Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə2/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   2   3   4   5   6   7   8   9   ...   101

www.vivo-book.com 

 



əvəzinə  ikinci  dəfə  orduya  göndərmək  istəmirdi.  Və  ailə 

yığıncağında  qərar  verildi  ki,  oğlanı  Qazaxıstandakı 

qohumlarının  yanına  göndərsinlər.  İndi  Qurbana  qonşunun 

on  beş  yaşlı  oğlu  Əli  kömək  edirdi.  Dağlarda  zaman 

subyektiv məfhum idi. Buranın qanunlarına görə o artıq kişi 

sayılırdı və Qurbana çətin işində kömək edə bilərdi. 

Əli  artıq  sürünü  daha  sahmanlı  kütləyə  yığmağa 

çalışaraq  geri  qalan  qoyunları  haylayırdı.  Qurban  bulağa 

yaxınlaşıb yuyundu, ağzını yaxaladı, adəti üzrə Allaha yaxşı 

gün  üçün  şükür  gətirib  keçi  yunundan  olan  yapıncısını 

geyinərək  Əlinin  köməyinə  tələsdi.  Bütün  sürünü  Qurbanı 

çox yaxşı anlayan və onunla sanki bir bütöv halında olan üç 

böyük  itin  mühafizəsi  altına  yığmaq  lazım  idi.  Yalnız 

bundan sonra səhər yeməyinə oturmaq olardı. 

Adətən  olduğu  kimi  danışmadan  səhər  yeməyini 

təzəcə  bitirirdilər  ki,  Əlinin  iti  gözünə  qonşu  dağın  yaxın 

yamacında arxa çantaları olan bir dəstə adam sataşdı. 

–  Deyəsən,  yad  adamlardır,  –  o,  uzaqlara  baxaraq 

təşvişlə  dedi.  Qurban  qorxmadı.  Onların  kəndində  qorxaq 

çoban  sadəcə  olaraq  yox  idi.  Amma  ehtiyatlandı.  Aşağıda 




www.vivo-book.com 

 



müharibə  gedirdi  və  bu  tamamilə  əks  tərəfin  əsgərləri  ola 

bilərdi. Onda heç bir güzəşt olmayacaqdı. 

– Daşlar tərəfə get, – o, Əliyə dedi, – əgər mənə nəsə 

olsa, sürünü kəndə özün qaytararsan. 

Oğlan başını tərpətdi. Hər şey əvvəldən danışılmışdı. 

Və  burda  nə  süni  hiss-həyəcana,  nə  də  qəhrəmanlıq 

meyillərinə yer yox idi. Onların kəndi üçün sürü çobanların 

həyatından daha vacib idi. 

Əgər  özümüzünkülərdirsə,  Əli  geri  qayıdacaq,  əgər 

yad  adamlardırsa,  deməli,  onların  qurbanı  qoca  Qurban 

olacaq.  Onlar,  əlbəttə  ki,  bir  az  xoruzlanacaqlar,  bir  neçə 

qoyunu  vuracaqlar,  məzələnmək  üçün  bir  neçəsini 

güllələyəcəklər.  Amma  bütün  sürüyə  dəyməyəcəklər. 

Minlərlə qoyuna ilişmək onların nəyinə lazımdır ki? Sürünü 

hara qovacaqlar ki? Onda Əli qaranlığı gözləyərək sağ qalan 

sürünü qabağına qatıb kəndə geri qayıtmalıdır. 

Əli  qocayla  başla  sağollaşıb  dərənin  kənarında  olan 

böyük  daşlara  tərəfə  tələsdi.  O,  dağın  kölgəsindən  istifadə 

edərək əyilib gedirdi ki, kənar adamlar onu görməsin. 



www.vivo-book.com 

 



Qurban  öz  əşyalarını  balaca  bir  bağlamaya  qoyub 

bağladı.  Ən  üstdən  köhnə  tüfəngini  qoydu.  Dağlarda 

insanlar  qaçılmaz  olanı  sakit  bir  şəkildə  gözləyən  fatalistə 

tez çevrilirdilər. Yad adamlar yaxınlaşırdılar. O artıq onların 

geyiminin detallarını, böyük çantalarını, çiyinlərindən asılan 

avtomatlarını  görə  bilirdi.  Onlar  beş  nəfər  idilər.  Qurbanın 

köhnə  tüfəngi,  hətta  üç  iti  beş  avtomatla  heç  nə  edə 

bilməzdi.  Bunu  bildiyindən  qaya  parçalarından  birinin 

üstündə  oturub  sakitcə  onların  yaxınlaşmağını  gözləyirdi. 

Gələnlər  də  artıq  yavaşca  dağın  kölgəsinə  sıxlaşan  qoyun 

sürüsünü  və  sakitcə  oturub  onları  gözləyən  qoca  çobanı 

sezmişdilər. 

Məsafə  qısalırdı  və  nəhayət,  silahlılar  çobanın  yüz 

metrliyinə çatdılar. Qurban yavaşca nəfəsini dərdi. Deyəsən, 

bu dəfə keçdi. O, tanış nitq eşitdi, gələnlərin üzünü görməyə 

başladı. Amma arxada gedən iki nəfərin üzü dərhal xoşuna 

gəlmədi. Onlar yad idilər və o, bunu dərhal hiss etdi. Bəlkə 

də  buna  görə  Əlini  geri  çağırmadı.  Səbirlə  yad  adamlarla 

görüşün necə bitəcəyini gözləməyə başladı. 



www.vivo-book.com 

 

10 



Kənar  adamlar  artıq  lap  yaxına  gəlmişdilər.  İtlər 

onları  ehtiyatla,  amma  hələ  ki  sakit  qarşılayırdılar.  Onlar 

sahiblərinin  jest  və  sözlərini  izləyirdi.  Yaxşı  bilirdilər  ki, 

dağlarda yad ancaq canavarlar, nadir hallarda insanlar olur. 

Amma 

sonuncuların 



yad 

olub-olmadığını 

sahib 

qərarlaşdırmalıydı.  O  isə  susurdu.  Böyük  it,  demək  olar  ki, 



qara  Şeytan  sahibinə  yaxınlaşıb  onun  yanında  oturdu. 

Diqqətlə  gələn  adamlara  baxırdı,  sanki  bütün  görkəmiylə 

çobanı  sakitləşdirirdi:  qorxma,  mən  səninləyəm.  Qabaqda 

gələn  qırx  yaşlarında,  böyük  furajkanı  qulaqlarına  qədər 

çəkən kişi dayanıb nəfəsini dərdi. 

– Salam qoca, – o, rusca dedi. 

–  Salam,  –  Qurban  rus  dilini  hələ  əsgərlik 

vaxtlarından  pis  bilmirdi  və  onu  bu  dağlarda  unutmamışdı. 

Arxasınca  gələn,  açıq-aşkar  azərbaycanlı  olduqları  sezilən 

iki nəfər yaxına gəldi. Biri balaca, çevik, oynaq gözləri olan 

oğlan idi. Daim gülümsəyən siması var idi. Digəri ortaboylu, 

enlikürək idi. Qalın qara bığları var idi. 

– Əleyküm salam, – qara bığlı salamlaşdı. 



www.vivo-book.com 

 

11 



– Və əleyküm salam, – Qurban cavab verdi, – əyləşin, 

qonağımız olun. 

– Çox sağ ol, ata. – Görünür, onlar uzaqdan gəlirdilər. 

– Burdan sərhədə çox qalıb? 

– Yox, bir günlük yoldur, – Qurban sakit cavab verdi. 

Dağlarda  artıq  suallar  vermək  olmazdı  və  o,  bunu  yaxşı 

bilirdi.  Ona  görə  sərhədin  onların  nəyinə  lazım  olduğunu 

soruşmadı.  Amma  arxadakı  iki  nəfər  onun  necə  də  xoşuna 

gəlmirdi!  Düzdür,  onlar  gözlərini  yayındıraraq  susurdular, 

amma  Qurban  onların  təlaşını  duyurdu.  “Onlar  niyə  belə 

həyəcanlanır? – Qurban özlüyündə təəccübləndi. – Onlardan 

biri mənə tanış gəlir. Mən onu harda görə bilərəm?” 

– Qarşıda hansısa post var?  – rusca danışan başçıları 

müraciət etdi. 

O,  furajkasını  başından  götürdü,  cib  dəsmalını 

çıxardıb böyük, keçəl başını silməyə başladı. 

–  Bilmirəm,  əzizim,  –  Qurban  çiyinlərini  çəkdi,  – 

müharibə gedir. Bəlkə var, bəlkə də yoxdur. 

Onun tərəfə heç baxmayan o iki nəfər necə də xoşuna 

gəlmirdi! 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə