Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə51/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
MAQSUD  QURBANOV  -  
AMEA-nın  MÜXBİR  ÜZVÜ
Qurbanov  Maqsud  Rüstəm  oğlu  1941-ci  ildə  Naxçı­
van  MR-nın  Kəngərli  rayonu,  Qarabağlar  kəndində 
anadan  olmuşdur.  Azərbaycan  Dövlət  Universitetinin 
biologiya  fakültəsini  bitirmişdir  (1970).  Azərbaycan 
EA  Botanika  İnstitutunda  laborant,  kicik  elmi  işçi, 
böyük  elmi  işçi,  aparıcı  elmi  işçi  və  Mərkəzi  Nəbatat 
Bağında  baş  elmi  işçi  vəzifələrində  çalışmışdır.  Bö­
yük  elmi  işci,  biologiya  elmləri  doktoru,  AMEA-nın 
müxbir  üzvü,  Qurbanovun  elmi  tədqiqatları  bitkilərin 
introduksiyası,  ekologiyası,  biologiyası  və  toxumşü- 
naslığın  genetik-seleksiya  əsaslarına  həsr  edilmişdir. 
Əldə  etdiyi  mühüm  nailiyyətlərdən  danışarkən  qeyd 
etmək  lazım  gəlir:  Bitkilərin  introduksiya  uğurluluğu- 
nun  qiymətləndirilməsinin  inteqral  metodu;  toxumla­
rın  böyüdülmüş  təsvirli  rentgenoqrafıya  metodu;  bio­
loji  aktiv  maddələrin  təsiri  ilə  toxum  keyfiyyətinin 
yüksəldilməsi  metodu,  toxum  keyfiyyətinin  obyektiv 
qiymətləndirilməsi  üçün  bölgü  və  bitkilərin  böyümə, 
meyvə  və  toxumvermə  proseslərinin  riyazi  modelləş­
dirmə  vasitəsilə  proqnozlaşdırılması  üsulunu  işləyib 
hazırlamışdır.  Toxumların  rentgenoloji  analizi  üçün 
universal  təsnifat  işləyib  hazırlamış  və  onun  tətbiqi 
ilə  500-dən  çox  bitki  növü  toxumlarının  keyfiyyətini 
araşdırmışdır.  İlk  dəfə  olaraq  Abşerona  introduksiya
2 8 2
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
olunan  oduncaqlı  bitkilərin  toxumvermə  və  toxum 
keyfiyyətinin  yüksəldilməsinin  kompleks  qiymətlən­
dirilməsinin  elmi  əsaslarını  işləmiş;  52  fəsilə  və  124 
cinsdən  olan  325  növ  odunçaqlı  introdusentlərin  to­
xumvermə  xüsusiyyətlərini  təhlil  edərək  Abşeron  ya­
rımadasına  introduksiya  ediləcək  yeni  növlərin  pers­
pektiv  mənbələrini  müəyyən  etmişdir.  Toxumların 
keyfiyyətinin  ana  bitkilərin  bioloji  xüsusiyyətlərindən 
asılılığını  aşkar  etmiş,  bitkilərin  çətiri  daxilində,  o 
cümlədən  kauli-rami-subakro  və  akrokarp  əm ələgəl­
m ə  yerindən  asılı  olaraq  toxumların  müxtəlif keyfiy­
yətli  olmasını  müəyyən  etmişdir.  Toxum  və  tozçuqla- 
rın  keyfiyyəti  arasındakı  müsbət  korrelyasiya  əlaqəsi­
nin  olmasını  təsdiqləmişdir.  İntrodusentlərin  növün­
dən  və  həyati  formasından  asılı  olaraq  ilk  toxumver­
m ə  yaşını  təyin  etmişdir.  Ətraf mühitin  ekoloji  amil­
ləri  kompleksinin  oduncaqlı  bitkilərin  meyvə  və  to- 
xumvennəsinə təsirini  qiymətləndirmiş;  toxum  və  mey­
və  məhsuldarlığını  proqnozlaşdırmaq  üçün  riyazi  mo­
del  təklif etmişdir.  Toxumların  rentgenoqrafıya  meto­
du  ilə  təyin  edilən  inkişaf  sinfi  ilə  onların  cücərmə 
faizi,  cücərmə  enerjisi  və  onlardan  alman  cücərtilərin 
boy  və  inkişaf  ritmi  arasındakı  müsbət  korrelyasiya 
əlaqəsini  aşkar  etmişdir.  Poliploid  fərdlərin  toxumla­
rının  aşağı  keyfıyyətliliyi  müəyyən  etmiş,  bu  cür  bit­
kilərin  toxumlarının  həyat  qabiliyyətini  yüksəltmək 
ücün  müxtəlif  ploidli  formaların  hibridləşdirilməsi 
metodunu  təklif etmişdir  ki,  bu  da  bitkilərin  seleksiya
2 8 3


Əbülfəz  Bərəkət  (Qasımov)
və  introduksiyası  ücün  mühüm  elmi-praktiki  əhəmiy­
yətə malikdir.  1200-dən  artıq bitki  növünün toxum ban­
kını  yaratmışdır.
Texnogen  çirklənmə  şəraitindəki  toksiki  sənaye 
tullantılarının  təsirinə  qarşı  verilən  cavab  reaksiyası­
na  görə  bitkilərin  ekoloji  qruplarını  təsnif  etmişdir. 
Meyvə  və  toxumların  morfoloji  əlamətlərinə  görə  on­
ların  cins  və  növlərinin  təyin  edilməsi  ücün  politomik 
rəqəmli  açar  tərtib  etmişdir.  İlk  dəfə  Rusiyalı  həm­
karları  ilə  birgə  «Oduncaqlı  bitkilərin  toxumlarının 
rentgenoloji  analiz  metodu»  adlı  dövlət  standartını  iş­
ləyib  hazırlamış  və  bu  işləmə  hüquqi  əsaslı  bir  rəsmi 
sənəd  kimi  MDB  məkanında  istehsalata  tətbiq  edil­
məkdədir.  Bu  standartın  iqtisadi  səmərəsi  hər bir ana­
lizin  aparılmasına  sərf  edilən  vaxtın  qısalması  və 
onun  maya  dəyərinin  100  dəfə  azalmasmdadır.  Azər­
baycan  EA  Mərkəzi  Nəbatat  Bağında  ilk  dəfə  olaraq 
toxumşünaslıq  sahəsində  elmin,  texnikanın  və  texno­
logiyanın  müasir  səviyyəsində  elmi-tədqiqat  işləri 
aparmaq  imkanı  olan  laboratoriya  yaratmışdır.  Elmi- 
tədqiqat  işlərinin  yüksək  səviyyədə  təşkil  olunması 
sayəsində  1981-ci  ildə  Bakı  şəhərində  Botanika  İnsti­
tutunda  İntrodusentlərin  toxumşünaslığı  və  toxumçu­
luğu  üzrə  VI  Ümumittifaq  müşavirəsini  həyata  keçir­
mişdir.
Monorqafıya  və  110-dən  artıq  elmi  əsərin  müəlli­
fidir.  MDB  üzrə  toxumşünaslıq  və  toxumçuluq  ko­
missiyasının  üzvü,  Cənubi  Qafqazda  isə  eyniadlı  ko­
2 8 4
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
missiyanın  sədri  olmaqla  region  üzrə  həmin  sahədə 
aparılan  elmi  tədqiqatları  əlaqələndirir.  Elmi  şuranın 
üzvüdür,  ixtisaslaşdırılmış  şuranın  həmsədridir,  kadr 
hazırlığında  xidməti  var.  Amerika  Bioqrafiya  İnstitu­
tunun  fəxri  müşaviri  (2002)  və  Türkiyə  Cümhuriyyə­
ti  Girasun  şəhərinin  fəxri  vətəndaşıdır  (1997).  Müx­
təlif xarici  ölkələrdə  keçirilən  beynəlxalq  simpozium, 
konqres,  konfrans,  müşavirə  və  digər  elmi  tədbirlərin 
iştirakçısıdır.
285


Əbülfəz  Bərəkət  (Qasımov)
SEVDA  MƏMMƏDƏLİYEVA  -  
AMEA-nm  MÜXBİR  ÜZVÜ
Neft-kimya  sənayesinin  flaqmam  Yusif Məmmədə­
liyevin  ailəsində,  1946-cı  ildə dünyaya göz açmış  Sev­
da  Yusif qızı  atasının  vüsala  yetməmiş  arzularının  çin 
olması  üçün  dərin  tədqiqatlar  aparır,  kimya  dünyası­
nın  fəlsəfəsini  yaradır.  Öz  ülvi  arzularına  çatmaq üçün, 
o,  1962- 1967-ci  illərdə  Azərbaycan  Dövlət  Universi­
tetinin  tələbəsi  olmuş,  1967-1970-ci  illərdə  Y.  Məm­
mədəliyev  adma  Neft-Kimya  Prosesləri  İnstitutunun 
aspiranturasında  oxumuşdu.  1970-1975-ci  illərdə  hə­
min  institutun  Sumqayıt  filialında,  1975-1983-cü  il­
lərdə  isə  ÜETLQİ-də  baş  elmi  işçi  vəzifəsində  çalış­
mışdır.
1983-1994-cü  illərdə  Azərbaycan  İnşaat  Mühəndis­
ləri  İnstitutunun  dosenti,  1994-1999-cu  illərdə  Azər­
baycan  İMİ-nin  professoru  və  kafedra  müdiri  olmuş­
dur.
4 avqust  1999-cu ildə Azərbaycanın prezidenti  Heydər 
Əliyevin  fərmanına  əsasən  Sevda  Yusif qızı  Məmmə­
dəliyeva  Azərbaycan  Respublikasının  Mədəniyyət  na­
zirinin  müavini  təyin  edilmişdi.
1972-ci  ildə  kimya  elmləri  namizədi,  1994-cü  ildə 
fəlsəfə  elmləri  doktoru,  1997-ci  ildə  isə  professor  ol­
mağa  layiq  görülmüşdür.  2001-ci  ildə  isə  AMEA-nm 
müxbir  üzvü  seçilmişdir.
2 8 6
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
Ana dili  ilə yanaşı,  rus  və  ingilis  dillərinin gözəl  bi­
licisidir.  Onun  qələmindən  çıxan  4  monoqrafiya  və 
yüzə  yaxın  elmi  məqalə  və  kitablar  dünya  miqyasın­
da  geniş  əks-səda  doğurmuş  və  yüksək  qiymət  almış­
dır.
Sevda  xanım  cavan  olmasına  baxmayaraq,  elmə 
verdiyi  töhfələr çox  sanballı  və  bəşəri  əhəmiyyətlidir.
1977-ci  ildə  Rusiya  Ekologiya  Akademiyasına  üzv,
1996-cı  ildə  isə  Beynəlxalq  Ekoenergetika  Akademi­
yasının  akademiki  seçilmişdir.
Ən  böyük  fərəh  hissi  doğuran  həm  də  budur  ki, 
Sevda  xanım  döşündə  dünyalar  qədər  sevdiyi  mər­
hum  atasının  adını  daşıyan  medal  gəzdirir.
Bu  medal,  ona  Bilik  Maarif  Cəmiyyəti  tərəfindən 
böyük  xidmətlərinə  görə  verilmişdi.  Arzu  edirik  ki, 
Sevda  Məmmədəliyeva  cəmiyyətimizin  «Şüurunun 
ekologiyası»,  «Etikanın  ekologiyası»,  «Təhsilin  eko­
logiyası»,  «Mədəniyyətin  ekologiyası»  problemləri­
nin  həllinə  bundan  sonra  da  öz  dəyərli  töhfələrini 
versin.
28 7


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə