Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə9/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   5   6   7   8   9   10   11   12   ...   101

www.vivo-book.com 

 

42 



– Ölənin bədənində odlu silahdan açılmış iki yara var, 

–  o  qısaca  Çijova  məlumat  verdi,  –  güllənin  biri  ürəyi, 

digərisə  ağ  ciyəri  dəlib.  Mənim  fikrimcə,  atəş  açanlar 

peşəkarlar  olublar.  Əlbəttə  ki,  səsboğucudan  da  istifadə 

olunub.  Yoxsa  atəş  səsləri  bütün  dəhliz  boyu  eşidilərdi. 

Görünür,  qəfildən  hücum  ediblər.  Hərçənd,  qatil  tək 

olmalıydı,  çünki  bu  axşam  iki  nəfəri  ümumiyyətlə, 

görməyiblər.  Mənim  uşaqlarım  dünənki  növbətçiləri  bir 

daha sorğu-sual edəcəklər. Bundan başqa, aşağıda mağazalar 

da var. Bəlkə satıcı qızlar nəsə görüblər. 

– Onun əşyalarına baxmısınız? – Çijov soruşdu. 

  –  Onun  iki  çamadanı  olub,  –  Mixeyev  izah  etdi,  – 

kilidləri də çox qəlizdir. Həm açarla bağlanır, həm də kodu 

var. Fransız çamadanı olan “Delsey”dir. Mən onları qırmaq 

istəmirəm.  Onları  özümlə  götürmək  fikrindəyəm.  Orda 

ehtiyatla açıb içindəkilərə baxarıq. 

   – Hə, – Çijov razılaşdı, – belə daha düzgün olar. 

  –  Gedək,  –  Mixeyev  təklif  etdi,  –  mənim  uşaqlarım 

hadisə yerinə baxış protokollarını sənədləşdirəcəklər. Onsuz 

da ölənin əl izlərindən başqa heç bir iz yoxdur. Özüm şəxsən 




www.vivo-book.com 

 

43 



baxmışam.  Peşəkarların  işidir.  Bəlkə  hətta  sifarişli  qətldir. 

Hərçənd,  öldürülən  kommersant  olub.  Çətin  ki  qapını  kimə 

gəldi açardı. 

   –  Bəlkə  o,  qapını,  ümumiyyətlə,  bağlamayıb?  – 

Çijov ehtimal etdi. 

   –  Dəqiq  bağlayıb,  –  Mixeyev  izah  etdi,  –  özüm 

yoxlamışam.  Burda  dilcik  pərçimlənir.  Qapını  azca  örtən 

kimi  kilid  avtomatik  bağlanır.  Deməli,  öz  qatilinə  və  ya 

qatillərinə  qapını  Moseşvili  özü  açıb.  Bu  isə  çox  vacibdir. 

Bəlkə  onun  tanışı  olub,  bəlkə  də  dostları.  Bu  versiyanı  da 

yoxlamaq  lazım  gələcək.  Onu  mehmanxanaya  kimin  qəbul 

etdiyini öyrəndin? – Mixeyev Steklovdan soruşdu. 

–  Hələ  yox,  –  baş  leytenant  bir  qədər 

günahkarcasına cavab verdi, – orda hələ hamı yatır. 

   –  Belə  olmaz,  –  Mixeyev  başını  buladı,  –  belə 

hallarda  cəld  işləmək  lazımdır.  Burda  qətllər  hər  gün  baş 

vermir.  Yuxulu  adamların  başı  yaxşı  işləmir,  nəyisə 

gizlətmək onlara çətin olur. Anlayırsan? 

   –  Hə,  –  Steklov  gülümsədi,  –  hər  şeyi  başa 

düşdüm. 



www.vivo-book.com 

 

44 



   –  Özün  də  gülümsəmə.  Gör  nə  gülərüzdür.  İkinci 

gecədir yatmır, amma hələ də gülümsəyir. Dünən bir dəstəni 

tutmuşuq,  –  o,  Çijova  izah  etdi,  –  əməkdaşımız  Petya 

Varlamovu  ağır  yaralayıblar.  Bu  gün  növbədə  o  olmalıydı. 

Ona görə Viktor onun yerinə işləyir. 

  – Mən heç nə bilmirdim, – Çijov təəccübləndi. 

  –  Belə də  olmalıdır,  – Mixeyev qeyd  etdi,  – boşuna 

hay-küy  salmaq  lazım  deyil.  Dünən  prokuror  sənin 

raportunu alıb. Narahat olma, kağızlarla bağlı bizdə hər şey 

qaydasındadır.  Sadəcə  olaraq  mən  fikir  vermişəm, 

hazırlanan  hücum  haqda  məndən  və  uşaqlarımdan  başqa, 

kimsə biləndə, xəbər mütləq qırağa sızır. İncimə, əlbəttə ki, 

mən səni nəzərdə tutmuram. Ona görə bir qədər mövhumatçı 

olmuşam,  əməliyyatın  nə  vaxt  başlayacağını  yalnız  özüm 

bilirəm. Belə daha etibarlıdır, inan mənə. 

   Dəhlizə  çıxıb  liftə  tərəf  getdilər.  Orda  artıq  onları 

saçlarını  sarı  rəngə  boyamış,  qırx  beş  yaşlarında  növbətçi 

qadın gözləyirdi. 

   – Dəhşət! – o, yalandan gözlərini yumaraq dedi.  



www.vivo-book.com 

 

45 



   –  Vətəndaş,  bu  dəhşət  deyil.  Bu,  adi  cinayətdir,  – 

Mixeyev  quru  tərzdə  qeyd  etdi,  –  amma  sizin 

mehmanxananızda baş verənlər doğrudan da dəhşətdir. 

   –  Mənim  bu  işə  nə  dəxlim  var?  –  növbətçi  dərhal 

mərhumu unutdu. 

   –  Heç  bir.  Elə-belə,  sözgəlişi  dedim.  Yeri 

gəlmişkən,  Lenanı  mehmanxanada  işləməyə  axı  siz 

gətirmisiniz. 

  – Bunu sizə kim deyib? – növbətçi qadın hirsləndi. – 

O yaramaz? 

  – Kim lazımdır, o deyib. Sizsə vətəndaş Semyonova, 

bəsdir  kələk  gəldiniz.  Burda  bazar  açmaq  lazım  deyil,  – 

Mixeyev  ciddi  tərzdə  qeyd  etdi,  –  bir  də  belə  şey  görsəm, 

müdiriyyət qarşısında məsələ qaldıracağam. 

   –  Mən  heç  nə  bilmirəm,  –  qadın  ağladı,  –  mənim 

bura  nə  dəxlim  var?  Mən  Moseşvilinin  yanına  kimin 

getdiyini heç görməmişəm. Düzünü deyirəm, görməmişəm. 

   –  Bəs  əvvəllər  kimin  gəldiyini  öyrənə  bilərsiniz?  – 

Mixeyev soruşdu. 



www.vivo-book.com 

 

46 



   –  Məncə,  hə,  –  qadın  cəld  cavab  verdi,  –  onun 

dostlarının çoxunu üzdən tanıyıram. O, tez-tez bizdə qalırdı. 

   –  Sabah  Daxili  İşlər  İdarəsinə  gələrsiniz.  Harada 

olduğunu bilirsiniz? 

   – Əlbəttə, bilirəm. 

 Mixeyev  daha  heç  bir  kəlmə  kəsmədən  liftə  daxil 

oldu.  Çijov  da  onun  ardınca  girdi.  Mixeyevin  daha  bir 

əməkdaşı iki çamadanı daşıyırdı. 

–  Ciddi  adamsınız,  Konstantin  İqnatyeviç,  –  Çijov 

başını buladı. 

– Burda ciddi olmalısan, – Mixeyev donquldandı, – o, 

varlı  müştərilərə  qız  tapır.  Birinə  artıq  hansısa  yoluxucu 

xəstəlik  keçirib.  Bunlarınsa  heç  nə  vecinə  deyil,  təki  pul 

olsun. 


Onlar boş vestibüldən çıxıb küçəyə çıxdılar. 

– Çamadanları maşına yüklə, – Mixeyev əlini yellədi. 

– Bizimlə gedəcəksən? – o, Çijovdan soruşdu. 

– Əlbəttə. 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə