Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə50/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
Professor  Ə.Abdinov  ilk  dəfə  qismən  qeyri-bircins 
yarımkeçirici  materialların  fiziki  xassələrinin  komp­
leks  tədqiqini  aparmaqla  bu  materiallarda  elektron 
proseslərin  mexanizmini  aydınlaşdırmış  və  onların 
mümkün  praktiki  tətbiq  imkanlarını  aşkar  etmişdir. 
Bu  istiqamətdə  beynəlxalq  aləmdə  nüfuz  qazanmış 
elmi  məktəb  yaratmışdır.  O,  müstəqil  Azərbaycan 
Respublikasında  təhsil  islahatlarının  aparılması,  ilk  ən 
zəruri  normativ-hüquqi  bazanın,  tədris  plan  və  proq­
ramlarının,  dərsliklərin  yaradılması,  təhsil  şəbəkə­
sinin  yenidən  qurulması  işlərində  fəal  iştirak  və  bu  iş­
lərə  birbaşa  rəhbərlik  etmişdir.  Professor  Ə.Abdinov 
dünyanın  25  ölkəsində  keçirilmiş  75  elmi  konfransın, 
o  cümlədən  Litva  (1972,  1989),  Rusiya  (1973,  1981, 
1985,  1986,  1993),  Özbəkistan  (1973),  Ukrayna  (1974, 
1982,  1986),  Gürcüstan  (1977),  Belarus  (1978),  Ya­
poniya  (1993),  Tayvan  (1994)  və  s.  iştirakçısı  olub. 
Ə.Abdinov  30  namizədlik  və  3  doktorluq  dissertasi­
yasına  elmi  rəhbərlik,  8  namizədlik  və  3  doktorluq 
dissertasiyasına  rəsmi  opponentlik  edib.  O,  ABŞ,  Ru­
siya,  Almaniya,  Yaponiya,  Tayvan,  Özbəkistan,  Uk­
rayna,  Qazaxıstan,  Litva  və  digər  ölkələrdə  çap  olun­
muş  250-dək  elmi  əsərin  və  ixtiranın  müəllifidir.
Professor  Ə.Abdinov  1976-cı  ildə  respublika  kom­
somol  mükafatı  laureatı  olub.  1995-ci  ildə  Nyu-York 
Elmlər  Akademiyasının  həqiqi  üzvü  seçilmişdir.  Pro­
fessor  Əhməd  Abdinov  hazırda  BDU-nun  Fiziki  elek­
2 7 6
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
tronika  kafedrasının  müdiri,  Bərk  cism  elektronikası 
elmi-tədqiqat  laboratoriyasının  elmi  rəhbəridir.
Ömrünü  Azərbaycan  elminə  həsr  edən  Əhməd  mü­
əllimin  60  yaşı  tamam  olur.  Fizika-riyaziyyat  elminin 
görkəmli  alimi  sayılan  Ə.Abdinov  bu  gün  də  elmi 
fəaliyyətinin  səmərəli  pedaqoji  dövrünü  yaşayır.  O, 
hələ  neçə  gəncin  elmi  inkişafına  təkan  verəcək,  müs­
təqil  Azərbaycan  elminin  çiçəklənməsində  var  gücü­
nü  əsirgəməyəcəkdir.
2 7 7


Əbülfəz  Bərəkət  (Qasımov)
ABBAS  ZAMANOV  -  
AMEA-nın  MÜXBİR  ÜZVÜ
Azərbaycan  Elmlər  Akademiyasının  müxbir  üzvü, 
əməkdar  elm  xadimi,  filologiya  elmlər  doktoru,  pro­
fessor Zamanov Abbasov Fəttah  oğlu  1911-ci  ildə  Şə­
rur  rayonunun  Maxta  kəndində  anadan  olmuşdur.
Ədəbiyyatşünas,  tənqidçi,  mətnşünas  Abbas Zeyna­
lov  uzun  müddət  Bakı  Dövlət  Universitetində  kafed­
ra  müdiri  olmuşdur.  Azərbaycan  Yazıçılar  İttifaqının 
üzvü  idi.  «Sabir və  müasirləri»,  «Əməl  dostlan»,  «Müa­
sirləri  Sabir  haqqında»,  «Sabir  bu  gün»,  «Cəbhə  dəf­
tərindən»  kitablarının  müəllifi  kimi  Abbas  Zamanov 
böyük  şöhrət  tapmışdır.
1971-ci  ildən  Türk  Dil  Qurumunun  (Türkiyə)  müx­
bir  üzvü  idi.  XX  əsr  Azərbaycan  ədəbiyyatına  dair 
tədqiqatların  müəllifidir.  C.Məmmədquluzadə,  M.Ə. 
Sabir,  Ə.Haqverdiyev,  S.Ə.Şirvani,  Q.Zakir,  S.M.Qə- 
nizadə  və  başqa  əsərlərini  Azərbaycan  və  rus  dillə­
rində  nəşr  etdirmişdir.
Azərbaycan  ədəbiyyatının  XIX-XX  əsrlər  və  yeni 
dövrünü  əks  etdirən  muzey  ekspozisiyasının  təkmil­
ləşdirilməsi,  bədii  fondların  zənginləşdirilməsi  sahə­
sində,  Azərbaycan  mühacirəti  nümayəndələri  arasın­
da  mədəni-ədəbi  əlaqələrin  yaradılması  və  genişlən­
məsi  işində  müstəsna  xidmətləri  olmuşdur.
2 7 8
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
TELMAN  QURBANOV  -  
AMEA-nın  MÜXBİR  ÜZVÜ
Milli  Akademiyanın  müxbir  üzvü  Telman  Xudam 
oğlu  Qurbanov  1936-cı  il  noyabrın  6-da  Naxçıvan  şə­
hərində  anadan  olmuşdur.  1955-ci  ildə  orta  məktəbi 
qızıl  medalla  bitirmişdir.
1955-1961 -ci  illərdə  Nazirlər  Soveti  yanında  Neft­
ayırma  və  Neft-Kimya  Sənayesi  İdarəsinin  baş  mütə­
xəssisi,  1962-1963-cü  illərdə  Sumqayıt  Superfosfat 
zavodunda  istehsalat  rəisi,  1965-1967-ci  illərdə  Res­
publika  Nazirlər  Soveti  yanında  Dövlət  Nəzarət  Ko­
mitəsinin  inspektoru  olmuşdur.
1967- 
ci  ildən  ömrünün  sonuna kimi  Azərbaycan  EA- 
da  işləmişdir.  1967-1970-ci  illərdə  Azərbaycan  EA 
Rəyasət  Heyəti  aparatının,  Tətbiq  və  elmi  təşkilat  şö­
bəsinin  müdiri  və  akademik  katibin  müavini  olmuşdur.
1970-1985-ci  illərdə  Azərbaycan  EA  Qeyri-Üzvi 
və  Fiziki  Kimya  İnstitutunda  elmi  işlər  üzrə  direktor 
müavini,  1985-1990-cı  illərdə  isə  laboratoriya  müdiri 
vəzifəsində  çalışmışdır.
1968- 
ci  ildə  namizədlik,  1982-ci  ildə  isə  Moskva­
da  doktorluq  dissertasiyası  müdafiə  etmişdir.  1983-cü 
ildə  professor  adma  layiq  görülmüşdür.  1989-cu  ildə 
Azərbaycan  EA-nın  müxbir  üzvü  seçilmişdir.
Fəxri  fərman  və  bir  çox  medallarla  mükafatlandı­
rılmışdır.  Professor T.X.Qurbanov  135  elmi  əsərin,  45
2 7 9


Əbülfəz  Bərəkət  (Qasımov)
müəlliflik  şəhadətnaməsinin  və  1  monoqrafiyanın 
müəllifidir.  Bir  elmlər  doktoru  və  12  elmlər  namizə­
di  yetişdirmişdir.  T.X.Qurbanov  SSRİ-nin  və  Azər­
baycan  EA-nın  bir  sıra  elmi,  elmi-texniki  və  problem 
şuralarının  sədri  və  üzvü  olmuşdur.
1990-cı  il  17  oktyabrda  54  yaşında  faciəli  surətdə 
vəfat  etmişdir.
2 8 0
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
HƏBİB  MƏMMƏDƏLİYEV  -  
AMEA-nın  MÜXBİR  ÜZVÜ
Azərbaycan  EA  müxbir üzvü,  Məmmədəliyev  Hə­
bib  Mehdi  oğlu  1912-ci  il  aprelin  20-də  Ordubad  şə­
hərində  anadan  olmuşdur.
1937-ci  ildə  Azərbaycan  Sənaye  İnstitutunun  tex­
nologiya  fakültəsini  bitirmişdir.  1938-1941-ci  illərdə 
SSRİ  EA  Azərbaycan  filialının  elmi  işçisi  və  ASİ-nin 
aspirantı  olmuşdur.
II  Dünya  müharibəsi  illərində  ordu  sıralarında  ol­
muşdur.  Müharibədən  qayıtdıqdan  sonra  1945-1955- 
ci  illərdə  Azərbaycan  EA  Neft  İnstitutunda  Motor  ya­
nacaqları  laboratoriyasının  müdiri  olmuşdur.  1954-cü 
ildə  texnika  elmləri  doktoru  dərəcəsi  almaq  üçün  dis­
sertasiya  müdafiə  etmişdir.  1955-ci  ildə  professor  adı­
na  layiq  görülmüşdür.
1955-ci  ildə  Moskvaya  köçərək  SSRİ  EA  Neft- 
Kimya  Sənayesi  İnstitutunda  böyük  elmi  işçi,  1960-cı 
ildən  ömrünün  sonuna  kimi  «Aromatik  menomerlər» 
laboratoriyasının  müdiri  işləmişdir.
1967-ci  ildə  H.M.Məmmədəliyev  Azərbaycan  EA- 
nın  müxbir  üzvü  seçilmişdir.
H.M.Məmmədəliyev  180  elmi  məqalənin  12  müəllif­
lik  şəhadətnaməsinin  və  1  monoqrafiyanın  müəllifidir.
H.M.Məmmədəliyev  1975-ci  il  mayın  15-də  Mosk­
va  şəhərində  vəfat  etmişdir.
281


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə