazibə qüvvələri  sıfra bərabər qəbul olunur.  
Maddənin real qaz halında zərrəciklər arasında itələmə qüvvəsi olmur (bu 
qüvvə yalnız xaotik hərəkət nəticəsində zərrəciklərin toqquşması anında yaranır), 
cazibə  qüvvəsi    isə    çox  kiçik  olur.  Belə  çıxır  ki,  bir  qaz  zərrəciyi  digər  qaz   


 
97 
 
zərrəciyini  uzaq məsafədən  kiçik qüvvə ilə cəzb edir, itələmə qüvvəsi isə yalnız 
toqquşma anında yaranır. 
Maye maddələrin zərrəcikləri arasında qazlarla müqayisədə böyük cazibə 
qüvvəsi  və  həmçinin  də  kiçik  itələmə  qüvvəsi    olur,  yəni  maye  zərrəcikləri  bir-
birini  nisbətən  böyük  qüvvə  ilə  cəzb  etməklə  yanaşı,  həm  də  kiçik  qüvvə  ilə 
itələyirlər. 
Bərk  halında  olan  maddələrin  zərrəcikləri  arasında  təxminən  bir-birinə 
bərabər olan çox güclü itələmə və cazibə qüvvələri  mövcuddur. 
Dediklərimiz  şəkil  121  -  də  diaqram  və  qrafik  formasında  öz  əksini 
tapmışdır.         
 
                                                                
 
 
 
 
 
 
I.  İdeal qaz (F
i
 ≈ 0,  F
c
 ≈ 0)                                              
             II.  Real qaz  (F
i
 ≈ 0,  F
c
 - kiçik)  
 
 
III. Maye      (F
i
 < F
c
 )                                  F
i
                                             
                                                                       IV  III     II       I 
              IV.  Bərk cisim    (F
i
  - böyük,                                                                                          
                                             F
c  
- böyük,                                                                             L 
                                   F
i
 ≈ F
c
 )                               1   2
’’’
   2
’’
     2

          2    
                                  
                                                                    F
c
 
 
V. Sıxılmış bərk cisim (F
i
 ˃ F
c
 )  
 
 
                                                                Şəkil 121. 
 
    Zərrəciklər  arasındakı  qarşılıqlı  təsir  qüvvələrinin  məsafədən  asılılıq 
qrafikində  yuxarıya  artma  itələmə  qüvvəsinin  artması,  aşağıya  artma  isə  cazibə 
qüvvəsinin artmasına uyğundur. Burada 1 və 2  zərrəcikləri  - ideal qaza,   1 və 2

 
zərrəcikləri – real qaza,   1 və 2
’’
 zərrəcikləri – mayeyə,  1 və  2
’’’
 zərrəcikləri isə – 
bərk cisimlərə aiddir.      


 
98 
 
     Qaz  zərrrəcikləri  arasında    cazibə  qüvvəsi  kiçik  olduğundan,  bu  qüvvə 
zərrəcikləri  bir-birinin  yanında  saxlamağa  kifayət  etmir  və  nəticədə  onlar  xaotik 
hərəkət  hesabına  hər  tərəfə  səpələnirlər.  Buna  görə  də  qaz  halında  olan 
maddələr həcm və formasını saxlaya bilmir. 
Maddənin  maye  halında  zərrəciklər  arasındakı  cazibə  qüvvəsi  nisbətən 
(qazlarla  müqayisədə)  böyük  olduğundan,  onların  biri  digərini  tutub  yanında 
saxlaya  bilir  -  aralanmağa  imkan  vermir  (nəticədə  mayelər  öz  həcmlərini 
saxlayırlar),  lakin  böyük  olmağına  baxmayaraq,  ağırlıq  qüvvəsinə  üstün  gələ 
bilmir. Ağırlıq qüvvəsinin təsiri altında zərrəciklər aşağıya doğru sürüşürlər (maye 
axır). Bu səbəbdən də  mayelər öz formalarını saxlaya bilmirlər.   
Bərk  maddələrdə  zərrəciklər  arasındakı  cazibə  qüvvəsi  kifayət  qədər 
böyük  olduğundan,  bu  qüvvə  zərrəcikləri    bir-birindən  nə  aralanmağa,  nə  də 
ağırlıq  qüvvəsinin  təsiri  altında  sürüşməyə  imkan  verir.  Buna  görə  də  bərk 
maddələr həm həcmlərini, həm də formalarını saxlaya bilirlər.                              
 
Sadalanan  müddəaların  doğruluğunu    sübut  edən  hadisələr  diffuziya 
hadisəsi  Broun hərəkətidir.  
 
Təmasda  olan  maddələrin  biri-birinə  qarışması  (daxil  olması)  hadisəsi 
diffuziya adlanır. 
Diffuziya hadisəsi maddənin zərrəciklərdən təşkil olunması, onlar arasında 
məsafələrin olması, zərrəciklərin hərəkətdə olması (əks halda maddələr bir-birinə 
daxil  ola  bilməzlər)  ilə  yanaşı  həm  də  zərrəciklər  arasında  məsafənin  müxtəlif 
cisimlərdə  müxtəlif  olmasını  da  sübut  etdi.  Daha  dəqiq  desək,  qazlarda 
diffuziyanın sürətinin böyük, mayelərdə nisbətən kiçik, bərk cisimlər də isə daha 
kiçik  olması,  qaz  zərrəcikləri  arasındakı  məsafənin  böyük,  maye  zərrəcikləri 
arasındakı  məsafənin  nisbətən  kiçik,  bərk  cismin  zərrəcikləri  arasındakı 
məsafənin isə daha kiçik olmasını sübut etdi.    
 
Mayedə  və  qazda  asılı  vəziyyətdə  olan  kiçik  cisimlərin  temperaturdan 
asılı nizamsız hərəkəti Broun  hərəkəti adlanır.   
 
Broun  mayedə  asılı  vəziyyətdə  qalan  kiçik  (mikroskop  altında  görünə 
bilən)  bitki  sporlarının  fasiləsiz  qarmaqarışıq  hərəkətini  müşahidə  etmişdir. 
Aydındır  ki,  bitki  sporları  özbaşına  hərəkət  edə  bilməzdilər.  Onları  əhatəsində 
olduqları  maye zərrəcikləri    hərəkət  etməyə  məcbur  edə  bilərdilər.  Bunun üçün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə